Ailənin vəzifələri aşağıdakı sxemdə verilmişdir:
Ailə tərbiyəsinin məzmunu tərbiyənin bütün istiqamətlərini özündə əhatə edir. Ailədə fiziki, estetik, əmək, əqli və uşaqların mənəvi tərbiyəsi həyata keçirilir və yaş artdıqca onun özü də dəyişir. İmkan daxilində ailələr və ailəyə yaxın olanlar uşaqlara təbiət, cəmiyyət, texnika haqqında biliklər verir, onlarda yaradıcılıq fəaliyyəti, təcrübəsi formalaşdırır, bəzi intellektual vərdişlər, nəhayət, onlarda həyata, dünyaya, insanlara, peşəyə münasibət tərbiyə edirlər. Ailə tərbiyəsində əsas yeri mənəvi tərbiyə tutur.
Ailədə ilk növbədə müsbət keyfiyyətlərin tərbiyə olunmasına, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyüklərə, valideynlərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq, əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olunmasına fikir verilməlidir.
Dostları ilə paylaş: |