222
müştərilərin təhlili; mal və xidmətlərin satılmasına yardım
proqramları; reklam proqramı.
Lakin ən ümumi oxşar cəhət
ondan ibarətdir ki, biznes-plan qarşısında
qoyulan əsas vəzifə aşağıdakı suallara cavab vermək olacaqdır: Müəssisə
nəyə qadirdir? Hansı ideyanı həyata keçirmək niyyətindədir? İdeyanın
həyata keçirilməsi üçün əlavə hansı işlər görülməlidir? Nə qədər investisiya
tələb olunur? İnvestisiyanın hansı mənbələrdən alınması nəzərdə tutulub?
İdeyanın səmərəliliyi necədir?
Bazar münasibətlərinin formalaşdırılmasının ləng getməsi keçid
dövrünün özünün çətinlikləri, müəssisələrin istehsal fəaliyyətlərinin
istiqamətlərinin yeni şəraitdə yaramadığı və başqa bu kimi səbəblər biznes-
planın işlənib hazırlanması tələblərini daha da ciddiləşdirir. Xüsusilə,
orta və
iri müəssisələr üçün hazırlanan biznes - planda ən vacib məsələ
müəssisələrin inkişafı konsepsiyasının düzgün müəyyən edilməsidir.
Təbii ki, istehsal sahələrində istehsalları yeni mənimsənilən
məhsulların və xidmətlərin növlərinin seçilməsi biznes-planın əsas
özəyini təşkil etməlidir. Müəssisənin gələcək fəaliyyətinin
təmini bu
məsələdən asılı olacaqdır.
Məlumdur ki, istehsal və satış planları hazırlanarkən ilk
növbədə geniş marketinq tədqiqatına ehtiyac vardır. Təssüf olsun ki,
bizdə dərin marketinq tədqiqatları aparmaq üçün lazımi səviyyədə
informasiya bazası yoxdur. İnformasiya çatışmazlığı şəraitində
verilən proqnozların etibarlılığı aşağı düşür. Odur ki, biznes-planların
hazırlanmasında ətraflı və dərin marketinq tədqiqatlarının aparılması
da zəruridir.
İstehsal və satış planı müəyyənləşdirildikdən sonra biznes-planın
həyata
keçirilməsi üçün lazım olan investisiyanın məbləği müəyyən edilməlidir.
Nəhayət layihənin səmərəliliyi tədqiq edilməlidir.
Bütün bu qeyd edilənləri nəzərə alaraq respublikamızda biznes-
planın aşağıdakı strukturunu məqbul hesab edirik: müəssisə haqqında
223
məlumat; müəssisənin inkişafı konsepsiyasının işlənilməsi; geniş
marketinq tədqiqatı; məhsulların və xidmətlərin növləri; istehsal və
satış planı; biznes-planın həyata keçirilməsi üçün tələb olunan
investisiyanın müəyyən edilməsi; layihənin səmərəliliyi.
Qeyd edilən bölmələri bütün biznes-planlar üçün
eyni cür götürmək
də vacib deyildir. Biznes-planı hazırlayan şəxslər ona lazım olan əsas
bölmələri seçə bilər. Məsələn, ola bilər ki, biznes-plana marketinq tədqiqatı
tamam daxil edilməsin, lakin tədqiqatın nəticəsindən
məhsul və xidmətlərin
növlərinin seçilməsində və eləcə də istehsal və satış planlarının
hazırlanmasında istifadə etsinlər.
Dostları ilə paylaş: