Rahat Olan Və Qurtulan Barədə Nə Gəlib?
554. Əbu Qatadə İbn Ribiyə əl-Ənsari rəvayət edir ki, Rəsulullahın
yanından bir cənazə ötdüyü zaman buyurdu: “Rahatlayan və qurtululandır”.
Səhabələr: “Ya Rəsulullah! Rahatlayan və qurtululah nədir?” deyə soruşdular.
Peyğəmbər: “Mömin qul dünyanın çətinliyindən və əzabından Allahın
rəhmətinə qovuşar və rahatlanar, Günahkar qula gəldikdə isə ondan digər
qullar. Şəhərlər, ağaclar və heyvanlar qurtularaq istirahət edərlər” deyə
buyurdu. (Buxari 6512, Muslim 2245, 950/61)
240
Cənazə Namazında Olan Təkbirlər
555. Əbu Hureyra rəvayət edir ki, Nəcaşinin vəfat etdiyi gün Peyğəmbər
onun ölüm xəbərini (əshabələrinə) bildirdi. (Sonra) namazgaha gəlib camaatı
cərgəbəcərgə düzdü və dörd dəfə təkbir gətirdi” (Buxari 1245, 1333, Muslim
2247, 951/62)
556. Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah bizə Həbəşilərin məliki olan
Nəcaşinin ölüm xəbərini bildirdi və: “Qardaşınız üçün Allahdan məğfirət
diləyin” deyə buyurdu. (Buxari 1327, 3880, Muslim 2248, 951/63)
557. Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah Həbəşi məliki Nəcəşi
öldükdə onun üçün dörd təkbir gətirdi”. (Buxari 1334, Muslim 2250, 952/64)
558. Cabir İbn Abdullah rəvayət edir ki, Peğəmbər buyurdu: “Bu gün
Həbəşilərdən saleh bir qul vəfat etmişdir. Gəlin ona cənazə namazı qılaq”.
Cabir: “Biz səff düzəltdik və Peyğəmbər onun üçün cənazə namazı qıldı”.
(Buxari 1320, Muslim 2253, 952/66)
Qəbrin Yanında Cənazə Namaz Qılmaq
241
559. Suleyman əş-Şeybani, Əbu Amr əş-Şeybanidən eşitdim ki, belə dedi:
“Mənə, Peyğəmbər (məzarlıqda) kənarda qalmış bir qəbrin yanında dayanıb
əshabələrinə namaz qıldırdı və onlar da onun arxasında cərgəbəcərgə namaza
durdular” deyə xəbər verdilər. Ona: “Yə Əbu Amr! Bunu sənə kim xəbər
verdi?”. O: “İbn Abbas” deyə cavab verdi. (Buxari 857, Muslim 2255, 954/68)
560. Əbu Hureyra rəvayət edir ki, məscidi süpürən bir zənci kişi (və ya zənci
qadın) öldü. Peyğəmbər onun barəsində soruşduqda (əshabələr): “O öldü”
deyə cavab verdilər. O: “Nə üçün mənə bildirməmisiniz? Mənə onun qəbrini
göstərin!” dedikdən sonra onun qəbrinin yanına gəldi və ona cənazə namazı
qıldı. (Buxari 458, Muslim 2259, 956/71)
Cənazə Üçün Ayağ Qalxmaq
561. Amr İbn Rabia rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz
cənazə gördüyü zaman ayağa qalxsın ta ki, cənazə onu ötənə qədər”. (Buxari
1307, Muslim 2261, 958/73)
562. Amir İbn Rəbiə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz cənazə
gördüyü zaman cənazənin ardınca getməyəcəksə, qoy cənazə onu arxada
buraxanadək (və ya yanından keçib gedənədək, yaxud yerə qoyulanadək)
ayaq üstə dursun.” (Buxari 1308, Muslim 2262, 958/74)
242
563. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən
biriniz cənazə gördüyü zaman ayağa qalxsın. Cənazənin ardıyca getməyəcəksə
(dəfn olunana qədər) cənazə onu ötənə qədər oturmsın”. (Buxari 1310, Muslim
2264, 960/76)
564. Cabir İbn Abdullah demişdir: “Yanımızdan cənazə aparırdılar. (Bu
vaxt) Peyğəmbər ayağa qalxdı və biz də onunla birlikdə ayağa qalxdıq. Biz
dedik: “Ey Allahın elçisi! Axı bu, yəhudinin cənazəsidir.” Peyğəmbər: “Cənazə
gördüyünüz zaman ayağa qalxın!”. (Buxari 1311, Muslim 2266, 960/78)
565. Abdurrhman İbn Əbi Leylə rəvayət edir ki, Səhl İbn Huneyf və Qeys
İbn Sad Qadisiyyədə olduqları zaman onların yanlarında cənazə ötdü. Onlar
həmən ayağa qalxdılar. Onlara: “Bu cənazə, bu ərazinin xalqından, yəni
Zimmə əhlidir” dedilər. Onlar: “Peyğəmbərin yanından bir cənazə namazı
keçmişdir. Peyğəmbər həmən ayağa qalxdı. Ona: “Bu bir Yəhudi cənazəsi”
dedilər. Peyğəmbər: “İnsan deyilmi?” deyə buyurdu. (Buxari 1312, Muslim
2269, 961/81)
Cənazə Namazında İmam Meyyidin Hansı Hissəsində
Durur
566. Səmura İbn Cundəb demişdir: “Mən Peyğəmbərin arxasında dayanıb,
nifaslı ikən ölmüş bir qadının cənazə namazını qıldım. Peyğəmbər cənazənin
orta (kişi üçün baş tərəfdə durulur) nahiyəsində durdu.” (Buxari 1331, Muslim
2281, 964/88)
243
Zəkat Kitabı
244
Zəkat Kitabı
567. Əbu Səid rəvayət edir ki, Peyğəmbər buyurdu: “Beş övqiyədən
43
az
(gümüşdən) zəkat vermək gərək deyil. Beş dəvədən az sayda olan sürüdən
zəkat vermək gərək deyil. Beş vəsqdən
44
az məhsuldan zəkat vermək gərək
deyil.” (Buxari 1405, Muslim 2310, 979/1)
Müsəlmanın Quluna Və Atına Görə Zəkat Yoxdur
568. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Müsəlman bəndə
öz atının və köləsinin zəkatını verməyə mükəlləf deyildir.” (Buxari 1463,
Muslim 2320, 982/8)
Zəkatı Tez Vermək Və Heç Verməmək
43
Bir övqiyə 40 dirhəmə bərabərdir. Demək, 5 övqiyə 200 dirhəmə bərabərdir. O dövrün 1 dirhəmi 0,7
misqala, 200 dirhəmi 140 misqala – bu da 595 qram gümüşə bərabərdir. Qızıla gəlincə, onun miqdarı iyirmi
dinar və bundan artıq olduqda onun qırxda bir hissəsi və ya 2,5 % zəkat verilməlidir. O dövrün 1 dinarı 4,25
misqala, 20 dinarı 85 qram gızıla bərabərdir. “Şərh Zadul Müstəğna” 6/103-104.
44
Bir vəsq 60 saaya, bir saa isə 2,40 kiloqrama buğdaya bərabərdir. “Şərh Zadul Müstəğna” 6/104, Demək, 5
vəsq 300 saaya, bu da 720 kiloqrama buğdaya bərabərdir.
245
569. Əbu Hureyra demişdir: “Peyğəmbər zəkat verməyi əmr etmişdi.
Sonra ona İbn Cəmilin, Xalid İbn Vəlidin və Abbas İbn AbdulMuttəlibin
zəkat verməkdən boyun qaçırdıqlarını söylədilər. Onda Peyğəmbər
buyurdu: “Niyə ibn Cəmil zəkat verməkdən boyun qaçırır?! Axı, Allah və Onun
Rəsulu
45
onu zəngin etmişlər. Xalidə gəlincə, siz ona qarşı haqsızlıq edirsiniz. O,
öz zirehlərini, minik heyvanlarını və başqa yaraq-əsləhəsini Allah yolunda
vəqf etmişdir
46
. O ki qaldı Abbas İbn AbdulMuttəlibə, o, Rəsulullahın
əmisidir və o, öz zəkatını, üstəlik bir o qədərini də verməlidir.” (Buxari 1468,
Muslim 2324, 983/11)
Müsəlmanların Xurma Və Arpadan Fitrə Zəkat
Vermələrinin Vacib Olması
570. İbn Ömər rəvayət edir ki, Peyğəmbər fitrə zəkatını müsəlmanlardan
kişi və qadın, kölə və azad olmaqla hər birinə xurmadan bir saa
47
, arpadan bir
saa olmaqla fərz etdi”. (Buxari 1504, Muslim 2325, 984/12)
571. İbn Ömər rəvayət edir ki, Peyğəmbər fitrə zəkatını xurmadan bir saa,
arpadan bir saa olaraq verilməsini əmr etdi. Abdullah: “İnsanlar iki muddu
(yarım saa) həmən çəkini etdilər”. (Buxari 1507, Muslim 2328, 984/15)
45
Burada Peyğəmbərin Allahla yanaşı özünü də xatırlatması ona görə idi ki, o, İbn Cəmilin İslam dininə daxil
olmasına səbəbkar olmuş və elə bu səbəbdən də ibn Cəmil Allahın izni ilə varlanmışdır.
46
Vəqf – mal və mülkü Allah yolunda dini məqsədlər üçün ayırıb təxsis etmək deməkdir.
47
Saa – ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da
yeddi yüz qrama bərabərdir. “Səmərul Müstətab” 1/28.
246
572. Əbu Səid əl-Xudri rəvayət edir ki, biz fitrə zəkatını hər cür təamlardan
(yeyəcək şeylərdən) bir saa olaraq çıxarardıq. Yaxud arpadan bir saa,
xurmadan bir saa, dənli bitkilərdən bir saa, quru üzümdən (kişmiş) bir saa
olaraq çxardardıq”. (Buxari 1506, Muslim 2330, 985/17)
573. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər vaxtında bizlər fitrə
zəkatını hər cür təamlardn (yeyəcək şeylərdən) bir saa verərdik. Xurmdan bir
saa, arpdan bir saa, quru üzümdən (kişmiş) bir saa”. Muaviyə (əmir
seçildikdən) sonra: “Buğdadan bir mudd, iki mudda bərabər olaraq verərdik”.
(Buxari 1508, Muslim 2331, 985/18)
Zəkatı Verməyənin Günahı
574. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “At üç şey
üçündür: Kişi var ki, onun üçün savabdır, Kişi var ki, onun üçün örtüdür
(sipərdir fəqirlik və ehtiyacına), bəzisi üçün günahdır. Atı savab olan kimsəyə
gəldikdə kişi onu Allah yolunda (cihada) bağlayıb və atını bol geniş bir sahədə
və ya baxçada otlamaq üçün buraxmışdır. Atın otluqlarda və bağça-bağda
yediyi ota və atın nəcisi və sidiyi sayınca, kişiyə savab yazılar.” At ipini
qoparıb bir və ya iki dövrə vurarsa, getdiyi iz və nəcisi qədər sahibinə savab
yazılar. Sahibi onu çay kənarına gətirər və ona su içirmək niyyəti olmadan at
özü o çaydan su içərsə, içdiyi hər qurtum su miqdarında sahibinə savab
gətirər. Amma kişiyə günah gətirən ata gəlincə: “O kişi ki, onu riyakarlıq, fəxr
və İslam əhlinə düşmənçilik üçün bağlayar, bu ona günah gətirər”. (Kişiyə
sipər olan ata gəlincə: “O kişi ki, atını Allah yolunda bağlayar və onun belində
və boynunda olduqda Allahın haqqını unutmaz, bu at ona sipər olar”).
Peyğəmbərdən eşşək (sahibləri) barədə soruşuldu. O: “Mənə bu haqda yalnız
247
bu az və ümumi bir ayədən başqa bir şey nazil olmamışdır: “Zərrə qədər
yaxşılıq edən əvəzini alacaqdır, Zərrə qədər pislik edən də əvəzini alacaqdır”.
(əz-Zəlzələ 7, 8). (Buxari 2860, 3646, Muslim 2339, 987/26)
Zəkatı Verməyənə Sərt Cəza Vermək
575. Əbu Zərr demişdir: “(Bir dəfə) mən Peyğəmbərin yanına gedib
(gördüm ki,) o, Kəbənin kölgəsində oturub təkrar-təkrar deyir: “Kəbənin
Rəbbinə and olsun ki, onlar ziyana uğrayacaqlar! Kəbənin Rəbbinə and olsun
ki, onlar ziyana uğrayacaqlar!”. Mən (öz-özümə) dedim: “Mən nə etmişəm?
Olmaya məndə bir nöqsan görüb? Axı mən nə etmişəm?”, sonra da onun
yanında oturdum. O (dayanmadan bu sözləri) təkrar edirdi. Mən narahat
olduğumdan özümü saxlaya bilməyib dedim: “Atam-anam sənə qurban, ya
Rəsulullah, kimdir onlar?” Dedi: “Mal-dövləti çox olanlar! Yalnız belə, belə və
belə edənlər (Allah yolunda xərcləyənlər) istisnadır.” (Buxari 6638, Muslim
2351, 990/30)
576. Əbu Zərr rəvayət edir ki, bir dəfə Peyğəmbərin yanına gədim. O:
“Nəfsim əlində olana və ya Ondan başqa heç bir haqq ilah olmayana və ya and
içərək buyurdu: “Dəvələri, inəkləri və qoyunları olan bir kəs bunlardan
Allahın haqqını ödəməyəcək olursa Qiyamət günü (həmən heyvanlar) ən iri və
kök hallarıyla gətriləcəklər. Sahiblərini buynuzlarıyla vuracaq və ayaqarı altına
salaraq əzəcəklər. Sürüdən son heyvan keçənədək (əzab veriləcəkdir), sonra
təkrar əvvələ qayıdıb yenidən adamın üzərindən keçməyə başlayacaqlar. Bu
hal bütün insanlar arasnda hökm olunana qədər davam edəcəkdir”. (Buxari
1460, Muslim 2347, 990/30)
248
Sədəqə (Zəkat) Verməyə Rəğbətləndirmək
577. Əbu Zərr rəvayət edir ki, Peyğəmbər ilə bərabər Mədinənin
çöllərində İşa vaxtı gedirdik. Uhud ilə qarşılaşdıq. Peyğəmbər: “Ey Əbu Zərr!
Bu Uhud dağı qədər qızıl əlimə keçmişə olsaydı uçüncü gecəyə ondan məndə
bir dinar olduğu halda girməyimi istəməzdim. Yalnız borc üçün hazırladığım
dinar müstəsnadır. Önünə, sağına, soluna əli ilə işarə edərək onu Allahın
qulları üçün belə, belə edərək (qızılı) sədəqə edərdim. Sonra Ey Əbu Zərr!
Mən: “Ləbbeyk Yə Rəsulullah! Sonra (biraz) yürüdük. Heç şübhə yoxdur ki,
malı çox olanlar Qiyamət günü savabı ən az olanlardır, yalnız bele, bele
edənlər müstəsnadır deyib bundan öncə etdiyi kimi əli ilə işarə etdi. Sonra (bir
az yeridikdən sonra) Ya Əbu Zərr! Mən gəlincəyə qədər öz yerində dur!” deyə
buyurdu və gözümdən itənə qədər yeridi. Mən bir gurultu və səs eşitdim. (öz-
özümə) Peyğəmbərə bir şeylər olar deyə ardınca getmək istədim. Lakin
sözlərini: “Mən gələnə qədər buradan tərpənmə” dediyini xatırladım.
Peyğəmbər geri döndükdə eşitdiklərimi ona söylədim. Peyğəmbər: “Cəbrail
idi, yanıma gəldi və: “Ümmətimdən Allaha şərik qoşmayıb ölən hər kəs
Cənnətə daxil olacaq” dedi. Mən soruşdum: “Yə Rəsulullah! Zina və oğurluq
etmiş olsa belə?” Dedi: “Zina və oğurluq etmiş olsa belə”. (Buxari 6444, 6268,
1237, Muslim 2351, 94/32)
249
578. Əbu Zərr deyir ki, Gecələrin birində çölə çıxdım, bir də baxdım ki,
Rəsulullah tək başına yeriyir. Yanında heç kimsə yoxdur. Yəqin tək olmağını
zənn etdim və ayın işığında yeriməyə başladım. Arxaya çönərək: “Kimdir o?”
deyə buyurdu. Mən: “Əbu Zərr! Allah məni sənə fəda etsin” dedim.
Peyğəmbər: “Yə Əbu Zərr, gəl” dedi. Mən də onunla bərabər bir müddət
yeridim. Sonra: “Heç şübhə yox ki, çox mal sahibləri Qiyamət günü savabı ən
az olanlardır. Allahın mal-dövlət bəxş etdiyi və onu sağına, soluna, önünə və
arxasına xeyirlə sərf edən müstəsnadır”. Sonra bir müddətdə yeridikdən sonra
mənə: “Burda otur deyib məni daşlı bir yerdə oturdu. Mən geri dönənə qədər
buradan tərpənmə deyib gözdən itənə qədər yeridi”. Bir müddət orada
oturandan sonra səsini eşitdim. Həm gəlidi, həm də: “Oğurluq etsədə, zina
etsədə belə...” deyə səslənirdi. Yanıma çatdıqda səbr edə bilmədim və: “Ya
Rəsulullah! Allah məni sənə fəda etsin! Çöllük tərəfdə kiminlə söhbət edirdin?
Mən heç kəsin sənə cavab verdiyini eşitmirdim” dedim. Peyğəmbər: “Cəbrail
idi. Çöllük tərəfdə qarşıma çıxaraq: “Ümmətindən Allaha şərik qoşmayıb ölən
hər kəs Cənnətə daxil olacağı ilə müjdələ” dedi. Mən: “Ey Cəbrail! Zina və
oğurluq etmiş olsa belə?”. Cəbrail: “Bəli” dedi. Əbu Zərr: “Zina və oğurluq
etmiş olsa da belə” dedim. Peyğəmbər:”Bəli, hətta içki içsədə belə” deyə
buyurdu. (Buxari 6443, Muslim 2352, 94/33)
Mal-Mülk Yığanlar Və Onların Aqibətinin Pis Olması
579. Əhnəf İbn Qeys deyir ki, içərisində Qureyşlilərin öndərlərindən
(imkanlılarından) ibarət olan cəmaat içərisində oturduğumuz halda qalın
libaslı, sərt üzlü biri gələrək cəmaatın başı üzərində dayandı, salam verdi və:
“Mal-dövlət yığanları Cəhənnəm atəşində qızdırılmış daşlarla müjdələ! Bu
daşlar onların hər birinin məmə ucuna qoyulacaq və kürək nahiyəsində
250
çıxacaqdır, kürək nahiyəsinə qoyulan da məmə ucundan çıxacaqdır” deyib
getdi. (Cəmaatdan heç kəs ona bir şey demədi) mən də onun ardınca getdim.
Nəhayət bir dirəyin yanında oturdu. Mən də onun yanında oturub dedim:
“Cəmaatın sənin dediklərini xoşlamadıqlarını görürəm”. O: “Onlar dərk
etməyən bir (toplumdur). Xəlilim mənə”. Mən: “Xəlilin kimdir?” dedim. O:
“Peyğəmbər mənə: “Ey Əbu Zərr! Uhudu görürsənmi?” dedi. Mən: “Günəşin
batmağına nə qalıb? Deyə baxdım. Bir ehtiyac üçün məni göndərəcəyini zənn
etdim. Bəli, görürəm” dedim. O: “Bunlar qədər qızılım olsaydı üç dinar
müstəsna hamısını Allah yolunda xərcləyərdim, bunlar dünyanı toplayırlar,
heç bir şeyə ağılları kəsmir”. Əbu Zərr: “Allaha and olsun ki, Allaha qovuşana
qədər onlardan nə bir dünyalıq, nə də din naminə onlardan bir şey
souşmaram” dedi. (Buxari 1407, 1408, Muslim 2352, 992/34)
Mal Sərf Etmək Və Malını Xərcələyinin Malının Artması İlə
Müjdələnməsi
580. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qüdrətli və
əzəmətli Allah buyurur: “(Malından Mənim yolumda) xərclə, Mən də sənə
xərcləyəcəyəm.” Peyğəmbər: “Allahın Əli doludur. (Bu nemətlərin) səhər-
axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz.”
Həmçinin demişdir: “Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə
qədər xərclədiyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə
qədər) təsir göstərməmişdir. O zaman Onun Ərşi suyun üzərində idi, Əlində də
tərəzi var idi. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırırdı.” (Buxari 4684,
Muslim 2355, 2356, 993/36).
Malindan Xərslədikdə İlk Öncə Özündən, Ailəsindən Və
Sonra Yaxın Qohumlardan Başlamaq
251
581. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbərin səhabələrindən
birinin köləsi barəsində: Həyatımdan sonra sən azadsan – dediyi xəbəri çatdı.
Halbuki bu adamın bu kölədən başqa malı yox idi. Peyğəmbər bu malı
səkkiz yüz dirhəm müqabilində satdı və onun pulunu həmən adma göndərdi”.
(Buxari 7186, Muslim 2361, 997/14)
Qohumlara, Ərə (Zövcə) Və Övlada Və Müşrik Olsalar Belə
Valideyinlərə Öz Malından Xərcləməyin Və Sədəqə
Verməyin Fəziləti
582. Ənəs İbn Malik demişdir: “Ənsarın arasında Mədinədə ən çox xurma
ağacı olan (əshabə) Əbu Təlhə idi. Bunlardan onun ən çox sevdiyi məscidin
qarşı tərəfində yerləşən Beyruhə bağı idi. Peyğəmbər tez-tez o bağa gəlib,
oradakı dadlı sudan içərdi. (Nəhayət:) “Sevdiyiniz şeylərdən Allah yolunda
xərcləməyincə xeyrə nail olmayacaqsınız...” ayəsi nazil olduqdan sonra Əbu
Təlhə Peyğəmbərin yanına gəlib dedi: “Ya Rəsulullah! Allah buyurur:
“Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaq-
sınız...” Mənim də ən çox sevdiyim mal Beyruhə bağıdır. Mən onu Allah
yolunda sədəqə verirəm və ümid edirəm ki, Allah yanında bundan da
xeyirlisini, axirət mükafatını tapacağam. Götür onu, Allahın sənə məsləhət
gördüyü işlərə sərf et, ya Rəsulullah!” Peyğəmbər: “Çox gözəl! Bu mal qazanc
gətirəcək, mütləq qazanc gətirəcək! Sənin dediyini eşitdim, lakin məsləhət
görürəm ki, bunu öz qohum-əqrəbana sərf edəsən.” Əbu Təlhə: “Belə də
edərəm, ya Rəsulallah!” dedi, sonra da onu qohum-əqrəbasının və əmisi
252
oğullarının arasında paylaşdırdı.” (Buxari 1461, 2318, 4554, Muslim 2362,
998/42)
583. Peyğəmbərin zövcəsi Meymunə
(malik olduğu) bir cariyəni azad
etdi. (Peyğəmbərin onun yanına gəldiyi zaman həmən cariyəni azad etdiyini
xəbər verdi). Peyğəmbər: “Əgər cariyəni daılarına hədiyyə etsəydin əcrin daha
böyük olardı”. (Buxari 2594, Muslim 2364, 999/44)
584. Abdullahın zövcəsi Zeynəb
demişdir: “Mən məsciddə ikən
Peyğəmbəri gördüm. O buyurdu: “(Ey qadınlar,) heç olmasa, zinət
əşyalarınızdan sədəqə verin!”. (Ravi Amr İbn əl-Haris dedi:) “Zeynəb
sədəqəni Abdullaha (İbn Məsuda) və evindəki yetimlərə payladı. Sonra
da Abdullaha dedi: “Rəsulullahdan soruş (görək), sənə və evimdəki
yetimlərə verdiyim sədəqə (zəkat kimi) qəbul olunurmu?” Abdullah: “Özün
Rəsulullahdan soruş” dedi. Zeynəb: “Mən Peyğəmbərin yanına getdim və
qapının ağzında mənim kimi sual vermək istəyən ənsardan olan bir qadına
rast gəldim. (Bir qədər) sonra Bilal bizim yanımıza gəldi. Hər birimiz (ona
eyni sualı verib) dedik: “Rəsulullahdan soruş (görək), ərimə və evimdəki
yetimlərə verdiyim sədəqə (zəkat kimi) qəbul olunurmu?”. Sonra (Bilala):
“Bizim kim olduğumuzu ona bildirmə” dedik. Bilal içəri daxil olub (bu haqda)
Peyğəmbərdən soruşduqda o: “Kimdir onlar?” deyə soruşdu. Bilal:
“Zeynəbdir” dedi. Peyğəmbər: “Hansı Zeynəbdir?” deyə soruşdu. Bilal:
“Abdullahın zövcəsidir” dedi. Peyğəmbər: “Bəli, (qəbuldur) və o buna görə iki
qat savab – həm qohumluğun savabını, həm də sədəqənin savabını qazanır.”
(Buxari 1466, Muslim 2365, 1000/45)
253
585. Ummu Sələmə
demişdir: “Mən dedim: Ya Rəsulullah, (malımdan)
Əbu Sələmənin uşaqlarına xərclədiyimə görə mənə savab çatırmı? Axı, onlar
həm də mənim uşaqlarımdır?”. Peyğəmbər: “(Malından) onlara xərclə,
xərclədiyin qədər savab qazanacaqsan.” (Buxari 1467, 5369, Muslim 2367,
1001/47)
586. Əbu Məsud əl-Ənsari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir
müsəlman əvəzini Allahdan umaraq (malından) ailəsinə bir şey xərcləsə, bu
onun üçün sədəqə sayılar.” (Buxari 5351, Muslim 2369, 1002/48)
587. Əsma Bint Əbu Bəkr
demişdir: “Peyğəmbərin zamanında anam
müşrik olduğu halda mənim yanıma gəldi. Mən bu məsələ ilə bağlı
Peyğəmbərə müraciət etdim və dedim: “Anam gəlib, ona qayğı
göstərməyimi istəyir. Mən onunla əlaqə saxlaya bilərəmmi?” O: “Bəli, əlaqə
saxlaya bilərsən” dedi.” (Buxari 2620, Muslim 2372, 1003/50)
Dostları ilə paylaş: |