Vümə Namazının Zəvaldan (Günörtadan) Sonra Qılınması
497. Səhl rəvayət edir ki, Peyğəmbər ilə bərabər cümə namazını qıldıq.
Qaylulə (gündüz istirhəti) ondan sora olurdu” dedi. (Buxari 939, Muslim 2028,
859/30)
498. Sələmə İbn Əkva (Ağac altında beyət edən səhabələrdən idi) rəvayət
edir ki, Peyğəmbər ilə bərabər cümə namazını qıldıq. (Namazı bitirdikdən)
sonra dönüb baxardıq ki, divarların kölgələnə biləcəyimiz qədər kölgəsi
olmazdı”. (Buxari 4168, Muslim 2030, 860/32)
Namazdan Öncə İki Xütbə Və Onlar Arasında Oturuş
211
499. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər xütbəni ayaq üstə
oxuyar, sonra (bir qədər) oturar, sonra yenə ayağa qalxardı; (o eynilə) siz indi
etdiyiniz kimi (edərdi). (Buxari 920, Muslim 2033, 862/35)
Allahın: “Onlar Ticarət Və Ya Əyləncə Gördükləri Zaman
Dağılışıb Ona Tərəf Qaçdılar Və Səni (Minbərdə) Ayaq Üstə
Olduğun Halda Tərk Etdilər”
500. Cabir İbn Abdullah rəvayət edir ki, (bir dəfə) biz Peyğəmbərlə
birlikdə namaz qılarkən ərzaq yüklü dəvə karvanı gəldi. Hamı tələsik karvana
tərəf getdi. Peyğəmbərin yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu
ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf
qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər”. (əl-Cumuə 11).
(Buxari 936, 2064, Muslim 2034, 2036, 853/36, 37)
Cümə Namazını Və Xütbəsini Qısa Etmək
501. Yə'lə demişdir: “Mən Peyğəmbərin minbərdə ikən belə dediyini
eşitmişəm: “Onlar deyəcəklər: “Ey Malik!”. (əz-Zuxruf 77). (Buxari 3230, 3266,
Muslim 2048, 871/49)
İmam Xütbə Verərkən Təhiyyət Namazını Qılmaq
212
502. Cabir rəvayət edir ki, Peyğəmbər cümə günü xütbə verdiyi zaman bir
nəfər (məscidə) daxil oldu. Peyğəmbər: “Namaz qıldınmı?” deyə buyurdu. O:
“Xeyr” dedi. Peyğəmbər: “O, zaman iki rükət qıl” deyə buyurdu. (Buxari 931,
Muslim 1691, 715/73).
503. Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən biriniz gəldiyi
zaman imam xütbə verərsə və ya (minbərə) çıxdığı zaman iki rükət namaz
qılsın”. (Buxari 1113, 1170, Muslim 2061, 875/59)
Cümə Günü Nə Oxunur
504. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər cümə günləri sübh
namazında “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan
Allah nazil etmişdir”. (əs-Səcdə) və “Doğrudanmı, insanın heç kimə məlum
olmadığı bir dövr hələ də ötüb keçməmişdir?”. (əl-İnsan). surələrini oxuyardı.
(Buxari 891, 1068, Muslim 2068, 2071)
213
İki Bayram Namazı
Kitabı
214
İki Bayram Namazı Kitabı
505. İbn Abbas rəvayət edir ki, Mən Peyğəmbər , Əbu Bəkr , Ömər və
Osmanla birlikdə bayram namazlarında iştirak etmişəm. Onların hamısı
namazı xütbədən qabaq qılardı. Namaz qılınandan sonra xütbə verildi.
Peyğəmbər (xütbədən sonra) çıxdı. (Cəmaat dağılmadan, qadınlar getmədən)
mübarək əli ilə oturun deyə işarə etməsi hələ də gözümün önündədir. Sonra
kişilərin sələrini yararaq qadınların səflərinə qədər gəldi. Bilalda onunla idi.
Oraya çatdıqda bu ayəni oxudu: “Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç
bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını
öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır
etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə)
və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün
yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün
bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Mumtəhinə 12).
Sizlər bu beyət üzrə sabitsinizmi?” deyə buyurdu. İçərilərindən yalnız bir
qadın: “Bəli” dedi. Ondan başqası cavab vermədi. Peyğəmbər: “Sədəqə verin”
dedi. Bilal libasını yaydı və: “Anam atam sizə fəda olsun! Gətirin sədəqənizi
verin” dedi. Qadınlar da halqalarını, üzüklərini Bilalın libasının içinə atmağa
başladılar”. (Buxari 979, Muslim 2081, 884/1)
506. Cabir rəvayət edir ki, Peyğəmbər bayram günü ayağa qalxdı və
namaza başladı. Namazdan sonra insanlara xütbə verdi. Allah Rəsulu
yüksək yerdən xütbəsini bitirdikdən sonra aşağı endi və qadınların yanına
gəldi. Onlara nəsihət etdi. Bilal libasını açdı və qadınlar libasın içinə sədəqə
atmağa başladılar”. (Buxari 961, 978, Muslim 2084, 885/3)
215
507. İbn Abbas və Cabir İbn Abdullah rəvayət edirlər ki, orucluq və
qurban bayramlarında azan verilməzdi. (Buxari 960, Muslim 2086, 886/5)
508. İbn Abbas, Abdullah İbn Zubeyrə beyət olunduğu ilk zamanlarda xəbər
göndərərək: “Orucluq və qurban bayramlarında azan verilməzdi və xütbədə
namazdan sonra verilərdi” deyildi. (Buxari 959, Muslim 2087, 886/6)
509. İbn Abbas demişdir: “Mən Peyğəmbər , Əbu Bəkr , Ömər və
Osmanla birlikdə bayram namazlarında iştirak etmişəm. Onların hamısı
namazı xütbədən qabaq qılardı.” (Buxari 962, Musim 2089, 888/8)
510. Əbu Səid əl-Xudri demişdir: “Peyğəmbər orucluq və qurban
bayramlarında namaz qılınan yerə gəlib əvvəlcə namaz qılardı. Namazı
bitirdikdən sonra ayağa qalxıb cərgəbəcərgə oturmuş insanların qarşısında du-
rar, onlara öyüd-nəsihətlər, tövsiyələr və əmrlər verərdi. Əgər harasa bir qoşun
göndərmək istəsəydi, onu göndərər və ya bir şey əmr etmək istəsəydi, onu əmr
edərdi, sonra da çıxıb gedərdi.” Əbu Səid: “Mən Mədinənin əmiri Mərvanla
birlikdə orucluq ya da qurban bayramında namaz qılınan yerə getdiyim
günədək camaat bu (sünnəyə) riayət edirdi. Biz namaz qılınan yerə gəlib
çatdıqda mən Kəsir İbn Səltin düzəltdiyi minbəri gördüm və bir də baxdım ki,
Mərvan namazı qılmamış minbərə qalxmaq istəyir. Mən onun ətəyindən
dartdım, lakin o ətəyini dartıb (əlimdən aldı) və (minbərə) qalxıb namazdan
əvvəl xütbə verdi. Mən ona dedim: “Vallahi, siz (Sünnəni) dəyişdirdiniz!” O
dedi: “Ey Əbu Səid, sənin bildiyin keçmişdə qalmışdır.” Mən dedim: “Vallahi,
mənim bildiyim, bilmədiyimdən daha xeyirlidir.” O dedi: “Camaat namazdan
sonra oturub (xütbəni) dinləmir deyə, mən onu namazdan əvvəl verdim.”
(Buxari 956, Muslim 2090, 889/9)
216
Qadınların İki Bayramda Namazgaha Çıxmalarının Və
Kişilərdən Ayrı Olub Xütbəyə Şahid Olmalarının Mübah
Olması
511. Ummu Atiyyə
rəvayət edir ki, Bizlər iki bayram günündə heyizli və
pərdə arxasında yaşayan (bakirə) qadınları da (musalləyə) gətirməyimizlə əmr
olunduq. Qadınlar müsəlman cəmaatında iştirak edir və dualara şərik
olurdular. Heyizli qadınlar isə namaz yerinəd bir az aralı durardılar. Bir qadın:
“Ya Rəsulullah! Bizdən birimizin örtünəcək hicabı yoxdur” dedi. Peyğəmbər:
“Din bacısı hicabından birini ona versin (geyindirsin)” deyə buyurdu. (Buxari
351, Muslim 2093, 890/10)
Bayram Günləri Günah Olmayan Oyunlara İcazəli Olması
Haqqında
512. Aişə
rəvayət edir ki, Əbu Bəkr yanıma daxil oldu. Bu vaxt
yanımda Ənsardan olan iki qız vardı. Onlar Buəs döyüşündə Ənsarın bir-
biriləri haqqında söylədikləri nəğməni oxuyurdular. Aişə: “Bu iki qız müğənni
deyldilər”. Əbu Bəkr: “Rəsulullahın evində şeytan nəğmələri”. Bu hadisə
bayram günü baş vermişdir. Rəsulullah: “Ya Əbu Bəkr! Hər bir qövmün
bayramı vardır, bu da bizim bayramımızdır” deyə buyurdu.
(Buxari 952,
Muslim 2098, 892/16)
217
513. Aişə
demişdir: “(Bir dəfə) yanımda olan iki qız uşağı Buas döyüşünə
41
dair nəğmə oxuyarkən Peyğəmbər gəlib otağıma daxil oldu və yatağa uzanıb
üzünü çevirdi.” Bu vaxt Əbu Bəkr içəri daxil oldu və məni qınayıb dedi:
“Peyğəmbərin yanında şeytan nəğmələri (oxuyursunuz)?” Peyğəmbər ona
tərəf dönüb dedi: “Onlarda işin olmasın!” Əbu Bəkrin diqqəti yayındıqda
mən xəlvətcə qızlara işarə etdim və onlar çıxıb getdilər”. Yenə bir bayram günü
Sudanlılar qalxan və mizraqla (hərbi) oyunlar göstərirdilər. Bilmirəm mən
ondan baxmağı xahiş etdim, yoxsa o mənə dedi: “Baxmaq istəyirsənmi?” dedi.
Mən: “Bəli” dedim. Həmən arxasında, yanağım yanağı üzərndə ayaq üstə
dayandım. O: “Başlayın Ərfidə oğulları!” dedi. Nəhayət baxmaqdn yoruldum.
O: “Bəsdimi?” deyə buyurdu. Mən: “Bəli” dedim. (Buxari 949, 2906, Muslim
2102, 892/19)
514. Əbu Hureyrə rəvayət edir ki, Həbəşilər, Peyğəmbərin yanında hərbi
oyunlar göstərdikləri zaman Ömər içəri daxil oldu və Həbəşilərə çınqıl
daşları atmağa başladı. Peyğəmbər: “Ey Ömər! Onları sərbəst burax” deyə
buyurdu. (Buxari 2901, Muslim 2106, 893/22)
41
Buas – Mədinənin yaxınlığında olan yer adıdır. Həmin yerdə Ovs və Xəzrəc qəbilələri arasında döyüş
olmuş və bu döyüşdə ovslular qələbə qazanmışlar.
218
İstisqa (yağış)
Namazı Kitabı
219
İstisqa (Yağış) Namazı Kitabı
515. Abdullah İbn Zeyd rəvayət edir ki, Peyğəmbər yağış duası etdiyi
zaman Ridasını (üst geyimini) tərsinə çevirib geyindi”. (Buxari 1011, Muslim
2107, 894/1)
Yağış Yağmasını İstyərkən Əlləri Qaldırmaq
516. Ənəs İbn Malik demişdir: “Peyğəmbər , yağış diləmək üçün dua
etməsi istisna olmaqla, heç bir duasında əllərini (göyə) qaldırmazdı. O,
(əllərini) qoltuqlarının altının ağlığı görünənədək yuxarı qaldırardı. (Buxari
984, 1031, 3565, Muslim 2113, 895/11)
Yağış Diləyərkən Dua
517. Ənəs İbn Malik demişdir: “Peyğəmbərin yaşadığı dövrdə insanlara
quraqlıq üz vermişdi. Peyğəmbər cümə günü xütbə verərkən bir bədəvi
ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim
220
üçün Allaha dua et!” Peyğəmbər əllərini göyə qaldırdı. O an biz göydə bir
dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o,
hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı
və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış dam-
çılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün
– növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi
(və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar
su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər əllərini göyə
qaldırıb dedi: “Allahummə Həvaleynə Və Lə Aleynə - Allahım! (Yağışı)
üstümüzə deyil, ətrafımıza yağdır” Sonra əli ilə hara işarə etdisə, oradakı bulud
topası dağıldı və Mədinə (səması) çalaya bənzədi (səma açıldı). Qənat vadisində
bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından
danışırdı. (Buxari 933, 1033, Muslim 2116, 897/9)
Külək, Bulud Gördükdə Allaha Sığınmaq, Yağış Gördükdə
Fərəhlənmək
518. Aişə
demişdir: “Peyğəmbər göy üzündə yağmurla yüklənmiş
buludları gördükdə (təşviş içində) irəli-geri gedib gələr, (evə) girib çıxar və
siması dəyişərdi. Buludlardan yağış yağmağa başladıqda isə sakitləşərdi.”Aişə
Peyğəmbərin nə hala düşdüyüynü ona bildirdikdə o buyurmuşdur:
“Bilmirəm, ola bilsin ki, (Ad) qövmünün başına gəlmiş (müsibət bu ümmətin
də) başına gəlsin: “Nəhayət, o əzabı vadilərinə doğru gələn bir bulud şəklində
gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. Hud dedi: “Xeyr! Bu
sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!”.
(əl-Əhqaf 24). (Buxari 3206, Muslim 2122, 899/5)
Səba Və Dəbur Küləyi Barəsində
221
519. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən Səba qasırğası
(şərq küləyi) sayəsində qələbə qazandım, Ad tayfası isə Dəbur (qərb küləyi)
qasırğası ilə məhv edildi.” (Buxari 1035, 3205, 3343, 4105, Muslim 2124, 900/17)
222
Kusuf (Günəş Tutulması)
Namazı Kitabı
223
Kusuf (Günəş) Tutulması Namazı
520. Aişə
demişdir: “Peyğəmbər zamanında günəş tutuldu və buna görə
də Peyğəmbər camaata namaz qıldırdı. (Namazda) qiyamı uzatdı, sonra
rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı,
lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu
uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni
uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı
bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra (qalxıb) xütbə verdi və
Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də,
günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də
dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz
zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin.”
Sonra Peyğəmbər davam edib dedi: “Ey Muhəmməd ümməti! Vallahi, kişi
və ya qadın köləsinin zina etməsi xüsusunda heç kəs Allahdan daha qısqanc
ola bilməz. Ey Muhəmməd ümməti! Vallahi, mən bildiyimi siz bilsəydiniz, az
gülüb çox ağlayardınız.” (Buxari 1044, Muslim 2127, 901/1)
521. Peyğəmbərin zövcəsi Aişə
rəvayət edir ki, Peyğəmbər zamanında
günəş tutuldu. Peyğəmbər həmən məscidə gəldi. İnsanlar onun arxasında
səffə durdular. Təkbir gətirdi. (Namazda) qiraəti uzatdı, sonra təkbir gətirdi,
224
sonr rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxaraq: Səmiallahu
Limən Həmidəh – dedi, lakin səcdə etmədi. (Yenə) qiraəti uzatdı, lakin bu
qiyam əvvəlkindən qısa idi, sonra təkbir gətirdi, (bir də) rükuya getdi və
rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra: Səmiallahu Limən
Həmidəh Rabbənə Və Ləkəl Həmd - deyib səcdəyə getdi və ikinci rükətdə də
birinci rükətdə elədiklərini təkrar etdi. Beləcə Peyğəmbər dörd səcdə ilə
dörd rükulu namazı kamil etdi. Namaz çıxmadan öncə günəş açıldı. Sonra
xütbə üçü Peyğəmbər ayağa qalxdı və Allaha həmd-səna etdikdən sonra:
“Həqiqətən də, günəş və ay Allahın dəlillərindən iki dəlildir. Onlar kimsənin nə
ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulmazlar. Odur ki, onların
tutulduğunu gördüyünüz zaman Allaha dua edin Sizlər bunların tutulduğunu
gördüyünüz zaman namaza sığnın”. (Buxari 1046, Muslim 2129, 901/3)
522. Aişə
demişdir: “Günəşin üzü tutulduğu zaman Peyğəmbər qalxıb
(namaz qıldı və) uzun bir surə oxudu. Sonra rükuya getdi və rükunu uzatdı,
sonra rükudan qalxdı və başqa bir surə oxuduqdan sonra (yenə) rükuya getdi,
rükunu tamamladıqdan sonra səcdəyə qapandı, ikinci rükəti də bu qaydada
yerinə yetirdikdən sonra dedi: “Günəşin və ayın tutulması Allahın dəlillərin-
dəndir. Bunu gördüyünüz zaman (onların üzü) açılanadək namaz qılın. Mən
dayandığım bu yerdə mənə vəd edilən hər şeyi gördüm. Siz mənim qabağa
addım atdığımı gördüyünüz zaman mən Cənnətdən bir salxım (üzüm)
götürmək istəyirdim. Mənim dala çəkildiyimi gördüyünüz zaman isə mən
Cəhənnəmin (içindəkilərinin) bir-birini yandırıb-yaxdığını gördüm. Mən
Cəhənnəmdə Amr İbn Lüheyi gördüm. Bu, o kimsədir ki, saibəni
42
sərbəst
buraxmışdır.” (Buxari 1212, Muslim 2134, 901/6)
Xusuf Namazında Qəbr Əzabının Zikr Olunması
42
Saibə - ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi
dəvə. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq
qonağa verərdilər. Bu pis adəti isə ərəblər arasında ilk dəfə Amr İbn Lühey dəb salmışdir.
225
523. Aişədən
rəvayət edilir ki, yəhudi bir qadın ondan kömək diləməyə
gəldi və ona: “Allah səni qəbir əzabından qorusun” dedi. Buna görə də Aişə
Peyğəmbərdən : “İnsanlar qəbirlərində əzab çəkəcəklərmi?” deyə
soruşdu. Peyğəmbər: “Allah bizi bundan qorusun!”(Aişə
rəvayətinə
davam edib demişdir:) “Bir dəfə səhər tezdən Peyğəmbər öz dəvəsinə minib
(bir qədər getdikdən sonra) günəş tutuldu və o, günortadan əvvəl geri döndü.
Peyğəmbər hücrələrin yanından keçib namaza durdu, camaat da onun
arxasında namaza durdu. (Namazda) qiyamı uzatdı, sonra rükuya getdi və
rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam
əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu
rüku əvvəlkindən qısa idi, sonra (rükudan) qalxıb səcdəyə getdi (və iki dəfə
səcdə qıldı). Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən
qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa
idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən
qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku
əvvəlkindən qısa idi, sonra (rükudan) qalxıb səcdəyə getdi, (iki dəfə səcdə
qıldı) və (salamları verib) namazı bitirdi. Allahın istədiyi qədər (camaata)
öyüd-nəsihət verdikdən sonra onlara qəbir əzabından Allaha sığınmağı əmr
etdi”. (Buxari 1049-1050, 1055-1056, Muslim 2136, 903/8)
Dostları ilə paylaş: |