AğASƏF İmran


IV.  Müasir  idarəetmə  və  ya  kəmiyyət  məktəbi  (1950-ci



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə16/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   12   13   14   15   16   17   18   19   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

IV.  Müasir  idarəetmə  və  ya  kəmiyyət  məktəbi  (1950-ci   
illərdən indiyə kimi).  
  
Riyaziyyat,  statistika,  kibernetika,  informatika  elmləri  və 
onlarla bağlı olan bilik sahələri menecment nəzəriyyəsinin inkişafında 
böyük rol oynamışlar. Onların rolunu elmi  metodların tətbiq 
edilməsində də görmək olar. 
 İkinci  Dünya  Müharibəsinə  kimi  kəmiyyət  metodları 
idarəetmədə kifayət  qədər  istifadə edilmirdi.  Bu  müharibənin 
gedişində, İngilislər almanların hava hücumu zamanı kütləvi şəkildə 
məhv olmamaq üçün, özlərinin məhdud sayda olan döyüş təyyarələri 


25
 
 
 
və hava hücumundan müdafiə vasitələrindən daha səmərəli istifadə 
etmək üsullarını axtarmalı oldular. Sonralar müttəfiqlərin Avropaya 
çıxarılmasını təmin etmək, lazım olan hərbi təchizatın effektivliyini 
maksimallaşdırmaq üsullarını axtarmaq  lazım gəldi.  Bu  zərurət 
”əməliyyatların tətbiqi” ümumi adı altında birləşdirilən metodların və 
modellərin yaradılması üçün zəmin oldu. Daha sonralar isə bu 
metodlar təkmilləşdirilərək müasir problemlərinin həllində kəmiyyət 
metodları kimi  istifadə edilməyə başladılar.  
Riyazi üsulların və modellərin tətbiqi, sözün əsl mənasında, 
təşkilatın əməliyyat  problemlərinə elmin tətbiqidir.  Problemin 
qoyuluşundan sonra əməliyyatı tədqiq edən bir qrup mütəxəssis 
hadisələrin gedişinin modelini hazırlayır. Modeli yaratdıqdan sonra, 
dəyişənlərə kəmiyyət (miqdar) qiymətləri verilir. (Model - reallığın 
təsəvvür edilməsinin formasıdır ki,  reallığı sadələşdirir və ya onu 
mücərrəd təsvir edir).   Bu, obyektiv olaraq hər bir dəyişəni 
kəmiyyətcə müqayisə etmək və onlar arasında münasibəti təsvir 
etməyə (başa düşməyə) imkan verir. Deməli,  modellər reallığın 
mürəkkəbliyini başa düşməyi asanlaşdırırlar. 
Bu gün vərdiş etdiyimiz kompüter texnologiyası, müxtəlif 
riyazi-iqtisadi modellərin tətbiqi  yolu ilə  əvvəllər çox çətin olan və 
ya mümkün olmayan fiziki işləri elmi əsaslarla yerinə yetirməyə 
imkan verir. Riyazi modellərin qurulması ilə müxtəlif problemlər həll 
edilir. Kibernetika, informatika, psixologiya və s. elm sahələri bu 
məktəbə  əsaslanır.  Müasir idarəetmə və ya kəmiyyət məktəbi 
modellərin  qurulması,  kompüterlərin  tətbiqi,  yüksək  rabitə 
texnologiyası, iqtisadi-riyazi üsulların tətbiqini menecmentə gətirdi 
və çox böyük dəqiqliklə həyata keçirdi. Bu məktəb: 
-  kibernetikanı; 
-  informatikanı; 
-  iqtisadi - riyazi üsulları və modelləri; 


26
 
 
 
-  kompüter texnologiyasını; 
-  mürəkkəb rabitə texnologiyasını və s. elmi - texniki yenilikləri 
bərqərar etdi. 
Ümumiyyətlə, yuxarıda haqqında danışılan bu dörd məktəb 
tərəfindən yaradılan və ya sistemləşdirilən bütün prinsiplər, metodlar, 
funksiyalar, üslublar menecmentdə yerinə və vacibliyinə görə eyni 
zamanda tətbiq olunmalıdırlar. Əks halda, tam kamil və uğurlu 
idarəetməyə nail olmaq mümkün deyildir. 
Hal-hazırda  idarəetmə məktəblərinin hazırlayıb  bizə miras 
qoyduqları bütün klassik idarəçilik qaydaları daha da təkmilləşdirilir 
və inkişaf etdirilir. Belə ki, keçən əsrin əvvəllərində mövcud olmayan 
və bu gün real olaraq həyata keçirilən  kosmosa uçuşun təşkili və 
idarə 
olunması, 
kompüter-informasiya-kommunikasiya 
texnologiyalarının tətbiqi yeni idarəetmə sistemlərinin bariz nümunəsi 
hesab edilə bilər. Müasir kompüter texnologiyaları və idarəetmə 
sistemləri, ən mürəkkəb və ən çətin texnoloji proseslərin və dünyanın 
bir çox ölkələrində bölmələri olan transmilli şirkətlərin idarə 
olunmasına imkan və şərait yaratmışdır. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin