1.Mərkəzi və yerli idarəetmə orqanları (dövlət başçıları, idarəetmə
orqanlarının təsnifatı)
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin hər üçünün quruluşu
XIII-XIV əsrlərdə Azərbaycandakı Elxani və Cəlairi feodal dövlətlərinin
quruluşundan əxz və tətbiq olunmuşdu. XV əsrin əvvəllərində Əmir Teymurun
(hakimiyyət illəri: 1370-1405) həmləsindən qaçıb bir müddət Osmanlı
imperiyasında yaşamaq məcburiyyətində qalan Qara Yusif Qaraqoyunlu bir neçə
ildən sonra özünün başçılıq edəcəyi dövlətdə, həmçinin Osmanlı dövlət
quruluşunun bəzi cəhətlərini də bərqərar etmişdi. 1410-cu il avqustun 30-da Təbriz
yaxınlığında öz keçmiş müttəfiqi və yaxın qohumu olan Sultan Əhməd Cəlairini
(hakimiyyət illəri: 1382-1410) məğlubiyyətə uğradan Qara Yusif bu Cəlairi
hökmdarına hakimiyyətin yeni sülaləyə - Qaraqoyunlulara keçdiyini hüquqi
cəhətdən qanuniləşdirən sənədlərə qol çəkdirmişdi. Çünki bu Qaraqoyunlu
əmirinin hüquqi cəhətdən padşah olmaq səlahiyyəti yox idi. Dövrün qanunlarına
görə şahlıq irsi xarakter daşıyırdı və hökmdar yalnız özündən əvvəlki hökmdarın
varisi ola bilərdi. Qara Yusifin atası Qara Məhəmməd (hakimiyyət illəri: 1380-
1389) isə fəqət Cəlairilərə xidmət edən bir əmir olmuşdu. Gələcək hadisələrin
cərəyanını sanki irəlicədən görən Qara Yusif hələ Dəməşq şəhərində həbsdə
olduqları zaman azyaşlı oğlu Pirbudağı Sultan Əhməd Cəlairiyə rəsmi sənədlə
oğulluğa vermiş, bu Cəlairi hökmdarının qətlindən bir il sonra (1411) Pirbudağın
adına yazılmış yarlıq (rəsmi şah sənədi) əsasında Təbrizdə çağırılan Azərbaycan
əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı «sultan» elan etmişdi.
35
Qara Yusif daxil olduğu siyasi dairədə qüvvədə olan hüquqi ənənəyə riayət
etmək məcburiyyətində idi. Müstəqil hökmdara verilən «sultan» titulunu XIV əsrdə
yalnız hülaku ailəsi, yaxud onunla qohum xanədana mənsub olan şəxslər daşıya
bilərdi. Buna görə də Qara Yusif heç də təsadüfi deyil ki, özünü deyil, Sultan
Əhməd Cəlairinin qanuni xələfi və varisi hesab edilən Pirbudağı şahlıq taxtına
çıxardı. Taxta cülus mərasimindən sonra verilmiş fərman və hökmlərin başında
sabiq türk-monqol ibarəsi ilə «Sultan Pirbudaq xan yarlığından! Əbunəsr Qara
Yusif Bahadur! Sözümüz!» ifadəsi yazılmışdır.
36
Amma, təbii ki, Pirbudağın sultan
adlanmasına baxmayaraq, bütün dövlət işləri Qara Yusifin əlində idi.
Beləliklə, qeyd etmək lazımdır ki, Qaraqoyunlu, Ağqoyunlu və Şirvan
hökmdarlarının adlarının əvvəlinə «sultan», sonuna isə «padşah, bahadur, xan»
titulları artırılır, onların ölkə başçısı olması həmin titullarla öz hüquqi
səlahiyyətlərini alırdı.
37
Cığatay padşahlarının adlarının əvvəlinə artırılan yüksək
35
Faruk Sümer. Qaraqoyunlular, I cild. Ankara,
1967, səh.70; Ş.Fərzəliyev.Azərbaycan XV-XVI
əsrlərdə ..., səh.91.
36
Faruk Sümer. Göst.əsər, səh.88.
37
İslam Ensiklopediyası, I cild, İstambul 1965, s.59. İslam Ensiklopediyası. III cild, İstambul,1988,
səh.305.
15
«əmir» titulu isə əgər Mavərənnəhr ölkələrində müstəqim surətdə hökmdar
mənasını ifadə edirdisə (məsələn məşhur özbək hökmdarı Əmir Teymur),
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlarda eyni zamanda ordu başçısı, hərbi
sərkərdə anlamını da özündə əks etdirirdi. «Kitabi Diyarbəkriyyə»də də
Qaraqoyunlu dövlətinin hökmdarı olmazdan əvvəl və sonra Qara Yusifin müəllif
tərəfindən həmişə «əmir» titulu ilə verilməsinin səbəbi bu hökmdarın Ağqoyunlu
Uzun Həsəndən aşağı səviyyədə tutulmasıdır. Məsələn, «Əmir Yusif Əmir
Osmana xəbər göndərir ki...»,
38
yaxud «Sultan Muradla Əmir Qara Yusif arasında
dostluq olduğu üçün...».
39
Rəsmi sənədlər, fərmanlar və zərb edilən sikkələrin
üstündəki yazılardan da məlum olur ki, Qaraqoyunlu və Ağqoyunlu hökmdarları
adətən «sultan» və ya «padşah» titulu daşımışlar.
40
Həsən bəy Rumlu və başqa orta
əsr tarixçiləri Şirvanşahları da «padşah, vali, hakim, sultan» titulları ilə
adlandırmışlar.
41
Kitabələr də Şirvanşah I İbrahimin «sultan» hətta «sultanül-
əzəm» («əzəmətli sultan») titulu daşıdığını əks etdirir.
42
Ə.Tehraninin Şirvan sultanları barədə söylədiyi fikir diqqəti cəlb etməyə
bilmir: «Onların (Şirvan sultanlarının - Ş.F.) qədimdən Şirvan səltənətinə sahib
olması və Ənuşirəvan nəslinə mənsub olmaları hamıya məlumdur və indiyədək heç
bir padşah onları öz mülklərindən çıxarmayıb.
43
Şirvanın bəzi hökmdarları isə
«Şiranşah» («şirlər şahı») tituluna layiq görülmüşlər. Məsələn, Fərrux Yəsarın
sikkələrində bu titula təsadüf olunur.
44
ġah: O, Azərbaycan feodal dövlətlərinə ümumi rəhbərlik edir, səltənətdəki
torpaq və suyun baş mülkiyyətçisi sayılırdı. Şah ölkənin ən böyük feodalı idi.
45
O,
hakimiyəti altındakı yerləri yuxarı təbəqədən olan əyanlar vasitəsilə idarə edir,
məmləkətin yeganə varisi sayılırdı. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
hökmdarları əsasən «padşah» titulu daşımışlar. Uzun Həsən özünün Osmanlı və
Teymuri sultanları səviyyəsində hökmdar olduğunu nəzərə çatdırmaq məqsədilə
«sultan», «əmir», və «sahibqran» titullarını da qəbul etmişdi.
Azərbaycanda Ərəb hakimiyyətindən başlamış ta XIX əsrə qədər bütün
böyük və kiçik feodal dövlətlərində divan institutu fəaliyyətdə olmuşdur. Bu
38
Kitabi-Diyarbəkriyyə, səh.59.
39
Yenə orada, səh.85.
40
S. Onullahi. Göst.məq. səh.37.
41
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə, səh.42
42
M.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair, Bakı, 1959, səh.12,131.
43
Kitabi-Diyarbəkriyyə, səh.201
44
M.Neymətova. Şirvanın..,səh.89.
45
О.Эфендиев. Образование Азербайджанского государства Сефевидов в начале XVI века, Bakı,
1961, səh. 127.
16
institut özünün mövcudluğu dövründə (VII-XVIII əsrlər) aşağıdakı inkişaf
mərhələləri keçmişdir:
1. Ərəb istilalarının ilk dövründə Xəlifə Ömərdən (634-644) başlayaraq
dövlət gəlirinin qeydə alındığı, siyahıların saxlandığı yer; 2. Əməvilər və Abbasilər
dövründə vergi və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi; 3. Osmanlı
imperiyasında böyük vəzirdən, müftidən və vəkillərdən ibarət dövlət şurası; 4.
Dunay Knyazlıqları Moldova və Volaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı
orqan Rumıniya yarananadək (1859) Buxarestdə, Krayevoda və Yassıda məhkəmə
orqanları da divan adlanırdı.
Divan idarə sistemi orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Səlcuqilər, Eldəgəzlər, Elxanilər, Cəlairilər, Şirvanşahlar, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər dövründə dövlətin və təsərrüfatın bu və ya digər sahəsinin
idarəsini özündə cəmləşdirən müxtəlif divanlar mövcud idi. Azərbaycan alimi
Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstürəl – katib fi təyinəl - məratib"
(«Dərəcələrin təyin edilməsində katiblər üçün təlimnamə») əsərində 20-ə yaxın
divan adı çəkilir. Ümumi idarə işləri sahibdivanın başçılıq etdiyi "ali divan"
tərəfindən aparılırdı. Hər bir vilayətin öz divanı vardı ki, bütün vilayət divanı
mərkəzi divana tabe idi. Xanlıqlar dövründə daxili və xarici siyasətlə məşğul olan
divanlara divanbəyi başçılıq edirdi. (Bax: Azərbaycan Sovet Ensiklopediyası, III
c, Bakı, 1979, səh. 402-440).
Əlbəttə, divanın ali rəhbəri hökmdarın özü idi. Teymuri sarayında müxtəlif
dövlət işlərinin icrası üçün divan çağırılanda, yaxud ziyafətlər veriləndə, ya da
diplomatik görüşlər keçiriləndə xüsusi qayda-qanunla hərəkət edilməli, Teymur
tərəfindən müəyyən olunan məsələlər cüzi də olsa dəyişikliyə uğramadan yerinə
yetirilməli idi. Hökmdar özü səltənət taxtında oturur, oğulları, nəvələri, qohum-
qardaşları, "ayın haləsi kimi" taxtı dövrəyə alıb əyləşirdilər. Taxtın sağ tərəfində
qərar tutmaq seyidlərə, qazilərə, üləmalara, fazillərə, şeyxlərə, ululara və başqa
"şərəfli adamlara" məxsus idi. Sol tərəf hərbçilərə, o cümlədən əmirül-üməraya,
bəylərbəyiyə, noyonlara, ulus başçılarına tümən və qoşun əmirlərinə, minbaşılara,
yüzbaşılara, onbaşılara xas idi. Divanbəyi və vəzirlər taxtın qarşısında əyləşirdilər.
Hakimlər (vilayət hakimləri), yurd ağsaqqalları və "hər elin ağıllı, etibarlı kişiləri"
isə vəzirlərin arxa tərəfində əyləşirdilər. "Bahadır kimi tanınan mərd igidlər" və
"qılınc çalıb ad çıxaran oğlanlar" səltənət taxtının arxasında sağ tərəfdə, kəşfiyyat
başçıları isə sol tərəfdə əyləşirlər. "Buyurdum ki, qoşunun о bölüyünün əmiri
mənim qənşərimdə yer tutsun... xüsusi yasovulum isə böyük çadırın qapısı önündə,
taxtımın ayağının qənşərində dik dayansın... Həmçinin hökm elədim ki..." yazan
Əmir Teymur neçə ildən bəri başçılıq etdiyi böyük bir imperiyada şah hökmünün
qətiliyini şahanə şəkildə bəyan edir (Bax: "Əmir Teymurun vəsiyyətləri" səh. 88).
Deməli, Teymuri imperiyasında olduğu kimi mühüm məsələlərin həlli
üçün şah divan çağırır, dövlət başçıları ilə məşvərət edir, onların rəy və təkliflərini
dinləyirdi, amma şübhəsiz ki, həlledici söz şahın olardı. Məsələn, mənbədə
17
oxuyuruq: «Böyük əmir (Qara Osman Ağqoyunlu - Ş.F.) dövlətin vəzirləri,
əmirləri, əyanları, sərkərdə və qoşun başçıları ilə İskəndər Mirzənin (Qara Yusifin
oğlu - Ş.F.) qarşısını almaq barədə məşvərət etdi».
46
Yaxud «Sahibqran (Uzun
Həsən - Ş.F.) atına minib divanxanaya getdi. Əmirlər, saray əhli, əyanlar və qoşun
başçıları sultanın hüzuruna tələsdilər».
47
Qeyd olunmalıdır ki, hər bir müqtədir Qaraqoyunlu, Ağqoyunlu və Şirvan
hökmdarı səltənətdə necə uzun müddət qalmağın üsul və şərtlərini öyrənmiş,
onların nisbətən qüdrətliləri dövləti uzun müddət idarə etmiş, zəiflərinin
hakimiyyət dövrü isə az olmuşdu. Qüdrətli Azərbaycan hökmdarları sanki Əmir
Teymurun məlum əsərini oxumuş, öz dövlətlərini necə idarə etməyi о böyük
əmirdən öyrənmişlər. Əmir Teymurun əsərində oxuyuruq; "On iki şeyi özümə şüar
etdiyimə görə, səltənət taxtında tam müstəqilliklə əyləşdim. Öz təcrübəmdə sınayıb
öyrəndim ki, hansı padşah bu on iki şərtə əməl edə bilməsə səltənətdən heç cür
yarıya bilməyəcəkdir." (Bax: "Əmir Teymurun vəsiyyətləri" səh. 61). İndi görək
həmin "on iki şərt" nədir və nələri ehtiva edir.
Əmir Teymur yazır:
1. Hökmdar gərək öz sözünün yiyəsi olsun, bildiyi işin arxasınca getsin.
2.
Sultan hər şeydə ədalətli olmalı, yanında ədalətli, insaflı vəzirlər
saxlamalıdır.
3.
Bütün məmləkətdə buyruq-fərman vermək ixtiyarı padşahın özündə
olmalıdır ki, hər işdə padşah özü hökm çıxartsın, heç kim onun işinə qarışıb,
hökmünü dəyişdirməsin.
4. Padşah bir işi görmək qərarına gəlmiş olsa, həmin işin üstündə
möhkəm dayansın, işi bitirməyincə ondan əl çəkməsin.
5. Nə cür hökm çıxarmış olsa belə padşahın öz hökmünü yeritməsi
zəruridir.
6. Padşahlıq işlərini büsbütün başqasına tapşırmaq, ixtiyarı özgəsinin
öhdəsinə buraxmaq olmaz. Dünya ayağı sürüşkən qadın kimidir, onun aşiqi
çoxdur. Əgər padşah öz səltənətinin ixtiyarını başqasına vermiş olsa, onun
iştahından padşahlıq keçəcək, gözünü səltənət taxtına yiyələnməyə dikəcək.
7. Səltənət məsələləri ilə bağlı olaraq hamının sözünü eşitmək, hər bir
adamın fikrini öyrənmək lazımdır. Daha faydalı məsləhətləri könül xəzinəsində
saxlamaq, məqamı gələndə xərcləmək lazımdır.
8. Səltənət işlərində hərbi qulluqçularla, rəiyyətlə bağlı məsələlərdə
başqalarının sözlərinə və əməllərinə baxıb ölçü götürmək olmaz. Vəzirlər, əmirlər
bir adamın haqqında yaxşı-yaman söz söyləmiş olsalar, onları dinləmək lazımdır,
46
Kitabi-Diyarbəkriyyə, səh.79-80.
47
Yenə orada, səh.139.
18
lakin ölçü götürməkdə tələsmək olmaz, çatdırılan söz sınanmalı, yoxlanmalı,
həqiqət ortaya gətirilməlidir,
9. Padşahın zəhmi hərbçilərin və rəiyyətin üzərində elə yer tutmalıdır ki,
heç kəs onun əmrinin, fərmanının əleyhinə gedə bilməsin, ona itaət və tabeçilik
göstərsinlər, başlarını qaldırmasınlar.
10. Padşah nə eləsə öz iradəsincə eləməlidir, hər nə desə sözünün üstündə
möhkəm durmalıdır, çünki padşahların hökmlərindən başqa bəhrələnəcəkləri şey
yoxdur. Padşahın padşahlığı hökmündədir. Xəzinə, qoşun, rəiyyət, səltənət -
bunların hamısı onun hökmünə tabedir.
11. Səltənət məsələlərində və hökm yürütməkdə padşah özünü tək
saymalıdır, hər kəsi özüylə bərabər səltənətə şərik etməməlidir.
12. Padşah məclis (divan - Ş.F.) əhlindən agah olmalı və ayıq-sayıq
olmalıdır ki, ətrafındakılar ondan daha çox ayıb axtararlar, səltənətin içinin sirrini
bayıra çıxararlar, padşahın sözünü, əməlini vəzirlərə, əmirlərə xəbər verərlər.
Məsələn, buna oxşar bir hadisə mənim başıma gəlib. Özümün məxsusi
məclisimdəki həmsöhbətlərimdən bir neçə nəfəri vəzirlərimlə əmirlərimin
casusları imişlər. (Bax: "Əmir Teymurun vəsiyyətləri" səh. 62-63)
Əmir Teymur tərəfindən dövlətin idarə olunması naminə nəzərdə tutulan bu
12 amil, şübhəsiz ki, güclü Azərbaycan hökmdarları üçün də düsturul-əməl olmuş,
Qaraqoyunlu, Ağqoyunlu və Şirvan padşahları dövlətçiliyə dair kitablar oxumuş,
təlimatlanmış, arif şəxslərlə söhbətlər etmiş, hikmət sahiblərindən hikmət dərsi
öyrənmiş və yuxarıda sadalanan 12 (bəlkə də daha çox) amilə ciddi əməl etmişlər.
Şah adətən dövlətin paytaxt adlanan baş şəhərində yaşayırdı. Əgər onun
qışlaq və yaylaq yerlərinə getməyi nəzərə alınmazsa, əsasən müharibələr vaxtı
şəhəri tərk edirdi. Məsələn, Qaraqoyunlu və Ağqoyunlu şahları vaxtlarının çoxunu
Təbrizdə, Şirvanşahlar isə Şamaxıda keçirmişlər.
48
Bəzən kütləvi ölümlərə səbəb
olan xəstəliklərə görə də şah müvəqqəti olaraq şəhərdən çıxırdı. 1437-ci ildə Təbriz
vilayətində taun yayıldığı üçün Cahanşah Qaraqoyunlu gedib bir müddət Bərdədə
qalmışdı.
49
Biri digərindən asılı olan dövlət başçıları arasında «Şərtnamə» adlanan
sənəd yazılır və həmin asılılıq nəzərə çatdırılırdı. Belə ki, 1488-ci ildə Şirvanşah
Fərrux Yəsar və Yaqub Ağqoyunlu arasında yazılmış «Şərtnamə»də birinci tərəfin
asılılığı aydın nəzərə çapır: «... Söz verirəm dostun olum, səninlə yaxşı davranım,
vəd etdiyim beş min Təbriz tüməni məbləğində pulu hər il gecikdirmədən
göndərim».
50
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində şahın başçılıq etdiyi hakim sinif
tərkib baxımından müxtəlif idi və aşağıdakı tayfalardan ibarət olmuşdur:
a) Qaraqoyunlulara tabe olmuş tayfalar: yivə, barani (baranlu),
48
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.43.
49
Yenə orada, səh.139.
50
Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Bax: Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...) səh.43
19
qaraqoyunlu, sədlu, bayburtli, vərsaq, oxlu, qaracadağlu, baharlu, qaramanlu,
əlpavut, cağirlu, hacılu, ağacəri, bayramlu, dügər (dügərlu).
b) Ağqoyunlulara tabe olan tayfalar: bayandur, əfşar, bozçulu, bayat,
qacar, çəpəni, əmizlu, əhmədlu, şamlu, mosullu, xunuslu, pornak, begdeli,
ərəbgirlu, eynallu, bicənlu, heydərlu, təkəlu, tabanlu, düharlu, ördəklu, çavundur,
rumlu, turkman, şixavənd.
51
Özlərindən 7-8 əsr əvvəl mövcud olmuş müsəlman dövlət başçıları kimi
Qaraqoyunlu, Ağqoyunlu və Şirvan dövlət başçıları da öz hərəkətlərində daim
islam dininə söykənmişlər. Şübhəsiz ki, hökmdarların hər biri öz imkanları
daxilində daha geniş ərazilərə sahib olmaq barədə düşünmüş və bu istiqamətdə
addımlar atmışlar. Qaraqoyunlu və Ağqoyunlu sultanlarına nisbətən daha kiçik
əraziyə və az saylı qoşuna malik olan Şirvan şahları isə (Şirvanşah I İbrahimin XV
əsrin əvvəlindəki istəyinin əksinə olaraq) başqa dövlətlərin torpaqları hesabına
daha böyük hakimiyyətə çatmaq uğrunda mübarizə aparmırdılar. Amma bunun
əksinə olaraq Əmir Teymur, Sultan Bayazid, Qara Osman, Qara Yusif, Cahanşah,
Uzun Həsən kimi hökmdarlar daim daha böyük ağalıq arzusunda olmuşlar.
Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" kitabında bu xüsusda Əmir Теуmurа xas
belə cümlə vardır:
"Dünya elə böyük bir yer deyildir ki, orada iki nəfər padşah olsun. Dünyanı
bircə Allah yaratmışdır və dünyada bir hökmdar olmalıdır." (Bax: "Амир Теймур в
Dostları ilə paylaş: |