AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə80/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   76   77   78   79   80   81   82   83   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
Yoxlama üçün suallar 
 
1.  İnzibati metodun mahiyyəti və məzmunu. 
2. İnzibati metodun təsərrüfatçılıq xüsusiyyətləri;  
3. İnzibati metodun amirlik xüsusiyyətləri
4. İnzibati metodun reqlamentləşdirici amilləri;  
5. İnzibati metodun təlimatlandırıcı aspektləri. 
6. İnzibati  metodun  nizamlayıcı   aspektləri. 


149
 
 
 
7. İnzibati tədbirlərin zəruriliyini əsaslandırmalı.  
 
 
 
 
 
 
 
4.3.  SOSİAL - PSİXOLOJİ  METOD 
 
Sosial - psixoloji metod müəssisənin və onun personalının sosial 
və psixoloji maraqlarına  təsir göstərmək vasitələrinə  əsaslanır. Bu 
metod kollektivin, qrupun və şəxsiyyətin rolu və statusu, davranışı və 
qabiliyyəti üzərində qurulur.  Mahiyyətcə, sosial-psixoloji metod 
mənəvi və rəftar amillərinin öyrənilməsinə və tətbiqinə, psixoloji 
mühitin  saflaşdırılmasına  və  qarşılıqlı  münasibətlərin  etikasına  
əsaslanır.  
Bu metod, əsasən iki tərkib hissədən ibarətdir: 
-  sosial (ictimai) təsir üsulları; 
-  psixoloji təsir üsulları. 
Sosial  təsir üsullarına aşağıdakı elementlər daxildir: 
-  İctimai-istehsal fəallığının yüksəldilməsi (liderlərə bənzəmək, 
bütün fəaliyyət sahələrində nümunəvi davranış standartlarının qəbul 
edilməsi və s.); 
-  İctimai  varislik  münasibətlərinin  qorunması  (ustalıq 
müsabiqələrinin keçirilməsi, yüksək ixtisaslı kadrlara ehtiram və 
onların xidmətlərinin qeyd olunması və s.); 
-  İctimai tənzimləmə (işçilər arasında münasibət normalarının 
qoyulması, daxili intizam qaydalarının təsdiqi, istehsal etikasının və 
firmanın imicinin qorunması və s.); 


150
 
 
 
-  Mənəvi həvəsləndirmə (fərdlərin ayrı-ayrılıqda və kollektiv 
şəklində maraqlandırılması, mükafatlandırma)  kimi tətbiq oluna 
bilərlər. 
Sosial metodun tətbiq mexanizmi kollektivin öyrənilməsi və 
kollektivə təsir göstərilməsi əsasında qurulmuşdur. Sosial metodun ən 
başlıca ünsürləri sorğu keçirilməsi,  müsahibə  götürülməsi,  anket  
doldurulması,  hesabatların göstəricilərinin öyrənilməsi və kütləvi 
tədbirlərin –  iclasların,  seminar,  müşavirə və konfransların 
keçirilməsi hesab edilə bilər. 
Anket sorğusu, qabaqcadan tərtib olunmuş sualların verilməsi 
və onlara cavabların alınması yolu ilə  keçirilir. Anket sorğusunun 
üstünlüyü, onun obyektivliyində və bütün kollektiv arasında operativ 
keçirilməsindədir. Anket sorğusunun müsbət xüsusiyyətlərindən biri 
də, kollektivin ümumi rəyinin aşkar edilməsi və nisbətən dəqiq 
informasiya toplanmasıdır. 
Müsahibə keçirilməsi üsulu ilə tədqiqat aparılması nisbətən 
uzun müddət tələb edir. Lakin onun üstünlüyü, əlavə sualların 
cavablarının tapılmasında və obyektivliyin qorunmasındadır. 
Sosial-psixoloji metodda tətbiq edilən müxtəlif üsullar eyni 
vaxtda həyata keçirilə bilər. Sosial-psixoloji metodun tətbiqi ayrı-ayrı 
kollektivlərdə sosial-inkişaf planının tutulmasına imkan yaradır. 
Sosial-inkişaf planı isə müəssisənin strateji inkişaf planına uyğun 
olaraq tərtib olunur. 
Sosial - psixoloji metod digər metodlarla birgə tətbiq edildikdə 
daha səmərəli olur. 
Psixoloji metod dedikdə,  fərdlərin, qrupun və kollektivin 
davranışı və qabiliyyətindən istifadə olunmaqla tədbirlər hazırlanması 
və həyata keçirilməsi yolu  ilə firmada  işçilərin qarşılıqlı 
münasibətlərinin harmoniyasını təmin etmək  və daha münasib 
psixoloji şərait yaratmaq  başa düşülür. 


151
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin