AğASƏF İmran


I.  Elmi idarəetmə məktəbi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   9   10   11   12   13   14   15   16   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

       I.  Elmi idarəetmə məktəbi,  təqribən 1885-1920 -ci illəri 
əhatə edir. 
Elmi idarəetmə F.U.Teylor, Frenk və Liliya Qilbretlər və Henri 
Hanttın işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab 
edirdilər ki, müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir 
çox əl əməyini təkmilləşdirmək olar və elə etmək olar ki, bu işlər 
daha səmərəli görülsünlər.  
Fredirik və Lilian Qilbretlər, işin icrası zamanı nəzarətə imkan 
verən cihaz kəşf etdilər və onu mikroxronometr adlandırdılar. Onlar, 
bu cihaz vasitəsilə müəyyən əməliyyatlarda hansı hərəkətlər yerinə 
yetirildiyini və onların hər birinin nə qədər vaxt apardığını qeyd 
edirdilər.  Alınan  məlumatlara  əsaslanaraq,  onlar  qeyri-effektiv 
hərəkətləri aradan qaldırmaq üçün iş  əməliyyatlarını dəyişir və 
standart qaydalar və avadanlıqlardan istifadə edərək işin səmərəsini 
yüksəltməyə çalışırdılar. Əvvəlki sistemlərlə və iş rejimləri ilə 
müqayisədə, bu, fenomenal fayda gətirirdi. 
Elmi idarəetmə məktəbi insan faktorunu rədd etmirdi. İşçiləri 
istehsalın  yüksəldilməsində  və  hazır  məhsulun  həcminin 
artırılmasında  maraqlandırmaq  üçün  sistematik  olaraq 
motivləşdirmədən - stimullaşdırmadan istifadə edilirdi. Bu, elmi 
idarəetmə məktəbinin çox vacib töhfələrindən biri idi. 


17
 
 
 
Bundan başqa, qısa istirahət etmə imkanları və istehsalda zəruri 
olan fasilələr nəzərdə tutulurdu. Belə ki, müəyyən işi görmək üçün 
ayrılan vaxtın miqdarı real və  ədalətli idi. Bu, rəhbərliyə yerinə 
yetirilməsi mümkün olan istehsal normalarını müəyyən etməyə, 
həmçinin təyin olunmuş minimumu keçən işçilərə  əlavə  əmək haqqı 
ödəməyə  imkan verirdi. Beləliklə də, bu  məktəb tərəfindən 
motivləşdirmə amillərinin tətbiqinin əsası qoyulurdu. 
Belə yanaşmada, əsas element bu idi ki, daha çox məhsul 
istehsal edən adamlar, digər işçilərə nisbətən çox da mükafat alırdılar. 
Elmi idarəetmə məktəbinin baniləri, görüləcək işi yerinə yetirmək 
üçün fiziki və intellektual səviyyələri uyğun gələn adamları seçməyi 
lazım bilirdilər. Onlar həmçinin təcrübəli işçilərdən öyrənməyin 
böyük əhəmiyyəti olduğunu qeyd edirdilər. 
F.Teylorun və onun ardıcıllarının ilk dəfə irəli sürdükləri fikirlər 
bu məktəblə  əlaqədar olmuşdur. Onlar, insanların  fiziki əməklərinin 
yüngülləşdirilməsinin mümkün və vacib olduğunu  sübut etməyə 
çalışmışlar. Onlar elmi yolla sübut edirdilər ki, hər bir işçi insan, bir 
sutkada gördüyü işi 8 saat ərzində normal yerinə yetirə bilər. Norma 
və normativlərin yaranması bu məktəblə əlaqədardır. 
Bu  məktəb,  menecmentin (idarəetmənin)  bir  elm sahəsi 
olduğunu isbat etmiş və sübut etmişdir ki, fiziki əməklə idarəetmə 
əməyi (zehni əmək)  biri-birindən  ayrılmalıdır. 
Digər tərəfdən, elmi idarəetmə  məktəbi sübut  etdi ki, 
cəmiyyətin bütün üzvləri, o cümlədən, fəhlələr də müəyyən hörmətə 
layiqdirlər. Onların fiziki əməyini yüngülləşdirmək  üçün, elmi yolla 
yeni-yeni mexanizimlər hazırlamaq və onları tətbiq etməklə bunu 
həyata keçirmək olar. 
Elmi  idarəetmə  məktəbi  əllə  görülən  işlərin  icrasını 
yüngülləşdirmək üçün müxtəlif üsullar tapılmasına, işin tələbinə görə 
adamların seçilməsinə, işçilərin xammal və avadanlıqlarla vaxtında 


18
 
 
 
təmin edilmələrinə, onların maraqlarını artırmaq üçün maddi 
həvəsləndirmədən istifadə olunmasına rəvac verdi,  planlaşdırmanı və 
idarəçiliyi texnoloji proseslərdən ayırdı. Bu məktəb: 
-əl əməyinin yüngülləşdirilməsi; 
-qısa fasilələr verilməsi; 
-iş və vaxt normaları qoyulması; 
-artıq iş üçün mükafat verilməsi
-idarəetmə  əməyinin fiziki əməkdən ayrılması - proseslərini 
bərqərar etdi. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin