Cənnətə Daxil Edən İmanın Bəyanı
.
7. Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, bir nəfər dedi: “Ey Allahın Elçisi!
Mənə Cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver.” Camaat
soruşdu: “Ona nə olub? Ona nə olub?”. Allah Elçisi buyurdu: “O
(bilmədiyini öyrənmək) istəyir. Allaha ibadət et və Ona heç kəsi şərik qoşma,
namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla!” (Buxari 5983, Muslim 14,
15, 113, 115)
14
8. Əbu Hureyra rəvayət edir ki, bir bədəvi Peyğəmbərin yanına gəlib dedi:
“Mənə elə bir əməl öyrət ki, ona əməl edəcəyim təqdirdə Cənnətə daxil olum.”
Peyğəmbər: “Allaha ibadət et və Ona heç kəsi şərik qoşma, fərz buyrulmuş
namazları qıl, vacib buyrulmuş zəkatı ver və ramazan ayını oruc tut!”. Bədəvi:
“Canım Əlində olan Allaha and olsun ki, bundan artıq heç nə edən deyiləm.”
O gedəndən sonra Peyğəmbər buyurdu: “Cənnət əhlindən olan bir adama
baxıb zövq almaq istəyəniniz varsa, qoy buna baxsın”. (Buxari 1397, Muslim
16, 116)
Peyğəmbərin : “İslam Beş Təməl Üzərində Bina
Edilmişdir” Sözü
9. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “İslam beş (əsas)
üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud
olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namaz
qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Buxari 8,
Muslim 19, 20, 121, 122)
Allaha, Rəsuluna Və Onun Dininə İman Etməyin Və Ona
Çağırmağın Əmr Olunması
15
10. İbn Abbas rəvayət edir ki, AbdulQeys (qəbiləsinin) nümayəndələri
Peyğəmbərin yanına gəldikdə o: “Siz kimlərdənsiniz?” deyə soruşdu. Onlar:
“Rabiy'a (qəbiləsindənik)” deyə cavab verdilər. (Peyğəmbər) buyurdu: “Xoş
gəlmişsiniz! Allah sizi utandırmasın, peşman eləməsin!” Onlar dedilər: “Ya
Rəsulullah! Biz sənin yanına yalnız haram ayda gələ bilirik. Səninlə bizim
aramızda Mudar qəbiləsinin kafirləri vardır. Odur ki, bizə (haqqı batildən
ayırd edən) bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun
sayəsində Cənnətə girək.” Onlar Peyğəmbərdən içkilər barədə də
soruşdular. Peyğəmbər onlara dörd şeyi əmr etdi, dörd şeyi qadağan etdi.
Onlara Tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu: “Bilirsinizmi,
Tək Allaha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun rəsulu daha
yaxşı bilir!” dedilər. Peyğəmbər: “(Bu) şəriki olmayan Tək Allahdan başqa
(ibadətə haqqı olan) heç bir məbudun olmadığına və Muhəmmədin Onun
elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan oru-
cunu tutmaq və qənimətlərdən beşdə birini (xums) verməyinizdir.” (Peyğəmbər)
onlara dörd şeyi – həntəmi
5
, dubbanı
6
, nəqiri
7
və müzəffəti (yaxud müqəyyəri)
8
qadağan etdi. Sonra dedi: “Buyurduqlarımı yadda saxlayın və bunları özünüz-
dən sonra gələnlərə xəbər verin.” (Buxari 53, Muslim 23, 125)
11. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Muaz İ
göndərərkən demişdir: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən.
Elə isə ilk əvvəl onları Allaha ibadət etməyə dəvət et. Əgər Allahı tanısalar,
onlara xəbər ver ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib
buyurmuşdur. Əgər buna əməl etsələr, onları xəbərdar et ki, Allah onlara
zəkat verməyi – dövlətlilərindən götürülüb kasıblarına paylanılmağı vacib
buyurmuşdur. Buna itaət etsələr, (zəkatı) onlardan götür. Lakin insanların
5
Həntəm – tərkibinə yun və qan qatılmış gildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qablarda
şərab saxlayardılar.
6
Dubba – şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab.
7
Nəqir – şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qab.
8
Muzəffət, Müqəyyər – şərab saxlamaq üçün yanları qatranla malalanmış qab.
16
mallarının ən qiymətlisini götürməkdən çəkin!” (Buxari 1458, Muslim 27, 28,
130, 132)
12. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Muazı Yəmənə göndərəndə
dedi: “Onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun
bədduasından qorx. Çünki onunla Allah arasında (bu bədduanın qarşısını ala
biləcək) heç bir pərdə yoxdur.” (Buxari 2448, Muslim 27, 130)
İnsanlarla: “Allahdan Başqa İbadətə Layiq Haqq İlah
Yoxdur” Deyənədək Vuruşmağın Əmr Olunması
13. Əbu Hureyra demişdir: “Peyğəmbər vəfat etdikdən və Əbu Bəkr
(xəlifə) olduqdan sonra ərəblərdən bəziləri kafir oldular. Onda Ömər (Əbu
Bəkrə) dedi: “Sən onlarla necə vuruşa bilərsən ki, Peyğəmbər demişdir:
“İnsanlar: “Lə Ilahə Illəllah” deməyincə onlarla vuruşmaq mənə əmr edildi.
Bu sözü deyən hər kəs haqlı bir səbəb olmadıqca, malını və canını məndən
qorumuş olar. (Qəlbindəkilərinin) hesabı isə Allaha aiddir”. Əbu Bəkr:
“Vallahi, mən, namazı zəkatdan ayıran (namaz qılıb zəkat vermək istəməyən)
hər kəslə vuruşacağam. Çünki zəkat malın haqqıdır. Vallahi ki, əgər onlar
(vaxtilə) Allahın elçisinə verdikləri çəpişi mənə verməkdən boyun qaçırsalar,
buna görə onlarla vuruşacağam.” Ömər dedi: “Vallahi, bu, Allahın Əbu Bəkrin
qəlbinə saldığı (doğru fikirdən) başqa bir şey deyildi. Mən başa düşdüm ki, o,
haqlıdır.” (Buxari 1399, 1400, 1284, 1285, Muslim 29, 133)
17
14. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “İnsanlar “ Lə Iləhə
Illəllah” deyincəyə qədər onlara qarşı vuruşmaq mənə əmr edildi. Odur ki,
kim “Lə Iləhə Illəllah” desə - İslam haqqı istisna olmaqla - canını və malını
məndən qorumuş olar. Onun (gizli saxladıqlarının) haqq-hesabı isə Uca Allaha
aiddir”. (Buxari 2946; Muslim 30, 134)
15. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlar Allahdan
başqa (ibadətə layiq haqqı olan) məbudun olmadığına və Muhəmmədin Onun
elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə (onlarla)
vuruşmaq mənə əmr edildi. Əgər (aşkarda) bunu yerinə yetirsələr – İslam haqqı
(cinayətə görə veriləcək cəza) istisna olmaqla – canlarını və mallarını məndən
qorumuş olarlar. Onların (gizli əməllərinin) haqq-hesabı isə Allaha aiddir.”
(Buxari 25, Muslim 33, 138)
İmanın Əvvəli Lə İləhə İlləllah Sözüdür
16. Museyyib İbn Həzn demişdir: “Əbu Talib ölüm ayağında ikən Peyğəmbər
onun yanına gəldi və orada Əbu Cəhl ibn Hişamı və Abdullah İbn Əbu
Ümeyyə İbn Muğiranı gördü. Peyğəmbər Əbu Talibə dedi: “Əmi, “Lə Ilahə
Illəllah” kəlməsini de ki, Allah yanında sənin (dediyinə) şahid olum.” Əbu
Cəhl və Abdullah İbn Əbu Ümeyyə dedilər: “Ey Əbu Talib, AbdulMuttəlibin
dinindən üz çevirməkmi istəyirsən?!” Peyğəmbər tövhid kəlməsini, onlar da
öz dediklərini ta o vaxta qədər təkrar etdilər ki, axırda Əbu Talib onlara son
sözünü deyib AbdulMuttəlibin dinində qalacağını bildirdi və “Lə Ilahə
Illəllah” deməkdən imtina etdi. Peyğəmbər: “Vallahi, mənə qadağan
edilənədək sənin üçün bağışlanma diləyəcəyəm.” Onda Uca Allah onun
barəsində bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları bəlli
18
olduqdan sonra qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün
bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə 113). (Buxari 1360, 4772, 6681,
Muslim 35, 141)
Kim Allahla İmanında Heç Bir Şəkk Etmədən Qarşılaşarsa
Cənnətə Daxil Olar Və (Allah) Ona Cəhənnəmi Haram Edər
17. Ubadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allahdan başqa heç
bir məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına,
Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, elçisi,
Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq,
Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun,
Allah onu Cənnətə daxil edər”. (Başqa rəvayətdə: Cənnətin səkkiz qapısından
hansından istəsə daxil olar). (Buxari 3435, Muslim 41, 149)
18. Muaz İbn Cəbəl demişdir: “(Bir dəfə) mən Peyğəmbərlə birlikdə onun
(mindiyi heyvanın) tərkində idim. Mənimlə onun arasında yəhərin söykəyin-
dən başqa heç nə yox idi. (Peyğəmbər məni): “Ey Muaz İbn Cəbəl!” deyə
çağırdı. Dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir az
getdikdən sonra o, yenə: “Ey Muaz İbn Cəbəl!” deyə çağırdı.
9
Dedim: “Buyur,
əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir qədər getdikdən sonra o, yenə: “Ey
Muaz İbn Cəbəl!” deyə çağırdı. Dedim: “Buyur, əmrinə müntəzirəm, ey
9
Nəvəvi demişdir: “Peyğəmbərin Muazı təkrar çağırması, ona söyləyəcəyinə diqqət yetirməsi və onu
axıra kimi dinləməsi üçün idi. Rəvayət edilir ki, Peyğəmbər bir söz söylədiyi zaman, (söylədiklərini) başa
düşsünlər deyə, onu üç dəfə təkrar edər, habelə bir tayfanın yanına gəlib onları salamladıqda, üç dəfə salam
verərdi” (Buxari 94).
19
Allahın Elçisi!” Dedi: “Bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir?”
Dedim: “Allah və Onun elçisi daha yaxşı bilir!” Dedi: “Allahın qulları
üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamaları-
dır”. Bir qədər getdikdən sonra yenə: “Ey Muaz İbn Cəbəl!” deyə çağırdı.
Dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Dedi: “Bilirsənmi,
qulları bunu yetirəcəkləri təqdirdə onların Allah üzərindəki haqqı nədir?”
Dedim: “Allah və Onun elçisi daha yaxşı bilir!” Dedi: “(Ona heç nəyi şərik
qoşmayan) qullarına əzab verməməsidir”. (Buxari 5967, Muslim 47, 152)
19. Muaz demişdir: “Mən Peyğəmbərlə birlikdə onun Ufeyr adlı
uzunqulağına minmişdim. (Mən Peyğəmbərin tərkində ikən) o dedi: “Ey Muaz,
bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı
nədir?” Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!” dedim. O buyurdu:
“Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik
qoşmamalarıdır. Qulların Allah üzərindəki haqqı isə, Ona heç nəyi şərik
qoşmayan qullarına əzab verməməsidir.” Mən dedim: “Ya Rəsulullah, bu
xəbərlə camaatı müjdələyimmi?” O buyurdu: “Müjdələmə, (yoxsa) onlar (buna)
arxayın olacaqlar.” (Buxari 2856, Muslim 44, 153)
20. Ənəs rəvayət edir ki, Peyğəmbər Muazla birlikdə dəvənin tərkində
ikən: “Ey Muaz!” deyə çağırdı. (Muaz): “Buyur, əmrinə müntəzirəm, ya
Rəsulullah!” deyə cavab verdi. (Peyğəmbər) yenə: “Ey Muaz!” deyə çağırdı. O:
“Buyur, əmrinə müntəzirəm, ya Rəsulullah!” deyə cavab verdi. Bu hal üç dəfə
təkrar olduqdan sonra Peyğəmbər dedi: “Allahdan başqa ibadətə layiq haqq
məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna sidq ürəkdən
şəhadət verən elə bir kəs yoxdur ki, Allah ona Cəhənnəm odunu haram
etməsin.” (Muaz) dedi: “Ya Rəsulullah! Bunu insanlara xəbər verimmi ki,
sevinsinlər?”. Peyğəmbər: “Belə olduğu təqdirdə (buna) arxayın olacaqlar.”
Muaz günaha batacağından qorxub ölümündən qabaq bu haqda (insanlara)
xəbər verdi. (Buxari 128, Muslim 47, 157)
20
İmanın Şöbələri
21. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “İman altmış və bir
neçə şöbədən ibarətdir. Həya da imanın şöbələrindəndir.” (Buxari 9, Muslim
50, 161)
22. İbn Ömər rəvayət edir ki, Peyğəmbər ənsardan olan qardaşına (həddən
ziyadə) həyalı olmamağı nəsihət edən bir kişinin yanından keçərkən demişdir:
“Onu burax! Çünki həya imandandır.” (Buxari 16, 24, Muslim 52, 163)
23. İmran İbn Husayn rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həyalı olmaq
(insana) ancaq xeyir gətirər!” (əl-Buxari 6117, Muslim 53, 165)
İslamın Əhkamlarının Fərqlənməsi Və Onlardan Hansının
Daha Üstün Olmasının Bəyanı
24. Abdullah İbn Amr rəvayət edir ki, bir nəfər Peyğəmbərdən soruşdu:
“İslam (xislətlərindən) ən xeyirlisi hansıdır?” Peyğəmbər: “Sənin yemək
yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin.” (Buxari 12, 28, 6236,
Muslim 56, 169)
21
25. Əbu Musa rəvayət edir ki, (əshabələr) soruşdu: “Ey Allahın elçisi! Hansı
müsəlman daha fəzilətli sayılır?”. Peyğəmbər dedi: “Dilindən və əlindən
müsəlmanlara zərər dəyməyən (müsəlman).” (Buxari 11, Muslim 59, 172)
Bu Xislətlərlə Vəsflənənin İmanın Şirinliyini Dadmasının
Bəyanı
26. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kimdə (bu) üç şey olsa,
imanın şirinliyini dadmış olar: Allahı və Onun elçisini başqalarından daha
çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı
xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq.” (Buxari 16, 21, 6941,
Muslim 60, 174)
Peyğəmbəri Övladdan, Valideyindən Və Bütün
İnsanlardan Çox Sevməyin Vacibliyi
27. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Canım Əlində olan Allaha
and olsun ki, sizdən biriniz məni valideynindən, övladından və bütün
insanlardan çox istəməyincə, iman gətirmiş olmaz.” (Buxari 15, Muslim 62, 63,
177, 178)
Özünə İstədiyin Xeyiri Qardaşına İstəməyin İmanın
Xislətindən Olmasına Dəlil
22
28. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz özü üçün istədiyini
(müsəlman) qardaşı üçün istəmədikcə, (tam şəkildə) iman etmiş olmaz.” (Buxari
13, Muslim 64, 179)
Qonşuya, Qonağa İkram Etmək, Xeyir Danışmaq, Susmaq –
Bütün Bunlar İmandandır
29. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allaha və
Axirət gününə iman edirsə, qonşusuna əziyyət verməsin. Kim Allaha və Axirət
gününə iman edirsə, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə
iman edirsə, ya xeyir danışsın, ya da sussun.” (Buxari 6018, 6136, Muslim 68,
183).
30. Əbu Şureyh əl-Adaviyy rəvayət edir ki, Peyğəmbər bu hədisi
danışarkən iki qulağım və iki gözümlə gördüm: “Kim Allaha və Axirət gününə
iman edirsə, qonşusuna ikram (hörmət) etsin, Kim Allaha və Axirət gününə
iman edirsə, qonağına ikram etsin”. Ondn: “Ya Rəsulullah! Qonağa İkram
nədir?” deyə soruşdular. Peyğəmbər: “Gecə və Gündüzdür” dedi. Qonaq
qalmaq üç gündür, üç gündən sonra olan ikram isə sədəqədir. Kim Allaha və
Axirət gününə iman edirsə, ya xeyir danışsın, ya da sussun”. (Buxari 6019,
6138, Muslim 3255, 4610)
İman Əhlinin İmanda Bir-birilərindən Fərqlənməsi Və
Yəmən Əhlinin Bu Barədə Üstünlükləri
23
31. Uqbə İbn Amr və Əbu Məsud demişdir: “(Bir dəfə) Peyğəmbər (əli ilə
Yəmənə tərəf işarə edib dedi: “İman bax orada – Yəməndədir
10
Daşürəklilik və
qabalıq isə kobud danışığı ilə seçilən, dəvələrinin quyruğundan yapışmış
11
bədəvilərə aiddir. (Bu xasiyyətlər isə) şeytanın iki buynuzu çıxan
12
yerdə –
Rəbiə və Mudər (qəbilələrində) özünü büruzə verir.” (Buxari 3302, Muslim 72,
190)
32. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Yəmənlilər sizin
yanınıza gəlmişlər. Onlar ən yumşaq qəlbli və ən incə ürəkli (insanlardır). Fiqh
Yəmənə aiddir, hikmət də Yəmənə (yəmənlilərdədir) aiddir”
13
(Buxari 4390,
Muslim 74, 193)
33. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Küfrün əsas
mənbəyi şərq istiqamətindədir. Lovğalıq və təkəbbürlük (adətən) at ilxısına və
dəvə sürüsünə sahib olan kimsələrdə, habelə kobud danışığı olan bədəvilərdə
özünü büruzə verir. Qoyun sürüsünə sahib olan kimsələr isə dinc adam
olurlar.” (Buxari 3301, Muslim 75, 194)
34. Əbu Hureyra demişdir: “Mən Allah Elçisinin belə dediyini eşitdim:
“Lovğalıq və təkəbbürlük kobud danışığı ilə seçilən bədəvilərdə özünü biruzə
verir. Qoyun sürüsünə sahib olan kimsələr isə dinc adam olurlar. İman
Yəməndədir, hikmət Yəmənlilərdədir”. (Buxari 3499, Muslim 77, 196)
10
Peyğəmbər demək istəmişdir ki, yəmənlilər başqalarına nisbətdə daha tez imana gəlirlər.
11
Burada Peyğəmbər başları dəvələrinə qarışmış, getdikcə kobudlaşan insanları nəzərdə tutur.
12
Xəttabi demişdir: Burada “şeytanın iki buynuzu” yaramaz işlərə məsəl çəkilmişdir.
13
Yəmənlilər həm imanda, həm dini anlamaqda, həm də hikmətlə davranmaqda bir çoxlarından seçilirlər.
24
Dinin Nəsihət Olmasının Bəyanı
35. Cərir demişdir: “Mən (buyuruqları) dinləyib itaət edəcəyimə və hər bir
müsəlmana nəsihət edəcəyimə dair Peyğəmbərə beyət etdim. O da:
“Bacardığın işlərdə” deyə mənə nəsihət etdi. (Buxari 7204, Muslim 85, 210)
36. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Zina edən adam zi-
na etdiyi vaxt mömin sayıla bilməz. Şərab içən adam şərab içdiyi vaxt mömin
sayıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz.”
Digər rəvayətdə belə əlavə vardır: “....insanların gözü önündə (birisinin)
dəyərli bir şeyini zor gücünə götürən adam onu götürdüyü vaxt mömin sayıla
bilməz.” (Buxari 2475, 5578, 6772, 6782, 6810, Muslim 86, 87, 211)
Münafiqlərin Xüsusiyyətlərinin Bəyanı
37. Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dörd (xislət)
vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri
olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona
əmanət verildiyi zaman xəyanət edər; danışdığı zaman yalan danışar; əhd
bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər.” (Buxari
34, Muslim 88, 219)
25
38. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Münafiqin əlaməti
üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman (vədinə) xilaf çıxar;
ona əmanət verildiyi zaman xəyanət edər.” (Buxari 33, 2682, 2749, 6095,
Muslim 89, 220)
Müsəlman Qardaşına: “Ey Kafir!” Deyən Kimsənin
İmanının Bəyanı
39. Abdullah İbn Ömər rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kişi (din)
qardaşına: “Ey kafir!” desə, ikisindən biri bu günahla geri dönər”. (Buxari
6104, Muslim 91, 92, 224, 225)
Dostları ilə paylaş: |