105
yüklənməsinə yol verməməkdir. Bu zaman ehtiyatlı olmaq lazımdır
ki, belə bölmələr öz məqsədlərini təşkilatın ümumi məqsədindən
üstün tutmasınlar. Əlavə bölmələr istənilən quruluşlu təşkilatlara
tətbiq edilə bilərlər.
Funksional quruluşun
üstün cəhətləri aşağıdakılardır:
·
İşgüzarlığı və peşəkar ixtisaslaşmanı gücləndirir və
stimullaşdırır.
·
Funksional sahələrdə maddi ehtiyatların ifrat istehlakının
qarşısını alır və əməliyyatların təkrar edilməsini azaldır.
·
Funksional sahələrdə koordinasiyanı (əlaqələndirməni)
yaxşılaşdırır.
Şəkil 14. Funksional quruluş
Funksional quruluşun
çatışmayan cəhətləri isə aşağıdakılardır:
106
1.
Şöbə və bölmələr öz məqsəd və vəzifələrini həyata
keçirməkdə, ümumi məqsədlərin həyata keçirilməsindən daha çox
maraqlı ola bilərlər. Bu isə, funksional sahələr arasında münaqişə
imkanını artırar.
2.
Böyük təşkilatlarda, ali rəhbərdən bilavasitə icraçıya qədər
olan komanda zənciri çox uzun ola bilər (idarəetmə pillələrinin sayı
artar).
Funksional quruluşu, məhsulların məhdud nomenklaturasını
buraxan, sabit xarici təsir şəraitində fəaliyyət göstərən
və özünün
yaşamasını təmin etmək üçün standart idarəetmə vəzifələrini həll
edən təşkilatlarda istifadə etmək daha məqsədəuyğundur.
Dostları ilə paylaş: