Bildiyi Halda Atasdan Üz Döndərən Kimsənin İmanının
Bəyanı
40. Əbu Zərr rəvayət edir ki, Peyğəmbərin belə dediyini eşitdim: “Kim
bilərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edərsə,
küfr etmiş olar. Kim özünün heç bir qohumluq əlaqəsi olmadığı bir qəbiləyə
mənsub olduğunu iddia edərsə, qoy Cəhənnəmdəki yerini tutsun.” (Buxari
3508, Muslim 93, 226)
41. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Atalarınızdan
imtina etməyin! Kim atasından imtina etsə, nankor olar.” (Buxari 6768, Muslim
94, 227)
26
42. Səd və Əbu Bəkr hər ikisi belə rəvayət etmişdir: “Mən Muhəmməd
Peyğəmbərin belə dediyini (bu) iki qulağımla eşitmişəm və onu qəlbimə həkk
etmişəm: “Kim bilərəkdən yad bir adamın öz atası olduğunu iddia edərsə,
Cənnət ona haram edilər”. (Buxari 6766, 6767, Muslim 96, 229)
Peyğəmbərin : “Müsəlmanı Söymək Fasiqlik, Onunla
Vuruşmağın Küfr Olmasının” Bəyanı
43. Abdullah İbn Məsuddan rəvayət edilmişdir ki, Peyğəmbər buyurdu:
“Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür.” (Buxari 48,
6044, 7076, Muslim 97, 230)
Məndən Sonra Bir-Birilərinizin Boyunlarını Vuran Kafirlər
Olmayın
44. Cərir rəvayət edir ki, Peyğəmbər vida həccində ona: “İnsanlara susub
dinləməyi əmr et” dedi. (Hamı susduqdan) sonra o, belə buyurdu: “Məndən
sonra bir-birinin boynunu vuran kafirlərdən olmayın!” (Buxari 121, 4405, 6869,
7080, Muslim 98, 232)
45. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər Vida həccində
demişdir: “Ay yazıqlar! (yaxud: Ay biçarələr!) Məndən sonra bir-birinizin
boynunu vuraraq kafir olmayın!” (Buxari 4403, 6785, Muslim 99, 234)
27
Ulduzun Doğub Batmsına Görə Bizə Yağış Yağdı Deyənin
Küfrünün Bəyanı
46. Zeyd İbn Xalid əl-Cuhəni deyir ki: “Allah Elçisi Hudeybiyədə gecə
ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən
sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?”
(Əshabələr:) “Allah və Onun elçisi daha yaxşı bilir” dedilər. Peyğəmbər:
“(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu.
“Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir” deyənlərə
gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan
və filan ulduza görə nazil olmuşdur” deyənlərə gəldikdə isə, onlar Mənə küfr
etmiş və ulduzlara iman gətirmişlər. (Buxari 846, 1038, Muslim 104, 240)
Ənsarları Sevməyin İmandan Olmasının Dəlili
47. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Kamil) imanın əlaməti
ənsarı sevməkdir, münafiqliyin əlaməti isə ənsara nifrət etməkdir.” (Buxari 17,
3784, Muslim 108, 244)
48. Bəra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ənsarı yalnız mömin sevər
və onlara yalnız münafiq nifrət edər. Kim onları sevsə, Allah onu sevər. Kim
onlara nifrət etsə, Allah da ona nifrət edər.” (Buxari 3783, Muslim 110, 246)
28
İmanın Naqisləşməsi İtaətin Naqisləşməsilədir
49. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər qurban yaxud fitrə
bayramında namaz qılınan yerə getdi. Qadınların yanından keçdikdə
(dayanıb) belə buyurdu: “Ey qadınlar! Sədəqə verin! Çünki mənə Cəhənnəm
əhlinin əksəriyyətinin siz qadınlar olduğu göstərildi.” Qadınlar: “Nəyə görə,
ya Rəsulullah?” deyə soruşdular. Peyğəmbər: “Çünki siz (insanları) tez-tez
lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir
adamın sizin qədər həm ağıl, həm də din baxımından nöqsanlı olduğunu
görmədim.” Qadınlar: “Dinimizdə və ağlımızda olan nöqsan nədir, ya
Rəsulullah?” deyə soruşdular. Peyğəmbər: “Məgər qadının şahidliyi kişinin
şahidliyinin yarısına bərabər deyilmi?” Onlar: “Bəli!” deyə cavab verdilər.
Peyğəmbər: “Bu, qadının ağlının naqisliyidir. Məgər (qadın) heyz olduğu
zaman namazını və orucunu tərk etmirmi?” Onlar: “Bəli!” deyə cavab verdilər.
Peyğəmbər: “Bu da, onun dininin naqisliyidir.” (Buxari 304, Muslim 114, 250)
Allaha İmanın Əməllərin Ən Əfsəli Olmasının Bəyanı
50. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbərdən soruşdular: “Hansı əməl
ən yaxşı əməl sayılır?” Dedi: “Allaha və Onun elçisinə iman gətirmək”.
Soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Allah yolunda cihad etmək”. (Yenə)
soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Qəbul olunmuş həcc”. (Buxari 26,
Muslim 118, 258)
29
51. Əbu Zərr rəvayət edir ki, mən Peyğəmbərdən soruşdum: “Hansı əməl
daha fəzilətli sayılır?” O buyurdu: “Allaha iman gətirmək və Onun yolunda
cihad etmək.” Mən soruşdum: “Hansı köləni azad etmək daha yaxşıdır?” O
buyurdu: “Ən bahalı və sahibi üçün ən dəyərli olanı.” Mən soruşdum: “Əgər
bunu edə bilməsəm?” O buyurdu: “Bir iş görən adama kömək et və ya işi
bacarmayan adamın işini gör.” Mən soruşdum: “Əgər bunu da edə
bilməsəm?”. O buyurdu: “İnsanlara pislik etməkdən çəkin. Belə etsən, bu,
sənin özünə verdiyin bir sədəqə olar.” (Buxari 2518, Muslim 119, 260)
52. Abdullah İbn Məsud rəvayət edir ki, mən Peyğəmbərdən soruşdum:
“Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?” O buyurdu: “Namazı vaxtlı-
vaxtında qılmaq.” Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin
qayğısına qalmaq.” Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah
yolunda cihad etmək.” İbn Məsud: “Bunları mənə Peyğəmbər buyurdu.
Əgər soruşsaydım, yenə cavab verərdi.” (Buxari 527, 5970, Muslim 122, 264)
Şirkin Günahların Ən Çirkini Olması Və Ondan Sonra
Olan Günahların Ən Böyüyünün Bəyanı
53. Abdullah (İbn Məsud) demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən
soruşdum ki: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” Dedi:
“Səni yaradan Allaha (başqa birisini) tay tutmağındır!” Mən: “Doğrudan da,
bu, böyük günahdır” dedim, sonra (yenə) soruşdum: “Bəs sonra hansıdır?”
Dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!”
30
Mən soruşdum: “Sonra hansıdır?” Dedi: “Qonşunun zövcəsi ilə zina etmək!”
14
(Buxari 4477, 7520, Muslim 124, 267)
Böyük Günahların Və Onların Ən Böyüyünün Bəyanı
54. Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər üç dəfə: “Sizə günahların ən
böyüyü barədə xəbər verimmi?” deyə soruşdu. Əshabələr: “Bəli, ya Rəsulallah!”
deyə cavab verdilər. Peyğəmbər: “Allaha şərik qoşmaq və valideynlərin üzünə
ağ olmaqdır” dedi. (Bunu deyəndə) o söykənmişdi; sonra qalxıb oturdu və:
“yalan söz danışmaqdır” dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz (bir-
birimizə): “Nə olaydı, susaydı!” dedik”. (Buxari 2654, 6919, Muslim 126, 269)
55. Ənəs rəvayət edir ki, Peyğəmbərdən böyük günahlar barədə
soruşduqda, belə buyurdu: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ
olmaq, (Allahın haram buyurduğu) cana qəsd etmək və yalandan şahidlik
etməkdir”. (Buxari 2653, 5977, Muslim 128, 271)
56. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Məhvedici yeddi
günahdan çəkinin!” (Əshabələr) soruşdular: “Nədir onlar, ya Rəsulullah?”.
Peyğəmbər: “Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana
nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş
meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin
qadınları zinada ittiham etmək.” (Buxari 2766, 6857, Muslim 129, 272)
14
Digər isnadla rəvayət olunmuş bu hədisin tamamında deyilir: “...Uca Allah onun dediyini təsdiq edib, bu
ayəni nazil etdi: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə
qıymaz və zina etməzlər.” (əl-Furqan 68).
31
57. Abdullah İbn Amr rəvayət edir ki, (bir dəfə) Peyğəmbər buyurdu:
“Adamın öz valideynlərini lənətləməsi böyük günahlardandır”. (Əshabələr
təəccüblə) dedilər: “Ya Rəsulullah, heç adam da öz valideynlərini
lənətləyərmi?”. Peyğəmbər: “Bir adam başqa birisinin atasını söyər, o da
qayıdıb onun ata-anasını söyər”. (Buxari 5973, Muslim 130, 273)
Kim Allaha Heç Bir Şeyi Şərik Qoşmadan Ölərsə Cənnətə
Daxil Olar
58. Abdullah (İbn Məsud) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim
Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər.” Mən dedim: “Kim Allaha şərik
qoşmayıb ölərsə, Cənnətə daxil olar.” (Buxari 1238, Muslim 134, 278)
59. Əbu Zərr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir nəfər (Cəbrail)
yanıma gəlib mənə xəbər verdi (və ya məni müjdələdi) ki, ümmətimdən
Allaha şərik qoşmayıb ölən hər kəs Cənnətə daxil olacaq.” Mən soruşdum:
“Zina və oğurluq etmiş olsa belə?” Dedi: “Zina və oğurluq etmiş olsa belə.”
(Buxari 1237, Muslim 137, 282)
60. Əbu Zərr deyir ki: “(Bir dəfə) Peyğəmbər əynində ağ paltar yatmış
ikən mən onun yanına gəldim. (Mən onun yatdığını görüb çıxıb getdim və bir
müddətdən) sonra yenə onun yanına gəldim. O artıq oyanmışdı. (Məni
görəndə) dedi: “Lə Ilahə Illəllah” deyib ölən hər bir bəndə mütləq Cənnətə
daxil olacaqdır!” Mən soruşdum: “Zina və oğurluq etsə də belə?” Dedi: “Zina
32
və oğurluq etsə də belə.” (Yenə) soruşdum: “Zina və oğurluq etsə də belə?”
Dedi: “Zina və oğurluq etsə də belə.” (Bir daha) soruşdum: “Zina və oğurluq
etsə də belə?” Dedi: “Zina və oğurluq etsə də belə, Əbu Zərin xoşuna gəlməsə
də belə.” Əbu Zər hər dəfə bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna
gəlməsə də belə!” (Buxari 5827, Muslim 138, 283)
Kafiri – Lə İləhə İlləllah – Dedikdən Sonra Öldürməyin
Haram Olunması
61. Bəni Zuhra qəbiləsinin müttəfiqi olmuş, Bədr döyüşündə iştirak etmiş
Miqdad İbn Amr əl-Kindi demişdir: “(Bir dəfə) mən Peyğəmbərə dedim:
“Söylə görək, əgər mən (döyüşdə) kafirlərdən biri ilə üzbəüz gəlib onunla
vuruşsam, o, mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün
ağaca qalxıb: “Allaha təslim oluram!” desə, bu sözü deməyinə (baxmayaraq)
mən onu öldürə bilərəmmi, ya Rəsulullah?”. Peyğəmbər: “Sən onu
öldürməməlisən!” dedi. (Miqdad) dedi: “Ya Rəsulullah, axı, o, mənim bir əlimi
kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir.” Peyğəmbər: “Sən
onu öldürməməlisən. Çünki əgər sən onu öldürsən, onun halı, sənin onu
öldürməmişdən qabaqkı halın kimi olacaq. Sənin halın isə, onun bu sözü
deməmişdən əvvəlki halı kimi olacaq
15
” (Buxari 4019, Muslim 139, 284)
15
Peyğəmbərin : “...onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olcaq” sözü o deməkdir ki,
zahirən müsəlman olduqdan sonra onun qəsdinə durmaq qadağan olacaq, özü də şəriətə uyğun şəkildə
mühakimə olunacaq. “Sənin halın onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq” sözü isə o deməkdir
ki, əgər sən onu öldürsən, onun varislərinin səndən qisas və ya qanbahası almağa haqqı olacaq. “Fəthul
Bari” 19/301.
33
62. Usamə İbn Zeyd deyir ki: “(Bir dəfə) Peyğəmbər bizi Hurəqəyə
göndərdi və biz səhər tezdən düşmənə hücum edib onları darmadağın etdik.
(Döyüş əsnasında) mən ənsardan olan bir əshabə ilə birgə düşməndən olan
birisinə çatıb onu yaxaladıqda o adam: “Lə Ilahə Illəllah” dedi. (Bunu
eşidəndə) ənsardan olan əshabə ona dəymədi, mən isə mizrağımla onu vurub
öldürdüm. Biz (Mədinəyə) gəldikdə bu xəbər Peyğəmbərə çatdı və (mənə):
“Ey Usamə! (Adam) “Lə Ilahə Illəllah” deyəndən sonra sən onu
öldürmüsən?!” Dedim: “O, (məndən) qorunmaq üçün belə dedi.” Peyğəmbər
bunu o qədər təkrar etdi ki, mən həmin günədək müsəlman olduğuma
peşman oldum.” (Buxari 4269, 6872, Muslim 141, 288)
Peyğəmbərin : “Bizə Silah Çəkən Bizdən Deyildir” Sözü
63. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bizə qarşı
silah qaldıran adam bizdən deyildir.” (Buxari 6874, 7070, Muslim 143, 291)
64. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bizə qarşı silah
qaldıran adam bizdən deyildir.” (Buxari 7071, Muslim 145, 293)
Üzə Vurmağın, Paltar Cırmağın Və Cahiliyyə Dövrünün
Sözlərinin Söylənilməsinin Haram Olması
65. Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üz-gözünə döyən,
paltarının yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə
bizdən deyildir
16
” (Buxari 1297, 1298, 3519, Muslim 148, 296)
16
Ölüyə ağladıqda həddi aşan hər kəs Peyğəmbərin sünnəsinə zidd hərəkət etmiş hesab olunur.
34
66. (Bir dəfə) Əbu Musa ağır xəstələndi və başı zövcələrindən birinin
qucağında ikən bayıldı. Bu vaxt zövcəsi (fəryad qoparıb) ağlamağa başladı və
Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə dedi: “Peyğəmbərin uzaq
olduğu kimsədən mən də uzağam. Həqiqətən, Peyğəmbər (müsibət üz
verdikdə) şivən salıb ağlayan, başını qırxdıran və paltarını cıran kimsədən
uzaqdır!”. (Buxari 1296, Muslim 149, 298)
Nəmmamlığın Qəti Olaraq Haram Edilməsi
67. Huzeyfə rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Dedi-qodu yayan Cənnətə girməz!” (Buxari 6056, Muslim 152, 153, 304, 305)
Libasın Ətəklərinin (İsbal) Yerlə Sürüklənməsi, Yaxşılığı
Başa Qalxmağın Və Malı Andlarla Satmağın Haram
Olunması Və Qiyamət Günü Allahın Onlara Baxmayacağı,
Danışmayacağı Və Təmizə Çıxarmayacağı Üç Sinif İnsanın
Bəyanı
68. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü üç
sinif insan olacaq ki, Allah onların üzünə baxmayacaq və onları təmizə
çıxarmayacaqdır (Başqa rəvayətdə: Danışmayacağı). Üstəlik onları üzücü bir
35
əzab gözləyir: – o adam ki, yol kənarındakı suya sahib olmuş və (oradan
keçən) müsafirlərə bu sudan verməmişdir – o adam ki, əmirə yalnız dünya
xatirinə beyət etmiş və əmir dünya malından ona verdikdə ondan razı qalmış,
heç nə vermədikdə isə ona qəzəbi tutmuşdur – o adam ki, malını axşam çağı
satmağa çıxarıb: “Özündən başqa məbud olmayan Allaha and olsun ki, bu
mala filan qədər pul vermişəm” deyər, camaat da ona inanar (Başqa rəvayətdə:
Libasını yerlə sürükləyən kimsə). Sonra Peyğəmbər bu ayəni oxudu:
“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər
üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmaya-
caq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün
ağrılı-acılı bir əzab vardır”. (Ali İmran 77). (Buxari 2358, Muslim 157, 310)
İnsanın Öz Canına Qəsd Etməsinin Haram Olunması Və
Kim Özünə Nə İlə Qəsd Edərsə Onunla Da Cəhənnəmdə
Əzab Olunar Və Cənnətə Müsəlman Nəfsdən Başqası
Girməz
69. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim özünü
dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan
aşağı atar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə,
Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi
olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda
bu dəmir parçasını daim qarnına soxar və orada əbədi olaraq qalar.” (Buxari
5778, Muslim 158, 313)
36
70. Ağac altında beyət edən əshabələrdən Sabit İbn Dəhhak rəvayət etmişdir
ki, Peyğəmbər buyurdu: – kim İslamdan başqa bir din üzərində olduğuna
and içərsə, and içdiyi kimi olar – Adəm oğlu gücü çatmadığı bir şeyi nəzir
edəcəyinə dair söz verməməlidir – kim bu dünyada (hər hansı) bir şeylə öz
canına qəsd edərsə, Qiyamət günü həmin şeylə ona əzab verilər – kim bir
möminə lənət oxuyarsa, onu öldürmüş hesab olunar – habelə, kim bir mömini
küfrdə ittiham edərsə, onu öldürmüş hesab edilər”. (Buxari 6047, Muslim 160,
316)
71. Əbu Hureyra deyir ki: “Biz Peyğəmbərlə birlikdə Huneyn döyüşündə
iştirak etdik. Orada Peyğəmbər müsəlman adlanan kimsələrdən biri
haqqında: “Bu, Cəhənnəm əhlindəndir” dedi. (Nəhayət,) döyüşə başladığımız
zaman həmin adam var gücü ilə vuruşdu və (ağır) yaralandı. (Peyğəmbərə
dedilər): “Ey Allahın Elçisi! Bayaq haqqında: “O, Cəhənnəm əhlindəndir”
dediyin adam bu gün var gücü ilə vuruşdu və (aldığı yaralardan) dünyasını
dəyişdi”. Peyğəmbər: “Onun yolu Cəhənnəmədir” dedi. (Bu sözdən sonra) az
qaldı ki, müsəlmanların bəzisi şübhəyə düşsün. Onlar şübhə içində ikən birdən
(səhabələrdən biri): “O adam ölməyib, lakin ağır yaralanıb” dedi. Nəhayət,
gecə düşdükdə həmin adam ağrılara dözməyib öz canına qəsd etdi. Onun
barəsində Peyğəmbərə xəbər verildikdə o: “Allah Böyükdür! Şahidlik
edirəm ki, mən, həqiqətən də, Allahın qulu və elçisiyəm!” dedi. Sonra Bilala
buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman
girər. Və sözsüz ki, Allah bu dini günahkar bir adamın vasitəsilə olsa belə,
qüvvətləndirər”. (Buxari 3062, 6606, Muslim 162, 319)
37
72. Səhl İbn Səd əs-Saidi rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər
(və onun əshabələri) müşriklərlə üz-üzə gəlib döyüşməyə başladılar. (Bir
müddətdən sonra) Peyğəmbər öz düşərgəsinə, müşriklər də öz
düşərgələrinə çəkildilər. Peyğəmbərin əshabələri arasında elə birisi var idi
ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib
qətlə yetirmişdi. (Bəziləri) dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi
döyüşmədi”. Peyğəmbər: “(Filankəsə) gəlincə, o, Cəhənnəm əhlindəndir!”
Əshabələrdən biri: “Bu gün mən onu izləyəcəyəm” dedi və onun dalınca
düşdü. Adam hər dayandıqda, əshabə onunla bərabər dayanar, tez-tez
getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və
canını (əzab-əziyyətdən) qurtarsın deyə qılıncının qəbzəsini yerə dayadı,
tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxdı. (Bu
hadisədən sonra) əshabə Peyğəmbərin yanına gəlib dedi: “Mən şahidlik
edirəm ki, sən Allahın Elçisisən!”. Peyğəmbər: “Nə olub ki?” (Əshabə) dedi:
“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, hamını
heyrətə saldı. Onda mən (öz-özümə): “Mən onun barəsində sizə (bir xəbər)
gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam
ölümcül yaralandı və canını (əzab-əziyyətdən) tez qurtarmaq üçün qılıncının
qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının
üstünə yıxaraq canına qəsd etdi.” Bunu eşidəndə Peyğəmbər buyurdu:
“Həqiqətən, insanlara kimsənin Cənnət əhlinin əməli kimi bir əməl etdiyi
görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara
kimsənin Cəhənnəm əhlinin əməli kimi bir əməl etdiyi görünə bilər, halbuki
həmin adam Cənnət əhlindəndir.” (Buxari 2898, 4202, Muslim 163, 320)
73. Cundəb İbn Cunadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən
əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. Adam ağrıya
dözmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah
buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də
Cənnəti ona haram etdim!” (Buxari 3463, Muslim 164, 321)
Dostları ilə paylaş: |