Meyyidin Adından Verilən Sədəqənin Savabının Meyyidə
Çatması
588. Aişə
rəvayət edir ki, bir nəfər Peyğəmbərdən soruşdu: “Anam qəfil
vəfat etdi. Güman edirəm ki, əgər o, danışmağa macal tapsaydı, (malından)
sədəqə verməyi vəsiyyət edərdi. Əgər mən onun əvəzinə sədəqə versəm,
(bundan ona) savab çatarmı?”. Peyğəmbər: “Bəli!” deyə cavab verdi. (Buxari
1388, 2760, Muslim 2373, 4307, 4308, 1004/51)
254
Hər Növ Yaxşılığın Sədəqə Adlanmasının Bəyanı
589. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir müsəlman
sədəqə verməlidir.” (Əshabələr) soruşdular: “Ey Allahın peyğəmbəri! (Sədəqə
verməyə bir şey) tapmasa necə?”. Peyğəmbər: “Öz əlləri ilə işləyib qazansın və
(bu qazancından) həm özü faydalansın, həm də (başqalarına) sədəqə versin.”
(Əshabələr) soruşdular: “(Bunu) edə bilməsə necə?”. Peyğəmbər: “Ehtiyacı olan
çarəsiz adama kömək etsin.” (Əshabələr) soruşdular: “(Bunu da) edə bilməsə
necə?”. Peyğəmbər: “Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən
də, bu onun üçün sədəqə olar.” (Buxari 1445, 6022, Muslim 2380, 1008/55)
590. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanların hər bir
bədən üzvü üçün günəşin doğduğu hər bir gündə sədəqə vardır: İki nəfər
arasında ədalətlə hökm vermək bir sədəqədir. Kişini miniyinə mindirmək
üçün kömək etmək və yaxud da onun əşyalarını miniyə yükləmək üçün
kömək etmək bir sədəqədir. Gözəl bir söz söyləmək bir sədəqədir. Namaz
qılmaq üçün (məscidə) addımladığın hər bir addım bir sədəqədir. Yolda
əziyyət verən bir şeyi götürmək də bir sədəqədir”. (Buxari 2989, Muslim 2382,
1009/56)
Allah Yolundan Malından Xərcləyən Və Xərcləməyən
Barədə
255
591. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər səhər
insanlar yuxudan oyandıqda, yer üzünə iki mələk enir. Onlardan biri:
“Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini
ver!” deyir. Digəri isə: “Allahım, xəsislik edən hər kəsi tələf et!”– deyir.”
(Buxari 1442, Muslim 2383, 1010/57)
Sədəqəni Qəbul Edilməsi Rədd Olunmamışdan Öncə
Verilməsinə Rəğbətləndirmək
592. Harisə İbn Vəhb demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Sədəqə verin! Həqiqətən, elə bir zaman gələcək ki, adam əlində
olan sədəqə ilə gəzib-dolaşacaq, amma onu verməyə bir adam tapa
bilməyəcək. (Adam tapıb sədəqəni ona vermək istədikdə isə həmin) adam
deyəcək: “Dünən gətirsəydin götürərdim, bu gün isə mənim buna ehtiyacım
yoxdur.” (Buxari 1411, Muslim 2384, 1011/58)
593. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlara elə bir
zaman gələcək ki, adam əlindəki qızıl sədəqəni vermək üçün gəzib-dolaşacaq,
lakin bunu ondan götürəcək bir adam tapa bilməyəcək. Həmin vaxt kişilərin
sayı az, qadınların sayı isə çox olduğundan qırx qadının bir kişinin dalınca
düşüb onun himayəsi altına girmək istədiyini görmək olacaq.” (Buxari 1414,
Muslim 2385, 1012/59)
594. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizin var-
dövlətiniz çoxalıb başınızdan aşıb-daşmayınca Qiyamət qopmayacaq. İş o yerə
gəlib çatacaq ki, mal sahibi işini-gücünü buraxıb sədəqəsini qəbul edəcək
adam axtaracaq. Haçandan-haçana (belə bir adam tapıb) sədəqəni ona təklif
256
etdikdə, həmin adam: “Ehtiyacım yoxdur” deyəcək.” (Buxari 1412, Muslim
2387, 157/61)
Halal Qazancdan Sədəqənin Qəbul Olması Və (Savabın)
Artması
595. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim halal (yolla
qazandığı) maldan sədəqə verərsə – Allah ancaq halal olanı qəbul edir – Allah
bu sədəqəni sağ Əli ilə qəbul edər, sonra da onu sahibi üçün, biriniz öz
dayçasını bəsləyib böyütdüyü kimi, dağ boyda olanadək böyüdər.” (Buxari
1410, 7430, Muslim 2390, 1014/64)
Yarım Xurma Və Ya Gözəl Bir Söz Olsa Da Belə Sədəqə
Verməyə Rəğbətləndirmək Çünki O, Oddan Qorunmaq
Üçün Bir Örtüdür
596. Adiyy İbn Hətim rəvayət edir ki, Peyğəmbər atəşi zikr etdi, ondan
Allaha sığındı və üzünü döndərdi. Sonra yenə atəşi (Cəhənnəmi) zikr etdi,
ondan Allaha sığındı və üzünün döndərdi. Ravi Şöbə deyir ki: “İki dəfə
dediyində şübhəm yoxdur, lakin üç dəfə deməsində var”. Peyğəmbər:
“Xurmanın yarısı ilə də olsa özünüzü Cəhənnəm odundan qoruyun, bunu da
tapmayan gözəl sözlə də olsa özünün atəşdən qorusun”. (Buxari 6023, 6540,
6563, Muslim 2396, 2397, 1016/68)
丶
257
597. Adiyy İbn Hətim rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən elə
bir kimsə olmayacaq ki, Allah onunla Qiyamət günü danışmasın. Elə bir halda
ki, onunla Allah arsında heç bir tərcüməçi olmayacaqdır. Sonra o, kimsə baxar
və önündə heç bi şey görməz, sonra önünə baxar atəşdən başqa bir şey
görməz. Sizlərdən hər kim bir xurma yarısı ilə olsun atəşdən qorunmağa gücü
çatırsa bunu etsin”. Peyğəmbər atəşi zikr etdi. Atəşdən özünüzü qoruyun!
Sonra üzünü döndərdi. Atəşdən özünüzü qoruyun! Sonra üzünü döndərdi.
Bunu üç dəfə etdi. Hətta biz onun atəşə baxdığını zənn etdik. Sonra: “Xurmnın
yarısı ilə də olsa özünüzü atəşdən qoruyun. Bunu da tapmayan kimsə gözəl
bir sözlə özünü atəşdən qorusun” deyə buyurdu. (Buxari 6539, Muslim 2395,
1016/67)
Muzdla Yük Daşıyıb Sədəqə Vermək Və Az Verən Kimsəni
(Az Verdi Deyə) Alçaldılmasının Qadağan Edilməsi
598. Əbu Məsud (əl-Ənsari) rəvayət edir ki, sədəqə verməklə əmr
olunduğumuz zaman bizlər ödənişlə belimizdə yük daşıyır (qazancdan sədəqə
verərdik). Əbu Aql bir gün yrım saa xurm sədəqə olaraq gətirdi. Başqa bir
insan da ondan daha çox miqdarda sədəqə gətirdi. Münafiqlər bunu
gördükdə: “Şübhəsiz ki, Allah zəngindir, bu birinci admın gətirdiyi sədəqəyə
ehtiyacı yoxdur. Digəri isə gətirdiyi çox sədəqəni yalnız özünü göstərmək
üçün etmişdir” dedilər. “Möminlərdən könüllü surətdə sədəqə verənlərə və
çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları,
Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir”. (ət-Tövbə
79)”. (Buxari 1415, 4667, 4668, Mmuslim 2402, 1018/72)
258
Mənihənin (Geri Qaytarmaq Şərtilə Dəvəni İstifadə Üçün
Sədəqə Vermək) Fəziləti
599. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Südü bol olan
deve və südü bol olan qoyun ne gözəl mənihə (sədəqə) və hədiyyədir. Bu
heyvanlardan hər biri bir qab səhər, bir qab da axşam süd verər (Belə sağımlı
heyvan ən gözəl sədəqədir)”. (Buxari 2629, 5608, Muslim 2404, 1019/73)
Allah Yolunda Xərcləyənin Və Paxılın Misalı
600. Əbu Hureyra Peyğəmbərin belə dediyini eşitmişdir: “Xəsislə əliaçıq
adamın məsəli, əyninə, (bədəninin) sinədən körpücük sümüklərinə qədər olan
hissəsini örtən, dəmir cübbə geymiş iki adamın məsəlinə bənzəyir. Əliaçıq
adama gəlincə, o, (hər dəfə öz malından) xərclədikdə (cübbəsi) genişlənir,
yaxud böyüyür və (bu genişlənmə) cübbəsi ta onun barmaqlarının üstünü
örtənə qədər və ayaq izlərini silənədək
48
(beləcə böyüyüb genişlənir). Xəsislik
edənə gəldikdə isə, o, (hər dəfə malından) xərcləmək istədikdə (cübbənin)
dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə
genişlənmir ki, genişlənmir.” Əbu Hureyrə deyir ki, Peyğəmbəri
barmağıyla yaxasına doğru işarə edərkən gördüm. Əgər sən onun cübbəsini
genişlətməyə çalışsan o, genişlənməz”. (Buxari 1443, 2917, 5797, Muslim 2407,
1021/77)
48
Burada cübbənin ətəyinin yerlə sürünməsi və sahibinin günahlarını ört-basdır etməsi nəzərdə tutulur.
259
Sədəqə Sahibinə Çatmasa Belə Verən Üçün Savabının
Qazanması
601. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir nəfər: “Mən
mütləq sədəqə verəcəyəm” dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən)
çıxdı və (özü də bilmədən) onu bir oğruya verdi. Səhər açıldıqda insanlar:
“Oğruya sədəqə verilmişdir” deyə danışmağa başladılar. Bu adam: “Allahım,
həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm” dedi, sonra verəcəyi
sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu zinakar bir qadına verdi.
Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir” deyə
danışmağa başladılar. Adam: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim
sədəqə) zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm” dedi, sonra
sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər
açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir” deyə danışmağa başladılar.
Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqələr) oğruya,
zinakara və varlıya qismət oldu.” Bundan sonra bir nəfər onun yanına gəlib
dedi: “Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o, (bundan ibrət alsın)
və oğurluq etməkdən əl çəksin. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o,
(ibrət alıb) zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o,
(bundan) ibrət alsın və Allahın ona verdiyi nemətlərdən (Onun yolunda)
xərcləsin.” (Buxari 1421, 1355, Muslim 2409, 1022/78)
Əmin Xəzinədar Və Ərinin Malından Açıq Aydın Və Ya
Adəti Üzrə İzn Verəcəyini Bildiyi Halda Zərər Vermədən
Sədəqə Verən Qadının Əcri
260
602. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Özünə əmr ediləni
mükəmməl şəkildə – könül xoşluğu ilə yerinə yetirib (sədəqəni) veriləcək
adama çatdıran, (başqasının malını) qoruyan etibarlı müsəlman sədəqə verən
iki nəfərdən biri hesab olunur (sədəqəni verən adam qədər savab qazanır).”
(Buxari 1438, 2410, Muslim 2410, 1023/79)
603. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qadın (ailə üzvlərinə)
ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını
qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər
savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz.” (Buxari
1425, 2065, 2411, Muslim 2411, 1024/80)
604. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qadın ərinin
razılığı olmadıqca (nfilə) orucu tutmaz”. (Buxari 2417, 5192, Muslim 2417,
1026/84)
605. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qadının ərinin
qazancından ərinin icazəsi olmadan infaq etməsi, əri üçün də yarı əcir vardır”.
(Buxari 2066, 5360, Muslim 2417, 1026/84)
Sədəqə Və Yaxş İşləri Cəm Edən Haqda
606. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim (malından)
Allah yolunda iki şey xərcləsə, onu Cənnət qapılarının birindən çağırıb: “Ey
261
Allahın qulu, bu bir xeyirdir” deyəcəklər. Namaz qılanlar namaz qapısından,
cihad edənlər cihad qapısından, oruc tutanlar Rəyyan adlı qapıdan, sədəqə
verənlər də sədəqə qapısından (Cənnətə) çağırılacaqlar.” (Bu vaxt) Əbu Bəkr
dedi: “Atam-anam sənə fəda olsun, ya Rəsulullah! Bu qapılardan çağırılanların
heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan
bir kimsə olacaqmı?” Peyğəmbər: “Bəli və mən ümid edirəm ki, sən onlardan
olacaqsan.” (Buxari 1897, 1798, Muslim 2418, 1027/85)
607.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim iki şeyi
Allah yolunda xərclərsə Cənnətin xəzinədarı, hər bir qapının xəzinədarı onu
çağıraraq: “Ey Filan, bura gəl!” deyər. Əbu Bəkr: “Ya Rəsulullah! Bu hər bir
qapının xəzinədarının çağırmış olduğu kimsə olacaqmı?”. Peyğəmbər: “Bəli və
mən ümid edirəm ki, sən onlardan olacaqsan” deyə buyurdu. (Buxari 2841,
2420, 2686, Muslim 2420, 1027/86)
Allah Yolunda Sərf Etməyin Və (Malı) Saymağın
Bəyənilməməsi
608. Əsmə Binti Əbu Bəkr
rəvayət edir ki, Peyğəmbər buyurdu:
“(Allah yolunda) xərclə, malını sayıb saxlama, yoxsa Allah da sənə qarşı
nemətlərini sayıb saxlayar. Malı qaba yığıb saxlama, sonra Allah da sənə qarşı
ehsanını əsirgəyib saxlayar”. (Buxari 2425, 2591, Muslim 2423, 1029/89)
Az Olsa Da Belə Sədəqə Verməyə Rəğbətləndirmək Və Bir
Şeyi Az Sayıb Ondan (Sədəqə Verməkdən) İmtina
Etməmək
262
609. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ey müsəlman
qadınlar! Qoy heç bir qadın öz qonşusuna qoç dırnağı olsa belə (hədiyyə
verməyi) ayıb hesab etməsin.” (Buxari 2566, 6017, Muslim 2426, 1711)
Sədəqəni Gizli Verməyin Fəziləti
610. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yeddi qisim
insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı
bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: (bunlar) ədalətli rəhbər,
Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı
olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda
ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda:
“mən Allahdan qorxuram!” deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən
gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan
kişi (və ya qadındır).” (Buxari 660, 2427, Muslim 1712, 2427)
Ən Əfsəl Sədəqə Sağlam İkən Verilən Sədəqədir
611. Əbu Hureyra demişdir: “Bir nəfər Peyğəmbərin yanına gəlib dedi:
“Ya Rəsulullah, savabı ən böyük olan sədəqə hansıdır?”. Peyğəmbər: “Bu,
sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varla-
nacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi,
canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu
qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama. (Çünki) həmin vaxt
263
(mal-dövlətin) başqalarına (miras) qalacaq.” (Buxari 1419, Muslim 1714, 2429,
2430, 1032/93)
Yüksək Əlin Alçaq Əldən Daha Xeyirli Olmasının Bəyanı,
Yüksək Əl Allah Yolunda Sərf Edən Alçaq Əl İsə Alandır
612. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər minbərdə ikən sədəqə
vermək, iffətli olmaq və dilənmək haqqında belə demişdir: “Yüksək əl alçaq
əldən daha xeyirlidir. Yüksək əl (sədəqə) verən əldir; alçaq əl isə dilənən
əldir.” (Buxari 1429, Muslim 1715, 1716, 2432, 1033/94)
613. Həkim İbn Hizam rəvayət edir ki, Peyğəmbər buyurdu: “Verən əl
alan əldən daha xeyirlidir. Baxmağın vacib olan kimsələrdən başla. Ən xeyirli
sədəqə, zəngin ikən verilən (sədəqədir). İffətli olmaq istəyəni Allah iffətli edər.
(İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz.”
(Buxari 1427, Muslim 2433)
614. Həkim İbn Hizam demişdir: “Mən Peyğəmbərdən (bir şey) istədim,
mənə (istədiyimi) verdi. Sonra yenə istədim, yenə verdi. Bir daha istədim, yenə
verdi. Sonra dedi: “Ey Həkim! Həqiqətən, bu (dünya) malı şirin meyvəyə
bənzəyir. Kim onu hərislik göstərmədən götürərsə, bu onun üçün bərəkətli
olar. Kim də onu acgözlüklə alarsa, onun bərəkətini görməz. (Beləsi,) yemək
264
yeyən, lakin doymayan kimsəyə bənzəyir. (Həqiqətən,) uca əl, alçaq əldən
daha xeyirlidir.” Həkim demişdir: “Mən dedim: “Ey Allahın elçisi! Səni haqq
ilə göndərən Allaha and olsun ki, mən dünyadan köçənədək, səndən sonra bir
də kimsədən bir şey götürməyəcəyəm.”Əbu Bəkr (öz xilafəti dövründə)
Həkimi yanına çağırıb (qənimətdən) ona pay verdikdə, o, bunu ondan qəbul
etməkdən imtina edərdi. Ömər də (öz xilafəti dövründə) onu bu məqsədlə
öz yanına çağırmış, o isə ondan nə isə qəbul etməkdən imtina etmişdi. Onda
Ömər demişdir: “Ey müsəlmanlar, şahid olun ki, mən Həkimə bu qənimətdən
onun haqqını verirəm, lakin o, bunu götürməkdən imtina edir.”Həkim
Peyğəmbərdən sonra, vəfat edənədək heç kəsdən heç nə götürmədi.” (Buxari
1472, 2750, 3143, Muslim 1717, 2434, 1035/96)
Dilənməyin Qadağan Olması
615. Müaviyə rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim:
“Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi müyəssər edər.
Mən yalnız paylaşdırıram. Verən isə Allahdır. Bu ümmətin (bir qismi) Allahın
əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq
və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər.” (Buxari
71, Muslim 1719, 1720, 5064, 1037/174)
Gündəlik Keçinməyə Bir Şey Tapmayan Və Halına Yanıb
Ona Sədəqə Verən Tapılmayan Haqda
616. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlar arasında
gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də
yoxsul deyil. Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı yoxdur,
265
vəziyyətinin ağır olduğunu heç kəsə bildirmir və buna görə də ona sədəqə
verilmir, özü də insanlardan heç bir şey istəmir.” (Buxari 1479, 1409, Muslim
2440, 1722, 1039/101)
İnsanlardan İstəməyin (Dilənməyin) Bəyənilməməsi
617. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Birisi o
qədər dilənəcək ki, nəhayət, Qiyamət günü üzündə heç bir ət parçası olmadan
(məhşərə) gələcək.” (Buxari 1474, Muslim 1725, 2445, 1040/104)
618. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: «Sizdən birinizin
səhər tezdən (meşəyə) gedərək belinə odun toplayaraq (onu satması) və
insanlara əl açmaması onun üçün bir kimsənin yanına gələrək ondan sədəqə
istəməsindən xeyirlidir. Kim bilir ki, o istədiyi kimsə ona verər, yoxsa
verməz”. (Buxari 2374, 2074, Muslim 2449, 1042/107)
İstəmədən Və Göz Dikmədən Verilən Malın Götrülməsinin
Mübah Olması
619. Ömər demişdir: “Peyğəmbər (qənimətdən) mənə pay verər, mən də
(ona): “Bunu məndən də çox ehtiyacı olanlara ver” deyərdim. (Bir dəfə o
mənə) dedi: “Götür bunu! Əgər sənin canfəşanlığın və istəyin olmadan bu
(dünya) malı sənə verilərsə, onu götür. Verilməsə, onun dalınca düşmə.”
(Buxari 1473, 7164, Muslim 1731, 2452, 1045/110)
266
Dünyaya Həris Olmaığn Bəyənilməməsi
620. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Yaşlı adamın qəlbi cavan olaraq hər zaman iki şeylə – dünya sevgisi və
arzularla dolu olur.” (Buxari 6420, 6057, Muslim 1734, 2457, 1046/114)
621. Ənəs rəvayət edir ki,Peyğəmbər buyurdu: “Adəm oğlu böyüdükcə
onunla bərabər iki şeydə böyüyür: “Mal sevgisi və uzun ömür sürmək
(arzusi)”. (Buxari 6421, Muslim 1736, 2458, 2459, 1046/114)
Dostları ilə paylaş: |