163
gəlməmişdir. Əksər hallarda isə idarəçilik prinsipləri tamamilə
unudulmuşdur.
Dünyanın bir çox ölkələrində sınaqdan çıxmış və özünü
doğrultmuş mülkiyyətin bir çox formalarına: azad sahibkarlığa, azad
iqtisadi təşəbbüsə, sərbəst qiymətlər sisteminə, rəqabətə, tələb, təklif
və sair iqtisadi amillərə əsaslanan sərbəst bazar iqtisadiyyatına
keçid
dövrünü indi biz respublikamızda yaşayırıq.
Nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün istehsal
etmək, hansı vasitələr və üsullarla nə zaman istehsal
etmək bazar
iqtisadiyyatının əsas məqsədi və meyarıdır.
İnzibatçılıq dövrü ilə indiki dövrün müəssisə strukturlarında da
bir çox fərqlər vardır. Bununla da deyə bilərik ki, tələb
və təklif
qanunlarını nəzərə alıb, az işçi ilə işləyib çox məhsul əldə etməklə
dövlət strukturlu olmayan müəssisə daha effektiv işləyir. Eyni
zamanda xüsusiyyətçi rəhbərin yerini və rolunu görməmək və
qəymətləndirməmək olmaz.
Rəhbər tərəfindən idarəetmənin və adamlar üzərindəki nəzarətin
sərt və yaxud yumşaq olmasına,
obyektiv, ədalətli və yaxud əksinə
olmasına ünsiyyət
mədəniyyəti təsir edir. Rəhbərin psixoloji durumunu və sosial-
mədəni keyfiyyətini aşağıdakı sxemdən görmək olar
(Cədvəl 5):
İdarəetmə əməyi və idarəetmə mədəniyyəti adamlara qarşı
nəzakətli və işdə səriştəli olmağı tələb edir. Təcrübə göstərir ki,
mədəni
halda verilən göstəriş, kobud formada veriləndən daha yaxşı
nəticə verir. Amerika idarəetmə sistemi baxımından, idarəetmə işçisi
hətta yumor qabiliyyətinə malik olmalıdır və yeri gələndə bu
vasitədən də istifadə etməyi bacarmalıdır. Əlbəttə, bu ümumi halda
deyilmiş bir fikirdir. Çünki, bütün ziddiyyətlərin aradan qaldırılması
üçün təkcə yumorla təsir göstərilə bilməz. Bu təsir digər iqtisadi,
inzibati, sosial-psixoloji tədbirlərlə birlikdə daha güclü olar.
164
Sahibkar işçini tənqid etməyi bacardığı kimi, tənqidə dözməli,
təmkinli olmalıdır. İşçini
tənbeh etdiyi kimi, onları mənəvi cəhətdən
həvəsləndirməyi də bacarmalı və bunun üçün hər cür motivləşdirmə
amillərindən istifadə etməlidir.
Rəhbər işçi həm də diqqətli və müşahidəçi qabiliyyətinə malik
bir adam olmalıdır. Doğrudan da elə işçi vardır ki, müdiriyyətin onun
ünvanına deyilmiş hər hansı tənbehedici
sözünü çox dərin həyəcanla,
dərin emosiya halında qəbul edir. Eləsi də vardır ki, rəhbərliyin
təriflərini və iradlarını soyuqqanlıqla qarşılayır və onlara mənasız,
əhəmiyyətsiz bir şey kimi yanaşır. Ona görə də rəhbər işçi hər bir
kollektiv üzvünə fərdi halda yanaşmalı, onların hansı ilə rəsmi
səviyyədə, hansı ilə ikilikdə danışmağı müəyyənləşdirməyi
bacarmalıdır.
Rəhbər işçi istehsala, firmaya, idarə aparatına necə müsbət
münasibətlə yanaşırsa, o qədər də öz işçilərinə qayğı göstərməlidir.
Cədvəl 5.
Dostları ilə paylaş: