AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə82/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   78   79   80   81   82   83   84   85   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
Yoxlama üçün suallar 
 
1.    Sosial-psixoloji metodun mahiyyəti və məzmunu. 
2.    Sosial metodlar və onların tərkib hissələri. 
3.   Kollektivin sosial inkişaf planı və onun tərkib  hissələri. 
4.   Psixoloji metodlar və onların tərkib hissələri. 
5.   Psixoloji metodun  başlıca ünsürləri. 
6.   Qrup və kollektiv psixologiyasının yaradılması. 
7.   Psixoloji mühitin saflaşdırılması.   
 
 
4.4. LİDERLİK  VƏ  RƏHBƏRLİK  ÜSLUBLARI 
 
 
Lider dedikdə, hər hansı bir fərdi və ya qrupu məqsədə çatmaq 
üçün öz arxasınca apara bilən şəxs başa düşülür. Liderlik özünü və 
başqalarını son məqsəd naminə səfərbər etmək qabiliyyətidir. 
 Lider, hakimiyyəti və nüfuzu olan şəxsdir. Hər bir rəhbər işçi 
öz fərdi xasiyyətinə, davranışına, işgüzarlığına, elminə, səriştəsinə, 
işə və işçilərə olan yanaşma  mövqeyinə və hakimiyyətdən istifadə 
etmək qabiliyyətinə görə lider səviyyəsinə yüksəlməyi bacarmalıdır. 


156
 
 
 
Liderlər adətən xarizmatik insanlar olurlar. Liderlərin idarəetmə 
qabiliyyətləri və  şəxsi  xüsusiyyətləri onları  əlamətlərinə görə 
qruplaşdırmağa imkan verir. 
Hər bir rəhbər işçi öz səlahiyyətlərini həyata keçirmək üçün  
aşağıdakı formada hakimiyyət növlərinin mövcudluğunu  bilməli və 
nəzərə almalıdır: 
- Məcburetmə. 
- Mükafatlandırma. 
- Ekspert (bacarıq, səriştə). 
- Etalon (nümunə). 
- Qanuni – klassik (ənənəvi) hakimiyyət. 
Hər bir rəhbər  işçi yuxarıda göstərilən 5 hakimiyyət 
formalarından hansınasa üstünlük verə bilər və o, eyni zamanda, 
bütün formalardan yeri gəldikdə qismən istifadə edə bilər. 
Liderlərə xas olan rəhbərlik üslubları, müasir bölgüyə görə 3 tip 
olur  və  bunlar  aşağıdakılardır  (Şəkil 24):  Avtokrat;  Demokrat; 
Liberal.  
 
 
 
 
 
Şəkil  24. Rəhbərlik üslubları. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin