211
Şəkil 33. Müəssisənin fəaliyyət mühiti
Şəkildə: M – müəssisə, F - fərd ( şəxsiyyət); C – cəmiyyət; T – təbiət
Sxemdə verilən mühüt təkcə firmaya yox, həm
də biznesə və
sahibkarlığa da aiddir. Belə ki, bunlardan
heç biri cəmiyyətdən və
təbiətdən ayrı mövcud ola bilməz.
Bazarın tənzimlənməsində dövlətin rolu son illər daha qabarıq
üzə çıxır. Belə ki, təbii hesab etdiyimiz – dəyər, dövriyyə və rəqabət
qanunları ilə bilavasitə bağlı olan qiymət və pul
siyasəti dövlət
nəzarətində olduğu üçün, pul kütləsinin və qiymətlərin çərçivə
həddləri dövlət tərəfindən müəyyənləşdirilir ki, bu da bazarın
tənzimlənməsində dövlətin rolunu xeyli gücləndirir.
Digər tərəfdən, xarici iqtisadi münasibətlərin qurulmasında və
gömrük siyasətinin təşkilində də dövlətin
rolu çox böyükdür və bu
səbəbdən də onun bazara təsiri və tənzimləyici rolu artır.
Dostları ilə paylaş: