AğASƏF İmran


Rəhbər kadrların hazırlanması



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə89/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   85   86   87   88   89   90   91   92   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Rəhbər kadrların hazırlanması. Rəhbər kadrların hazırlanması 
adətən iki yolla həyata keçirilir: 
Tədris yolu ilə - onların kurslarda, məktəblərdə, institutlarda və 
s. səviyyəli tədris ocaqlarında təhsil almaqları təmin edilir. 
Rotasiya yolu ilə – bu isə, o deməkdir ki, rəhbər işçi işdən 
ayrılmadan yeni-yeni vəzifələrə təyin edilir, yaxud da ona, hər dəfə, 
tədricən nisbətən çətin olan yeni vəzifə tapşırılır. 
Rotasiya üsulunun üstünlüyü   ondadır ki, rəhbər işçinin 
təhsilinin artırılması üçün əlavə vəsait tələb edilmir. Digər üstün cəhət 
isə budur ki, həmin rəhbər işçi müxtəlif müddətlərdə, müxtəlif 


170
 
 
 
bölmələrdə işləməklə həm texnologiyanı, həm də işçiləri - kollektivi 
tanıyır.  
Kadrların seçilməsində və hazırlanmasında, eləcə də vəzifə 
pillələrində inkişafında ən obyektiv cəhət onların qabiliyyətlərinə 
görə və firmanın məqsədlərinə xidmətə görə münasibətlərini aşkar 
etmək  və  qiymətləndirməkdir.  Kadrların  fəaliyyətlərinin 
qiymətləndirilməsində əsasən 3 məqsəd güdülür: 
- İnzibati tədbir görülməsi üçün imkan əldə etmək. 
- İnformasiya toplamaq və qərar qəbul edilməsi üçün imkan 
yaratmaq. 
- Motivləşdirmə üçün şərait yaratmaq. 
Kadrlarla iş apararkən hər  bir rəhbər  işçi danışıqların, 
münasibətlərin qarşılıqlı qurulmasına imkan yaratmalıdır. Birbaşa 
tənqid etmək, xəbərdarlıq etmədən cəzalandırmaq, kobud rəftar etmək 
səmərəli hesab edilə bilməz və yaxşı nəticə verməz. 
Rəhbər  -  işçi  münasibətlərinin  qurulmasında  aşağıdakı   
xüsusiyyətlərə diqqət yetirilməlidir: 
- Hər bir işçinin əməyi obyektiv qiymətləndirilməlidir. 
- İşin nəticəsinin qərəzli qiymətləndirilməsi və  əmək haqqının 
bu nəticə ilə əlaqələndirilməsi yolverilməzdir. 
- Münasibətlərin qarşılıqlı dialoq şəklində qurulması vacibdir. 
- Tənqid etmək və ya hədələmək birtərəfli münasibətin ifadəsi 
olduğu üçün yolverilməzdir. 
- Qiymətləndirmə müntəzəm və daimi olmalıdır. 
İdarəetmə kadrlarının hazırlanmasında aşağıdakı metodlardan 
istifadə etmək olar: 
- Kurslar və seminarlar təşkil etmək. 
- Müsahibələr, diskussiyalar keçirmək. 
- İşgüzar oyun təşkil etmək. 
- Rotasiya üsulu tətbiq etmək. 


171
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin