11
olmuşlar. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm,
təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment,
sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü
təsdiq etmişdir.
Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə
tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları
barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki,
qədim Şumerdə
idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji qazıntılardan
məlum olur ki, hətta, ibtidai icma dövründə yaşayan insanlar
mütəşəkkil qruplarda birləşmiş və birgə fəaliyyət göstərmişlər, daha
doğrusu, idarə olunmuşlar.
Qədimdə böyük təşkilatların yaranması açıq göstərir ki, onlar
idarəetmə strukturuna malik olmuşlar. Babilistanın asma bağları,
inklərin Maçu-Pikçu şəhəri və Misir ehramları koordinasiya edilmiş
mütəşəkkil idarəetmə səyləri nəticəsində yarana bilərdilər. İllər
keçdikcə, bəzi təşkilatların idarə edilməsi daha mürəkkəb, daha çətin
olmuş, təşkilatlar özləri isə daha güclü və daha dayanıqlı olmuşlar.
Buna misal olaraq, yüz illərlə mövcud olmuş Roma imperiyasını
göstərmək olar. Sərkərdələrin rəhbərlik etdikləri Roma legionları
idarəetmənin dəqiq strukturuna malik olduqları üçün, planlaşması və
intizamı pis təşkil edilmiş Avropanın və Yaxın Şərqin o zamankı
qüdrətli dövlətləri üzərində möhtəşəm qələbələr qazanmışlar.
Müasir idarəetmənin bütün formalarını qədim dövrün
çiçəklənən təşkilatlarında da görmək olar. Lakin, həmin dövrdəki
idarəetmənin xarakteri və strukturu, ümumiyyətlə, indikindən
fərqlənmişdir. Məsələn, o dövrlərdə, rəhbərlər və işçilər arasında
pillələr az idi, həmçinin orta səviyyədə rəhbərlik
demək olar ki, yox
idi. O dövrün rəhbər işçiləri çalışırdılar ki, idarəçilik pillələri olmasın.
Onlar bütün vacib qərarları özləri qəbul edirdilər. Çox vaxt rəhbərliyi
bir nəfər yerinə yetirirdi (tayfa başçısı və yaxud padşah). Əgər
12
idarəetmənin yüksək səviyyəsində olan şəxs yaxşı lider və ya
hökmdar idisə, məsələn, Makedoniyalı İskəndər, Yuli
Sezar və ya Adrian kimi, onda bütün işlər də yaxşı gedirdi,
hakimiyyətə Neron kimi bacarıqsız rəhbər
gəldikdə isə ölkəni geriyə
atırdı.
Qədim dövrlərdə elə təşkilat nümunələri olmuşdur ki, hal-
hazırda bizim dövrümüzdəki təşkilatlar kimi idarə olunmuşlar. Buna
ən parlaq nümunə Roma katolik kilsəsidir. Xristianlığın yaradıcıları
tərəfindən müəyyən edilmiş struktur: papa, kardinal, arxiyepiskop,
yepiskop və kilsə keşişi iyerarxiyası bu gün də uğurla həyata keçirilir.
Həmin quruluş bu gün mövcud olan bir çox təşkilatlardan da
üstündür. Ola bilər ki, elə həmin səbəbdən
Roma katolik kilsəsi uzun
əsirlər boyu inkişaf etdiyi halda, ayrı-ayrı təşkilatlar və hətta xalqlar
yaranıb sonradan süquta yetmişlər.
Təşkilatların tarix boyu mövcud olmalarına baxmayaraq, XX
əsrə qədər heç kəs onları elmi yolla və sistemli şəkildə idarə etməyi
düşünməmişdir.
Qədim dövrlərdə, hakim olan insanları, təşkilatı idarə
etməkdən daha çox, sərvət toplamaq və siyasi hakimiyyəti əldə
saxlamaq maraqlandırmışdır. Həm də, hər dövrün öz inkişaf
xüsusiyyətləri və mülkiyyət münasibətləri müxtəlif olduqları üçün,
təşkilatlara və onların idarə olunmalarına da münasibət fərqli
olmuşdur.
Bu fərqləri və xüsusiyyətləri müqayisə etməyə imkan yaratmaq
üçün və yuxarıda qeyd olunanları bir növ təsdiq etmək üçün, qədim
və müasir təşkilatların müqayisəli xarakteristikaları aşağıdakı
cədvəldə verilmişdir
(Cədvəl 1)
XIX əsrin əvvələrində Robert Ouen çox hallarda öz
müəssisələrində işləmək üçün kənar adamları cəlb edirdi. O, işçilərinə
rahatlıq yaradır, onların yaşayış və əmək şəraitini yaxşılaşdırır,
fəhlələrin əməyini ədalətli qiymətləndirməyin yeni üsullarını - əlavə
13
əmək haqqının verilməsini tətbiq edir, yaxşı işləyənlərin maddi
şəraitlərini yaxşılaşdırırdı. Bu reformalar öz dövrü üçün fenomenal
yenilik sayılırdı və insan şəxsiyyətinə qiymət verilməsi baxımından
onun rəhbər kimi rolu yüksək qiymətləndirilirdi. İnsanlar bu
qeyri-adi
sosial eksperimenti görmək üçün uzaqlardan Nyu-Lanarkdakı
(Şotlandiya) fabrikə axışırdılar. Lakin, bu fabrikin kifayət qədər
gəlirlə işləməsinə baxmayaraq, digər biznesmenlər R. Ouenin
reformalarına sağlam düşüncə tərzi ilə yanaşmır və onu başa
düşmürdülər.
Cədvəl 1
Dostları ilə paylaş: