Nəqliyyat-daşıma funksiyaları məhsulun xarakterik
xüsusiyyətlərindən asılı olaraq nəqliyyat növünün seçilməsi ilə
bağlıdır. Belə ki, müəssisənin hazır məhsulunun daşınması avtomobil
nəqliyyatı vasitələrilə, dəmir yolu nəqliyyatı ilə, gəmilərlə və boru
kəməri vasitəsilə həyata keçirilə bilər. İstehsalın və hazır məhsulların
xüsusiyyətindən asılı olaraq bu funksiyalar müxtəlif xarakterli
vəzifələri yerinə yetirirlər. Lakin bunların ümumi cəhətləri də vardır
və bunlar aşağıdakılardır:
- xammalın daşınması;
- hazır məhsulun daşınması;
- avadanlıqların,alət və qurğuların daşınması;
- personalın daşınması və s.