İstifadəsi
üzrə təlimat
AĞRIKƏSİCİ BALZAM bədən üçün kosmetik vasitə
PAIN BALM
Tərkibi
Balzamın hər ml-nin tərkibində olan bitki yağları:
Qaulteriya уаrpağı (Gaultheria fragrantissima leaf oil) 120 mq
Çöl nanəsi уаrpağı (Mentha arvensis leaf oil)
120 mq
Şam ağacı (Pinus longifolia oil)
20 mq
digər komponentlər:
serezin, mineral yağ, izopropil miristat, ətirləndirici.
Farmakoloji xassələri
Ağrıkəsici balzam baş, əzələ və oynaq ağrılarında faydalı təsir göstərir.
Balzamın təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır.
Qaulteriya уаrpağı yağının tərkibində olan metilsalisilat,
dubil maddələr, arbutin və tanin sağaldıcı,
antiseptik, stimuləedici və yayındırıcı xassələri ilə tanınırlar. Tərkibində metilsalisilatın miqdarının çox
olması hesabına Qaulteriya yağı xaricə istifadə üçün əzələ və oynaq xəstəliklərində ağrıkəsici və iltihab
əleyhinə vasitələrin tərkibində istifadə edilir.
Çöl nanəsi уаrpağı yağının tərkibinə efir yağları, о cümlədən mentol yağı daxildir. Nanə yerli ağrıkəsici
və ödem əleyhinə təsir göstərir. Qərbi avropa təbabətində nanə dayaq-hərəkət sisteminin xəstəliklərində,
revmatoid və əzələ ağrılarında xaricə istifadə olunur. Nanənin efir yağları sinir oyanıqlığını aradan qaldırır,
spazmolitik təsir göstərir, baş beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır.
Şam ağacı yağının tərkibinə α və β-pinen daxildir. Ağrıkəsici, antiseptik, iltihab əleyhinə təsir göstərir.
Şam ağacının yağı oynaq iltihabında və onurğa ağrıları zamanı qan dövranını stimulə edir və qızdırıcı
təsir göstərir. Artrit, revmatizm, əzələ ağrıları və spazm zamanı effektivdir. Şam ağacının yağı fiziki işdən
sonra əzələlərdə yorğunluq və gərginlik hissini aradan qaldırmaq üçün təyin olunur.
İstifadəsinə göstərişlər
- baş ağrıları
- oynaq ağrıları
- müxtəlif etiologiyalı mialgiyalar
Əks göstərişlər
- balzamın komponentlərinə qarşı yüksək həssaslıq;
- 2 yaşa qədər uşaqlar;
- hamiləlik;
- laktasiya dövrü;
- bronxospazma meyilli olan şəxslər.
İstifadə qaydası
Xaricə istifadə üçünl
Az miqdarda balzam baş, oynaq və əzələ ağrıları zamanı zədələnən nahiyəyə gündə 2-3 dəfə çəkilir.
Daha effektli nəticə almaq üçün balzam yüngül massaj ilə çəkilir.
Xüsusi göstərişlər və xəbərdarlıqlar
Balzamın komponentlərinə qarşı allergik reaksiya ola bilər.
Açıq yaralara və selikli qişalara düşməsi qadağandır.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri
Aşkar olunmayıb.
Buraxılış forması
-10 ml balzam olmaqla şüşə flakonda buraxılır.
- 50 ml balzam olmaqla plastik germetik flakonda buraxılır.
Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+25°C±2°C temperaturda, quru və uşaqlann əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq!
Yararlılıq müddəti
3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
«The Himalaya Drug Company» -
firması tərəfindən istehsal olunur.
Makali, Bangalore 562 123, Hindistan
www.himalayahealthcare.com
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com