Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
kitab20100722120332154

II FƏSĠL: 
 
QARAQOYUNLU, AĞQOYUNLU VƏ ġĠRVANġAHLAR 
DÖVLƏTLƏRĠNĠN ĠQTĠSADĠ QURULUġUNUN ƏSAS 
XÜSUSĠYYƏTLƏRĠ: ƏMLAKIN HÜQUQĠ VƏZĠYYƏTĠ, 
VERGĠ VƏ MÜKƏLLƏFĠYYƏTLƏR. 
 
XV əsr Azərbaycan feodal dövlətlərinin iqtisadi quruluşları da yalnız şəriət 
qanunları əsasında formalaşmışdı. Əmlakın hüquqi vəziyyəti də fiqh elminin 
tələbatına müvafiq idi. Fiqhdə ən geniş yeri müsəlmanlar arasında əmlak 
münasibətlərini tənzim edən normalar tuturdu. Fiqhdə əmlakla əlaqədar ictimai 
münasibətləri tənzim edən hüquq institutları ibadətə dair normalardan sonra 
başlayır. Hər hansı hüquq institutunda konkret normalar ilə həll edilmiş ictimai-
iqtisadi münasibət digər hüquq institutunda təkrarlanmamış, fiqhin ümumi qəbul 
olunmuş tələbi kimi hər bir konkret halda qazi və müftilər tərəfindən tətbiq 
edilmişdir. Hüquqi varislik, hüquq və vəzifələrin keçmə anı, hüquq və fəaliyyət 
qabiliyyətinə dair məsələlər də eyni qaydada həll olunurdu. Müsəlman hüququ 
mülki hüquq münasibətlərini əmlak və qeyri əmlak, mütləq və nisbi, şey və 
öhdəçilik kimi hüquq münasibətlərinə də ayırmamışdır. Müsəlman mülki hüquqi 
əmlakla əlaqədar olmayan mülki hüquq obyekti tanımır.
203
Əmlakın hüquqi vəziyyətinə nəzər saldıqda görmək olar ki, mülkiyyət 
hüququnun obyekti ola biləcək maddi əmlak növləri heç nə ilə məhdudlaşmır. 
Bütün istehlak dəyərinə malik olan şeylər mülkiyyətin obyekti ola bilər, lakin bir 
istisna vardır: islam dini ilə haram hesab edilən şeylər müsəlmanın mülkiyyətində 
ola bilməz və qanunla da müdafiə olunmur.
204
Mülkiyyət əldə etməyin əsas üsulu müqavilədir. Zəhmətlə qazanc əldə 
etmək, irslə almaq, həyət-bacadan, şəxsi mal-qaradan əldə edilən gəlir də halaldır. 
Bağışlama, tapıntı və digər yollarla ələ gələn maddi nemətlər yalnız о halda halal 
hesab olunur ki, fiqhin tələb etdiyi şərtlərə - müddətin keçməsinə bağışlanan malın 
halal olmasına və sairəyə əməl edilsin. Mülki hüquqlar, о cümlədən mülkiyyət 
hüququ müsəlman hüququnun ümumi ehkamlarından doğan inandırma, axirət 
dünyasında veriləcək cəzalar, əxlaq qaydaları və nəzərdə tutulmuş hallarda şəriət 
202
Kitabi-Diyarbəkriyyə, səh.246. 
203
Kitabi-Diyarbəkriyyə, səh.246. 
204
Yenə orada, səh.163. 


54 
məhkəmələri vasitəsilə həyata keçirilir. Hər bir müsəlman özünü və əmlakını hər 
cür qanunsuzluqdan və zorakılıqdan müdafiə edə bilər, digər mömin müsəlmanlar 
də onu müdafiə etməyə borcludur, lakin nəzərə alınmalıdır ki, cəzalandırma 
hüququ yalnız şəriət məhkəməsinə verilir. Öz əməlləri ilə başqalarına zərər vurmuş 
müsəlman vurduğu zərəri könüllü olaraq ödəməyə borcludur, belə etmədiyi 
təqdirdə axirət günündə layiq olduğu cəzanı alacaqdır.
205
Şübhəsiz ki, bütün bunlar 
şəriətin əmlak hüququ barədə olan nəzəri normalarıdır. Əməli olaraq isə feodal 
dövlətlərimizin hər biri öz hökmdarlarının və hakim feodal sinfin dedikləri ilə idarə 
olunurdu. 
XV əsrdə Azərbaycanda bərqərar olan hər üç dövlətin ərazilərində olan 
bütün torpaq və mülklərin ümumi sahibkarı, məlumdur ki, şah (şirvanşah) 
olmuşdur. Amma şahın razılığı və fərmanı ilə Azərbaycan 4 feodal sinfi arasında 
bölünmüşdü və feodalların kəndlilər üzərində hökmranlığının iqtisadi əsasını 
torpaq üzərində feodal mülkiyyəti təşkil edirdi. Bu iqtisadiyyatın aparıcı növü isə 
əkinçilik deyil, maldarlıq idi. «Asiya istehsal üsulu» konsepsiyasında irəli 
sürüldüyü kimi mücərrəd deyil, gerçək surətdə mövcud olan feodal mülkiyyəti 
daha çox dövlət mülkiyyəti formasında çıxış edirdi. Dövlət mülkiyyətinin üstünlük 
təşkil etməsi başlıca olaraq onunla izah edilirdi ki, dövlət əkinçiliyinin və deməli, 
minlərlə insan həyatının asılı olduğu süni suvarma qurğularının mülkiyyətçisi idi. 
Torpaq üzərində dövlət mülkiyyəti torpaq vergisi şəklində (xərac, malcehat) 
xəzinəyə daxil olan məhsul payının (renta-vergi) mənimsənilməsində ifadə 
olunurdu. Feodalların istifadə etdiyi vergi toxunulmazlığı imtiyazına (yəni vergi 
ödəməkdən azad olunmaq) dövlətin həmin ərazidə özünün müstəsna 
səlahiyyətinə güzəşti kimi baxılırdı. 
Müsəlman hüququ torpaq sahibliyinin beş əsas növünü qəbul edirdi: 
1.Dövlət torpaqları (xəzinə torpaqları) - əraziyi-divani; 
2.Hakim sülalənin şəxsi mülkləri - əraziyi-xassə; 
3.Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar-ərziyi-movqufat; 
4.Xüsusi mülkiyyətdə olan torpaqlar - mülk; 
5.Kənd icmalarının mülkiyyəti olan torpaqlar cəmaətiye-deh.
206
Bütün idarə orqanlarının iki böyük kateqoriyaya - dərgah (saray) və divana 
(dəftərxana) bölünməsi müsəlman Şərqinin, о cümlədən də Azərbaycanın siyasi 
təşkilatının bütün sisteminin əsas xəttini təşkil edirdi. Torpaq sahibliyi 
kateqoriyalarının idarələri «divani-məmalik» və «divani-xassə» adlanan, hər 
birinin çoxlu məmurlar ştatı olan iki müxtəlif idarədə mərkəzləşdirilmişdi.
207
205
F.Cəlilov. Göst. əsər, səh.164. 
206 О. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, Bakı,1993, səh.184-185. 
207 Yenə orada. Göst.əsər, səh.187. 


55 
Qaraqoyunlu 
və 
Ağqoyunlu 
dövlətlərinin 
hakimiyyəti 
zamanı 
Azərbaycanda Səfəvi şeyxlərinə mənsub olan vəqf mülkləri mövcud idi. Müxtəlif 
feodal hakimlərin hədiyyə verdiyi torpaqlar sayəsində vəqf mülkləri 
genişlənməkdə idi. Qeyd olunmalıdır ki, vəqf torpaq mülkiyyəti sahəsinin artım 
mənbələri yalnız hökmdarların bəxşişlərindən ibarət deyildi. Bu dövrdə torpaq 
sahibləri arasında gözə çarpan faydadan çıxış edərək öz mülklərini vəqfə çevirmək 
ənənəsi özünü göstərirdi. Məlumdur ki, vəqflər adətən vergi və inzibati 
toxunulmazlıq hüququndan istifadə edir, çox nadir hallarda müsadirəyə məruz 
qalırdı. Həmin feodallar bu yolla öz mülkiyyətlərini ruhanilərin etibarlı mühafizəsi 
altında keçirir və öz soyadının ardınca mütəvəlli (vəqf işləri müdiri) vəzifəsini 
yazdırmaqla xəzinəyə ödəyəcəyi vergilərdən canlarını qurtarırdılar.
208
Azərbaycanda bütün XV əsr boyu iqta, soyurqal və tiyul institutları 
fəaliyyətdə olmuşdur. İqta təsisatı XVI əsrə qədər mövcud olsa da, bu istilaha 
sonrakı əsrlərdə də təsadüf olunur. Deməli, sonrakı əsrlərdə də аrа-sıra işlənən bu 
istilah onu əvəz edən soyurqalı və tiyulu bildirirdi. İndi isə vəqf, iqta, soyurqal və 
tiyul institutları barədə müxtəsər məlumat vermək məqsədə müvafiqdir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin