202
halda, yüksək maaş kimi əsas götürülən amil, reytinq cədvəlində 11-
ci yerdə olmuşdur.
Yuxarıda deyilən bütün aspektləri nəzərə alaraq qabaqcıl Qərb
şirkətlərinin əksəriyyəti «Biznes Əxlaqı Kodeksi» qəbul etmişlər.
Belə kodekslərə dünyanın nəhəng şirkətlərindən olan IBM, General
Motors, General Electric, Merck, Coca-Cola və s.- də rast gəlmək
olar. «Əxlaq Kodeksi» şirkətin bütün tərəfdaşları – müştəriləri,
təchizatçılar, səhmdarlar və işçilər üçün istiqamətverici rol oynayır.
Kodeksdə şirkətin uzun müddətli və qısa müddətli məqsədi, şirkətin
əsas hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarına olan münasibət,
həmçinin şirkət işçilərinin şirkət daxilində davranış qaydaları və
onlardan nə tələb olunduğu maddələrlə tam əksini tapır. Hər bir işçi
işə daxil olmazdan əvvəl bu prinsiplərlə tanış olur və onu imzalayır.
Kodeks həmçinin şirkəti bütün dünyada tanıdan direktiv bir sənəddir.
Yuxarıda deyilənləri nəzərə alaraq demək olar ki, hər bir
müəssisədə menecment mədəniyyətinin böyük rolu və əhəmiyyəti
vardır. Belə ki, insan cəmiyyəti formalaşdıqca və kamilləşdikcə,
idarəetmə də təkamül yolu ilə təkmilləşmiş və cilalanmışdır.
Dostları ilə paylaş: