AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə100/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   96   97   98   99   100   101   102   103   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

kollektiv sahibkarlıqdır. Bu halda sahibkarlığın subyektləri kimi 
əsasən səhmdar cəmiyyətləri çıxış edirlər. ABŞ-da onların sayı 3 
milyondan çoxdur. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata 
keçirmək məqsədi ilə öz vəsaitlərini birləşdirən müəssisələrin, 
firmaların və ayrı-ayrı  şəxslərin könüllü sazişi əsasında təşkil edilir. 


208
 
 
 
Səhmdar cəmiyyətinin kapitalı, tədavülə səhm buraxmaq yolu ilə 
yaradılır. Bu səhmləri alanlar cəmiyyətin səhmdarlarına, yəni şərikli 
mülkiyyətçisinə çevrilirlər. Onlar aldıqları səhmin həcminə uyğun 
olaraq onun mənfəətindən dividend (qazanc payı) almaq hüququ 
qazanırlar.  Səhmdar  cəmiyyəti sahibkarlıq  fəaliyyətinin  dövlət 
tərəfindən qadağan edilməyən hər hansı bir növü ilə müstəqil surətdə 
məşğul ola bilər. 
Nəhayət, mülkiyyət baxımından sahibkarlığın mövcud digər bir 
forması  - dövlət sahibkarlığıdır. Sahibkarlığın bu formasının iqtisadi 
əsası kimi bir sıra istehsal vasitələri, iqtisadiyyatın istehsal və sosial 
infrastrukturunun sahələrinin  bir sıra obyektləri,  müəyyən pul 
ehtiyatları və s. üzərində dövlət mülkiyyəti təşkil edir. Son dövrlərdə 
Qərb ölkələrində həyata keçirilən özəlləşdirmə nəticəsində dövlət 
mülkiyyətinin payı xeyli azalmışdır ki, bu da müasir dövrdə 
sahibkarlıq fəaliyyətinin bu formasının müxtəlif xüsusiyyətlər kəsb 
etməsinə səbəb olmuşdur.  Həmin  xüsusiyyətlərdən biri ondan 
ibarətdir ki, inkişaf etmiş ölkələrdə tamamilə dövlətə məxsus olan 
müəssisə çox az tapılar. Həmin müəssisələrin əksəriyyəti adətən 
səhmdar cəmiyyətlər şəklində mövcud olur. Dövlət isə bu səhmdar 
cəmiyyətlərə  münasibətdə  idarəedici  subyekt  kimi  deyil, 
səhmdarlardan biri (lakin ən əsası) kimi çıxış edir. Dövlət 
sahibkarlığının digər  xüsusiyyəti ondan ibarətdir  ki,  səhmdar 
cəmiyyəti formasında olub sərbəst surətdə kommersiya fəaliyyəti ilə 
məşğul olan konsernlərin hər hansı bir müddətdə (məsələn 3 ilə) 
seçilmiş prezidenti dövlətə tabe olur. Kommersiya fəaliyyəti göstərən 
bu kimi konsernlər dövlətlə müəyyən dövr üçün tərəflərin hüquq və 
vəzifələrini əks etdirən müqavilə bağlayır və dövlət belə müəssisələri 
müxtəlif səviyyələrdə himayə edir. 
Sahibkarlıq fəaliyyətinin gəlir  və həcm göstəricilərinə görə 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin