102
Səlahiyyət, hər hansı bir şəxsə verilən və onu adi işçidən rəhbər
işçiyə çevirən hüquqi ixtiyardır. Səlahiyyət, vəzifədən asılı olaraq
müəyyən hədd çərçivəsində məhdudlaşdırılır. Bəzi hallarda
tabeçilikdə olan işçilərin sayının çoxalması bu məhdudiyyət
sərhədlərini dəyişdirir, səlahiyyətin xarakterini və həcmini o dərəcədə
genişləndirir ki, səlahiyyət bölgüsü arasındakı münasibətləri
tarazlamaq üçün ona yenidən baxmaq lazım gəlir. Ümumiyyətlə
götürdükdə isə, səlahiyyətin iki ümumi növü vardır:
xətti və qərargah
səlahiyyəti.
Xətti səlahiyyət – bilavasitə işçilərlə birbaşa ünsiyyətdə olan
rəhbər işçilərə verilən səlahiyyətdir. Məhz xətti səlahiyyətlər
rəhbərlərə qanuni hakimiyyət verir ki, öz tabeçiliklərində olan işçiləri
qarşıya qoyulmuş məqsədlərə nail olmağa doğru yönəltsinlər. Xətti
səlahiyyətlərin verilməsi idarəetmə səviyyələrinin iyerarxiyasını
yaradır. İyerarxiyanın yaradılması prosesi skalyar (pilləvari) proses
adlanır. Bütünlükdə iyerarxiya səviyyələri arasındakı əlaqələr skalyar
zəncir və ya komanda zənciri adlanır. İdarə aparatında deyil,
komanda zənciri pillələrində çalışan rəhbər işçilər xətti səlahiyyət
sahibləri hesab olunurlar.
Qərargah səlahiyyətləri idarə aparatında (qərərgahda) çalışan
rəhbər işçilərə verilən ixtiyardır. Bu səlahiyyət çox məhdud, faktiki
olaraq təklif və məsləhətverici ola bilər və ya elə ümumi ola bilər ki,
onlarla xətti səlahiyyətlər arasındakı əlaqələr səthi xarakter daşısın.
İdarə aparatını, onun yerinə yetirdiyi funksiyaları nəzərə alaraq,
qərərgah səlahiyyətlərini aşağıdakı siniflərə ayırmaq olar:
məsləhətçilik səlahiyyəti, paralel (xidməti) səlahiyyətlər, funksional
səlahiyyətlər, idarə daxilində xətti səlahiyyətlər. Yadda saxlamaq
lazımdır ki, praktikada bu növ səlahiyyət bölgüləri arasında sərt
sərhəd qoymaq çox çətindir. Hər bir idarə işçisinə verilən səlahiyyət
vəzifə səviyyəsində geniş diapazona malik olsa da, myəssisə
103
səviyyəsində nisbətən məhdud olur və qabaqcadan təsdiq edilmiş
təlimatla müəyyənləşdirilir.
Məsuliyyət – verilən tapşırıqların yerinə yetirilməsi öhdəçiliyini
və onların qənaətbəxş həll ediləmsinə cavabdehliyi ifadə edir.
Cavabdehlik dedikdə – hər hansı fərdin
təşkilatda müəyyən vəzifəni
tutduqda, konkret işin icrası üçün tələblərin yerinə yetirilməsinə görə
öhdəçiliyi boynuna götürməsi başa düşülür. Hər hansı bir fərd
müəyyən muzd (maaş, mükafat) müqabilində, verilən tapşırığın (işin,
vəzifənin) yerinə yetirilməsi üçün təşkilatla müqavilə bağlayır və
görəcəyi işlər üçün məsuliyyət daşıyır. Məsuliyyət o deməkdir ki,
işçi, yerinə yetirdiyi tapşırığın nəticələrinə görə, ona səlahiyyət verən
rəhbərin qarşısında cavabdehdir. Rəhbər, səlahiyyəti üzrə başqa bir
işçisinə tapşırıq verərkən, görüləcək iş üçün
məsuliyyəti öz üzərindən
götürmür. Bu halda rəhbər, işi başqasına gördürsə də, işin qənaətbəxş
başa çatdırılmasına görə cavabdehlik daşıyır.
Nüfuz – bir fərdin başqa bir fərdin davranışında,
münasibətlərində, duyğusunda dəyişiklik yarada bilən davranışdır.
Başqasına təsir etmə vasitələri müxtəlif ola bilər: qulağa pıçıltı ilə
edilən xahişdən, boğaza bıçaq dirəməyə qədər. Təşkilat şəraitində
belə bıçaq – işdən qovmaq ola bilər. Biri
digərinə həmçinin fikirlər
söyləməklə də təsir edə bilər. Liderliyini və nüfuzunu güclü etmək
üçün, rəhbər öz səlahiyyətlərini ciddi tətbiq etməli və hakimiyyətini
möhkəmləndirməlidir.
Hakimiyyət – səlahiyyət, nüfuz və fərdi keyfiyyətlərindən
istifadə etməklə başqalarının davranışına təsir etmək imkanıdır.
Rəsmi səlahiyyətlərə əlavə olaraq, rəhbərə hakimiyyət də lazımdır,
çünki, o, öz komandasında olan adamlarla və kənar adamlarla işləyir.
Təşkilatın müxtəlif işlərini yerinə yetirərkən,
rəhbər özünün bilavasitə
nüfuzundan, işçilərdən və kənar təşkilatlardakı həmkarlarından
istifadə edir. Bu qruplar faktiki olaraq rəhbərin ətraf mühitinin bir
104
hissəsini təşkil edirlər. Bu adamların köməyi olmadan rəhbər öz
funksiyalarını səmərəli yerinə yetirə bilməz.
Rəhbərlərin əksəriyyəti kənar adamlarla və təşkilatlarla da
bağlıdırlar. Bunlar tədarükçülər, sifarişçilər, rəqiblər, rəhbərlərin
fəaliyyətini tənzimləyən idarələr, həmkarlar ittifaqı və başqalarıdır.
Liderliyin ilkin alətləri olan səlahiyyət, hakimiyyət və nüfuz olmadan
heç bir rəhbər işçi heç bir problemin həllinə nail ola bilməz. Əgər
rəhbər, ondan asılı olan adamlara təsir etmək üçün
kifayət qədər
hakimiyyətə malik deyildirsə, onda o, qoyulan məqsədlərə
başqalarının köməyi ilə çatmaq üçün lazım olan dəstəyi ala
bilməyəcəkdir. Əgər rəhbərin hakimiyyəti və nüfuzu yoxdursa, onda
o, liderlik səviyyəsinə yüksələ bilməyəcək və ola bilsin ki, vəzifəsini
və səlahiyyətlərini də itirəcəkdir.
Dostları ilə paylaş: