AĞrikəSİCİ balzam bədən üçün kosmetik vasitə pain balm tərkibi



Yüklə 14,86 Kb.
Pdf görüntüsü
tarix05.03.2017
ölçüsü14,86 Kb.
#10302

İstifadəsi üzrə təlimat  

 

 



AĞRIKƏSİCİ BALZAM     bədən üçün kosmetik vasitə

PAIN BALM

 

 

Tərkibi 



Balzamın hər ml-nin tərkibində olan bitki yağları:  

Qaulteriya уаrpağı (Gaultheria fragrantissima leaf oil)   120 mq 

Çöl nanəsi уаrpağı (Mentha arvensis leaf oil)    

120 mq 


Şam ağacı (Pinus longifolia oil)   

 

 



  20 mq 

 

digər komponentlər: 



serezin, mineral yağ, izopropil miristat, ətirləndirici.  

 

Farmakoloji xassələri 

Ağrıkəsici balzam baş, əzələ və oynaq ağrılarında faydalı təsir göstərir. 

Balzamın təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır. 



Qaulteriya  уаrpağı yağının  tərkibində olan metilsalisilat, dubil maddələr, arbutin və tanin sağaldıcı, 

antiseptik, stimuləedici və yayındırıcı xassələri ilə tanınırlar. Tərkibində metilsalisilatın miqdarının çox 

olması hesabına Qaulteriya yağı xaricə istifadə üçün əzələ və oynaq xəstəliklərində ağrıkəsici və iltihab 

əleyhinə vasitələrin tərkibində istifadə edilir.  



Çöl nanəsi уаrpağı yağının tərkibinə efir yağları, о cümlədən mentol yağı daxildir. Nanə yerli ağrıkəsici 

və ödem əleyhinə təsir göstərir. Qərbi avropa təbabətində nanə dayaq-hərəkət sisteminin xəstəliklərində, 

revmatoid və əzələ ağrılarında xaricə istifadə olunur. Nanənin efir yağları sinir oyanıqlığını aradan qaldırır, 

spazmolitik təsir göstərir, baş beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır. 



Şam ağacı yağının  tərkibinə  α  və  β-pinen daxildir. Ağrıkəsici, antiseptik, iltihab əleyhinə  təsir göstərir. 

Şam ağacının yağı oynaq iltihabında və onurğa ağrıları zamanı qan dövranını stimulə edir və  qızdırıcı 

təsir göstərir. Artrit, revmatizm, əzələ ağrıları və spazm zamanı effektivdir. Şam ağacının yağı fiziki işdən 

sonra əzələlərdə yorğunluq və gərginlik hissini aradan qaldırmaq üçün təyin olunur. 

 

İstifadəsinə göstərişlər 

- baş ağrıları 

- oynaq ağrıları 

- müxtəlif etiologiyalı mialgiyalar  

 

Əks göstərişlər 

- balzamın komponentlərinə qarşı yüksək həssaslıq; 

- 2 yaşa qədər uşaqlar; 

- hamiləlik; 

- laktasiya dövrü

bronxospazma meyilli olan şəxslər. 

 

İstifadə qaydası 

Xaricə istifadə üçünl 

Az miqdarda balzam baş, oynaq və  əzələ  ağrıları zamanı  zədələnən nahiyəyə gündə 2-3 dəfə  çəkilir. 

Daha effektli nəticə almaq üçün balzam yüngül massaj ilə çəkilir. 

 

Xüsusi göstərişlər və xəbərdarlıqlar 

Balzamın komponentlərinə qarşı allergik reaksiya ola bilər.  

Açıq yaralara və selikli qişalara düşməsi qadağandır. 

 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 

 

Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri 

Aşkar olunmayıb. 

 

Buraxılış forması 

-10 ml balzam olmaqla şüşə flakonda buraxılır. 

- 50 ml balzam olmaqla plastik germetik flakonda buraxılır. 

Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 



 

Saxlanma şəraiti 

+25°C±2°C temperaturda, quru və uşaqlann əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq! 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 

 

 

                            «The Himalaya Drug Company» -  

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 

                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xassələri 

Yüklə 14,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin