Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 16,28 Kb.
səhifə6/8
tarix29.12.2021
ölçüsü16,28 Kb.
#48590
1   2   3   4   5   6   7   8
null

Aydınlıq və yığcamlıq mədəni nitqin əsas keyfiyyətlərindəndir. Uzunçuluq, eyni söz və ifadəni lüzumsuz yerə bir neçə dəfə təkrar etmək, yersiz, mənasız söz işlətmək dinləyicilərdə ikrah hissi oyatdığı kimi, danışanı da hörmətdən salır. Konkret, yığcam, aydın nitq mədəniyyətin bir formasıdır. Nitqinin aydın olması üçün danışan nitq prosesində səsləri və sözləri düzgün tələffüz etməli, bəzi nitq priyomlarına (diksiya, temp, intonasiya, vurğu, fasilə) fikir verməlidir.

Nitqin sadəliyi də əsas şərtlərdən sayılır. Anlaşılmaz, dolaşıq, lazımsız, mürəkkəb ifadələr nitqdə çətinlik yaradır, dinləyicini yorur. Ən mürəkkəb fikirləri belə sadə dillə ifadə etmək olar. Sadəlik dinləyicilərlə əlaqə və ünsiyyət vasitəsinin möhkəmliyidir. Nitqdə yersiz, həddindən ziyadə termin və arxaizmlərdən istifadə olunması nitq normalarına zidd olduğu kimi, sadəliyə də ziddir.

Əgər bu tələblərə əməl olunarsa, nitq yaxşı qavranılar, dinləyicilər yorulmaz, nitq daha təsirli və yaddaqalan olar. Məsələn, eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxırlar, ikinci müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər.




Yüklə 16,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin