23
Abraham Maslou və başqa psixoloqların da tədqiqatları bu
hadisənin səbəblərini başa düşməyə imkan verdi. A.Maslouya görə
adamların işə münasibətləri və davranışları, heç də pulun köməyi ilə
qismən yerinə yetirilə bilən
iqtisadi maraqlarla yox, həm də müxtəlif
tələbatlarla bağlıdır.
Bu nəticələrə əsaslanaraq davranış məktəbinin tədqiqatçıları
hesab
edirdilər ki, əgər rəhbərlik öz işçilərinə çox qayğı göstərirsə,
onda onların razılığının səviyyəsi artar, bu isə məhsuldarlığın
artmasına gətirib çıxarar. Onlar insanlar arasındakı münasibətlərinin
idarə edilməsi üsullarından istifadə etməyi məsləhət görürdülər. Bu
üsullardan: rəhbərlərin özlərinin bilavasitə daha təsirli rəftar etmələri;
işçilərlə məsləhətləşmələr aparmaları; işçilərə bir-biri ilə ünsiyyət
yaratmaq üçün daha geniş imkanlar yaratmağı göstərmək olar.
Davranış məktəbinin baniləri, əsas etibarı ilə şəxslər (fərdlər)
arasında münasibətlərin yaradılması metodlarına diqqət yetirməklə,
insani münasibətlər məktəbini daha çox zənginləşdirdilər. Yeni
yanaşmanın mahiyyəti, əsasən təşkilatların qurulması və idarə
edilməsində davranış konsepsiyalarının tətbiqi ilə hər bir şəxsin
özünün fərdi imkanlarının dərk edilməsində ona kömək göstərmək
idi. Ümumiyyətlə demək olar ki, bu məktəbin əsas məqsədi insanların
qabiliyyətləri və səyləri hesabına təşkilatların fəaliyyətlərini
səmərəli
etmək idi.
Davranış yanaşması o qədər geniş yayılmışdı ki, keçən əsrin 60-
cı illərində demək olar ki, bütün idarəetmə sahələrini tamamilə əhatə
etmişdi. Əvvəlki məktəblər kimi, bu məktəbin nümayəndələri də,
idarəetmə problerinin həllində davranış yanaşmasının “ən yaxşı”,
“yeganə” üsul olduğunu iddia edirdilər. Onların əsas postulatı bu idi
ki, davranış haqqında elmləri düzgün tətbiq etməklə, həm ayrı-ayrı
işçilərin, həm də ümumilikdə təşkilatın səmərəli fəaliyyətini təmin
etmək olar.
24
Cəmiyyətdə mövcud olan hər bir fərdin özünün müəyyən
qabiliyyəti vardır. Müxtəlif
insanlar eyni bir işi, eyni bir alətlə, eyni
səviyyədə yerinə yetirə bilmirlər. Ona görə də hər bir fərdin
tələbatını, qabiliyyətini, səriştəsini və psixologiyasını nəzərə almaq
lazımdır. Deməli, insani münasibətlər məktəbində adamların fərdi
xüsusiyyətləri - hər bir fərdin qabiliyyəti, təlabatı, səriştəsi
psixologiyası və göstərdiyi cəhdlər nəzərə alınır.
İnsani münasibətlər məktəbi
əmək məhsuldarlığının
yüksəldilməsi və son nəticə əldə edilməsi üçün fərdi (şəxsi)
münasibətlərin idarə olunmasını, onların sosial və psixoloji
vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə
yanaşması faktorlarını aşkar etdi. Bu məktəb:
- psixologiya;
-
ictimai münasibətlər;
- insan amili;
-
hakimiyyət və nüfuz;
- motivləşdirmə (həvəsləndirmə);
- işin məzmunu və iş şəraiti;
- rəftar (qarşılıqlı münasibət) və səriştə amillərini menecmentə
gətirdi və onların nəzərə alınmasını zəruri etdi.
Dostları ilə paylaş: