Al-lulu vəl-mərcan


Kusuf Namazında Cənnət Və Cəhənnəmdən Peyğəmbərə



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

 

 

Kusuf Namazında Cənnət Və Cəhənnəmdən Peyğəmbərə  

Ərz Olunanlar 

 


 

 

226 



 

 

524.  Əsma  Bint  Əbu  Bəkr 



  rəvayət  edir  ki,  (günəş  tutulduğu  vaxt)  mən 

Aişənin 



yanına  gəldim,  (o  vaxt)  o  namaz  qılırdı.  Mən:  “İnsanlara  nə 



olub?” deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün əli ilə) göyə 

işarə etdi. (Mən məscidə tərəf boylanıb gördüm ki,) camaat namaz qılır. (Aişə): 

“Allah pak və müqəddəsdir!” dedi. Mən: “(Bu,) əlamətdirmi?” deyə soruşdum. 

O, başı ilə işarə edib (mənim sözümü) təsdiqlədi. Bu səbəbdən mən də namaza 

durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə  başladım. 

(Namazdan sonra) Peyğəmbər  qüdrətli və əzəmətli Allaha həmd edib Onun 

şəninə  təriflər  dedi,  sonra  da  belə  buyurdu:  “Bu  yerdə  mən,  əvvəllər  mənə 

göstərilmiş  hər  bir  şeyi,  hətta,  Cənnət  və  Cəhənnəmi  gördüm.  Mənə  vəhy 

olundu  ki,  siz  qəbirlərinizdə  məsihi-dəccalın  imtahanına  bənzər  (və  ya  buna 

yaxın)  bir  imtahana  çəkiləcəksiniz.  (Dünyasını  dəyişmiş  kimsədən):  “Bu  adam 

(Muhəmməd  )  haqqında  nə  bilirsən?”  deyə  soruşacaqlar.  Mömin  (yaxud 

yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və 

doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib (onun) ardınca 

getdik.  Bu, Muhəmməddir!”  deyəcək.  O  bunu üç  dəfə  təkrar  edəcək.  Bundan 

sonra  (mələklər)  ona:  “Rahat  yat!  Biz  artıq  sənin  ona  qətiyyətlə  iman 

gətirdiyini bildik” deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: 

“Bilmirəm,  mən  sadəcə  insanların  bəzi  şeylər  danışdıqlarını  eşidir  və  həmin 

şeyi mən də deyirdim” deyəcək. (Buxari 86, Muslim 2141, 905/11) 

 

 

 



525. Abdullah İbn Abbas  demişdir: “Peyğəmbər  zamanında günəş tutuldu 

və bu səbəbdən də Peyğəmbər  (camaata) namaz qıldırdı. (Namazda) qiyamı 

o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra 

rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin 



 

 

227 



bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, 

lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki 

dəfə)  səcdə  qıldı.  Sonra  ayağa  qalxıb  qiyamı  uzatdı,  lakin  bu  qiyam 

əvvəlkindən  qısa  idi,  sonra  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu  rüku 

əvvəlkindən qısa idi, sonra  rükudan qalxdı  və  (yenə)  qiyamı  uzatdı,  lakin  bu 

qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı, 

lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki 

dəfə)  səcdə  qıldı,  sonra  (salamları  verib)  namazı  bitirdi.  Artıq  günəşin  üzü 

açılmışdı.  Bundan  sonra  Peyğəmbər    buyurdu:  “Həqiqətən  də,  günəş  və  ay 

Allahın  dəlillərindəndir.  Onlar  kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya 

gəldiyinə  görə  tutulur.  Odur  ki,  onların  tutulduğunu  gördüyünüz  zaman 

Allahı zikr edin!” (Əshabələr) dedilər: “Ey Allahın elçisi, biz sənin dayandığın 

yerdə  əlini  uzadıb  nə  isə  götürdüyünü,  sonra  da  arxaya  çəkildiyini  gördük”. 

Peyğəmbər:  “Mən  Cənnəti  gördüm  və  (oradakı  meyvələrdən)  bir  salxım 

dərmək  istədim.  Mən  onu  dərə  bilsəydim,  dünya  durduqca  siz  ondan  yeyə 

bilərdiniz.  Həmçinin,  Cəhənnəm  də  mənə  göstərildi.  Mən  heç  vaxt  bu  gün 

(gördüyüm)  mənzərədən  daha  dəhşətlisini  görməmişdim.  Mən  Cəhənnəm 

əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Camaat) soruşdu: “Nəyə 

görə,  ya  Rəsulullah?”  O  dedi:  “Nankorluqlarına  görə!”  (Yenə)  soruşdular: 

“Allaha  qarşımı  nankordurlar?”  O  dedi:  “Onlar  ərlərinə  qarşı  nankordurlar, 

yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna 

gəlməyən)  bir  şey  görsə,  deyər:  “Mən  səndən  heç  vaxt  xeyir  görmədim.” 

(Buxari 1004, 1052, Muslim 2147, 907/17) 

 

 

 

Kusuf Namazına Çağırarkən: Əs-Salətu Cəmia – Deyə Nida 

Etmək 

 

 



 

526.  AbdurRahman  İbn  Amr  İbn  As    rəvayət  edir  ki,  Peyğəmbərin   

zamanında  günəş  tutuldu.  “İnnəs  Salətə  Cəmia”  –  deyə  nida  olundu. 

Peyğəmbər   namazda ikən bir rükətdə iki dəfə ruku etdi. Sonra qalxıb yenə 

bir rükətdə iki dəfə ruku etdi. Sonra oturdu və günəş açıldı. Aişə: “Daha əvvəl 


 

 

228 



ömrümdə  bu  qədər  uzun  sürən  bir  səcdədə  (namazda)  olmamışdım”  dedi. 

(

Buxari 1045, 1051, Muslim 2152, 910/20) 



 

 

 



527. Əbu Məsud   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Həqiqətən günəş 

və ay bir kimsənin ölümünə görə tutulmur. Lakin onlar Allahın dəlillərindən 

iki dəlildir. Günəş və ayın tutulduğunu görsəniz namaza durun”. (Buxari 1041, 

Muslim 2154, 911/22) 

 

 

 



528.  Əbu  Musa    demişdir:  “Günəş  tutulduğu  vaxt  Peyğəmbər    Qiyamət 

qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, 

mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını 

görməmişdim.  (Namazı  bitirdikdən  sonra)  buyurdu:  “Allahın  göndərdiyi  bu 

dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə olur. Fəqət, 

Allah  bununla  Öz  qullarını  qorxudur.  Odur  ki,  belə  bir  şey  gördükdə  Allahı 

zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” (Buxari 

1059, Muslim 2156, 912/24).  

 

 

 



529. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  bizə xəbər verdi ki: “Həqiqətən 

günəş  və  ay  kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə 

tutulmazlar.  Günəş  və  ay  Allahın  dəlillərindən  iki  dəlildir.  Günəş  və  ayın 

tutulmasını  gördüyünüz  zaman  nmaza  durun  (dua  edin)”.  (Buxari  1042, 

Muslim 2160, 914/28).  

 

 



 

 

 

229 



530. Muğira İbn Şobə  rəvayət edir ki, Peyğəmbər  zamanında oğlu İbrahim 

vəfat  etdiyi  gün  günəş  tutuldu  və  insanlar:  “Günəş  İbrahimin  ölümünə  görə 

tutulmuşdur”  dedilər.  Belə  olduqda,  Peyğəmbər    dedi:  “Günəş  və  ay 

kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə  tutulur.  (Onların 

tutulduğunu)  gördüyünüz  zaman  namaz  qılın  və  Allaha  dua  edin!”  (Buxari 

1043, Muslim 2161, 915/29).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

230 



 



 

 

 

 



  

Cənazə Kitabı 

 

 



 

 

 

 


 

 

231 



 

 

Meyyid Üçün Ağlamaq  

 

 

 



531.  Usamə  İbn  Zeyd    demişdir:  “Peyğəmbərin    qızı  (Zeynəb):  “Oğlum 

ölür,  bizə  gəl!”  deyə  atasına  xəbər  göndərdi.  Peyğəmbər    (xəbər  gətirən 

adama  buyurdu  ki,  Zeynəbin  yanına  qayıdıb)  onu  salamlasın  və  desin: 

“Şübhəsiz  ki,  Allahın  aldığı  da,  verdiyi  də  Özünə  aiddir.  Onun  yanında  hər 

şeyin  öz  müəyyən  əcəli  var...  Səbir  et  və  (bunun  əvəzinə  Allah  yanında 

mükafat  qazanacağına)  ümid  bağla!”  (Bir  müddətdən  sonra)  Zeynəb,  (atası) 

mütləq  gəlsin  deyə,  and  verib  (xəbərçini  yenə)  onun  yanına  göndərdi. 

Peyğəmbər  qalxıb Səd İbn Ubadə, Muaz İbn Cəbəl, Ubey İbn Kəb, Zeyd İbn 

Sabit  və  başqa  bir  neçə  əshabə  ilə  onun  yanına  gəldi.  (Evə  daxil  olduqda) 

körpəni Peyğəmbərə  verdilər. Uşaq xırıldayaraq nəfəs alırdı. (Bunu görəndə) 

Peyğəmbərin    gözləri yaşla  doldu.  Səd  dedi:  “Bu nədir, ya  Rəsulullah?  (Sən 

də  ağlayırsan?)”.  Peyğəmbər:  “Bu,  Allahın  Öz  qullarının  qəlbinə  saldığı 

mərhəmətdir. Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir.” (Buxari 

1284, 6655, 7377, Muslim 2174, 923/11)  

 

 

 



532.  Abdullah  İbn  Ömər    demişdir:  “Səd  İbn  Ubadə  xəstələndiyi  zaman 

Peyğəmbər   AbdurRəhman  İbn  Auf,  Səd  İbn  Əbu  Vəqqas  və  Abdullah  İbn 

Məsud    ilə  birlikdə  ona  baş  çəkdi.  Xəstənin  yanına  daxil  olduqda  ailəsinin 

onun  başına  yığışdığını  görüb  soruşdu:  “Öldümü?”  Onlar:  “Xeyr,  ya 

Rəsulullah!”  deyə  cavab  verdilər.  Peyğəmbər    (Sədi  görəndə)  ağladı. 

Oradakılar Peyğəmbərin  ağladığını gördükdə ağlamağa başladılar. Peyğəm-

bər:  “Eşitmirsinizmi?  Allah  gözlərdən  axan  yaşa  və  qəlbin  kədərlənməsinə 

görə (heç) kəsə əzab vermir. O ancaq buna görə ya əzab verir, ya da rəhm edir 



 

 

232 



(deyə)  dilinə  işarə  etdi.  Həqiqətən,  ölən  adama  ailəsinin  onun  üçün  (fəryad 

edib) ağlamasından dolayı əzab verilir.” (Buxari 1304, Muslim 2176, 924/12).  

 

 

 

Müsibətin İlk Anında Səbr Etmək 

 

 

 



533.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    bir  qəbrin 

başında  durub  ağlayan  qadının  yanından  keçərkən  (ona)  buyurdu  ki: 

“Allahdan qorx və səbir et!” Qadın onun kim olduğunu bilməyib dedi: “Əl çək 

məndən! Mənim  başıma gələn  müsibət sənin  başına gəlməyib.”  Qadına:  “Bu, 

Peyğəmbər   idi”  dedilər.  Bundan  sonra  o,  Peyğəmbərin   qapısının  yanına 

gəldi, lakin orada gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): “Mən səni 

tanımamışam”  dedi.  Peyğəmbər:  “İlk  sarsıntı  anında  səbir  etmək  lazım  idi!” 

(Buxari 1283, Muslim 2179, 926/15)  

 

 

 

Meyyid Əhlinin Onun Üçün Etdiyi Vay-Şivənə Görə Əzab 



Verilir 

 

 



 

534. Ömər İbn Xəttab  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ölü qəbrində 

əzaba uğrayar onun üçün edilən vay-şivənə görə”. (Buxari 1292, Muslim 2182, 

2183, 927/17) 

 

 

 



535.  Əbu  Musa    rəvayət  edir  ki,  Ömər  İbn  Xəttab    vurulduğu  zaman 

Suheyb:  “Vay  qardşım”  deyərək  ağlamağa  başladı.  Ömər:  “Ey  Suheyb! 



 

 

233 



Peyğəmbərin:  “Ölü,  dirinin  ağlaması  ilə  qəbrində  əzab  olunur”  deyə 

buyurduğunu eşitməmisənmi?”. (Buxari 1290, Muslim 2184, 2185, 927/18) 

 

 

 



 

536. Abdullah İbn Ubeydullah İbn Əbi Muleykə  rəvayət edir ki, Osmanın  

qızı  Məkkədə  vəfat  edir.  (Namazda  və  cənazədə)  iştirak  etmək  üçün  bizlər 

cənazəyə gəlmişdik. İbn Ömər  ilə İbn Abbas  da gəlmişdilər. Mən onların 

ortalarında  oturmuşdum.  Və  y  Mən  bu  ikisindən  birinin  yanında 

oturmuşdum.  Sonra  digəri  gəlib  yanımda  oturdu.  (Evdən  qadınların  fəryad 

səsi  gəldikdə)  Abdullah  İbn  Ömər    yanında  olan  Osmanın  oğlu  Amra:  “Bu 

qadınları  fəryad  etməkdən  çəkindirin?  Çünki  Rəsulullah  buyurdu:  “Ölü, 

ailəsinin onun üçün fəryad etmələrinə görə qəbrində əzab görür”.  İbn Abbas: 

“Yəni, bəzi ağlamaq tərzinə görə İbn Ömər” dedi. Mən Məkkədən Ömər   ilə 

qayıdırdım. (Məkkə ilə Mədinə) arasında olan Bəyda adlanan yerdə böyük bir 

Səmura  ağacının  altında  dəvə  karvanına  rast  gəldik.  Ömər:  “Get  bax,  bu 

karvan  kimlərdir?”  dedi.  Mən  də  baxdım  və  dərhal  Suheybi  tanıdım.  Bunu 

Ömərə    xəbər  verdim.  Ömər:  “Yanıma  çağır  onu”  dedi.  Mən  də  Suheybin 

yanına  gələrək:  “Möminlərin  Əmirinin  yanına  gəl  və  onunla  görüş”  dedim. 

(Birlikdə  Mədinəyə  gəldik)  Ömər    vurulduğu  zaman  Suheyb  ağlayaraq 

Ömərin    yanına  girdi  və:  “Vay  qardşım”  deyərək  ağlamağa  başladı.  Ömər: 

“Ey  Suheyb!  Peyğəmbərin:  “Ölü,  dirinin  ağlaması  ilə  qəbrində  əzab  olunur” 

deyə  buyurduğunu  eşitməmisənmi?”.  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər   

demişdir:  “Ölən  adam,  bəzən  ailəsinin  ona  ağlamağından  dolayı  əzab  çəkir”. 

İbn  Abbas    demişdir:  “Ömər    vəfat  etdikdən  sonra  mən  onun  dediklərini 

Aişəyə 




söylədim. Aişə: “Allah Ömərə rəhmət eləsin!  Vallahi, Rəsulullah 

 deməmişdir ki, Allah möminə, ailəsinin ona ağlamağından dolayı əzab verir. 

Əksinə,  Rəsulullah    demişdir  ki:  “Allah  kafirə,  ailəsinin  ona  ağlamağından 

dolayı  əzabını  artırır.”  Sonra  (Aişə)  belə  buyurdu:  Quranın  “Heç  bir  günahkar 


 

 

234 



başqasının  günah  yükünü  daşımaz”.  (əl-Ənam  164).  (Fatir  18).  ayəsi  sizə 

kifayət  edər.  İbn  Abbas    deyir  ki:  “Güldürən  də,  ağladan  da  Odur!”.  (ən-



Nəcm 43). İbn Əbi Muleykə: “Vallahi! İbn Ömər bunsan sonra bir şey demədi” 

dedi. (Buxari 1286, 1288, Muslim 2191, 928/23)  

 

 

 



537. Aişənin  yanında İbn Ömərin  Peyğəmbərdən  rəvayət etdiyi hədis 

zikr olundu:  “Ölü,  ailəsinin onun  üçün  fəryad  etmələrinə  görə  qəbrində  əzab 

verilir”.  Aişə:  “İbn  Ömər    xəta  etmişdir,  sadəcə  Peyğəmbər    belə 

buyurmuşdu:  “Həqiqətən  ailəsi  onun  üçün  ağlayır,  Ona  günah  etməsinə 

xətasına  görə  əzab  verilir.  Sonra:  “Peyğəmbərin    bu  sözü  Bədr  günü  içi 

müşriklərlə  dolu  dərənin  üzərində  dayanb onlara  belə  deməsinə  bənzəyir.  O, 

cəsədlər mənim dediklərimi eşidirlər – sözələrinə bənzəyir. Peyğəmbər: “Onlar 

indi mənim onlara söylədiyim sözlərin haqq olduğunu bildilər” deyə buyurdu. 

Aişə:  “Sözsüz ki,  sən nə ölülərə  haqqı  eşitdirə  bilərsən...”.  (ən-Nəml  80),  “Sən 

isə  qəbirlərdə  olanlara  eşitdirə  bilməzsən”.  (Fatir  22).  Ayələrini  oxudu  və: 

“Onlar  Cəhənnəmdən  oturacaqlarını  aldıqları  zaman”.  (Buxari  3979,  Muslim 

2197, 932/16) 

 

 



 

538.  Peyğəmbərin    zövcəsi  Aişə 

  demişdir:  “(Bir  dəfə)  Peyğəmbər   bir 



yəhudi  qadının  (qəbrinin)  yanından  keçərkən  ailəsinin  onun  üçün  ağladığını 

(görüb)  dedi:  “Onlar  onun  üçün  (vay-şivən  qoparıb)  ağlayırlar,  halbuki 

qəbirdə ona əzab verilər.” (Buxari 1289, Muslim 2199, 932/27) 

 

 



 

539.  Muğira    rəvayət  edir  ki,  mən  Peyğəmbərin   belə  dediyini  eşitmişəm: 

“Kimin  üçün  vay-şivən  salıb  ağlasalar,  buna  görə  ona  əzab  verilər.”  (Buxari 

1291, 1229, Muslim 2200, 933/28) 



 

 

235 



 

 

Vay-Şivən Qoparmağın Şiddətlə Qadağan Olması 

 

 

 



540. Aişə 

  demişdir:  “İbn  Harisənin, Cəfərin    və  İbn  Rəvahanın   şəhid 



olduğuna  dair  xəbər Peyğəmbərə    çatdıqda o,  (yerə) oturdu,  kədərli olması 

üzündən  hiss  olunurdu,  mən  qapının  arasından  ona  baxırdım.  (Bu  vaxt)  bir 

nəfər  onun  yanına  gəlib:  “Cəfərin  qadınları...”  deyə  onların  (fəryad  qoparıb) 

ağladıqlarını bildirdi. Peyğəmbər   ona əmr etdi ki, (bu cür ağlamağı) onlara 

qadağan  etsin.  Adam  getdi,  sonra  ikinci  dəfə  (Peyğəmbərin    yanına)  gəlib 

onların ona itaət etmədiklərini bildirdi. Peyğəmbər: “Onlara qadağan et!” deyə 

buyurdu. Adam üçüncü dəfə Peyğəmbərin  yanına gəlib dedi: “Vallahi, onlar 

bizi  yendilər,  ya  Rəsulullah.”  Peyğəmbər:  “(Get)  onların  ağzını  torpaqla 

bağla!” (Buxari 1237, 1299, 4263, Muslim 2204, 935/30).  

 

 



 

541. Ummu Ətiyyə 

 demişdir: “Beyət əsnasında Peyğəmbər  ölü üçün vay-



şivən  salıb  ağlamayacağımıza  dair  bizdən  əhd  almışdı.  Bizlərdən  beş  qadın  – 

Ummu  Suleym,  Ummu  Əla,  Əbu  Səbrənin  qızı  Muazın  zövcəsi  və  başqa  iki 

qadın,  yaxud  Əbu  Səbrənin  qızı,  Muazın  zövcəsi  və  başqa  bir  qadın  istisna 

olmaqla heç kəs əhdinə vəfa etmədi.” (Buxari 1306, Muslim 2206, 936/31).  

 

 

 



542.  Ummu Ətiyyə 

 demişdir: “Biz (qadınlar) Peyğəmbərə   beyət etdikdən 



sonra  o  bizə  bu  ayəni  oxudu:  “Mömin  qadınlar  Allaha  heç  bir  şərik 

qoşmayacaqlarına...” və bizə (ölən adam üçün) vay-şivən salıb ağlamağı qadağan 

etdi. Bu vaxt bir qadın əlini geri çəkdi və dedi: “Filan qadın mənim ölümə ağlayıb, 

mən də gərək onun ölüsünə ağlayım.” Peyğəmbər   ona heç nə demədi. Qadın 

çıxıb  getdi  və  (bir  müddət  keçdikdən  sonra  beyət  etmək  üçün)  geri  qayıtdı. 



 

 

236 



Peyğəmbər    də  onun  beyətini  qəbul  etdi.”  (Buxari  4610,  4892,  Muslim  2208, 

936/33) 


 

 

 

Qadınların Cənazənin Ardınca Getmsinin Qadağan Olması 

 

 

 



543.  Ummu  Ətiyyə 

  demişdir:  “Cənazənin  ardınca  getmək  bizə  qadağan 



edilmişdir, lakin bu bizə ciddi və qəti surətdə qadağan olunmamışdı.” (Buxari 

1278, Muslim 2210, 938/35) 

 

 

 

Meyyidin Yuyulması 

 

 

 



544. Ummu Ətiyyə əl-Ənsariyyə 

 demişdir: “Peyğəmbərin  qızı (Zeynəb) 



vəfat  etdikdə,  o  bizim  yanımıza  gəlib  dedi:  “Onu  üç  və  ya  beş  dəfə  yaxud 

məsləhət bilirsinizsə, bundan da çox su və sidr ilə yuyun. Axırıncısına kafur da 

qatın.  İşinizi  bitirdikdən  sonra  mənə  xəbər  verin.”  Biz  (onu  yuyub) 

qurtardıqdan  sonra  Peyğəmbərə    xəbər  verdik.  O,  izarını  bizə  verib  dedi: 

“Onu buna sarıyın!” (Buxari 1253, 1257, Muslim 2211, 939/36) 

 

 



 

 

545. Ummu Ətiyyə 



 rəvayət edir ki, Peyğəmbər  qızını yuyan (qadınlara) 

demişdir:  “Onun  sağ  tərəfindən  və  dəstəmazda  yuyulan  əzalarından 

başlayın.”(Ummu  Ətiyyə)  demişdir:  “Biz  onun  saçlarını  darayıb  üç  hörük 

hördük.”(Buxari 1254, Muslim 2212, 2213, 939/38) 


 

 

237 



 

 

 



546. Ummu Ətiyyə 

 rəvayət edir ki, Peyğəmbər  qızını yuyan (qadınlara) 



demişdir:  “Onun  sağ  tərəfindən  və  dəstəmazda  yuyulan  əzalarından 

başlayın.” (Buxari 1256, Muslim 2218, 2219, 939/42) 

 

 

 

Meyyidin Kəfənlənməsi 

 

 

 



547. Xəbbab  demişdir: “Biz Peyğəmbərlə  birlikdə Allahın Üzünü diləyərək 

(Məkkədən  Mədinəyə)  hicrət  etdik  və  (buna  görə  də)  Allah  bizi 

mükafatlandırdı.  Bizlərdən  kimisi  (bu  dünyada)  öz  mükafatından  dadmadan 

ölüb  getdi,  Musab  İbn Umeyr   o  kimsələrdən idi.  Kimisinin  də  mükafatı öz 

bəhrəsini vermiş və o, (indiyədək) onu yığmaqdadır. (Musab İbn Umeyr) Uhud 

döyüşündə  şəhid  oldu.  Biz  onu  kəfənləmək  üçün  (onun  əynindəki)  libasdan 

başqa bir şey tapa bilmədik. Bu libasla onun baş tərəfini örtürdük ayaqları açıq 

qalırdı,  ayaqlarını  örtürdük  başı  açıq  qalırdı.  Onda  Peyğəmbər    bizə,  (bu 

libasla) onun baş tərəfini örtməyi, ayaqlarının üstünə də ətirli qamış qoymağı 

əmr etdi.” (Buxari 1276, Muslim 2220, 940/44) 

 

 

 



548.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbəri    Yəmənin  Səhuliyyə  şəhərində 



hazırlanmış üç ədəd ağappaq pambıq parçaya bürüdülər. Bunların arasında nə 

köynək, nə də əmmamə var idi.” (Buxari 1264, Muslim 2222, 941/45) 

 

 

 

Meyyidin Örtünməsi 

 


 

 

238 



 

 

549.  Aişə 



  rəvayət  etmişdir  ki,  Peyğəmbər    vəfat  etdikdə  onun  üstünə 

hibərə bürüncəyi sərmişdilər. (Buxari 5814, Muslim 2226, 942/48) 

 

 

 

Cənazəni Apararkən Tezləşdirmək 

 

 



 

550.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənazəni 

(məzarlığa) yeyin-yeyin aparın! Əgər o, əməlisaleh olmuşdursa, siz onu xeyrə 

qovuşdurmuş  olarsanız.  Yox,  əgər  pis  adam  olmuşdursa,  (tezliklə)  şəri 

boynunuzdan atmış olarsınız.” (Buxari 1315, Muslim 2229, 944/50) 

 

 

 

Cənazə Namazını Qılmağın Və Cənazənin Adınca 

Getməyin Fəziləti 

 

 



 

551. Əbu Hureyra  demişdir: “Cənazənin ardınca gedən kimsə bir qirat savab 

qazanır. Kim də dəfnə kimi iştirak edərsə ona  iki qirat savab vardır”. Ondan: 

“İki  qirat  nə  deməkdir?”  deyə  soruşdular.  O:  “İki  əzəmətli  (Uhud)  dağı 

boyda”. (Buxari 1325, Muslim 2232, 945/52) 

 

İ



 

 

552.  İbn  Ömərə    xəbər  verdilər  ki,  Əbu  Hureyra    demişdir:  “Cənazənin 



ardınca gedən kimsə bir qirat savab qazanır.” İbn Ömər: “Əbu Hureyra (bunu) 

şişirdir.” Lakin Aişə 



Əbu Hureyranın  dediyini təsdiqləyib dedi: “Mən 



 

 

239 



Peyğəmbərin    bunu  söylədiyini  eşitmişəm.”  Onda  İbn  Ömər    dedi: 

“(Demək,) biz çox qiratlar itirmişik.” (Buxari 1324, Muslim 2232, 945/52)  

 

 

 

Ölənin Xeyir Və Ya Şərlə Xatırlanması 

 

 

 



553.  Ənəs  İbn  Malik    demişdir:  “(Bir  dəfə)  cənazə  aparılarkən  biz  onu  xoş 

sözlə  yad  edib  təriflədik.  Peyğəmbər  :  “Vacib  oldu!”  deyə  buyurdu.  Sonra 

başqa bir cənazə aparılarkən biz onu xoşagəlməz sözlə yad edib pislədik. Pey-

ğəmbər    (yenə):  “Vacib  oldu!”  deyə  buyurdu.  Ömər  İbn  Xəttab:  “Nə  vacib 

oldu?” deyə soruşdu. Peyğəmbər: “Bunu xoş sözlərlə yad etdiniz, Cənnət ona 

vacib  oldu.  Bunu  da  xoşagəlməz  sözlərlə  yad  etdiniz,  Cəhənnəm  ona  vacib 

oldu.  Siz  Allahın  yer  üzündəki  şahidlərisiniz!”  (Buxari  1367,  Muslim  2243, 

949/60) 


 

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin