AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   13   14   15   16   17   18   19   20   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Yoxlama üçün suallar 
1.    İdarəçidikdə keçilmiş məhələlər.    
 2.   Elmi idarəetmə məktəbi. 
3.    Klassik idarəetmə məktəbi. 
4.    İnsani münasibətlər məktəbi. 
5.  Müasir idarəetmə məktəbi. 
 
 
1.3. MENECMENTDƏ YANAŞMALAR 
 
 


27
 
 
 
Menecmentə  müxtəlif nöqteyi - nəzərdən baxılır və o, faktiki 
olaraq özündə 4 müxtəlif məktəbi birləşdirir. Bunlar: elmi idarəetmə, 
klassik və ya inzibati idarəetmə, insani münasibətlər və ya davranış, 
müasir idarəetmə və ya kəmiyyət  məktəbləridir.  Bu  məktəblər 
barəsində «Menecmentin təkamülü» mövzusunda  izahat verilmişdir.  
Bu  məktəblərlə  yanaşı,  hal-hazıra  kimi  menecmentin 
nəzəriyyəsi və praktikasının inkişafında böyük rolu olan bir sıra əsas 
yanaşmalar da vardır: 
Menecmentdə yanaşma dedikdə, idarəetmə prosesinin kimin 
necə təsəvvür etməsi və onun həllinə necə yanaşması başa düşülür. 
 Menecment  yanaşmalarının   ən çox tətbiq edilən  3 tipini 
nəzərdən keçirək:   
  I. Proses yanaşması
  II. Sistem yanaşması; 
  III. Situasiya yanaşması 
1).  Proses yanaşması  -  bir-biri  ilə  bağlı  idarəetmə 
funksiyalarına   arasıkəsilməz ardıcıllıq (proses)  kimi baxır. 
 Burada idarəetmənin funksional ardıcıllığını bilmək və bu 
ardıcıllığı qorumaqla  işləri icra etmək  vacibdir: planlaşdırma; 
təşkiletmə; motivləşdirmə; nəzarət; marketinq (Şəkil 3). 
 
 
 
 
 
 
 
 
Şəkil  3.  Proses yanaşmasında ardıcıllıq 
 


28
 
 
 
Hər bir funksiyanın icrası  bir proses kimi qəbul olunur. Bu 
funksiyaların ardıcıllıqla yerinə yetirilməsi prosesi, görüləcək  işin 
icra edilməsinə və son nəticə alınmasına səbəb olur. 
Proses yanaşmasında  idarəetməyə  bir-biri  ilə  bağlı  olan 
qarşılıqlı fəaliyyətin ardıcıllığı kimi baxılır. Başqa sözlə, idarəetmə 
prosesi bütün funksiyaların ardıcıllığı və cəmi kimi başa düşülür. Bu 
funksiyalar isə aşağıdakılardır: 
Bu beş funksiyanın icrası və  əlaqələndirilməsi üçün ən zəruri 
proses  informasiya mübadiləsidir  və  yalnız  bu  halda  qərar  qəbul 
etmək mümkündür. 
2).  Sistem yanaşması  - menecmentə işçilər, təşkilat və  ətraf 
mühit amillərinin qarşılıqlı  əlaqəlləri (daxili və xarici amillər) kimi 
baxır. 
Sistem yanaşması  bir-birilə  qarşılıqlı  əlaqədə olan və asılı 
olaraq fəaliyyət göstərən bütün hissələrin və elementlərin təsirini 
nəzərə alır. Sistem – ayrı-ayrı qohum elementlər çoxluğu və yaxud da, 
iştirakçı elementlərin hər birinin öz fərdi xassəsi saxlanılmaqla 
onların birləşməsindən yeni xassəli yeni vahidin yaranması kimi başa 
düşülə bilər. 
Real həyatda açıq və qapalı sistemlər mövcuddur. Bütün 
mövcud təşkilatlar (firmalar, müəssisələr) açıq sistemlərdir. Çünki 
onlar  hamısı  xarici  aləmlə  əlaqəlidirlər.  Altsistemlər  isə  tam 
sistemlərin hissələridir. Qapalı sistem kimi ətraf mühitdən izolə 
edilmiş və bu şəraitdə fəaliyyət göstərə blən qurğu və cihazları başa 
düşmək olar ki, bunlar da nisbi xarakter daşıyır (misal üçün, saait 
mexanizmi)  
Sistem  yanaşması   şəraitində,  yuxarıda  qeyd  olunan 
funksiyalarla yanaşı müəyyən daxili və xarici təsir amillərini, 
həmçinin qeyri-müəyyənlikləri, mürəkkəblikləri və dəyişkənlikləri də 
nəzərə almaq lazımdır. 


29
 
 
 
3). Situasiya yanaşması - vaxta görə, mövcud situasiya ilə bağlı 
müxtəlif idarəetmə metodlarının  tətbiq olunması və rəhbərin fərdi 
qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsi. 
 Burada, yuxarıda qeyd olunan proses və sistem yanaşmaları ilə 
birlikdə vaxt amili və onunla yanaşı qərar qəbul edən rəhbərin 
şəxsiyyəti, qabiliyyəti və digər xüsusiyyətlər də nəzərə alınmalıdır.  
Situasiya (məqam) yanaşması, məqsədə daha səmərəli çatmaq 
üçün konkret məqamda konkret qaydaların tətbiq edilməsini təmin 
edir, təşkilata təsir edən daxili və xarici dəyişənləri (təsir amillərini) 
məqama görə nəzərə alır. Bu halda, rəhbərin şəxsi keyfiyyətləri, 
səriştəsi, biliyi, reallığı qiymətləndirmə qabiliyyəti, qərar qəbul etmə 
bacarığı və digər amillər nəzərə alınmalıdır.  
Məqam yanaşmasının bir xüsusiyyəti də, təşkilatın strateji 
məqsədinin təmin olunması üçün vaxta görə taktiki addımların 
atılması,  müəssisənin siyasətinin və qaydalarının bu  məqsədə 
yönəldilməsi və görülən işlərin plana uyğun müddətlərdə yerinə 
yetirilməsinə diqqət yetirilməsidir.  
Qeyd olunan hər üç yanaşma, menecerlər tərəfindən heç də 
izolə olunmuş  şəkildə və fərdi yolla tətbiq olunmurlar. Onlar hamısı 
biri-birilə qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq şəraitində tətbiq edilirlər 
və yalnız belə olduqda istənilən son nəticə  əldə edilə biliər. Bu 
səbəbdən də, bu yanaşmaların həm fərdi, həm də ümumi 
xüsusiyyətləri diqqətlə  araşdırılmalı,  öyrənilməli   və  yerinə, 
məqamına görə nəzərə alınmalıdır. 
Haqqında danışdığımız  məktəblər və  yanaşmalar heç də 
menecmentin təkamülünün zirvəsi deyildir  və bu  istiqamətdə 
təkmilləşmələr və yeniliklər müasir günlərimizdə davam etməkdədir. 
Şərti olaraq yanaşmaları XX əsrin birinci və ikinci yarısında 
formalaşmış qruplara bölmək olar. 


30
 
 
 
XX əsrin birinci yarısında  meydana  gələn  yanaşmalar 
aşağıdakılardır: 
a) Proses yanaşması; 
b) Sistem yanaşması;  
s) Situasiya (məqam) yanaşması; 
d) Funksional yanaşma; 
e) Kəmiyyət yanaşması; 
j) Bürokratik təşkilatçılıq; 
i) Rəftar (davranış) yanaşması; 
l) İnzibati yanaşma; 
m) Sənaye injinirinqi. 
XX əsrin ikinci yarısında  meydana  gələn  yanaşmalar 
aşağıdakılardır: 
a) Nəticəyə görə idarəetmə; 
b) Məqsədə görə idarəetmə; 
s) Geriləmədə idarəetmə; 
d) İnkişafda idarəetmə; 
e) İnnovasiya yanaşması;  
j) Uğur nəzəriyyəsi; 
i) «Z» nəzəriyyəsi; 
l) Kompleks yanaşma; 
m) Kombinəli yanaşma. 
İkinci qrup yanaşmaların bəzilərinə nəzər salaq: 
Nəticəyə görə idarəetmə - Fin alimləri tərəfindən təklif olunmuş 
rəftarla bağlı yanaşmadır. Bu yanaşmada əsas vəzifə, həm işçilərin, 
həm də rəhbərlərin cəhdlərini planauyğun nəticələrin əldə edilməsinə 
yönəltməkdir. 
Məqsədə görə idarəetmə – rəhbərlər və işçilər öz imkanları və 
qabiliyyətlərinə müvafiq olaraq məqsədə çatmaq üçün vəzifələri elə 


31
 
 
 
bölüşdürürlər ki, hər kəsn aldığı fərdi nəticələrin yekunu, ümumi 
nəticənin alınmasına xidmət etsin. 
Geriləmədə idarəetmə - myəssisənin daxili mühitinin təhlili və 
təşkilati tədbirlərin tətbiqi sayəsində geriləməni aradan qaldırmağa 
yöləldilir.  Bu  halda:  istehsal  proqramına  yenidən  baxmaq, 
maliyələşdirməni dəyişdirmək,  işçiləri  ixtisar  etmək,  ayrı-ayrı 
bölmələri tədricən ləğv etmək kimi tədbirlər həyata keçirilə bilər. 
Uğur nəzəriyyəsi - xarici təsir amillərinin müəssisənin praktik 
fəaliyyətinə nə dərəcədə təsir göstərməsini nəzərə alan yanaşmadır. 
Bu halda, sosial-iqtisadi inkişafda sıçrayış  əldə etmiş ictimai 
sistemlərin müqayisəli təhlili aparılmaqla tədbirlər həyata keçirilər.  
«Z» nəzəriyyəsi – Uilyam Ouçinin,  Mak-Qreqorun “X” və “Y” 
nəzəriyyələrini tamamlayan nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə hər 
bir müəssisənin uğuru,  onda çalışan və konkret əsasnamələr və 
qaydalarla idarə olunan insanlardan asılıdır 
Kombinəli yanaşma – “Uğur  nəzəriyyəsi“  və  “Geriləmədə 
idarəetmə“ yanaşmakfhının birgə tətbiqidir. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin