Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   2   3   4   5   6   7   8   9   10   ...   25
kitab20100722120332154

BaĢ vəzir və vəzirlər: Mərkəzi dövlət aparatında mühüm yerlərdən biri də 
dövlət gəlirləri və maliyyə idarələrinin işləri ilə məşğul olan baş vəzirə məxsus idi. 
O, həmçinin ölkənin xarici işləri ilə də məşğul olur, səltənətin mülki-inzibati 
idarələrinə başçılıq edirdi.
89
Mənbələrin çoxunda baş vəzirə «etimadüd-dövlə» 
(«dövlətin etimadı») deyildiyi göstərilmişdir ki, bununla da vəzirin böyük etimada 
layiq olduğu nəzərə çatdırılır. Baş vəzir «divana» rəhbərlik etdiyinə görə «divan 
sahibi» də adlandırılmışdır ki, bu məsələdə onunla, yuxarıda bəhs etdiyimiz 
«sahib-divan» yaxud «əmir-divan» vəzifəsi arasında nəsə bir ümumi yaxınlıq 
nəzərə çarpır. Ola bilsin ki, bu iki vəzifə bəzən eyni şəxs tərəfindən idarə olunmuş 
və biri digərini əvəz etmişdi.
90 
«Tarixi aləmarayi Əmini» əsərində göstərildiyinə 
görə Ağqoyunlu sarayında uzun müddət baş vəzir işləmiş, habelə Sultan Xəlil 
Ağqoyunlunun da vəziri olmuş Şah İmadəddin Salman Deyləmi «mülki və mali 
83
Bax:Tarixi-qızılbaşan, səh.18.
84
Yenə orada, səh.50-51. 
85
Məsələn, Xandəmir, Həsən bəy Rumlu, İskəndər bəy Münşi və s.
86
Yenə orada, səh.51. 
87
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.51. 
88
Kitabi-Diyarbəkriyyə, səh.264. 
89
İ.P.Petruşevski, göst.məq. məcmuəsi, səh.198. 
90
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.51.Qeyd: Prof.S.M.Onullahi yazır: Baş vəzir ali 
divana rəhbərlik edir və buna görə də sahib-divan adlanırdı (Bax: Azərb.tarixi «Elm», III c. səh.105).


27 
işləri» («cəhəti-kifayati-mühimmati-mülki və mali») tənzimləməkdən ötrü İraqa 
göndərilmişdi.
91
Həsən bəy Rumlu da dövlətin bütün mali və mülki işlərinə rəhbərliyin baş 
vəzir tərəfindən həyata keçirildiyini bildirir. Vəzirin vəzifəsinə aşağıdakı işlər daxil 
idi: 
a) divan gəlirlərinin artırılması; 
b) dövlət tapşırıqlarının yerinə yetirilməsi;
v) inşaat və əkinçiliyin həcmcə artırılması; 
q) döyüşçülərə və rəiyyətə diqqət göstərilməsi;
d) vilayətin abadlaşdırılması.
92
Maliyyə divanının bütün sənədləri baş vəzirin möhürü ilə möhürləndikdən 
sonra hüquqi sənəd kimi rəsmiləşdirilmiş hesab olunurdu. 
Ауrı-ayrı hakim və şahzadələrin də vəzirləri olurdu. «Əhsənüt-təvarix»də 
Şirvanşah I İbrahimin Qazi Bayazid adlı bir vəzirinin adı çəkilmişdir. Şahzadə 
Qara İskəndərin vəziri Seyid Mahmud, Həsənəli Qaraqoyunlunun vəziri isə Xacə 
Şəmsəddin idi. Həsənəli 1458-ci ildə atası Cahanşaha xəyanət edərək Təbrizi 
tutmuş, az sonra atasının onun üstünə qoşun çəkdiyini eşidib şəhəri tərk etməyə 
məcbur olmuşdu. Təbrizi yenidən ələ alan Cahanşah oğlunun təqsirinin 
bağışlanmasından ötrü ilk növbədə onu bu işə sövq edən vəziri Xacə Şəmsəddini 
öldürməyi tapşırmış və Həsənəli əmri yerinə yetirmişdi. Bu misalla vəzirin şahzadə 
üzərində olan təsir gücü nəzərə çatdırılır. 
Vəzir də vəkil kimi məşhur əmirlərdən təyin edilirdi. Cahanşahın qətlindən 
sonra Təbrizdə taxta çıxıb, bir neçə gün (bəlkə də ay) hökmranlıq edən Arayeş 
bəyim (Qara İskəndərin qızı - Ş.F.) Əlaəddin Sədiq Kecəcini özünə vəzir təyin 
etmişdi. Arayeş bəyimi məğlub edib yenidən taxta çıxan Həsənəli vəzir Əlaəddini 
vəzifəsində saxlamış, Əmir Aşur Məcidəddin İsmayılı da onunla birlikdə vəzir 
etmişdi. Görünür Həsənəlinin divanında baş vəzir Əlaəddin Sədiq Kecəci 
olmuşdur. Onun qohumu Şeyx Məhəmməd Kecəci isə Baysunqur Ağqoyunlunun 
vəziri idi.
93
Vəzirlər hərbi yürüşlərdə də iştirak edir, onların xidmətləri yalnız mülkü və 
mali işlərdə məhdudlaşmırdı. Baş vəzirin ixtiyarında bir neçə min silahlı əsgər 
olurdu.
94
Teymurilər dövlətində Əmir Teymuru, qüdrətli bir dövlət başçısı kimi vəzir 
vəzifəsini tutan şəxsin şəxsiyyəti daim düşündürmüşdür. O, dəfələrlə öz əsərində 
vəzir və vəzarət məsələlərinə qayıdır, övladlarına məsləhətlər verir: "Vəzir öz 
91
Фазуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-арай-и Амини, Bakı, 1987, səh.47 
92
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə..., səh.53-54 
93
Yenə orada. səh.54. 
94
Yenə orada. səh.54-55. 


28 
vəzifəsini saflıq, düzgünlüklə görməyə başlayarsa, dövlətin maliyyə, mülkiyyət 
işlərini dəyanətlə, savab ilə, nəfsinin qulu olmadan, əmanətə xəyanət eləmədən 
yerinə yetirərsə, bu cür vəziri ən yüksək mərhələlərə yüksəltmək lazımdır. Hansı 
vəzir nəfsi pozuqluq eləyərək məmləkət işlərini yaman yola qoyarsa, çox keçməz 
ki, həmin məmləkətdən xeyir-bərəkət göyə çəkilər." (Bax: "Əmir Teymurun 
vəsiyyətləri" səh. 70-71). 
Əmir Teymur ümumiyyətlə vəzirlər barədə çox danışır ki, bu da onun bu ali 
vəzifəyə böyük üstünlük verməsindən irəli gəlir: "Maliyyə vəzirləri maliyyə 
məsələlərində xəyanət eləyərək var-dövlətin bir hissəsinin arasına keçmiş olsalar, 
yoxlanılsın... Əgər mənimsənilən məbləğ mənimsəyənin maaşından üç dəfə artıq 
olarsa, onda maliyyə vəzirinin bütün malı, mülkü dövlətə hədiyyə sifətində əlindən 
alınsın." Əlbəttə, belə ciddi cəzalandırılan vəzir oğurluqdan çəkinər, dövlət malına 
əl uzatmaz. Əmir Teymur sərt cəzalar verməklə hakimiyyətdə olduğu müddətdə 
dövlət xəzinəsini son dərəcə zənginləşdirmişdi. Bunu da qeyd etmək yerinə düşərdi 
ki, Əmir Teymur "Tüzuki-Teymuri" əsərində təkcə vəzirlərin cəzalandırılmasından 
bəhs etmir, bacarıqlı və ləyaqətli vəzirlər barədə də müəyyən fikirlərini bildirir: 
"Tədbir və qılınc gücünə hər hansı məmləkəti zəbt eləyən, yaxud himayə eləyərək 
saxlayan vəziri əziz tutmaq, ona hörmət-izzət göstərmək lazımdır. Onun rütbəsini 
artırmaq, onu "qılınc və qələm" sahibi" adlandırmaq lazımdır. (Bax: "Göst. əsər" 
səh.71) 
Sədr: Dövlət idarəçiliyində tutduğu mövqeyə görə XVI əsr Səfəvi 
dövlətində əmirül-üməradan sonrakı yer sədrə məxsus olmuşdur. Lakin, XV əsr 
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində sədarət mənsəbini aparan şəxsin rolu bir 
əsr sonrakı sədrin rolundan fərqlənir və elə də böyük üstünlüyə malik deyildi. 
Dövrün mənbələrində hətta XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və 
vəzirin mövqelərinin sədrə nisbətən daha üstün olduğu aşkar nəzərə çarpır və XV 
əsrin sonu istisna olmaqla sədrin fəaliyyəti, əsasən, göstərilmir. Buna baxmayaraq, 
tarixçilərin əksəriyyəti bu vəzifəni «yüksək vəzifə» adlandırmışlar.
95
Həsən bəy 
Rumlu və başqalarının əsərlərində Qaraqoyunlu dövlətində sədrin oynadığı rol az 
işıqlandırmasına baxmayaraq, Ağqoyunlu dövlət aparatında sədrin icra etdiyi 
vəzifənin getdikcə ön plana çəkildiyinə işarə edilmişdir ki, bu da, zənnimizcə, 
dövlət işlərində dinin rolunun artması ilə əlaqədardır. «Əhsənüt-təvarix» əsərində 
Ağqoyunlu dövlətinin sədri Qazi İsa «sədarət mənsəbi və dini işlər vəzifəsinin 
sahibi» adlandırılır,
96
lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə «ixtiyar 
sahibi» sayılan və vəkil olan Sufi Xəlilin fərmanı ilə öldürülməsi sədarət 
vəzifəsinin dövlətdə hələ о qədər də möhkəm mövqe tutmadığını göstərir. 
95
Həsən Rumlu. Əhsənüt-təvarix, səh. 110, Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni əl-moddəu be 
Xandəmir. Tarixi-həbibüs-siyər, III cild, Tehran, h.1333, səh.549; Mirzə bəy əl-Həsən əl Hüseyni 
Cunabadi. Rovzətüs-Səfəviyyə (Azərb EA Tarix institutunun Elmi Arxivi, inv.№ 2614/5, vərəq 126-a.) 
96
Həsən Rumlu. Əhsənüt-təvarix, Tehran, səh.633. 


29 
Yeri gəlmişkən, sədr Qazi İsa və onun səlahiyyətləri barədə bir neçə söz: 
Məşhur tarixçi Fəzullah ibn Ruzbehan Xunci (Prof. S.M.Onullahi böyük 
iqtisadiyyatçı, tarixçi və şair olmuş Fəzlullah ibn Ruzbehanın təxəllüsünü onun 
doğulduğu "Xunəc" kəndi ilə əlaqələndirib "Xunəçi" kimi yazmışdır. Bizim bu 
iddiyaya qarşı etirazımız yoxdur, lakin S.M.Onullahidən başqa bütün alimlər 
F.Ruzbehanı "Xunci" kimi təqdim etdikləri üçün biz də həmin ifadəni "Xunci" 
kimi saxladıq - Ş.F.) öz tarix kitabında XV əsrin II yarısında Ağqoyunlu dövlətinin 
quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı 
məlumatlar vermişdir. Onun «Tarixi-aləmarayı-Əmini» adlı əsəri Uzun Həsən 
Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun 
(hakimiyyət illəri: 1478-1490) və Baysunqurun (hakimiyyət illəri: 1490-1492) 
həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini 
qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir 
neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: «Qazi İsa Sədrin Yaqub 
xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə 
sahiblərinin təyinat və işdən çıxarılmalarında onun sözü həlledici idi. Hakimiyyətin 
cilovu tamamilə onun əlində idi... Qazi öz dərəcəsinin əhəmiyyətini olduqca 
qaldırdı. Onun razılığı olmadan heç bir dini, yaxud dövlət işi həll oluna bilməzdi. 
Əlahəzrətin (Sultan Yaqubun - Ş.F.) ona münasibətini görən adamların heç biri, 
heç bir məsələni əvvəlcə qaziyə təqdim etmədən həll edə bilməzdi. Buna görə də 
bütün şahzadələr, əmirlər, qazilər, vəzirlər və əyanlar tamamilə ondan asılı idilər. 
Zəngin və məşhur adamlar onu salamlamaq, ya da diqqətinə yetməkdən ötrü onun 
qapısı önündə yığılıb gözləyirdilər. O, nəfsani fəzilətlərlə bəzənən bir adam idi və 
dinin möhkəmlənməsi yolunda nə hökmdarlardan, nə də fırıldaqçı adamlardan 
(mütəqəllib) qorxub çəkinmirdi. O, Peyğəmbərin din bağçasını bəzəmək istəyirdi. 
Onun ən əsas məqsədi Çingiz yasalarının (qanunlarının - Ş.F.) qaranlıq pərdəsi 
altında gizlənən mülki işləri (ümuri-mülki) qaydaya salmaq idi. Həqiqətən də din 
çiçəkləndi, qazinin məsləhəti ilə üləmalar və ləyaqət sahibləri 1000 tümən və daha 
artıq məbləğ pul ilə mükafatlandırıldılar ki, əlahəzrət həmin pulu onlara soyurqal 
şəklində verirdi... Bu hal 894-cü ilin səfər ayının başlanğıcına qədər (yanvar 1489) 
davam etdi və Qaraağac qışlağında qazinin hakimiyyəti təxminən hökmdarın 
səlahiyyətinə yaxınlaşdı».
97
Fərzullah Xunci yazır ki, Qazi İsa Sədr istəyirdi ki, qanuni maliyyə 
tədbirləri həyata keçirməklə tamğa adlı ticarət vergisini aradan qaldırsın, alış-veriş 
əməliyyatları genişlənsin, xəzinəyə gəlir gətirən mənbələr çoxalsın, «mal qapıları» 
97
Yenə orada 


30 
(əbvab əlmal) açılsın.
98
Lakin, onun istəkləri həyata keçmədi və о Qarabağda 
olarkən vəkil Sufi Xəlil tərəfindən öldürüldü.
99
Bir daha xatırladaq ki, XV əsrin əvvəlində dövlətdə sədrin vəzifəsi məhdud 
idi və əsrin sonundakı sədrin vəzifəsindən, məsələn Qazi
 
İsanın, xeyli az əhəmiyyət 
kəsb edirdi. Qaraqoyunlu dövlətinin tərkibində olan Bağdad əyaləti, «Əhsənüt-
təvarix»də göstərildiyinə görə h.847 (m. 1443/44)-ci ildə Cahanşah tərəfindən 
şahzadə Məhəmmədi Mirzəyə verilmiş, amma şahzadə azyaşlı olduğundan şəhər 
işlərinin idarəsi Abdulla adlı bir şəxsə tapşırılmışdı.
100
Müəllif Abdullanın 
vəzifəsinin adını göstərmirsə də, onun hökmdarın oğlu Məhəmmədi Mirzənin lələsi 
və sarayında sədarət mənsəbinin sahibi olduğu bilinir, lakin səfəvi sədrlərinin XVI 
əsrdə gördüyü işlərin ancaq ikisinin («həll və əğd» - yəni bir sıra işlərin «açılması 
və bağlanması») Qaraqoyunlu sədri Abdulla tərəfindən icra edilməsi о zaman 
sədrin fəaliyyətinin həqiqətən də məhdud olduğuna dəlalət edir.
101
 Buna 
baxmayaraq, qeyd etmək lazımdır ki, sonrakı əsrlərdə olduğu kimi, XV əsr 
sədrlərinin də ən əsas vəzifələrindən biri dini işlərlə məşğul olmaq və vəqf 
idarələrinə rəhbərlik etmək olmuşdur.
102
Beləliklə aydın olur ki, dövlətdə tutduqları məqam və daşıdıqları vəzifənin 
səlahiyyətinə görə qaraqoyunlu və ağqoyunlu sədrləri səfəvi sədrlərindən fərqli 
olmuşlar. «Nameyi-nami» əsərində də müxtəlif dövlətlərin sədrləri biri-birindən 
fərqləndirilir: «Sədrlərin vəzifəsi hər dövrdə və hər bir hökmdarın xidmətində 
müxtəlif olmuşdur»
103
Hakim: XV əsr Azərbaycan feodal dövlətləri tarixində hakimin də 
özünəməxsus yeri və fəaliyyəti olmuşdur. Göstərmək lazımdır ki, «hakim» də 
başqa istilahlar kimi həm geniş, həm də dar mənada işlənmişdir. Həsən bəy Rumlu 
bəzən şahları da hakim adlandırır. Məlumdur ki, şahın tabeliyində olan ölkə, 
vilayət və şəhərlər həmçinin hakimlər tərəfindən idarə olunurdu. Onlar xüsusi 
fərmanla məşhur əmirlərdən təyin edilirdi. «Kitabi-Diyarbəkəriyyə»də oxuyuruq: 
«Cahanşah Mirzə Azərbaycan hüdudlarından İraqa yaxınlaşdı və Xacə Mahmud 
Heydərin İsfahan hakimi təyin olunması barədə fərman göndərdi. Xacə Mahmud 
hakimlik vəzifəsinin icrasına başladı. Qış ötüb keçdikdən sonra Cahanşah İsfahanı 
öz oğlu Məhəmmədi Mirzəyə verdi».
104
Hakimlər xəzinəyə hər il müəyyən miqdar vergi verir, şaha vaxtaşırı 
hədiyyə göndərir və müharibə vaxtı əsgəri qüvvə ilə kömək edirdilər. Hakimlərin 
98
Yenə orada. səh.106. 
99
Yenə orada. səh.111. Qeyd: Qazi İsanın öldürülməsi barədə yuxarıda dəfələrlə istinad etdiyimiz belə 
bir məlumat vardır: «Sufi Xəlil... düşmənçilik etdiyi dəstəni aradan götürdü, о cümlədən sədr Qazi 
İsanı... həbs edib ordubazarda (əskər bazarı - Ş.F) boğazını kəsdi. (Bax: Tarixi-qızılbaşan, səh.17-18). 
100
Həsən Rumlu.. Əhsənüt-təvarix, Tehran, səh.250. 
101
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.48. 
102
Xandəmir. Nameyi-nami, Azərb.EA Əlyazmalar İnstitutunun kitabxanası, inv №3583, vər.16a. 
103
Yenə orada, vər.42b. 
104
Kitabi-Diyarbəkəriyyə, səh.175. 


31 
ən mühüm xüsusiyyəti onların hərbi qüvvələrə başçılıq etmələrində idi. Hakim 
bəzən əlindən çıxarılan əyaləti «böyük xərclə» geri alırdı ki, bu da hakimin 
hakimiyyəti əlindən verməmək ehtirasını göstərir,
105
Tarixi mənbələrdə inzibati
cəhətcə tutduqları yerə görə hakimlər bu dərəcələrə bölünmüşlər: vilayət, şəhər və 
qala hakimləri. Axırıncılara «kutval» da deyilirdi. Təyin olunduğu yerə gedən 
hakim özü ilə şahın təsdiq edib ona verdiyi hökm sənədini - «nişan»ı aparırdı. 
Nişanda adı göstərilən yerin ona çatdığı yazılır, əhalidən hakimi peşkeşlə 
qarşılaması, qala və xəzinə açarlarının təqdim edilməsi və ona sözsüz itaət 
olunması yazılırdı.
106
Hakimin vilayətdəki işləri barədə Ə.Tehraninin bir 
məlumatı dolğun təsəvvür yaradır. Söhbət Uzun Həsənin, onun yanına qaçıb 
sığınan teymuri Yadigar Məhəmmədi hakim təyin etməsindən gedir: «Sahibqran... 
padşahzadə Yadigar Məhəmməd Sultanı yanına çağırıb ona bayraq və təbil verdi... 
əmr etdi ki, Xorasana gedib öz irsi mülkündə hakimiyyət bayrağını ucaltsın...
Şahzadə Məhəmməd bəy təyin olunduğu İsfahana çatdı və öz qədəmləri ilə о 
məmləkəti şərəfləndirdi. Şəhərin böyüklərinə və əyanlarına rütbələrinə uyğun 
hörmət və iltifat göstərdi. Vilayətin illərlə zülm və sitəm çəkmiş, qəm və kədər 
yükü altında inləyən əhalisində öz səxavətli və mərhəmətli təbiəti ilə ümid 
doğurdu. Təqribən bir ay müzəffər qoşunu təchiz etmək üçün İsfahanda dayandı. 
Divan məmurları vilayətin maliyyə işlərini qaydaya salmaq və vergiləri toplamaqla 
məşğul oldular. Mülkədar və rəiyyətlər həzrət sahibqranın günbəgün artan ədalətini 
görüb sevinclə bir ildə verməli olduqları vergini bir dəfəyə verdilər».
107
Hakimə «daruğə» («darğa») da deyilmişdir ki, işləndiyi məna baxımından 
hakim və daruğə sözləri bir-biri ilə qarışdırılmamalıdır. XVI əsrdə bu iki istilah 
bir-birindən çox fərqlənmiş və daruğə hakimin əli altında olan şəxs kimi fəaliyyət 
göstərmişdir. XV əsr Azərbaycan feodal dövlətlərinin quruluşunda isə hər iki 
istilah təqribən eyni şəxsə mənsub olmuşdur, yəni о zaman doğrudan da müəyyən 
inzibati sahəni idarə edən şəxsə həm hakim, həm də daruğə deyilmişdir. Məsələn, 
Uzun Həsənin nəvəsi Əlvənd 1481-ci ildə vəfat etdikdən sonra əmirlərin bir neçəsi 
Yaqub Ağqoyunlunun sarayına məktub yollayıb daruğə göndərilməsini xahiş 
etmişlər. Aydındır ki, əmirlərin xahişi onlara hakim göndərilməsindən ötrü nəzərə 
çatdırılmış və burada daruğə hakim sözünün sinonimi kimi işlənmişdir. 
«Tarixi-qızılbaşan» kitabındakı bir məlumat da «daruğə» və «hakim» 
istilahlarını eyniləşdirir. Anonim müəllifin bu kitabında oxuyuruq: «Həsən bəy 
(Uzun Həsən - Ş.F.) həmin qışda Muğanda qışladı və bütün İraq və Azərbaycana 
daruğələr yolladı».
108
Bu misaldakı «daruğə», heç şübhə yoxdur ki, hakimdir. 
105
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.56. 
106
Yenə orada 
107
Kitabi-Diyarbəkəriyyə, səh.274-275. 
108
Tarixi-qızılbaşan, Tehran, h.1361 (m.1982), səh.15. 


32 
«Daruğə» istilahı hakim mənasında işləndikdə hakimin rütbəsi, yəni onun 
hakimliyi (əmarət) dərhal nəzəri cəlb edir. Bunun əksinə olaraq «daruğə» istilahı 
dar mənada işlənərkən bu daruğəliyin əmirlik olmadığı aydınlaşır. Məsələn, 1499-
cu ildə Sultan Murad və Məhəmmədi Mirzə Ağqoyunlular döyüşərkən, birinci 
tərəfin dövlət bayrağı yerə düşmüşdü. Həsən bəy Rumlu göstərir ki, Pəhlivan Şahi 
adlı bir döyüşçü cəld həmin bayrağı qaldıraraq, geri qaçmaqda olan Sultan Murad 
döyüşçülərini qaytardı və onlar yenidən gəlib həmin bayrağın altında toplaşdılar. 
Döyüş qələbə ilə bitdikdən sonra Sultan Murad döyüşçüləri ruhlandıran Pəhlivan 
Şahiyə kəndinin daruğəliyini verir. Сamaat ondan nə üçün Sultan Muraddan 
əmirlik istəmədiyini soruşduqda o, cavab vermişdi: «Atam о kəndin əkinçisi idi, 
mən isə daruğəsi olmuşam».
109
Hakim və daruğə vəzifələrinin eyni olmadığını 
göstərən başqa bir misal: 1500-cü ildə Bakı qalasının hakimi şahzadə Qazi bəyin 
arvadı, daruğəsi isə Əbülfəttah bəy idi.
110
Hakimlərin öz idarə aparatı - sədri, 
vəkili, vəziri və qoşunu olmuşdur.
111

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin