Akademik yazı qaydaları


Kurs işinin tərtibinə verilən texniki tələblər



Yüklə 23,83 Kb.
səhifə4/4
tarix25.12.2023
ölçüsü23,83 Kb.
#193972
növüYazı
1   2   3   4
Akademik yaz qaydalar

Kurs işinin tərtibinə verilən texniki tələblər


1.Kurs işinin quruluşu aşağıdakı kimi olmalıdır:
–titul vərəqi (əlavə edilir);
–kurs işi üçün tapşırıq vərəqi (semestrin əvvəlində tələbəyə verilməlidir);
–mündəricat (əlavə edilir);
–giriş;
–əsas hissə;
–nəticə;
–istifadə olunan ədəbiyyatın siyahısı (əlavə edilir);
–əlavələr (lazım olduqda);
1.1.Kurs işinin titul vərəqində aşağıdakı informasiya əks olunmalıdır:
–ali məktəbin, fakültə və kafedranın adı;
–kurs işinin adı;
–tələbənin soyadı, adı və atasının adı;
–ixtisas və qrup nömrəsi;
–elmi rəhbərin soyadı, adı, atasının adı, elmi dərəcəsi və elmi adı;
–kurs işinin müdafiəsi, təhvil vermə tarixi, elmi rəhbərin imzası və qiyməti;
–təhsil müəssisəsinin yerləşdiyi şəhər;
–işin yazılma tarixi.
1.2.Kurs işinin həcmi:
–əsas hissə kompüterdə yığılmış 10-15 vərəqdən ibarət olmalıdır (A3 Times, AzLat 14).
–mətndəki sözlər, formullar və ya şərti işarələr eyni rəngdə və ölçüdə olmalıdır.
–mətndə aşağıdakı ölçülərə riayət etməklə yazmaq lazımdır:
yuxarı – 2 sm, aşağı – 2 sm, sol – 2.5 sm, sağ – 1.5 sm.
–sətirlərarası məsafə – 1.5, başlıqlar və sonrakı sətir ilə başlıq arasındakı məsafə – 2 sm olmalıdır.
–ayrı sətirdə çap olunmuş “Mündəricat”, “Giriş”, “Nəticə” sözləri müvafiq struktur hissələrinin başlığı olmalıdır. Başlıqların altından xətt çəkilmir, sonunda nöqtə qoyulmur.
Kurs işində plagiatın olub-olmamağı yoxlanılır. İşin rəhbəri belə bir yoxlama olacağı, istifadə etmənin dərəcələri və işi təhvil verməmişdən əvvəl müstəqil olaraq onu yoxlamalı olduğu barədə tələbəni məlumatlandırmalıdır.
İşin bütün vərəqləri bir qovluğa tikilməli və ya cildlənməli, bitirilmiş və tam tərtib edilmiş kurs işi və onun elektron variantı (diskdə) elmi rəhbərə təqdim edilməlidir.
Yüklə 23,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin