44
yaxınlığında, Otlubeli adlanan yerdə baş vermişdir. Yarlığa görə, Ağqoyunlu
qoşununun hərbi tərtibatı aşağıdakı kimi idi:
Pişdarda (münqəlay), yaxud öndə - Uzun Həsən, təvaçi Bayandur bəy, Əli
Mirzə, Şahəli bəy Pornak, İbrahimşah bəy, Gavur İshaq;
-
Cəvanğar (sol qol) alayında -
Uzun Həsənin oğlu Zeynal Mirzə,
Qaramanlı Pirəhməd, Məhəmməd bəy, Süleyman bəy, Möhdar Şeyx Əli, Əli paşa;
-
Bəranğar (sağ qol) alayında - Uğurlu Məhəmməd,
sahibqran Teymur
bəyin övladlarından Məhəmməd Bəkir Mirzə, Zeynal Mirzə və Müzəffər Mirzə,
Hacı bəy, Rüstəm bəy və Şahməhəmməd bəy.
159
Yarlığın məlumatına görə Ağqoyunlu-Osmanlı hərbinin başlanmasına səbəb
daha böyük hakimiyyətə çatmaq uğrunda iki hökmdarın bir-biri ilə qəti savaş istəyi
olmuşdur, çünki bölgədə bu iki dövlətin siyasi və iqtisadi mənafeyi toqquşmaqda
idi.
160
İndi də bir qədər XV əsr Azərbaycan hərbçilərinə və hərbi vəzifələrə nəzər
yetirək:
Dostları ilə paylaş: