293
Səfərdə İkən Oruc Tutmaqla Tutmamaq Arasında
Bərabərlik
684. Aişə
rəvayət etmişdir ki, tez-tez oruc tutan Həmzə İbn Amr əl-Əsləmi
Peyğəmbərdən : “Səfərdə oruc tuta bilərəmmi?” deyə soruşmuş, o da ona:
“İstəyirsən tut, istəyirsən tutma!” deyə cavab vermişdir. (Buxari 1943, Muslim
2681, 1121/103).
685. Əbu Dərda demişdir: “Biz Peyğəmbərlə birlikdə isti bir gündə səfərə
çıxdıq. (Elə bir isti var idi ki,) istinin şiddətindən adam əlini başına tuturdu.
Həmin gün aramızda Peyğəmbərdən və İbn Rəvahadan başqa heç kəs oruc
tutmamışdı.” (Buxari 1945, Muslim 2686, 2687, 1122/108)
Ərafə Günü Həcc Edənin Oruc Tutmamasının Müstəhəb
Olması
686. Ummu Fadl Binti Həris
rəvayət edir ki, bir qrup insanlar Ərafa
günü Peyğəmbərin orucu barədə mənim yanımda ixtilaf etdilər. Bəziləri:
“Peyğəmbər orucudur, digərləri – Oruclu deyildir” dedilər. Mən:
“Peyğəmbər Ərafatda ikən dəvənin üzərində olduğu zaman ona bir bardaq
süd gətirdilər və o, da içdi” dedim. (Buxari 1661, 1988, Muslim 2688, 1123/110).
687. Möminlərin anası Məymunə
rəvayət edir ki, Ərafə günü insanlar
294
Ərafatda Peyğəmbərin orucu barədə ixtilaf etdilər. Peyğəmbər (Ərafatda)
durduğu zaman mən ona bir qab süd gətirdim. İnsanlar ona baxar halda o,
sütdən içdi”. (Buxari 1989, Muslim 2692, 1124/112)
Aşura Gününün Orucu
688. Aişə
rəvayət edir ki, Qureyş cahiliyyə dövründə Aşura günü Oruc
tutardı. Sonra Rəsulullah Mədinəyə gəldiyi zaman bu orucu tutmağı
insanlara əmr etdi. Nəhayət Ramazan orucu fərz edildiyi zaman Peyğəmbər:
“Aşura orucunu tutmaq istəyən onu yenə də tutsun, istəyən də yesin
(tutmasın)”. (Buxari 1893, Muslim 2693, 1125/113)
689. İbn Ömər rəvayət edir ki, cahiliyyə dövründə (insanlar) Aşura orucunu
tutardılar. Ramazan orucu fərz edildikdən sonra (Peyğəmbər) buyurdu: “Kim
istəsə (Aşura) orucunu tutsun, kim istəsə tutmasın”. (Buxari 4501, Muslim
2695, 1125)
690. İbn Məsud yemək yediyi zaman yanına Əşas İbn Qeys daxil oldu. Bu
gün Aşuradır! dedi. İbn Məsud: “Aşura, Ramazan fərz olmamışdan öncə oruc
tutulan bir gün idi. Ramazan fərz edildikdə Aşura orucu tərk edildi. Ona görə
də yaxınlaş, bir tikə bizimlə ye!” dedi. (Buxari 4503, Muslim 2707, 1127/124)
691. Muaviyə İbn Əbu Sufyan Həcc etdiyi ili Aşura günü Peyğəmbərin
minbəri üzərində etdiyi xütbədə belə deyirdi: “Ey Mədinə Əhalisi! Alimləriniz
295
haradadır? Mən Rəsulullahın belə buyurduğunu eşitdim: “Bu gün Aşura
günüdür. Aşura günü sizlərə oruc tutmaq fərz edilməmişdir. Halbuki mən
orucluyam. Diləyən oruc tutsun, diləyən də yesin”. (Buxari 2003, Muslim 2709,
1129/126)
692. İbn Abbas demişdir: “Peyğəmbər Mədinəyə gəldikdə yəhudilərin
aşura günü oruc tutduqlarını görüb soruşdu ki: “Bu nədir?” Onlar dedilər:
“Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas
etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur”.
Peyğəmbər: “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha
haqlıyam.” Sonra o, həmin günü oruc tutdu və əshabələrinə də oruc tutmağı
əmr etdi. (Buxari 2004, Muslim 2712, 2714, 1130/127)
693. Əbu Musa deyir ki: “Yəhudilər, bu Aşura gününü bir bayram günü
sayırdılar”. Peyğəmbər səhabələrinə: “Bu gün sizlər də oruc tutun” deyə
buyurdu. (Buxari 2005, Muslim 2716, 2717, 1131/129)
694. İbn Abbas deyir ki: “Mən Peyğəmbəri Aşura və bir də Ramazan ayı
müstəsna başqa bir gündə oruc tutmağa daha çox əzm və qətiyyət göstərdiyini
görmədim”. (Buxari 2006, Muslim 2718, 1132/131)
Aşura Günü (Oruc Tutmayan) Yemək Yeyən Kimsənin
Günün Qalan Hissəsini Yeməsin (Oruc Tutsun)
296
695. Sələmə İbn Əkva demişdir: “Peyğəmbər aşura günü bir nəfəri
göndərdi ki, insanlara elan etsin: “Kim yemək yeyibsə, daha yeməsin (və oruc
tutsun); kim də yeməyibsə, yeməsin.” (Buxari 1924, Muslim 2724, 1135/135)
696. Rubeyyi Bint Muəvviz
demişdir: “Peyğəmbər Aşura günü səhər
(bir nəfərlə) ənsarın yaşadıqları kəndlərə xəbər göndərdi ki: “Kim səhər yemək
yeyibsə, günün qalan hissəsini yemək yeməsin (oruc tutsun); kim də
yeməyibsə, orucuna davam etsin.” (Rubeyyi) demişdir: “Sonralar biz (hər il
aşura günü) həm özümüz oruc tutar, həm də uşaqlarımıza oruc tutmağı əmr
edərdik. Biz onlar üçün yundan oyuncaq düzəldərdik ki, onlardan biri ağlayıb
yemək istədikdə bunu ona verək, iftar vaxtına qədər (başı qarışsın).” (Buxari
1960, Muslim 2726, 1136/137)
Ramazan Və Qurban Bayramı Günlərində Oruc Tutmağın
Qadağan Edilməsi
697. Ömər deyir ki: “Bu iki bayram günlərində oruc tutmaqdan nəhy etdi:
“Ramazan bayramı günü, bir də qurban bayramı günü”. (Buxari 1990, Muslim
2727, 1137/138)
698. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər ilə bərabər on iki
döyüşdə iştirak etmişəm. Mən Peyğəmbərdən dörd şey eşitdim. Buyurdu ki:
“Bu dörd şey məni heyrətləndirdi (təəccübləndirdi): “Bərabərində məhrəmi
297
olmayan qadının iki günlük səfərə çıxmaz, Ramazan bayramı və Qurban
bayramı günündə oruc tutulmaz, sübh namazından sonra günəş doğana qədər
və əsr namazından sonra günəş batana qədər namaz qılınmaz, üç məsciddən
başqa heç bir məscid üçün yüklər bağlanmaz (səfər edilməz): Məscidul Həram,
Məscidul Əqsa və Mənim məscidim”. (Buxari 1197, 1995, Muslim 2730,
1138/141)
699. Ziyad İbn Zubeyr rəvayət edir ki, bir nəfər İbn Ömərə yaxınlaşaq bir
nəfərin bu gün oruc tutmağı nəzir etdiyini söylədi. Zənn edirəm ki, Bazar
ertəsi idi. Bazar ertsi isə bayram gününə təsadüf etmişdir. İbn Ömər: “Allah
nəzirlərinizi yerinə yetirməyi əmr etmişdir, Peyğəmbər də bayram günü
oruc tutmaqdan nəhy etmişdir” dedi. (Buxari 1994, Muslim 2731, 1138/142)
Cümə Gününü Xüsusiləşdirərək Oruc Tutmağın
Bəyənilməməsi (Qadağan Olması)
700. Cabirdən soruşdular: “Peyğəmbər cümə günü oruc tutmağı qadağan
etmişdirmi?” O: “Bəli!” deyə cavab verdi. (Buxari 1984, Muslim 2737, 1143/146)
701. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu
eşitdim: “Sizdən hər hansı biriniz Cümədən bir gün əvvəl və ya bir gün sonra
ruc tutmadıqca yalnız cümə günü oruc tutmasın”. (Buxari 1985, Muslim 2739,
1144/147)
298
Allahın: “Buna Taqəti Olmayanlar İsə.....” (əl-Bəqərə 184)
Ayətini: “Sizlərdən Bu Aya Çatan Şəxslər Həmin Ayı Oruc
Tutmalıdırlar....” (əl-Bəqərə 185) Ayəsi İlə Nəsx Edilməsi
702. Sələmə rəvayət edir ki: “Buna taqəti olmayanlar isə (buraxdığı hər
gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər...” nazil olduğu
zaman oruc tutmaq və fidyə vermək istəyənlər oldu. Nəhayət ondan sonrakı:
“Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”. Ayə nazil oldu və oruc
tutmayıb fidyə vermək istəyini nəhy etdi”.
(Buxari 4507, 4237, Muslim 2741,
1145/149)
Ramazan Orucunu Şaban Ayında Qəza Etmək
703. Aişə
deyir ki: “Bəzən üzərimizdə Ramazan orucları (qəza olaraq)
qalırdı. Mən bu qəza orucumu yalnız Şaban ayında ödəyirdim”. (Buxari 1950,
Muslim 2743, 1146/151)
Ölən Bir Kimsənin Orucunun Qəzası
704. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əgər ölən adamın
boynunda qəza orucu qalmışdırsa, qoy onun yaxınlarından biri həmin orucu
tutsun.” (Buxari 1952, Muslim 2748, 1147/153)
299
705. İbn Abbas demişdir: “Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Ya
Rəsulullah, anam vəfat etmiş və boynunda bir ayın orucu qalmışdır. Mən onun
yerinə bu orucu tuta bilərəmmi?”. Peyğəmbər: “Bəli, (tuta bilərsən). Borcu
ödənməyə ən çox haqqı olan Allahdır.” (Buxari 1953, Muslim 2749, 2750,
1148/155)
Oruclu Kimsənin Dilinə Sahib Olması
706. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Oruc bir qalxandır
(cəhənnəm odundan qoruyan). Qoy (oruc tutan adam) günah işlər görməsin və
cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, qoy iki
dəfə: “Mən oruc tutmuşam” desin. Canım Əlində olan Allaha and olsun ki,
oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk
qoxusundan daha gözəldir. (Allah buyurur:) “O, Mənə görə öz yeməyindən,
içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən
(oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat
veriləcəkdir.” (Buxari 1894, Muslim 2759, 1151/160)
Orucun Fəziləti
707. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Allah buyurur:)
“Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim
üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat
verəcəyəm.” Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah
işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla
300
dalaşmaq istəsə, qoy desin ki: “Mən oruc tutmuşam.” Muhəmmədin canı
Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu,
Allah yanında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc
anı vardır: orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu
zaman tutduğu oruca görə sevinəcəkdir.” (Buxari 1904, Muslim 2762, 1151/163)
708. Səhl rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənnətdə Rəyyan adlı bir
qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan
başqa heç kəs bu qapıdan keçə bilməyəcək, (o gün): “Oruc tutanlar
haradadır?” deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç
kəs bu qapıdan keçə bilməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar)
bağlanacaq və (bundan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola
bilməyəcək.” (Buxari 1896, Muslim 2766, 1152/166)
Zərər Vermədən Və Bir Kimsənin Haqqını Zay Etmədən
Oruc Tutmağa Taqəti Olan Kimsənin Allah Yolunda Oruc
Tutanmasının Fəziləti
709. Əbu Səid demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm
odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar.” (Buxari 2840, Muslim 2769,
1153/168)
Unudaraq Yeyib-İçən Və Cinsi Yaxınlıq Edən Kimsənin
Orucunun Pozulmaması
301
710. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əgər (kimsə)
unudub (yemək) yeyərsə və ya (su) içərsə, qoy orucuna davam etsin. Çünki
(həmin vaxt) onu yedirdən də, içirdən də Allahdır.” (Buxari 1933, 6669,
Muslim 2772, 1155/171)
Peyğəmbərin Ramazandan Başqa (Aylarda) Olan Orucu
Və Heç Bir Ayı Orucsuz Keçirməməyin Müstəhəb Olması
711. Aişə
demişdir: “(Bəzən) Peyğəmbər o qədər oruc tutardı ki, axırda
biz: “Orucunu kəsməyəcək” deyərdik. (Bəzən də) o vaxta qədər oruc tutmazdı
ki, nəhayət, biz: “Bir daha oruc tutmayacaq” deyərdik. Mən Peyğəmbərin
ramazan istisna olmaqla, heç bir ayı başdan-başa oruc tutduğunu
görməmişəm. Həmçinin (başqa aylarda) şaban ayında olduğu qədər çox oruc
tutduğunu da görməmişəm.” (Buxari 1969, Muslim 2737, 1156/172)
712. Aişə
demişdir: “Peyğəmbər heç bir ayda şaban ayında tutduğu
qədər çox oruc tutmazdı. Elə olurdu ki, o, şaban ayını başdan-başa oruc
tuturdu. O, deyərdi: “Gücünüz çatan işləri görün! Siz usanmadıqca Allah
usanmaz.”Peyğəmbərin ən çox xoşuna gələn namaz, qısa da olsa davamlı
qılınanı idi. O, hər hansı bir namazı qılardısa, onu davamlı qılardı.” (Buxari
1970, Muslim 2779, 1156/177)
713. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Ramazan müstəsna bir ayı
kamil şəkildə oruc tutmadı. Oruc tutardı hətta onu görən: Xeyr, Vallahi
Peyğəmbər iftar etmir” deyərdilər. Yenə Peyğəmbər (bir ay içində orucsuz
302
olurdu). Onu görən: “Xeyr, vallahi Peyğəmbər (bu ay) heç oruc tutmadı”
deyərdilər. (Buxari 1971, Muslim 2780, 1157/178)
Orucdan Zərər Görəcək Və Ya Bir Haqq Zay Edəcək Kimsə
İlə İki Bayram, Təşrik Günlərində Və Davamlı Oruc
Tutmağın Qadağan Edilməsi Və Bir Gün Oruc Tutub Bir
Gün Oruc Tutmamağın Fəziləti
714. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər xəbər çatdı ki,
mən yaşadığım bir ömür boyu gündüzləri oruclu, gecələri ibadətdə olacağam.
Rəsulullah məndən bu sözləri söyləyib söyləmədiyimi soruşdu. Məndə:
“Anam, atam sənə fəda olsun. Mən bu sözləri söyləmişəm” dedim.
Peyğəmbər: “Sən bu ağır ibadəti yerinə yetirməyə müqtədir ola bilməzsən.
Buna görə sən bəzən oruc tut, bəzən tutma, bəzən ibadətə qalx, bəzən də yat.
Sən hər aydan üç gün oruc tut. Çünki hər həsənə on misili ilə
mükafatlandırılar. Bu da tam bir ilin orucuna bərabər tutular. Mən: “Mənim
bundan daha artığına gücüm çatar” dedim. Peyğəmbər: “Elə isə bir gün oruc
tut, iki gün oruc tutma” deyə buyurdu. Mən: “Mənim bundan daha artığına
gücüm çatar” dedim. Peyğəmbər: “O, zaman bir gün oruc tut, bir gün oruc
tutma. Bu da Davudın orucudur. Bu ən əfzəl orucdur” deyə buyurdu. Mən:
“Mənim bundan daha artığına gücüm çatar” dedim. Peyğəmbər: “Bundan
daha əfzəli yoxdur” deyə buyurdu. (Buxari 1976, Muslim 2786, 1159/181)
303
715. Abdullah İbn Amr İbn əl-As demişdir: “Peyğəmbər mənə belə
buyurdu: “Ey Abdullah, elə bilirsən ki, sənin (ara vermədən) gündüzlər oruc
tutub, gecələr namaz qıldığını mənə xəbər verməyiblər?!” Dedim: “(Bilirəm
ki,) xəbərin var, ya Rəsulullah!” O buyurdu: “Belə etmə! Hərdən oruc tut,
hərdən də tutma, gecənin bir hissəsini namaz qıl, bir hissəsini də yat! Sözsüz
ki, bədəninin sənin üzərində haqqı vardır, gözlərinin sənin üzərində haqqı
vardır, həyat yoldaşının sənin üzərində haqqı vardır, qonağının sənin üzərində
haqqı vardır. Şübhəsiz ki, hər ayın üç gününü oruc tutmaq sənə yetər. Belə ki,
bir yaxşılığın əvəzi sənə on qat verilər. Bu da tam bir ilin orucuna bərabər
olar.” Mən daha çox (rüsxət istədim), lakin daha da sərt münasibət gördüm.
Mən dedim: “Ya Rəsulullah, mən özümdə (oruc tutmağa) qüvvə hiss edirəm”.
Peyğəmbər: “Elə isə Allahın Peyğəmbəri Davudun tutduğu orucu tut və
buna heç nə əlavə etmə!” Mən soruşdum: “Allahın Peyğəmbəri Davudun
tutduğu oruc necə idi ki?”. Peyğəmbər: “İlin yarısını (oruc tutardı)!” (Buxari
1975, Muslim 2787, 1159/182)
716. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər Quranı bir ayda
oxumağı əmr etdi. Mən: “Özümdə daha çox güc hiss edirəm” dedim.
Peyğəmbər: “O, zaman Quranı yeddi günə oxu. Lakin üzərinə artırma” deyə
buyurdu. (Buxari 5054, Muslim 2789, 1159/189)
717. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər mənə belə
demişdir: “Ey Abdullah, sən filankəs kimi olma! O, gecələr namaza durardı,
sonra isə gecə namazını tərk etdi.” (Buxari 1152, Muslim 2790, 1159/185)
304
718. Peyğəmbər (ona) belə buyurmuşdur: “Elə isə Davud tutduğu orucu
tut! O, günaşırı oruc tutardı və düşmənlə qarşılaşdıqda dönüb qaçmazdı”.
Abdullah: “Mən hara, bu cür oruc tutmaq hara, ey Allahın Peyğəmbəri!” (Belə
olduqda) Peyğəmbər iki dəfə buyurmuşdur: “Ömrü boyu (ara vermədən)
oruc tutanın orucu yoxdur” (Buxari 1977, Muslim 2791, 1159/186)
719. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər mənə buyurdu:
“Sən hər gün oruc tutur və gecələri də ibadətlə məşğulsan” deyə buyurdu.
Mən: “Bəli” dedim. Peyğəmbər: “Əgər belə etməyə davam etsən gözlərin
zəifləyər və nəfsin də yorular. İl boyu oruc tutan oruc tutmamışdır. Hər aydan
üç gün oruc tutmaq sənə il boyu tutanın (savabını) qazandırar” deyə buyurdu.
Mən: “Mən bundan çoxunu edə bilərəm” dedi. Peyğəmbər: “Elə isə Davudun
orucunu tut. O, bir gün oruc tutar, bir gün oruc tutmazdı. Düşmənlə
qarşılaşdığı zaman da qaçmazdı” deyə buyurdu. (Buxari 1979, Muslim 2793,
1159/187)
720. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər ona demişdir:
“Allahın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox
xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin
yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan
altıda birini yatardı. Orucu da günaşırı tutardı.” (Buxari 1131, Muslim 2797,
1159/190)
721. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbərə mənim oruc
tutmağım barədə xəbər zikr olundu. Rəsulullah bunu eşitdikdə yanıma daxil
305
oldu. Mən dərhal ona içi xirma lifi ilə doldurulmuş dəridən bir yasdıq verdim.
Rəsulullah yerdə oturdu. Yasdıq mənimlə onun rasında qaldı. Mənə: “Sənə hər
aydan üç gün oruc tutmaq bəs etmirmi?” deyə buyurdu. Mən: “Bəs etməz Yə
Rəsulullah!” dedim. O: “(Hər aydan) beş gün oruc tut!” deyə buyurdu. Mən:
“Bəs etməz Yə Rəsulullah!” dedim. O: “Hər aydan yeddi gün tut!” deyə
buyurdu. Mən: “(Hər aydan yeddi gün də bəs etməz Yə Rəsulullah!” dedim. O:
“(Hər aydan) doqquz gün tut!” deyə buyurdu. Mən: “Yə Rəsulullah! Bəs etməz”
dedim. O: “Hər aydan on bir gün oruc tut!” deyə buyurdu. Sonra: “Davudun
orucunun üstündə oruc yoxdur. O, ilin yarısını oruc tutardı. Bir gün oruc tut, bir
gün də iftar et!” deyə buyurdu. (Buxari 1980, Muslim 2798, 2799, 2800,
1159/192)
Şaban Ayının Sonlarında Oruc
722. İmran İbn Husayn rəvayət etmişdir ki, o, Peyğəmbərin bir nəfərə belə
sual verdiyini (soruşduğunu) eşitmişdir: “Ey Əbu filankəs, bu ayın axırında
oruc tutmadınmı?!” Deyəsən, o, Ramazan ayını qəsd edirdi. O adam: “Xeyr, ya
Rəsulullah!” deyə cavab verdi. Peyğəmbər: “(Ramazan qəsd edərək) orucunu
bitirdikdən sonra iki gün də (əlavə) oruc tut!”. Digər rəvayətdə Peyğəmbər :
“Şaban ayının axırında oruc tutmadınmı?!” deyə soruşmuşdur (Buxari 1983,
Muslim 2802, 2808, 1165/191)
Qədr Gecəsinin Fəziləti, O Gecəni Axtarmağa Təşviq, Yerini
Və Ən Ümüd Edilən Vaxtının Bəyanı
306
723. İbn Ömər rəvayət edir ki, Peyğəmbərin əshabələrindən bir neçəsi
yuxuda Qədr gecəsinin (ramazan ayının) axır yeddi gecəsindən birində
olacağını gördülər. Onda Peyğəmbər buyurdu: “Görürəm, (qədr gecəsinin)
son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir-birinə uyğun gəlir.
Odur ki, qoy bu gecəni axtaranlar son yeddi gecədə axtarsınlar.” (Buxari 2015,
Muslim 2818, 1165/205)
724. Əbu Səid demişdir: “Biz Peyğəmbərlə birlikdə ramazan ayının orta on
gününü (məsciddə etikaf etdik). İyirminci günün səhəri o, (minbərə) qalxıb
xütbə verdi və dedi: “Qədr gecəsinin nə zaman olacağı mənə göstərildi, sonra
isə bu mənə unutduruldu. Siz onu son on günün tək gecələrində axtarın. Mən
yuxuda su və palçıq üzərinə səcdə etdiyimi gördüm. Kim Allahın Elçisi ilə
etikaf etmişdirsə, (etikafını davam etməyə) qayıtsın.” Beləliklə, biz etikafımızı
davam etdik. (Həmin gecə) göydə bir dənə də olsun bulud yox idi. Birdən
başımızın üstünü buludlar aldı və elə (gur) yağış yağdı ki, hətta məscidin
xurma budaqlarından düzəldilmiş tavanı belə dammağa başladı. Sonra namaz
üçün iqamə verildi. Mən Peyğəmbərin su və palçıq üzərinə səcdə etdiyini,
hətta alnındakı palçığın izini də gördüm. (Buxari 2016, 669, Muslim 2829,
1167/216)
725. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər Ramazan ayının orta
on gününü etiqaf etdi. Iyirminci gecə bitdiyi və iyirmi birinci günü
qarşılayacaqları zaman evinə dönərdi. Onunla bərabər etiqaf edənlər də geri
dönərdilər. Etiqaf etdiyi bir Ramazan ayında, evinə dönmək istədiyi gecə
etiqaf yerində insanlara bir xütbə verdi və Allahın dilədiyi şeyləri əmr etdi.
307
Sonra buyurdu: “Mən bu ayın orta on günündə etiqaf edirdim. Sonra mənə
(Ramazan) ayının son on gününü etiqaf etmək (əmr edildi). Kim mənimlə
etiqaf etmək istəyirsə etiqaf etdiyi yerində sabit qalsın. Qədr gecəsinin nə
zaman olacağı mənə göstərildi, sonra isə bu mənə unutduruldu. Siz onu son on
günədə axtarın. Və yenə siz onu on günün tək günlərində axtarın. Mən yuxuda
su və palçıq üzərinə səcdə etdiyimi gördüm. Gecə içində göy buludla doldu,
şiddətli yağış yağdı. Peyğəmbərin səcdə yerinə kimi su axmışdı. Bu iyirmi
birinci gecə idi. Mən Peyğəmbərə sübh namazından döndüyü zaman
baxdım. Su və palçıq üzərinə səcdə etdiyini, hətta alnındakı palçığın izini də
gördüm”. (Buxari 2018, Muslim 2831, 1167/217)
726. Aişə
rəvayət edir ki, Peyğəmbər Ramazanın son on günü etiqaf
edərdi və Qədr gecəsini Ramazanın son on gecəsi içində axtarın”. (Buxari 2020,
Muslim 2833, 1169/219)
308
Dostları ilə paylaş: |