AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə50/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   46   47   48   49   50   51   52   53   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Strateji planlaşdırma - (strategiya –  latınca  “sərkərdənin 
məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun 
müddətli planlaşdırılmasıdır. Bu plan olmazsa, orta və cari planların 
hazırlanması və həyata keçirilməsi də mümkün olmaz.  
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və 
onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə 
görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına 
görə qurula bilər. 


95
 
 
 
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və 
gündəlik işlərin gedişinə  mütənasib qurulmalıdır. 
Orta və cari planlaşdırma barədə daha ətraflı məlumat 
«Müəssisə iqtisadiyyatı» fənnində verilmişdir.  Bu səbəbdən də, 
bunları geniş açıqlamırıq.  
 Strateji  plan  idarəetmənin  təşkili  və  planlaşdırılmasının 
əsasıdır.  Strareji  planlaşdırmanın  ardıcıllıq  mərhələləri aşağıdakı  
sxemdə verilmişdir (Şəkil 12). 
Sxemdə  verilmiş  ardıcıllıqla  müəssisənin  strategiyasının 
müəyyənləşdirilməsi  mərhələlərini izah edək: 
1. Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ 
bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul 
olmaq. 
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s 
lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər – 
bazar, bank, biznes və s. vacibdir. 
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir: 
-  Məramın nəzəri əsaslandırılması. 
- İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin 
yararlı-yararsız olması və iqtisadi mühitin  nəzərə alınmasının 
vacibliyi. 
- Siyasi mühitin nəzərə alınması. 
- Sosial vəziyyətin öyrənilməsi. 
- Estetik və intelektual mühit. 
- Dini və milli xüsusiyyətlər. 
 
 
 
 
 


96
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  12.  Strateji planlaşdırmada ardıcıllıq 
 
2. Məqsəd – missiyadan yaranır və onu  həll etmək üçün qarşıya 
qoyulur.  Burada bir  məqsəddən yox,  məqsədlər çoxluğundan 
danışmaq olar. Çünki, missiyanı həyata keçirmək üçün qarşıya çıxan 
vəzifələr və tapşırıqlar yeni-yeni vəzifələr qarşıya qoyar və bu da 
məqsədlər çoxluğunu yaradır. 
3. Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur.  
Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə 
nail olmaqda həlledici rol oynayır. 
4. Zəif və güclü amillərin tədqiqi.   Hər   bir   müəssisə  öz  
vəziyyətini yoxlayaraq zəif və güclü cəhətlərini aşkar edir. Bu halda, 
zəif cəhətləri aradan götürmək, güclüləri isə daha da yaxşılaşdırmaqla 
üstünlük əldə etmək olar. 
5. Strateji alternativlərin təhlili. 
Çatışmamazlıqları aradan qaldırmaq üçün alternativ variantlar 
hazırlamaq və onlardan birini - ən səmərəli olanını seçmək lazımdır. 
Alternativ – hər hansı bir tədbirdə alınacaq son nəticənin müxtəlif 
variantlarının olmasıdır. Yalnız bu halda seçim etmək   imkanı 
yaranır. 
6. Strategiyanın seçilməsi. 


97
 
 
 
7. Strategiyanın həyata keçirilməsi. 
8. Strategiyanın qiymətləndirilməsi. 
Strategiyanın həyata keçirilməsi üçün aşağıdakı addımların 
atılması vacibdir (Şəkil 13):  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  13.  Strateji icra mexanizminə daxil olan amillər 
 
Strategiyanın   qiymətləndirilməsi  görülən  işin  gedişinin 
müzakirə  və  müqayisə  edilməsidir.  Əgər  qiymətləndirmə 
müsbətdirsə, razılıq əsasında iş  davam etdirilir, əks halda isə, ya işin 
icrası, yaxud da tutulmuş plan dəyişdirilir. 
Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq 
ediləcək tədbirdir. Taktika strateji məqsədə çatmaq üçün icra edilən 
qısa müddətli tədbirlərdir. 
Siyasət – məqsədə çatmaq üçün müəyyən edilmiş taktikanın 
necə icra edilməsi  yoludur. 
Proses – bilavasitə işin icrasıdır ki,  işin  mərhələlərlə, 
texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsini təşkil 
edir. 


98
 
 
 
Qayda – prosesin həlli üçün  müəyyən edilmiş norma və 
normativlər,  hüquqi aktlardır.  Qabaqcadan qoyulmuş  qaydaları 
özbaşına dəyişdirmək və ya  pozmaq olmaz. Əks halda, həm inzibati, 
həm də istehsal rejimi pozula bilər və arzu olunan- istənilən nəticəni 
əldə etmək olmaz. 
Strateji planlaşdırma - missiyanın (ali məqsədin) uzunmüddətli 
həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların, 
istehsal vasitələrinin, texnika və texnologiyanın son məqsədə çıtmaq 
üçün birgə istifadəsinin alqoritmi başa düşülür.  
Ümumi strateji plana  firmanın  uzunmüddətli dövr üçün 
fəaliyyətini istiqamətləndirən  kompleks tədbirlər proqram kimi  də 
baxmaq olar. 
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş 
spesifik  strategiyanın  hazırlanmasına  doğru  aparan,  rəhbərlik 
tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. 
Strateji  planlaşdırma  idarəetmə  qərarların  qəbul  edilməsində 
istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və 
dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, 
strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 
əsas növünü özündə  əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf 
mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati - strateji 
qabağıgörmə. 
- Ehtiyatların bölüşdürülməsi - bu proses özündə fond, 
idarəçilik, kapital,  kadrlar  və texnoloji təcrübə kimi məhdud 
ehtiyatları əks etdirir. 
- Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah 
edilməlidir. Ətraf mühitə uyğunlaşma,  təşkilatın ətraf mühitlə 
münasibətlərini yaxşılaşdıran strateji  xarakterli bütün fəaliyyəti 
özündə  əks   etdirməlidir. Belə ki, təbiətin və  ətraf mühitin 
çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması, 


99
 
 
 
əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib 
amillər nəzərə alınmalıdırlar. 
  
-  Daxili  əlaqələndirmə -  firmadaxili  əməliyyatları  səmərəli 
birləşdirməyə nail olmaq  məqsədilə firmanın zəif və güclü 
cəhətlərini, maddi və maliyyə imkanlarını strateji fəaliyyətin icrasına 
yönəltməyi özündə əks etdirir. 
- Təşkilati – strategi qabağıgörmənin dərk edilməsi,  təşkilatın 
yaşadılması və səmərəli fəaliyyəti üçün menecerlər tərəfindən elmi və 
texniki yenilikləri vaxtında görmək və onları tətbiq etməklə 
müəssisənin   müntəzəm  və dinamik  inkişafınıntəmin  edilməsini  
nəzərdə tutur. 
Strategiyanın  mahiyyəti.  Strategiya  -  təşkilatın  vəzifələrinin 
həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək 
üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı 
özündə  əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin 
onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını 
nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, 
bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır.  
Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə 
(göstəricilərə)  əsaslanmalıdır.  İndiki biznes dünyasında effektiv 
rəqabət aparmq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa 
amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil 
etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik) 
verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda 
marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji plan 
elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla 
kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini 
təkmilləşdirmək  və  yenidən  istiqamətləndirməklə dinamikliyi  və  
elastikliyi təmin etmiş olsunlar.  


100
 
 
 
Strategiyanın  seçilməsi.  Rəhbərlik,  mövcud  strateji 
alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu 
seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) 
uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji 
seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər 
hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra 
bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və 
qiymətləndirməyə  əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə 
təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: 
risk; təcrübə; rəqabət; vaxt. 
Risk  - qazanc və yaxud itki  verə bilən fəaliyyətdir. Kifayət 
qədər ölçülüb-biçilməmiş və  əsaslandırılmamış yüksək dərəcəli risk 
təşkilatı  müflisləşdirib dağıda bilər. 
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması  və 
onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez 
rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin 
təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur. 
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez  konkret 
strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət 
mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik, 
bazarın  tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar  
ata bilər.       
Vaxt amili.  Qərar  qəbul edilməsi  zamanı  vaxt  amili 
müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar 
macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana 
düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər. 
 
 Yoxlama üçün suallar 
 
1. Menecmentdə funksiya anlayışı     


101
 
 
 
2. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri. 
3. 
Müəssisə missiyasının təyin edilməsinə    təsir göstərən amillər 
4. Strateji planlaşdırma. 
5 Taktiki planlaşdırma. 
6. Cari planlaşdırma. 
7. Strateji planlaşdırmanın mərhələləri 
8. Strateji planlaşdırmada əsas istiqamətlər  hansılardır? 
9. Planlaşdırmada rəqabət, risk və vaxt amilləri. 
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin