NƏTĠCƏ
Orta əsrlərin, о cümlədən XV əsrin bu və ya digər dövlətlərinin quruluşunun
öyrənilməsi təbii ki, Azərbaycan tarix və hüquq elmlərinin qarşısında olan son
dərəcə mühüm və aktual bir problemdir, çünki bizim mövcud qanunlarımız illər
boyu tərtib edilərkən, şübhəsiz, sabiq qanunların müsbət cəhətlərini özündə əks
etdirmişdir.
XV əsr Azərbaycan feodal dövlətlərinin tarixinə həsr olunmuş onlarla elmi
kitab və məqalə vardırsa da, dövrün Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar
dövlətlərinin quruluşuna xüsusi həsr edilən tədqiqat əsəri hələlik yoxdur. Bu
mövzunun hərtərəfli işlənməsi, bütövlükdə əhəmiyyətli bir tədqiqat işi kimi
dəyərlənməlidir.
Bu dərs vəsaitində məlum yüzillikdəki feodal dövlətlərimizin siyasi
quruluşunun, mərkəzi və yerli idarəetmə orqanlarının, hərbi sistem və məhkəmə
quruluşunun, əmlakın hüquqi vəziyyətinin, torpaq üzərində mülkiyyət
formalarının, vergi və mükəlləfiyyətlərin, habelə hüququn inkişafının əsas
cəhətlərinə xüsusi diqqət yetirilmiş, bundan ötrü mənbəşünaslıq, tarixşünaslıq və
hüquqşünaslıq cəhətdən dəyərli olan bir sıra mənbə və tədqiqat xarakterli əsərlərə
müraciət edilmişdir. Habelə XV əsr Аzərbaycan feodal dövlətlərinin mərkəzi və
yerli idarəetmə orqanlarının fəaliyyət mexanizminin öyrənilməsi ön plana
70
çəkilmiş, idarəetmə orqanlarının təsnifatı verilmişdir. Şah, şahzədə, lələ, əmiri-
divan, sədri-əzəm, vəkil, vəzir, hakim, dəruğə, möhrdar, pərvanəçi, mustovfi,
münşiəl məmalik və s. dövlət vəzifələrinin araşdırılması əsas məsələlərdən biri
olmuşdur. Əsərdə hərbi quruluş və məhkəmə sisteminə xüsusi diqqət yetirilmiş,
döyüşçü dəstələri /çərik/, qoşunun müxtəlif cinahları araşdırılmaqla yanaşı hərbi
rütbə sahiblərinin hüquq və səlahiyyətləri müəyyən edilmişdir.
Məhkəmə sisteminə gəldikdə isə deyə bilərik ki, Azərbaycanın XV əsrdə
mövcud olmuş hər üç dövlətində məhkəmə sistemi təxminən eyni tərzdə təşəkkül
tapmışdı və müsəlman hüququna əsaslanırdı. Təsbit edilmişdir ki, ümumiyyətlə
müsəlman dövlətlərində dini hakimiyyət ilə dövlət hakimiyyəti bir-birindən ayrı
deyildisə də, tədqiq olunan dövrdə dövlət hakimiyyəti XVI əsrə nisbətən güclü
olmuşdur. Məsələn, müəyyən hökmlərin çıxarılması və cəzaların verilməsində əsas
və qəti söz qazilərin deyil, hökmdarın olmuşdur, eləcə də məhkəmə hökmlərini
adətən ilahiyyatçı hüquqşünaslar deyil, nüfuzlu feodallar, tayfa başçıları, yüksək
rütbəli əmirlər icra etmişlər. XV əsrin hər üç dövlətində hərbi quruluş və məhkəmə
sistemi özlərindən əvvəlki dövlətlərin təcrübi xüsusiyyətlərinə əsaslanmışdı.
Qaraqoyunlu,
Ağqoyunlu
və Şirvanşahlar dövlətlərinin iqtisadi
quruluşlarının əsas xüsusiyyətlərinə gəldikdə isə deməliyik ki, həmin quruluşların
şəriət qanunları əsasında formalaşdığı və əmlakın hüquqi vəziyyətinin fiqh elminin
tələbatına müvafiq olduğu nəzərə çatdırılmışdır.
Araşdırılan dövrdə müsəlman hüququna görə torpaq sahibliyinin 5 əsas
növü olmuş (dövlət torpaqları, hakim sülalənin şəxsi mülkləri, müsəlman-ruhani
idarələrinin ixtiyarına verilən vəqf torpaqları, xüsusi mülkiyyətdəki torpaqlar və
kənd icmalarının mülkiyyəti olan torpaq sahələri), ərazidə iqta, soyurqal və tiyul
institutları fəaliyyət göstərmişlər. Qeyd olunmuşdur ki, ölkədə divanın və
feodalların nəfinə yığılan 30-dan artıq vergi növü mövcud olmuşdur. Bu vergi
növləri Ağqoyunlu dövlətində çox, Qaraqoyunlularda nisbətən az, Şirvanşahlarda
isə az tətbiq olunurdu.
Azərbaycan feodal dövlətlərində ictimai münasibətlər müsəlman hüququnun
qayda-qanunları əsasında nizama salınırdı. Bu tələbata müvafiq olaraq
Azərbaycanda hüquqçular - Quranın təfsirçiləri, kəlamçılar, fəqihlər, mühəddislər
yetişmiş, mövcud ictimai münasibətləri tənzimləyən hüquqi əsərlər yazılmışdır.
Müsəlman hüququnu tədqiq edərkən ilk növbədə islamın mənbəyi və nəzəri əsası
olan Quranda toplanmış hüquq normaları, həmin normaların sonralar müsəlman
fəqihləri tərəfindən inkişaf etdirilməsi, adı çəkilən normalara ictimai
münasibətlərin tənzimlənməsi üçün yanaşılması olduqca zəruridir.
Qeyd olunmalıdır ki, müsəlman hüququ ümumi şəkildə «şəriət» adlanan
elmlər sistemində toplanmışdı. XV əsrdə şəriət hökmləri iki hüquqi şəxs tərəfindən
verilirdi: Mülki-siyasi hökmlər - hökmdar tərəfindən, ruhani hökmlər isə şəriət
icraçıları tərəfindən verilirdi. Fiqh sahəsində fəaliyyət göstərən üləmalar isə
«müctəhid» adlanırdı.
71
Bəhs olunan dövrdə dünyəvi hakimlər /Qara Yusif, Cahanşah, Uzun Həsən,
Fərrux Yəsar və b./ tərəfindən şəriət hökmlərinin fəaliyyətini dayandıran və ya
dayandırmadan ictimai münasibətləri tənzim edən qanunlar çıxarılması adi hal
olmuşdu. Vergi yığılması və dövlət idarəçiliyi sahəsində qanunlar çox vaxt
dünyəvi hakimlər tərəfindən verilmiş, bu barədə şəriət ehkamı sadəcə olaraq əxlaq
yüksəldici xarakter kəsb etmişdir.
Bu deyilənlərdən məlum olur ki, XV əsr Azərbaycan feodal dövlətləri başqa
Yaxın və Orta Şərq ölkələrində mövcud olan dövlətlər kimi müsəlman hüququ ilə
idarə olunmuşlar. Bəzi hökmdarlar tərəfindən müsəlman hüquqşünaslığı dəyərli
əsərlər, о cümlədən hökm, fərman, vəqfnamə, dəsturül-əməllər, qanunnamələr ilə
zənginləşdirilmişdir ki, onlardan biri Uzun Həsənin «Qanunnamə»si olmuşdur.
Beləliklə, bir daha qeyd olunmalıdır ki, bizim tərəfimizdən qələmə alınan
"XV əsrdə Azərbaycanda dövlət quruluşu" monoqrafiyası bu sahədə yazılan ilk
böyük həcmli əsərdir və o, imkan daxilində Azərbaycanın Qaraqoyunlu,
Ağqoyunlu və Şirvanşahlar kimi mövcud feodal dövlətlərinin dövlət və hüquq
tarixinə dair elmi cəhətdən əhəmiyyətli olan müddəalarla əsaslandırılmışdır.
Dostları ilə paylaş: |