Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə


Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım!



Yüklə 150,87 Kb.
səhifə34/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
ailə tərbiyəsi

Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım!

... Bir söyüşdən ötəri etmə əziyyət balama,

Göyərib coşma, utan, qonşuları yığma dama,

Sənə söydükləri getsin başı batmış atama,

Qışqırıb bağrını da yarma, uşaqdır, uşağım!

Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!”

Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xü­susiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önəmlidir. Xalqımızın qədim, ulu dastanı olan “Kitabi-Dədə Qorq­ud”da əksini tapan etnik-psixoloji xüsusiyyətlər ailədaxili münasi­bət­lərin formalaşması və bu zəmində uşaqların tərbiyəsində zəngin xəzinədir.

Mütəffəkirlərin yaradıcılığına nəzər saldıqda görünür ki, onlar tərbiyə və tərəqqi işində ailə münasibətlərinə xüsusi diqqət yetir­miş­lər.

Mütəfəkkirlər ailənin möhkəmləndirilməsini cəmiyyətin sağ­lam əsaslar, mütərəqqi qaydalar üzrə inkişafı üçün zəruri hesab et­miş­lər. F.Köçərli bu xüsusda yazırdı: “Ər və övrət (arvad)... bir bə­də­nin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə, bunların ara­sında olan yekdillik, ülfət, məhəbbət və mənəvi rəqabət gərəkdir”.

Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasi­bət­lər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub.

Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hör­­mət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tə­ləbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlərin ilk gündən bu məsələlərə məsuliyyətlə yanaşmaları zəruridir. Çağanın dünyaya gəlişi onun vasitəsiz-emosional ünsiyyəti ilə xarakterizə olunur ki, bunun əsasında da valideyn-ana durur.

Uşaqlar doğulduqları gündən özünəməxsus sosial-psixoloji ailə mühitinə düşür... Müəyyən edilmişdir ki, dilsiz-ağızsız çağa üç aylıq olanda mədəniyyət onun bütün həyatına nüfuz edir. Bu kon­tektdə, uşaqların psixi inkişafında, tərbiyə və təlimində valideyn­lərin xüsusilə də, ananın rolu önəmlidir.

M.T.Sidqi bu xüsusda yazırdı ki, “Uşağın əvvəlinci müəllimi təbii ki, validəsidir. Burada ananın öhdəsinə daha çox məsuliyyət düşür. Çünki uşağa birinci tərbiyə və təlim verən anadır”.

Pedaqoji və psixoloji tədqiqatlardan aydın olmuşdur ki, uşa­ğın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ün­siy­yəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövr­lərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.

Ailədaxili münasibətlərdə ana ilə bərabər atanın da rolu önəmlidir. Onları ailə tərbiyəsinin qoşa qanadları adlandırırlar. Azər­­baycan ailəsində həm ata, həm də ana uşaqlar üçün yaşayır. Deyimlərimizdəki “Dörd göz uşaq üçündür”, “Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə” və s. bu kimi kəlmələrin fəlsəfi, psixoloji kökləri aydındır.

Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, valideynlər uşaqların ayrı-ayrı yaş dövrlərinin qanunauyğunluqlarını bilməli və onların rəftar və davranışlarında cinsi tərbiyənin xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidirlər.

Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Prob-lemlə bağlı xüsusilə böhranlı yaş dövrlərində bir sıra cəhətlər üzə çı­xır. Bunlar tərbiyə işi üçün çox vacibdir. Digər tərəfdən Azər­baycan ailəsi üçün xüsusi aktuallıq kəsb edən cinsi tərbiyə və cinsi fərqlərin psixologiyasının nəzərə alınması şəxsiyyətin formalaş­ma­sın­da vacib məsələdir.

Cinsi tərbiyənin psixoloji aspektlərini geniş təhlil edən peda­qoq və psixoloqlar bu məsələlərin kökünü lap uşaqlıqdan başlan­ma­sı­nı vurğulayırlar. Oğlan, yaxud qız uşaqları ilə ünsiyyət, rəftar və dav­ranış onların gələcəkdə kişi, yaxud qadınlıq etalonlarına necə yi­yə­lənmələrinə zəmin yaradır. Uşaq adlanan varlıq doğulduğu ilk gün­dən etibarən yüksək hissiyyata malik olur. Bu hissiyyat onların ilk anlarındakı davranışından görünür.

Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəri­cilə­rin­dən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da za­ma­nı­nın tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyat­da­kı irəliləyişlər uşaqların istedad və zehin qabiliyyətlərinin geniş­lən­məsi məqsədini qarşıya qoyur.

Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin ana­dangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edir­lər ki, sağlam psixoloji mühit və şəraitin yaradılmasıdır. Bu mə­nada müasir dövrdə valideynlərin pedaqoji savadı və mə­də­niy­yə­ti­nin yüksəldilməsi vacibdir.

Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində və ailə­daxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailədaxili mü­nasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “valideyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünki ailə­daxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaş­ma­sın­da mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasi­bət­lə­rin özünəməxsus sahəsini təşkil edir.


Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin