Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
kitab20100722120332154

Möhrdar : Görkəmli saray nümayəndələrindən biri olan möhrdarın da 
fəaliyyəti saray aparatının təkmilləşdirilməsinə kömək etmişdir. Möhrdar şahın 
xüsusi möhrünü qoruyan şəxsə deyilirdi. Onun sənədlərə vurduğu möhür şahın 
imzası demək idi. Zərurət olduqda möhrdar hərbi səfərlərdə də iştirak edir, şəxsən 
döyüşürdü.
112
«Kitabi-Diyarbəkriyyə»də biz bir neçə Qaraqoyunlu və Ağqoyunlu 
möhdarının adlarına təsadüf etdik.
113
Lakin, təəssüf ki, bu müəllif möhrdar 
vəzifəsinin mahiyyəti barədə heç nə demir. Onun möhrdarı həmişə döyüşlərdə 
təsvir edilir. Məsələn, «Şeyx Əli Möhrdar... arxadan bir qılınc zərbəsi endirdi ..., 
atdan düşdü... o, yaralı idi».
114
Yaxud, «Şeyx Əli Möhrdar əksər döyüşlərdə olduğu 
kimi bu döyüşdə də mərdlik və cəsarət nümunəsi göstərib yeddi dəfə düşmənə 
qalib gəldi».
115
Həsən bəy Rumlu möhrdarın möhürünü «böyük möhür» 
adlandırır.
116
Yuxarıda nəzərə çatdırıldığı kimi, bu mülki-inzibati vəzifələrin XV əsr 
Azərbaycan feodal dövlətlərinin quruluşunda əhəmiyyətli rolu olmuşdur. Sarayda, 
dövlət idarələrində və başqa yerlərdə fəaliyyət göstərən aşağıdakı vəzifələr də 
məlumdur: 
109
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.57. 
110
Yenə orada.
111
Yenə orada. Daruğə istilahı burada ətraflı məlumat üçün bax: Şahin Fazil. «Daruğə» istilahının məna 
dəyişkənliyi, Xorasan c-lı №5, Kabul, h.1360/m.1982(fars dilində). 
112
Yenə orada, səh.63. 
113
Kitabi-Diyarbəkriyyə,səh.111-112,115,123,140... 
114
Yenə orada. səh.123. 
115
Yenə orada. səh.140. 
116
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə,səh.63. 


33 
Mustovfi (maliyyə işlərinə baxan məmur), münşiyəl-məmalik, eşikağası, 
qapıçı, pərvanəçi (rəsmi məktub və fərmanları yazan katib), xəzinədar
mehmandar, çaşniqər yaxud bekavul (aşxana rəisi), quşçu (şahın ov quşlarına 
nəzarət edən məmur), məşəldar, şirəçi yaxud ayaqçı (saray üçün şərab və şərbət 
tədarük olunmasında məsul şəxs), fərraş (saray və mülki idarələrdə xidmətçi), 
kitabxana qulluqçuları, cərrah, süfrəçi və s.). Yuxarıdakı bəzi vəzifə sahiblərinin 
bir neçəsi barədə müxtəsər məlumat vermək mümkündür. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin