AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə94/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   90   91   92   93   94   95   96   97   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Yoxlama üçün suallar 
 
1. İstehsal nədir? 
2. İstehsal prosesinin təşkili. 
3. İstehsalın növləri və qrupları  
4. Müəssisələrin yerləşdirilməsi prinsipləri. 


185
 
 
 
5. Əməliyyat prosesinin təşkili. 
6. Əməliyyat sisteminin idarə olunması. 
 
 
 
5.3. LAYİHƏLƏRİN  İDARƏ  OLUNMASI 
 
Müasir  şəraitdə  istehsalın  və  əmtəənin  layihələndirilməsi 
prosesində bir sıra üsullardan istifadə edilir: 
- İstehsal proseslərinin layihələndirilməsi sistemləri. 
- Avtomatlaşdırılmış idarəetmə sistemləri. 
- Robotlar. 
- Çevik istehsal sistemləri. 
- Avtomatlaşdırılmış anbarlar sistemi. 
Bütün  bunlarla  yanaşı  avtomatlaşdırılmış  layihələşdirmə 
sistemləri də tətbiq olunur. 
Hər bir müəssisəni layihələşdirərkən aşağıdakı mərhələlərə əməl 
edilməsi vacibdir: 
Təşkilatların xarakterik xüsusiyyətlərini və ona lazım olan 
təminatları tam aşkar edən informasiyaların  toplanması. Bu 
mərhələdə aşağıdakı işlər görülməlidir: 
a) istehsal prosesinin planlaşdırılması sxemləri (bu sxemdə 
müəssisənin ərazisində yerləşdirilən binalar, qurğular və s. göstərilir); 
b) buraxılacaq məhsulun çeşidi və müəssisənin məhsuldarlığı; 
v) binaların mərtəbələr üzrə sxemi; 
q) tikinti normaları və digər normativ aktlar; 
d) texniki təhlükəsizlik, mühafizə və  ətraf mühitin qorunması 
barədə tədbirlər. 


186
 
 
 
e) istehsal üçün zəruri olan resursların miqdarı və tipləri (bütün 
bunlar istehsalın təşkili və məhsuldarlığın əldə edilməsi üçün 
vacibdir). 
j) hər bir istehsal sahəsi üçün ərazinin seçilməsi. 
z) seçilmiş ərazidə texnoloji ardıcıllığa görə avadanlıqların bir-
birinə yaxın və ya uzaqda yerləşdirilməsini müəyyən edilməsi. 
m) üçüncü və dördüncü  (v, q) mərhələlərdən irəli gələn 
məqsədlərə uyğun olaraq, yardımçı təsərrüfatların yerləşdirilməsi. 
n)  hər  bir  avadanlığın,  qurğunun,  işçi yerinin dəqiq 
müəyyənləşdirilməsi. 
Əmtəələrin layihələndirilməsi, müəssisənin layihələndirilməsi 
ilə uyğunlaşdırılmalı, daha doğrusu eynilik təşkil etməlidir. Hər bir 
əmtəənin layihələndirilməsi üçün aşağıdakı xüsusiyyətlər nəzərə 
alınmalıdır: 
- Əmtəənin dəyəri. 
- Əmtəənin istismara yararlı olması. 
- Əmtəənin keyfiyyəti. 
-Əmtəənin təyinatını ödəməsi (nə üçün yaradılıb). 
- Əmtəənin ölçüləri, gücü və möhkəmliyi. 
- Xidmət müddəti. 
- Etibarlı olması. 
- İstismar üçün əlverişli olması (sadəliyi). 
- Universal tipli olması. 
- İstismar zamanı təhlükəsiz olması. 
Yuxarıda qeyd edilən kriteriyaların əldə edilməsi üçün hər bir 
firma (müəssisə, təşkilat) aşağıdakıları nəzərə almalıdır: 
- Əmtəənin ölçüləri və forması necə olmalıdır? 
- Materialın, xammalın tərkibi necədir? 
- Eyni adlı məhsul üçün mövcud standartlar nə tələb edir? 
- Əmtəənin istehsalında yardımçı komponentlər hansılardır? 


187
 
 
 
-   Möhkəmliyi,   dözümlüyü  araşdırmaq  üçün  hansı  əlavə 
komponent tələb olunur? 
- İstismar zamanı təhlükəsizlik təmin olunurmu? 
Başqa sözlə, əmtəələrin lazımi xarakteristikalarını almaq üçün 
onların layihələndirilməsi zamanı aşağıdakı amillərə xüsusi diqqət 
yetirmək lazımdır: 
-  Ölçü və formalar; 
-  Materiallar (xammal, yarımfabrikatlar, alətlər, qurğular və s.); 
-  Standartlar və spesifik sənədlər (patentlər, sertifikatlar və s.); 
-  Modul komponentləri; 
-  Etibarlılığı artırmaq üçün əlavə komponentlər
-  Təhlükəsizlik elementləri. 
Yuxarıda qeyd edilən meyarlar və tələb olunan şərtlər bəzi 
hallarda ziddiyyət  təşkil edirlər.  Əmtəə  layihə edilərkən bu 
ziddiyyətlər nəzər alınmalıdır. Misal üçün, avtomobilin möhkəmliyini 
artırmaq üçün onun metal təbəqələrini qalınlaşdırmaq olar. Lakin, bu 
halda  maşının  ümumi  çəkisi  artar  və  qabaritinə  xələl  gələr.  Eyni  
zamanda, çəkisi artmış  ağır maşın istismar vaxtı əlavə yanacaq tələb 
edər. Göründüyü kimi, təkcə bir amilin dəyişməsi, digər bir neçə 
amilə əks təsir edir. 
Əmtəənin  layihələndirilməsi  istehsal prosesinin  aşağıdakı 
xüsusiyyətləri ilə uyğunlaşmalıdır: 
- Müəssisənin istehsal gücü. 
- Əmtənin səmərəli olması. 
- İstehsalın çevikliyi. 
- Məhsuldarlıq. 
- Etibarlıq. 
-Təmirə yararlı olmaq. 
- Standarta əməl olunması və daim eyni keyfiyyətdə olması. 
- Təhlükəsizliyin və gigiyena tələblərinin ödənməsi. 


188
 
 
 
- İşçilərin rahatlığının təmin olunması. 
Əmtəənin layihələndirilməsi, istehsal prosesinin təşkili və onun 
formaları  ilə  sıx  bağlı  olduğundan,  hər  bir  əmtəənin 
layihələndirilməsi  fərdi,  seriyalı,  kütləvi  və  fasiləsiz  proseslərə 
uyğunlaşdırılmalıdır. 
Fərdi layihələr, analoqu olmayan və xüsusi sifarişlə hazırlanan 
əmtəələr üçündür. Bu halda hər bir əmtəə sifarişçinin tələbi nəzərə 
alınmaqla layihə edilir. 
Seriyalı  istehsal  üçün  əmtəənin  layihələndirilməsi  tipik 
standartlara əsaslanır. Eyni standart əsasında heç bir dəyişiklik 
aparılmadan bir və ya bir neçə partiya əmtəə istehsal olunur. 
Kütləvi istehsal prosesində də eyni standartdan istifadə edilir və 
eyni məhsul kütləvi istehsal olunur. 
Kəsilməz proseslər öz xüsusiyyətinə görə fərdi istehsala daha 
yaxındır. Bu halda məhsulun istehsalı texnoloji prosesin təlabatına 
görə və ya konveyer sisteminin təlabatına görə layihələşdirilir. 
Əmtəənin  layihələşdirilməsi  eyni  zamanda  istehsal 
xüsusiyyətlərini dəqiqləşdirməyi tələb edir. Bunun üçün aşağıdakılara 
əməl olunmalıdır: 
- İstehsal tipinin seçilməsi. 
- Əmtəənin istehsalında digər təşkilatların iştirakı. 
- Həll ediləcək proseslərin ardıcıllıqla bölüşdürülməsi. 
- İstehsal metodlarının seçilməsi. 
- Avtomatlaşdırılmış sistemlərdən istifadə olunması. 
- Mexanikləşdirmə vəsaitlərindən istifadə olunması. 
- İşçilərin ixtisaslaşdırılması. 
Müəssisələrin  və 
əmtəələrin  layihələndirilməsi  zamanı 
beynəlxalq və dövlət standartlarının tələblərinə  əməl olunması zəruri 
şərtdir. Yaxşı olar ki, bu işlər ixtisaslaşdırılmış təşkilatlara həvalə 


189
 
 
 
olunsunlar. Çünki bu təşkilatlarda yüksək səviyyəli, ixtisaslaşdırılmış 
və səriştəli mütəxəssislər çalışırlar.  
Eyni zamanda, yaxşı olar ki, müəssisələrin və yaxud əmtəələrin 
layihələndirilməsi zamanı müəssisə rəhbərləri və yaxud müəssisənin 
təcrübəli mütəxəssisləri də bu prosesdə iştirak etsinlər. Əgər belə 
olarsa, elmi-nəzəri hazırlıqlı təşkilatın səyləri ilə təcrübi səriştəli 
mütəxəssislərin səyləri birləşə bilər və lazımi nəticələrin əldə edilməsi 
ehtimalı daha yüksək olar.  
  

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin