Kusuf Namazında Cənnət Və Cəhənnəmdən Peyğəmbərə
Ərz Olunanlar
226
524. Əsma Bint Əbu Bəkr
rəvayət edir ki, (günəş tutulduğu vaxt) mən
Aişənin
yanına gəldim, (o vaxt) o namaz qılırdı. Mən: “İnsanlara nə
olub?” deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün əli ilə) göyə
işarə etdi. (Mən məscidə tərəf boylanıb gördüm ki,) camaat namaz qılır. (Aişə):
“Allah pak və müqəddəsdir!” dedi. Mən: “(Bu,) əlamətdirmi?” deyə soruşdum.
O, başı ilə işarə edib (mənim sözümü) təsdiqlədi. Bu səbəbdən mən də namaza
durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım.
(Namazdan sonra) Peyğəmbər qüdrətli və əzəmətli Allaha həmd edib Onun
şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə
göstərilmiş hər bir şeyi, hətta, Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy
olundu ki, siz qəbirlərinizdə məsihi-dəccalın imtahanına bənzər (və ya buna
yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsədən): “Bu adam
(Muhəmməd ) haqqında nə bilirsən?” deyə soruşacaqlar. Mömin (yaxud
yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və
doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib (onun) ardınca
getdik. Bu, Muhəmməddir!” deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan
sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman
gətirdiyini bildik” deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə:
“Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin
şeyi mən də deyirdim” deyəcək. (Buxari 86, Muslim 2141, 905/11)
525. Abdullah İbn Abbas demişdir: “Peyğəmbər zamanında günəş tutuldu
və bu səbəbdən də Peyğəmbər (camaata) namaz qıldırdı. (Namazda) qiyamı
o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra
rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin
227
bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı,
lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki
dəfə) səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam
əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku
əvvəlkindən qısa idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu
qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı,
lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki
dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü
açılmışdı. Bundan sonra Peyğəmbər buyurdu: “Həqiqətən də, günəş və ay
Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya
gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman
Allahı zikr edin!” (Əshabələr) dedilər: “Ey Allahın elçisi, biz sənin dayandığın
yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”.
Peyğəmbər: “Mən Cənnəti gördüm və (oradakı meyvələrdən) bir salxım
dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə
bilərdiniz. Həmçinin, Cəhənnəm də mənə göstərildi. Mən heç vaxt bu gün
(gördüyüm) mənzərədən daha dəhşətlisini görməmişdim. Mən Cəhənnəm
əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Camaat) soruşdu: “Nəyə
görə, ya Rəsulullah?” O dedi: “Nankorluqlarına görə!” (Yenə) soruşdular:
“Allaha qarşımı nankordurlar?” O dedi: “Onlar ərlərinə qarşı nankordurlar,
yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna
gəlməyən) bir şey görsə, deyər: “Mən səndən heç vaxt xeyir görmədim.”
(Buxari 1004, 1052, Muslim 2147, 907/17)
Kusuf Namazına Çağırarkən: Əs-Salətu Cəmia – Deyə Nida
Etmək
526. AbdurRahman İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbərin
zamanında günəş tutuldu. “İnnəs Salətə Cəmia” – deyə nida olundu.
Peyğəmbər namazda ikən bir rükətdə iki dəfə ruku etdi. Sonra qalxıb yenə
bir rükətdə iki dəfə ruku etdi. Sonra oturdu və günəş açıldı. Aişə: “Daha əvvəl
228
ömrümdə bu qədər uzun sürən bir səcdədə (namazda) olmamışdım” dedi.
(
Buxari 1045, 1051, Muslim 2152, 910/20)
527. Əbu Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən günəş
və ay bir kimsənin ölümünə görə tutulmur. Lakin onlar Allahın dəlillərindən
iki dəlildir. Günəş və ayın tutulduğunu görsəniz namaza durun”. (Buxari 1041,
Muslim 2154, 911/22)
528. Əbu Musa demişdir: “Günəş tutulduğu vaxt Peyğəmbər Qiyamət
qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı,
mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını
görməmişdim. (Namazı bitirdikdən sonra) buyurdu: “Allahın göndərdiyi bu
dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə olur. Fəqət,
Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı
zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” (Buxari
1059, Muslim 2156, 912/24).
529. İbn Ömər rəvayət edir ki, Peyğəmbər bizə xəbər verdi ki: “Həqiqətən
günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə
tutulmazlar. Günəş və ay Allahın dəlillərindən iki dəlildir. Günəş və ayın
tutulmasını gördüyünüz zaman nmaza durun (dua edin)”. (Buxari 1042,
Muslim 2160, 914/28).
229
530. Muğira İbn Şobə rəvayət edir ki, Peyğəmbər zamanında oğlu İbrahim
vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə
tutulmuşdur” dedilər. Belə olduqda, Peyğəmbər dedi: “Günəş və ay
kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. (Onların
tutulduğunu) gördüyünüz zaman namaz qılın və Allaha dua edin!” (Buxari
1043, Muslim 2161, 915/29).
230
Cənazə Kitabı
231
Meyyid Üçün Ağlamaq
531. Usamə İbn Zeyd demişdir: “Peyğəmbərin qızı (Zeynəb): “Oğlum
ölür, bizə gəl!” deyə atasına xəbər göndərdi. Peyğəmbər (xəbər gətirən
adama buyurdu ki, Zeynəbin yanına qayıdıb) onu salamlasın və desin:
“Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər
şeyin öz müəyyən əcəli var... Səbir et və (bunun əvəzinə Allah yanında
mükafat qazanacağına) ümid bağla!” (Bir müddətdən sonra) Zeynəb, (atası)
mütləq gəlsin deyə, and verib (xəbərçini yenə) onun yanına göndərdi.
Peyğəmbər qalxıb Səd İbn Ubadə, Muaz İbn Cəbəl, Ubey İbn Kəb, Zeyd İbn
Sabit və başqa bir neçə əshabə ilə onun yanına gəldi. (Evə daxil olduqda)
körpəni Peyğəmbərə verdilər. Uşaq xırıldayaraq nəfəs alırdı. (Bunu görəndə)
Peyğəmbərin gözləri yaşla doldu. Səd dedi: “Bu nədir, ya Rəsulullah? (Sən
də ağlayırsan?)”. Peyğəmbər: “Bu, Allahın Öz qullarının qəlbinə saldığı
mərhəmətdir. Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir.” (Buxari
1284, 6655, 7377, Muslim 2174, 923/11)
532. Abdullah İbn Ömər demişdir: “Səd İbn Ubadə xəstələndiyi zaman
Peyğəmbər AbdurRəhman İbn Auf, Səd İbn Əbu Vəqqas və Abdullah İbn
Məsud ilə birlikdə ona baş çəkdi. Xəstənin yanına daxil olduqda ailəsinin
onun başına yığışdığını görüb soruşdu: “Öldümü?” Onlar: “Xeyr, ya
Rəsulullah!” deyə cavab verdilər. Peyğəmbər (Sədi görəndə) ağladı.
Oradakılar Peyğəmbərin ağladığını gördükdə ağlamağa başladılar. Peyğəm-
bər: “Eşitmirsinizmi? Allah gözlərdən axan yaşa və qəlbin kədərlənməsinə
görə (heç) kəsə əzab vermir. O ancaq buna görə ya əzab verir, ya da rəhm edir
232
(deyə) dilinə işarə etdi. Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad
edib) ağlamasından dolayı əzab verilir.” (Buxari 1304, Muslim 2176, 924/12).
Müsibətin İlk Anında Səbr Etmək
533. Ənəs İbn Malik rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bir qəbrin
başında durub ağlayan qadının yanından keçərkən (ona) buyurdu ki:
“Allahdan qorx və səbir et!” Qadın onun kim olduğunu bilməyib dedi: “Əl çək
məndən! Mənim başıma gələn müsibət sənin başına gəlməyib.” Qadına: “Bu,
Peyğəmbər idi” dedilər. Bundan sonra o, Peyğəmbərin qapısının yanına
gəldi, lakin orada gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): “Mən səni
tanımamışam” dedi. Peyğəmbər: “İlk sarsıntı anında səbir etmək lazım idi!”
(Buxari 1283, Muslim 2179, 926/15)
Meyyid Əhlinin Onun Üçün Etdiyi Vay-Şivənə Görə Əzab
Verilir
534. Ömər İbn Xəttab rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ölü qəbrində
əzaba uğrayar onun üçün edilən vay-şivənə görə”. (Buxari 1292, Muslim 2182,
2183, 927/17)
535. Əbu Musa rəvayət edir ki, Ömər İbn Xəttab vurulduğu zaman
Suheyb: “Vay qardşım” deyərək ağlamağa başladı. Ömər: “Ey Suheyb!
233
Peyğəmbərin: “Ölü, dirinin ağlaması ilə qəbrində əzab olunur” deyə
buyurduğunu eşitməmisənmi?”. (Buxari 1290, Muslim 2184, 2185, 927/18)
536. Abdullah İbn Ubeydullah İbn Əbi Muleykə rəvayət edir ki, Osmanın
qızı Məkkədə vəfat edir. (Namazda və cənazədə) iştirak etmək üçün bizlər
cənazəyə gəlmişdik. İbn Ömər ilə İbn Abbas da gəlmişdilər. Mən onların
ortalarında oturmuşdum. Və y Mən bu ikisindən birinin yanında
oturmuşdum. Sonra digəri gəlib yanımda oturdu. (Evdən qadınların fəryad
səsi gəldikdə) Abdullah İbn Ömər yanında olan Osmanın oğlu Amra: “Bu
qadınları fəryad etməkdən çəkindirin? Çünki Rəsulullah buyurdu: “Ölü,
ailəsinin onun üçün fəryad etmələrinə görə qəbrində əzab görür”. İbn Abbas:
“Yəni, bəzi ağlamaq tərzinə görə İbn Ömər” dedi. Mən Məkkədən Ömər ilə
qayıdırdım. (Məkkə ilə Mədinə) arasında olan Bəyda adlanan yerdə böyük bir
Səmura ağacının altında dəvə karvanına rast gəldik. Ömər: “Get bax, bu
karvan kimlərdir?” dedi. Mən də baxdım və dərhal Suheybi tanıdım. Bunu
Ömərə xəbər verdim. Ömər: “Yanıma çağır onu” dedi. Mən də Suheybin
yanına gələrək: “Möminlərin Əmirinin yanına gəl və onunla görüş” dedim.
(Birlikdə Mədinəyə gəldik) Ömər vurulduğu zaman Suheyb ağlayaraq
Ömərin yanına girdi və: “Vay qardşım” deyərək ağlamağa başladı. Ömər:
“Ey Suheyb! Peyğəmbərin: “Ölü, dirinin ağlaması ilə qəbrində əzab olunur”
deyə buyurduğunu eşitməmisənmi?”. Ömər rəvayət edir ki, Peyğəmbər
demişdir: “Ölən adam, bəzən ailəsinin ona ağlamağından dolayı əzab çəkir”.
İbn Abbas demişdir: “Ömər vəfat etdikdən sonra mən onun dediklərini
Aişəyə
söylədim. Aişə: “Allah Ömərə rəhmət eləsin! Vallahi, Rəsulullah
deməmişdir ki, Allah möminə, ailəsinin ona ağlamağından dolayı əzab verir.
Əksinə, Rəsulullah demişdir ki: “Allah kafirə, ailəsinin ona ağlamağından
dolayı əzabını artırır.” Sonra (Aişə) belə buyurdu: Quranın “Heç bir günahkar
234
başqasının günah yükünü daşımaz”. (əl-Ənam 164). (Fatir 18). ayəsi sizə
kifayət edər. İbn Abbas deyir ki: “Güldürən də, ağladan da Odur!”. (ən-
Nəcm 43). İbn Əbi Muleykə: “Vallahi! İbn Ömər bunsan sonra bir şey demədi”
dedi. (Buxari 1286, 1288, Muslim 2191, 928/23)
537. Aişənin yanında İbn Ömərin Peyğəmbərdən rəvayət etdiyi hədis
zikr olundu: “Ölü, ailəsinin onun üçün fəryad etmələrinə görə qəbrində əzab
verilir”. Aişə: “İbn Ömər xəta etmişdir, sadəcə Peyğəmbər belə
buyurmuşdu: “Həqiqətən ailəsi onun üçün ağlayır, Ona günah etməsinə
xətasına görə əzab verilir. Sonra: “Peyğəmbərin bu sözü Bədr günü içi
müşriklərlə dolu dərənin üzərində dayanb onlara belə deməsinə bənzəyir. O,
cəsədlər mənim dediklərimi eşidirlər – sözələrinə bənzəyir. Peyğəmbər: “Onlar
indi mənim onlara söylədiyim sözlərin haqq olduğunu bildilər” deyə buyurdu.
Aişə: “Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən...”. (ən-Nəml 80), “Sən
isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”. (Fatir 22). Ayələrini oxudu və:
“Onlar Cəhənnəmdən oturacaqlarını aldıqları zaman”. (Buxari 3979, Muslim
2197, 932/16)
538. Peyğəmbərin zövcəsi Aişə
demişdir: “(Bir dəfə) Peyğəmbər bir
yəhudi qadının (qəbrinin) yanından keçərkən ailəsinin onun üçün ağladığını
(görüb) dedi: “Onlar onun üçün (vay-şivən qoparıb) ağlayırlar, halbuki
qəbirdə ona əzab verilər.” (Buxari 1289, Muslim 2199, 932/27)
539. Muğira rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər.” (Buxari
1291, 1229, Muslim 2200, 933/28)
235
Vay-Şivən Qoparmağın Şiddətlə Qadağan Olması
540. Aişə
demişdir: “İbn Harisənin, Cəfərin və İbn Rəvahanın şəhid
olduğuna dair xəbər Peyğəmbərə çatdıqda o, (yerə) oturdu, kədərli olması
üzündən hiss olunurdu, mən qapının arasından ona baxırdım. (Bu vaxt) bir
nəfər onun yanına gəlib: “Cəfərin qadınları...” deyə onların (fəryad qoparıb)
ağladıqlarını bildirdi. Peyğəmbər ona əmr etdi ki, (bu cür ağlamağı) onlara
qadağan etsin. Adam getdi, sonra ikinci dəfə (Peyğəmbərin yanına) gəlib
onların ona itaət etmədiklərini bildirdi. Peyğəmbər: “Onlara qadağan et!” deyə
buyurdu. Adam üçüncü dəfə Peyğəmbərin yanına gəlib dedi: “Vallahi, onlar
bizi yendilər, ya Rəsulullah.” Peyğəmbər: “(Get) onların ağzını torpaqla
bağla!” (Buxari 1237, 1299, 4263, Muslim 2204, 935/30).
541. Ummu Ətiyyə
demişdir: “Beyət əsnasında Peyğəmbər ölü üçün vay-
şivən salıb ağlamayacağımıza dair bizdən əhd almışdı. Bizlərdən beş qadın –
Ummu Suleym, Ummu Əla, Əbu Səbrənin qızı Muazın zövcəsi və başqa iki
qadın, yaxud Əbu Səbrənin qızı, Muazın zövcəsi və başqa bir qadın istisna
olmaqla heç kəs əhdinə vəfa etmədi.” (Buxari 1306, Muslim 2206, 936/31).
542. Ummu Ətiyyə
demişdir: “Biz (qadınlar) Peyğəmbərə beyət etdikdən
sonra o bizə bu ayəni oxudu: “Mömin qadınlar Allaha heç bir şərik
qoşmayacaqlarına...” və bizə (ölən adam üçün) vay-şivən salıb ağlamağı qadağan
etdi. Bu vaxt bir qadın əlini geri çəkdi və dedi: “Filan qadın mənim ölümə ağlayıb,
mən də gərək onun ölüsünə ağlayım.” Peyğəmbər ona heç nə demədi. Qadın
çıxıb getdi və (bir müddət keçdikdən sonra beyət etmək üçün) geri qayıtdı.
236
Peyğəmbər də onun beyətini qəbul etdi.” (Buxari 4610, 4892, Muslim 2208,
936/33)
Qadınların Cənazənin Ardınca Getmsinin Qadağan Olması
543. Ummu Ətiyyə
demişdir: “Cənazənin ardınca getmək bizə qadağan
edilmişdir, lakin bu bizə ciddi və qəti surətdə qadağan olunmamışdı.” (Buxari
1278, Muslim 2210, 938/35)
Meyyidin Yuyulması
544. Ummu Ətiyyə əl-Ənsariyyə
demişdir: “Peyğəmbərin qızı (Zeynəb)
vəfat etdikdə, o bizim yanımıza gəlib dedi: “Onu üç və ya beş dəfə yaxud
məsləhət bilirsinizsə, bundan da çox su və sidr ilə yuyun. Axırıncısına kafur da
qatın. İşinizi bitirdikdən sonra mənə xəbər verin.” Biz (onu yuyub)
qurtardıqdan sonra Peyğəmbərə xəbər verdik. O, izarını bizə verib dedi:
“Onu buna sarıyın!” (Buxari 1253, 1257, Muslim 2211, 939/36)
545. Ummu Ətiyyə
rəvayət edir ki, Peyğəmbər qızını yuyan (qadınlara)
demişdir: “Onun sağ tərəfindən və dəstəmazda yuyulan əzalarından
başlayın.”(Ummu Ətiyyə) demişdir: “Biz onun saçlarını darayıb üç hörük
hördük.”(Buxari 1254, Muslim 2212, 2213, 939/38)
237
546. Ummu Ətiyyə
rəvayət edir ki, Peyğəmbər qızını yuyan (qadınlara)
demişdir: “Onun sağ tərəfindən və dəstəmazda yuyulan əzalarından
başlayın.” (Buxari 1256, Muslim 2218, 2219, 939/42)
Meyyidin Kəfənlənməsi
547. Xəbbab demişdir: “Biz Peyğəmbərlə birlikdə Allahın Üzünü diləyərək
(Məkkədən Mədinəyə) hicrət etdik və (buna görə də) Allah bizi
mükafatlandırdı. Bizlərdən kimisi (bu dünyada) öz mükafatından dadmadan
ölüb getdi, Musab İbn Umeyr o kimsələrdən idi. Kimisinin də mükafatı öz
bəhrəsini vermiş və o, (indiyədək) onu yığmaqdadır. (Musab İbn Umeyr) Uhud
döyüşündə şəhid oldu. Biz onu kəfənləmək üçün (onun əynindəki) libasdan
başqa bir şey tapa bilmədik. Bu libasla onun baş tərəfini örtürdük ayaqları açıq
qalırdı, ayaqlarını örtürdük başı açıq qalırdı. Onda Peyğəmbər bizə, (bu
libasla) onun baş tərəfini örtməyi, ayaqlarının üstünə də ətirli qamış qoymağı
əmr etdi.” (Buxari 1276, Muslim 2220, 940/44)
548. Aişə
rəvayət edir ki, Peyğəmbəri Yəmənin Səhuliyyə şəhərində
hazırlanmış üç ədəd ağappaq pambıq parçaya bürüdülər. Bunların arasında nə
köynək, nə də əmmamə var idi.” (Buxari 1264, Muslim 2222, 941/45)
Meyyidin Örtünməsi
238
549. Aişə
rəvayət etmişdir ki, Peyğəmbər vəfat etdikdə onun üstünə
hibərə bürüncəyi sərmişdilər. (Buxari 5814, Muslim 2226, 942/48)
Cənazəni Apararkən Tezləşdirmək
550. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənazəni
(məzarlığa) yeyin-yeyin aparın! Əgər o, əməlisaleh olmuşdursa, siz onu xeyrə
qovuşdurmuş olarsanız. Yox, əgər pis adam olmuşdursa, (tezliklə) şəri
boynunuzdan atmış olarsınız.” (Buxari 1315, Muslim 2229, 944/50)
Cənazə Namazını Qılmağın Və Cənazənin Adınca
Getməyin Fəziləti
551. Əbu Hureyra demişdir: “Cənazənin ardınca gedən kimsə bir qirat savab
qazanır. Kim də dəfnə kimi iştirak edərsə ona iki qirat savab vardır”. Ondan:
“İki qirat nə deməkdir?” deyə soruşdular. O: “İki əzəmətli (Uhud) dağı
boyda”. (Buxari 1325, Muslim 2232, 945/52)
İ
552. İbn Ömərə xəbər verdilər ki, Əbu Hureyra demişdir: “Cənazənin
ardınca gedən kimsə bir qirat savab qazanır.” İbn Ömər: “Əbu Hureyra (bunu)
şişirdir.” Lakin Aişə
Əbu Hureyranın dediyini təsdiqləyib dedi: “Mən
239
Peyğəmbərin bunu söylədiyini eşitmişəm.” Onda İbn Ömər dedi:
“(Demək,) biz çox qiratlar itirmişik.” (Buxari 1324, Muslim 2232, 945/52)
Ölənin Xeyir Və Ya Şərlə Xatırlanması
553. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) cənazə aparılarkən biz onu xoş
sözlə yad edib təriflədik. Peyğəmbər : “Vacib oldu!” deyə buyurdu. Sonra
başqa bir cənazə aparılarkən biz onu xoşagəlməz sözlə yad edib pislədik. Pey-
ğəmbər (yenə): “Vacib oldu!” deyə buyurdu. Ömər İbn Xəttab: “Nə vacib
oldu?” deyə soruşdu. Peyğəmbər: “Bunu xoş sözlərlə yad etdiniz, Cənnət ona
vacib oldu. Bunu da xoşagəlməz sözlərlə yad etdiniz, Cəhənnəm ona vacib
oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz!” (Buxari 1367, Muslim 2243,
949/60)
Dostları ilə paylaş: |