Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
kitab20100722120332154

Soyurqal institutu. Özündən əvvəlki iqta institutunun inkişafı nəticəsində 
yaranan soyurqal institutu Azərbaycanda olan şərti feodal mülkiyyətinin əsas 
növlərindən biridir. Müəyyən şəxsə soyurqal verilərkən hökm (ehkami-soyurqal) 
yazılır və ona sənəd (nişani-soyurqal) verilirdi. Soyurqal sahibi hökmən padşahın 
hərbi və ya mülki xidmətində olmalı, onun mənafeyindən ötrü çalışmalıydı. 
Azərbaycanda soyurqallara dair ilkin məlumat XIV əsrin II yarısına, 
cəlairilərin (azərbaycanlaşmış monqol feodallarının hakimiyyətdə olan bir sülaləsi 
- Ş.F.) hakimiyyəti dövrün də təsadüf edir. Soyurqal dövlətdə hərbi və mülki 
xidməti olan şəxslərə sultan tərəfindən bağışlanırdı və həmin mülk onların irsi 
istifadəsində olurdu. İqtaya nisbətən soyurqal sahibinin hüquqları daha geniş idi. 
Soyurqal sahibləri vergi yığımında və məhkəmə-inzibati fəaliyyətdə müstəqil 
idilər. Belə ki, soyurqalı olan şəxsin vergi toxunulmazlığı hüququ onun 
zənginləşmə vasitəsi idi, yəni əvvəllər dövlət xəzinəsinə daxil olan vergi yığmaq 
səlahiyyəti artıq soyurqal sahibinin ixtiyarına keçirdi. Soyurqal sahibinin öz torpaq 
sahəsində vəzifəyə təyin etdiyi şəxslər yalnız onun qarşısında hesabat verirdilər.
213
Qaraqoyunlu və Ağqoyunlu hökmdarları soyurqal verməklə mərkəzi 
hakimiyyəti möhkəmləndirməyə və dövlətdə birlik yaratmağa çalışırdılar, amma 
sonralar bunun əksi alındı və soyurqal sahibləri olduqca varlanıb, mərkəzi 
hökumətlə hesablaşmamağa başladılar. 
Bəzən soyurqal kimi paylanması nəzərdə tutulan yerlər (başqa ölkə 
torpaqları) hökmdar tərəfindən hücuma məruz qalarkən «soyurqal əhli olan 
şəxslər» də döyüşə aparılır və onlara ələ keçirilən torpaqlardan soyurqal verilirdi. 
210
Tarixe-qızılbaşan. səh. 16 
211
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.74-75. 
212
И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 
XVI-начале XIX вв., Ленинград, 1949, с. 153-154. Qeyd: «Soyurqal» istilahı - monqol mənşəli 
«soyurqamişi» («bəxşiş») istilahından yaranmışdır. 
213
Azərbaycan tarixi, «Elm», III cild, səh.109. 


57 
Uzun Həsən 1476-cı ildə Gürcüstana yeni yürüş edərək özü ilə bir dəstə seyid və 
şeyx aparmış, nəticədə xeyli soyurqal paylamışdı. Bəzi hökmdarlar çoxlu soyurqal 
verməklə özlərinə arxa yaratmağa çalışırdılar (Rüstəm Ağqoyunlu), bəziləri isə 
soyurqal paylamadıqlarına görə öldürülmüşdülər (Gödək Əhməd). 
Soyurqalın üç növü məlumdur: Torpaqla verilən soyurqal; pul ilə ödənilən 
soyurqal; müştərək istifadə üçün verilən soyurqal.
214
Tiyul institutu. Bu şərti torpaq mülkiyyəti növünün məhz hansı əsrdə 
bərqərar olması barədə müxtəlif fikirlər vardır. İ.P.Petruşevskiyə istinad edən 
O.Ə.Əfəndiyev tiyulun XVI əsrdə soyurqalı əvəz etdiyini bildirmişdir.
215
Lakin 
V.F.Minorski teymurilər dövründə tiyul istilahının işlədilməsi ilə əlaqədar olaraq 
iqta mülkiyyətinin aradan çıxdığını söyləmişdir. Tiyul barədə ingilis alimi 
K.S.Ləmbtonun da bir-birinə zidd iki fikri vardır. O, gah tiyulun Səfəvilər 
dövründə iqtanı əvəz etdiyini, gah da elə elxanilər zamanı iqtanın tiyul ilə əvəz 
olunmağa başladığını qeyd etmişdir. Amma, məlum olduğu kimi, iqtanı əvəz edən 
institut tiyul yox, soyurqal institutu olmuşdur.
216
Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahın dövlət 
torpaqları hesabına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyul sahibi (tiyuldar) 
həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini mənimsəyirdi. 
O, dövlətə hər il «rüsum» adı altında müəyyən məbləğ pul verməliydi. Bəzən tiyul 
müəyyən qoşun hissələri hazırlanması məqsədilə də verilir və tiyuldar lazımi 
vaxtda hökumətin sərəncamına əsgəri qüvvə verməyə vəzifədar edilirdi. Tiyul 
soyurqaldan fərqli olaraq əmir, şahzadə və başqa şəxslərə irsən verilə bilməzdi, 
çünki bu torpaq mülkiyyəti növü məhz tiyula layiq görülən hökumət məmurunun 
etdiyi xüsusi xidmət müqabilində maaş kimi verilirdi.
217
Xidməti böyük olan şəxsin tiyulu da böyük olurdu. 1406-cı ildə Qara Yusif 
Bəstam Cagirə əmirül-ümara vəzifəsini verdiyi vaxt Sultaniyyə, Ərdəbil və Muğan 
da tiyul kimi həmin əmirə xas idi.
218
Dövlət başçısı müharibəyə yollanan vaxt tiyuldarlar da onunla həmrah 
olmalı, öz qoşunları ilə köməklik göstərməliydilər. 
Tiyulun ləğvi nəticəsində yaranan vahimə bu mülkiyyət formasının tiyuldar 
əmirlərdən ötrü nə qədər gərəkli olduğunu bariz şəkildə əks etdirir.
219
Vergi və mükəlləfiyyətlərə gəldikdə isə, deməliyik ki, vergi sistemini və 
onun terminologiyasını öyrənən nisbətən çoxsaylı əsərlərin olmasına baxmayaraq, 
indiyə kimi bu sahədə bir çox məsələlər aydın deyil və həll olunmamışdır. 
214
Ş.Fərzəliyev Azərbaycan XV-XVI əsrlərdə ..., səh 76-78. 
215
О.А.Эфендиев Образование Азербайджанского государства Сефевидов в начале XVI века, 
Баку, 1961,стр.37. 
216
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.79-80. 
217
Yenə orada, səh.80. 
218
Yenə orada. 
219
Ş.Fərzəliyev, Azərbaycan XV-XVI əsrlərdə, səh.81. 


58 
Vergilər, xüsusi vergiyığanlar - mühəssillər vasitəsilə toplanırdı. Onlar isə 
vergiləri müəyyən olunmuş miqdardan artıq yığmağa çalışırdılar. Vergilər əhalidən 
məhsul və pul ilə yığılırdı.
220
Vergi yığımı barədə xüsusi «dəstur»lar /qanunlar/ mövcud idi. Şirvanşah 
Fərrux Yəsarın 1474-cü ildə Abşeron valisi olan oğlu Şamxal Sultan Məhəmməd 
Qaziyə Mahmudabadın da verilməsi xüsusundakı bir sənəddə vergi yığımı barədə 
aşağıdakı məsləhətlər vardır: «Onlar /dövlət məmurları - N.M./... divan vergilərinin 
toplanmasında rəiyyətlərlə sabiq dəstura və məlum qanun-qaydaya əməl edib... 
rəiyyətin məhsulunu mənimsəməsinlər. Onlara həvaləni yalnız cərimələri dəftərlə 
səbt olunmuş şəri və ürfi /mülki/ qayda üzrə sübut olunandan sonra... 
göndərsinlər»
221

XV əsrdə əhalidən divanın və feodalların nəfinə yığılan 30-dan çox vergi 
növü olmuşdur. Onlardan aşağıdakıları göstərmək olar: 
Malcehat, ixracat, şiltaqat, əvarizat, ələfə, ülufə, qonaqla, ulaq, ülam, biyar, 
savəri, peşkəş, səlami, eydi, novruzi, şilənbəha, rəsməl-möhr, rüsumi-daruğəgi və 
kəlantəri, rəsməl-vozəra, düşüllük, mirabi, dəhyeki-mustovfiyan, dəhyeki-soyurqal, 
dəhyeki-rəiyyəti, xırmanbəhrə, çuvallıq, çərik, cizyə, tərx, cıraqlıq, məvaşi, mərai, 
sərşümar, bəhayi-morq, sorğu, ximə, kəndəlik və s.
222
Bu vergilərin bəziləri haqqında müxtəsər məlumat verməyi münasib bilirik: 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin