Yoxlama üçün suallar
1. Menecment və sahibkarlıq.
2. Sahibkarlıq və onun təsnifatı.
3. Biznes və onun əsas funksiyaları.
4. Sahibkarlıq və biznes.
5. Biznes fəaliyyətinin təşkili və idarə olunması.
6. Sahibkarlıq və biznes fəaliyyətində dövlətin tənzimləyici rolu.
212
6.2. BİZNES - PLANIN HAZIRLANMASI
Bazar münasibətlərinin formalaşdığı bir şəraitdə rəqabət
mübarizəsində qalib gəlmək, heç olmasa öz mövqeyini qoruyub
saxlamaq üçün hərtərəfli düşünülmüş fəaliyyət planı olmalıdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra keçmişdən ona miras
qalmış, öz dövrü üçün vacib olan istehsal obyektlərini yenidən
dirçəldib müasir tələblərə cavab verən səviyyəyə qaldırmaq
günümüzün ən vacib tələbatıdır. Bu məqsədin həyata keçirilməsi
üçün özəlləşdirmə ilə yanaşı, xarici iş adamlarının, kreditorların və
investorların bu sahəyə cəlb edilməsi də zəruridir. Bu isə, öz
növbəsində, dərin təhlil edilmiş və diqqətlə tərtib olunmuş biznes-
plan layihələrinin hazırlanmasını tələb edir.
Biznes-plan dedikdə - məhsul istehsal edən və ya xidmət
göstərən yeni müəssisələrin (yaxud da fəaliyyətdə olan köhnəsinin)
modernləşdirilməsinə yönəldilmiş tikinti işlərinin həyata keçirilməsi,
texnologiyanın mənimsənilməsi, avadanlıqların alınması, kadrların
hazırlanması və ixtisaslarının artırılması tədbirlərini özündə
birləşdirən kompleks plan nəzərdə tutulur.
Biznes-plan müəssisənin keçmişdəki, indiki və gələcək
fəaliyyətinin qısa yazılmış şərhidir.
Biznse-planın əsas məqsədi maliyyə və istehsal sahələri üzrə
bütün fəaliyyətin planlaşdırılması və əsaslandırılmasını təmin
etməkdir. Biznes-plan konkret məhsul istehsalı, yaxud xidmət
göstərilməsi ilə bağlı imkanların və tələbatların dərin, obyektiv
təhlilini özündə əks etdirir.
213
Biznes-planın funksiyaları olduqca genişdir. Ümumi şəkildə
biznes-planın funksiyalarını firmadaxili və firmaxarici funksiyalara
ayırmaq olar.
Biznes-planın firmadaxili funksiyalarına aşağıdakıları aid etmək
olar:
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı
istiqamətlərinin işlənib hazırlanması;
- yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin
işlənib hazırlanması və həyata keçirilməsi;
- firmadaxili elmi-texniki, istehsal və kommersiya
potensiallarının qiymətləndirilməsi və firmadaxili ehtiyatların aşkar
edilməsi;
- yeni avadanlıqların və yeni texnologiyaların alınması üzrə
tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- yeni kadrların firmaya cəlb edilməsi üçün seçilməsi və firma
işçilərinin ixtisaslarının artırılması;
- firmanın maliyyə vəziyyətinin gedişinə nəzarət;
- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması
tədbirlərinin işlənilməsi;
- firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırılması;
- firmanın müflisləşməsi və ya böhran vəziyyətinin xəbərdarlığı
və s.
Biznes - planın xarici funksiyalarına aşağıdakıları aid etmək
olar:
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi;
- dövlət bölməsi müəssisələrinin (eləcə də özəl bölmənin)
layihələrinin dövlət planlarına salınmasının təmin edilməsi və
mərkəzləşdirilmiş mənbədən (büdcədən) vəsait almaq üçün onun
əsaslandırılması;
214
- bankdan kredit alınması;
- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə
reallaşmasının təmin edilməsi;
- layihənin yaradılmasının zəruriliyinin təşkilati-maliyyə
cəhətdən əsaslandırılması;
- birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-
müqabillərin, o cümlədən xarici subyektlərin kapitalının müəssisəyə
cəlb edilməsi.
Bazar iqtisadiyatı şəraitində biznes-plan işgüzarlığın bütün
sahələrində istifadə edilən işçi vasitədir.
Biznes-plan firmanın fəaliyyəti prosesini təsvir edir, onun
rəhbərinin hansı yollarla firmanın məqsədinə nail olacağını, ilk
növbədə müəssisənin mənfəətinin artırılmasını təmin edəcəyini
açıqlayır. Yaxşı işlənib hazırlanmış biznes-plan firmanın inkişafına
köməklik göstərir, bazarda onun mövqeyini möhkəmləndirir, firmanın
imkanlarının perspektiv planının əsasını təşkil edir, yeni məhsul
istehsalının və xidmətlərinin göstərilməsinin əsas müddəalarını
müəyyən edir və onun həyata keçirilməsi üsullarını seçir.
Biznes-plan firmanın daimi sənədidir, o mütəmadi olaraq
yeniləşdirilir və firmanın fəaliyyət göstərdiyi mühit dəyişikliklərini,
eləcə də firmadaxili amilləri nəzərə alır. Biznes-plan
ixtisaslaşdırılmış elmi təşkilat tərəfindən aparılan makroiqtisadi
təhlillə firmadaxili təhlili əlaqələndirir.
Adətən, hər bir firmanın biznes - planı olmalıdır. Müxtəlif
firmaların biznes-plan işləyib hazırlamaq imkanları bir-birindən
fərqlənir. Kiçik firmalar (müəssisələr) biznes-planın hazırlanmasına
kənar fiziki şəxsləri və subyektləri cəlb edə bilərlər.
Firmanın biznes-planının, onun konkret fəaliyyətinin geniş
təhlili əsasında işlənib hazırlanması üçün o aşağıdakıları əhatə
etməlidir:
215
- əmtəə istehsalının konkret layihəsinin hazırlanması;
- yeni növ məhsul istehsalının mənimsənilməsi, yaxud xidmətin
göstərilməsi;
- iqtisadi məsələlərin həll edilməsi üçün konkret maliyyə,
texniki-iqtisadi və təşkilati mexanizmin öyrənilməsi.
Biznes-plan firmanın fəaliyyətinin strategiyasını müəyyən edən
sənəddir.
Bununla yanaşı o, firmanın inkişafının ümumi konsepsiyasına
söykənir; firmanın daha geniş iqtisadi və maliyyə strategiyasının
işlənib hazırlanmasını, konkret tədbirlərin texniki-iqtisadi
əsaslandırılmasını özündə əks etdirir.
Biznes-planın işlənib hazırlanmasını aşağıdakı mərhələlərə
bölmək olar:
birinci mərhələ - firmanın inkişaf konsepsiyasının işlənilməsi;
ikinci mərhələ - investisiya proqramının işlənib hazırlanması;
üçüncü mərhələ - orta müddətli biznes-planın işlənib
hazırlanması;
dördüncü mərhələ - biznes-planın həyata keçirilməsi
tədbirlərinin işlənilməsi.
Strateji sənəd olan biznes-planın əsas xüsusiyyətləri ondan
ibarətdir ki, onun məsələlərinin qoyuluşu real maliyyə imkanları ilə
balans təşkil etməlidir. Biznes-planın qəbul edilməsi üçün ən zəruri
şərt - maliyyə resursları ilə təmin edilməsidir. Bu, layihənin ən əsas
nəzərə alınacaq müddəasıdır və layihə hazırlanarkən əsas diqqət məhz
bu sahəyə yönəldilməlidir.
Biznes-plan layihələri innovasiya xüsusiyyətləri daşımaqla
yanaşı, kifayət qədər müstəqil işlənib hazırlanmalıdır, məlum
olmalıdır ki, bu layihənin həyata keçirilməsi üçün nə qədər xərc
lazımdır və bu nə kimi iqtisadi səmərə verəcəkdir.
216
Biznes-plan bir sıra məsələlərin həll edilməsinə imkan yaradır.
Bunlardan ən əsasları: firmanın fəaliyyət istiqamətlərinin iqtisadi
əsaslandırılması; firma fəaliyyətinin gözlənilən maliyyə nəticələrinin,
ilk növbədə satış həcminin, mənfəətin, səmərəliliyin və s.
hesablanması; firmanın seçilən strategiyasının həyata keçirilməsi
üçün zəruri olan maliyyə ehtiyatlarının mənbələrinin müəyyən
edilməsi; layihənin həyata keçirilməsi üçün kadrların seçilməsi və s-
dir.
Biznes-planın hər bir məsələsi yalnız digərlərilə qarşılıqlı
əlaqədə həll edilə bilər.
Biznes-planın hazırlanması prosesi başlanmış işi bütün
incəlikləri ilə təhlil etməyi tələb edir. Çünki biznes-plan gələcək tərəf-
müqabillərlə danışıqların aparılması və biznes razılaşmalarının həyata
keçirilməsi üçün də başlıca sənəddir.
Beləliklə, biznes-plan firmadaxili sənəd olmaqla bərabər eyni
zamanda firmaxarici sənəddir.
Bu xüsusilə, kənar investorlar üçün daha vacibdir. Onlar
investisiyalarını yönəltdikləri layihələri ətraflı öyrənir, onun
səmərəliliyini daha dərindən təhlil edir və bundan sonra
investisiyalaşdırma üzrə qərar qəbul edirlər.
Biznes-planın strukturu və tərkibinə olan tələblər dəqiq
reqlamentləşdirilməmişdir. Odur ki, ayrı-ayrı ölkələrdə, hətta
firmalarda, kredit təşkilatlarında biznes-planın tərkibi və strukturuna
qoyulan tələblər bir-birindən fərqlənirlər. Əslində bu belə də
olmalıdır. Belə ki, ayrı-ayrı biznes fəaliyyəti sahələri və obyektləri
bir-birindən öz spesifik xüsusiyyətləri ilə kifayət qədər fərlənirlər.
Biznes-planın strukturunun əsasən yeddi bölmədən və
səmərəlilik amilindən ibarət olması münasib hesab edilir ( Şəkil 34).
Bildiyimiz kimi, xüsusi mülkiyyətə aid olan bütün kiçik
müəssisələrdə fəaliyyətin əsas məqsədi mənfəət qazanmaqdır.
217
Biznes-planın əsas məqsədlərindən biri də, firma tərəfindən
maksimum mənfəət qazanmağın təmin edilməsidir və bu məqsədlə
bazarın, tələb-təklif münasibətlərinin, rəqabətin və digər amillərin
öyrənilməsi və nəzərə alınması vacibdir.
Şəkil 34. Biznes-planın strukturu
Firmanın fəaliyyət strategiyasından asılı olaraq, onun
məqsədləri cədvəl 7-də verilmişdir.
«Ümumiləşmiş xülasə, biznes-planın əsas parametrləri və
göstəriciləri» adlanan ikinci bölmə, ümumiləşmiş bölmə olmaqla,
planın əsas ideyasını və məzmununu qısaldılmış şəkildə özündə əks
etdirir. O tədricən plan işlənildikcə dəqiqləşdirilir və biznes-plan tam
hazır olanda başa çatır. Ümumiləşmiş bölmədə aşağıdakılar əhatə
edilir:
- layihənin başlıca məqsədi;
218
- məhsulun qısa xarakteristikası, nəzərdə tutulan planın son
nəticəsi və ona nail olmaq yolları;
- layihənin həyata keçirilməsi müddəti;
- layihənin həyata keçirilməsilə əlaqədar olan xərclər;
- gözlənilən səmərə və nəticə;
_ nəticələrdən istifadə sahələri.
Cədvəl 7
Dostları ilə paylaş: |