Fikir axtarışı – Qiymətləndirmə – Qərar qəbul etmə.
R.M.Belbinin apardığı təcrübəyə görə qrupda rolların bölgüsü
aşağıdakı kimidir (Cədvəl 6): Əgər qərarın qəbul edilməsi zamanı münaqişəli situasiya
yaranırsa, rəhbər prosesin gedişi zamanı nəzarəti itirməməlidir.
Adətən rəhbərin üzərinə ruhlandırma adlanan funksiyalar düşür.
Onlardan: həvəsləndirmə, etimad şəraiti yaratmaq və qorumaq,
kompromislər (qarşılıqlı güzəştlər) axtarışı, nəticələrin ədalətli
yekunu, normaların yaradılması, tətbiqi və onlara nəzarətin həyata
keçirilməsini qeyd etmək olar.
Liderin əməkdaşlığa yönəldilməsi ondan aşağıdakı bacarıqları
tələb edir:
- şərait yaratmaq və hisslərin açıq ifadəsinə həvəsləndirmə;
- danışmağa mane olmamaq və qulaq asmağı bacarmaq;
177
- ifadə olunan hissləri bilmək, heç də onları alqışlamaq və ya
onlarla razılaşmaq deyil, onları bir fakt kimi, mövcud olan təbii hal
kimi qəbul etmək lazımdır.
Cədvəl 6.