46
1.Ox və kaman qorçisi;
2.Qılınc qorçisi;
З.Нərəm qorçisi;
4. Şah məiyyətində olan yüksək hərbiçilərin qorçisi və s.
Qorçilərə divan tərəfindən illik məvacib təyin edilirdi.
170
İndi isə bir neçə hərbi vəzifəyə nəzər salaq:
QorçibaĢı. Bu istilah altında xüsusi şah alayının
üzvləri olan qorçi
dəstələrinin rəhbəri başa düşülür. Qorçibaşı vəzifəsinin sahibi dövlətin ən etibarlı
şəxsiyyətlərindən biri olmuşdur. Qorçibaşı qorçilər üzərində böyük ixtiyara malik
idi. Müəyyən şikayəti olan hər bir qorçi yalnız qorçibaşı vasitəsilə öz şikayətlərini
hökmdara çatdıra bilərdi, əks təqdirdə o, qorçilikdən kənar edilirdi.
171
Təvaçi. Müharibə gözlənilən təqdirdə tabeliyindəki əyalətlərə gedərək,
hərbi qüvvə toplayan və ayrı-ayrı qoşun dəstələri arasında əlaqə yaradan əmirlər
belə adlanmışlar. Onlar
döyüşçüləri səfərbər edir, ordunun olacağı yeri onlara
bildirirdilər. Döyüşçülərin sayı və ordunun müharibə qüdrəti onun «təvaçi dəftəri»
adlanan xüsusi kitabçasında qeyd edilərdi.
172
Teymur Azərbaycana (1386-87, 1392-95, 1399-1405) hərbi yürüşlər etmiş;
Təbrizi tutmuş, Şirvanı özünün vassal asılılığına salmış, İranı rəsmi olaraq öz
övladlarının idarəsinə tapşırmışdır. Tarixçi Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə"
əsərində bu barədə müəyyən məlumat vardır. Müəllif kitabın "Sahibqran
həzrətlərinin İran istiqamətinə üç illik yürüşü barədə söhbət" hissəsində "təvaçi"
vəzifəsinin sahibi olan şəxsin gördüyü iş haqqında yazır:
"Pələng (bars) ilinə uyğun gələn h.788-ci ildə (2.II.1386-21.I.1387)
Sahibqran həzrətləri İrana yürüş barədə qərara gəldi və dünya şöhrətli yarlıq
(hökm) verdi ki, təvaçilər qələbə əzmli qoşun toplamaqla məşğul olsunlar.
Fərmana görə qoşun hissələri ətraf ərazilərdən və tərəflərdən
dərgaha üz tutub
gəldilər." (Bax: Şərəfəddin Əli Yəzdi. "Zəfərnamə" Fars dilindən çevirəni prof.
V.Z.Piriyev, Bakı, 1996, səh.3,30"
«Tarixi-aləmarayi-Əmini» əsərində verilən məlumata görə təvaçi vəzifəsi
XV əsrin ikinci yarısında əhəmiyyətli dövlət vəzifələrindən biri olmuşdur. Belə ki,
qardaşı Sultan Xəlil üzərində qələbə əldə edən və Təbriz taxtında əyləşən Yaqubun
«birinci fikri Xəlilin tərəfdarlarının harada olmaları oldu, çünki onlar Xəlilin
ölümündən sonra dağılışmışdılar. Dövlət işləri pozulmuşdu, çünki əvvəla Mihməd
bəy Alpaut və Qara Məlik Təvaçi edam edilmişdilər».
173
Deməli, dövlət işlərinin
(burada Uzun Həsənin vəfatından sonra və Sultan Xəlilin altı aylıq
hakimiyyəti
zamanındakı dövlət işlərindən söhbət gedir) pozulmasının səbəblərindən biri də
«böyük əmirlər» silkinə mənsub olan təvaçinin qətli olmuşdur. Təvaçinin «böyük
170
Yenə orada, səh.67.
171
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ...,səh.63-64.
172
Yenə orada. səh.70-71.
173
Fəzullah Xunci. Göst.əsər, səh.55.
47
əmirlər» silkinə mənsub olduğu barədə isə belə bir qeyd vardır: «Muşda böyük
əmirlər Yusif bəy ibn Xurşud bəy (təvaçi - Ş.F.) və Məhəmməd bəy Duxarlu gəlib
orduya qoşuldular».
174
Fərzullah Xunci özünün son dərəcə qiymətli mənbəində «təvaçi» və
«bukavul» vəzifəsi daşıyan əmirləri təxminən eyni cür səciyyələndirir: Uzun
Həsəndən sonra hakimiyyətə gələn Sultan Xəlil qardaşı Yaqubu Diyarbəkrə
yollayır. Yaqub Təbrizdən çıxan kimi şiddətlə qar yağmağa başlayır və şahzadənin
hərəkəti çətinləşir. Diyarbəkrə çatmağa beş fərsəx qalmış qar elə qalınlaşır ki,
F.Xunciyə görə, «hətta iki qar divarı arası ilə gedən dəvələrin başları belə
görünmürdü». Belə şəraitdə yolun təmizlənməsindən
ötrü məhz təvaçi əskərləri
səfərbər edilir. F.Xuncinin ikinci misalı da elə Xəlil və Yaqub Ağqoyunlu
qardaşlarının taxt-tac mübarizəsi ilə bağlı gətirilmişdir. Müəllif yazır ki, Yaqub
Təbrizə hucuma yollananda Diyarbəkri tərk edərək «it yolu» adlanan yoldan keçib
Muşa gəlməli olur. «Bu yol çox çətin keçilən bir yoldur və buna görə də
bakavullara qoşunun keçidini təmin etməkdən ötrü əmr verilir».
175
Bu misaldan
təvaçinin bir vəzifəsi də aşkara çıxır.
Qaraqoyunlu Pirbudağın-Məhəmməd Əlişir, Uzun Həsənin-Xəlil, onun oğlu
Sultan Xəlilin-Qara Məlik adlı təvaçiləri olduğu məlumdur. Cahanşah
Qaraqoyunlunun təvaçisi Pir Məhəmməd bu hökmdarın ən yaxın əmirlərindən
idi.
176
Tuqaçi. Bu istilahın mənası
barədə hələ məlumat yoxdur, lakin ingilis
tədqiqatçısı Ç.N.Seddon onun «xəbəraparan» olduğunu bildirir, Həsən bəy Rumlu
tuqaçinin elçi sifətilə göndərildiyi barədə söz açdığına görə bu vəzifə sahiblərinin
həqiqətən də xəbər çatdıran olduqlarını güman etmək olar.
Mənbələrdə iki tuqaçi vəzifəsinə təsadüf olunur: şəhər tuqaçisi və ləşkər
tuqaçisi.
177
Ə.Tehrani yazır ki, Cahanşah Seyid Əhməd Tuqaçini 1453-cü ildə
İsfahanı dağıtmağa yollamış və tuqaçi özü ilə 50 min nəfər adam toplamış və
barıları yerlə yeksan etmişdi.
178
Bu misaldan tuqaçinin təkcə xəbəraparan deyil,
həmçinin müxtəlif tapşırıqların də icraçısı olduğu aydınlaşır.
Tuqaçinin divanı da olmuş və həmin divan «divani-əmarəti-tuqaçi»
adlanmışdır.
179
Dostları ilə paylaş: