Al-lulu vəl-mərcan


Oturaraq Yatanın Dəstəmazının Pozulmamasına Dəlil



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

 

 

Oturaraq Yatanın Dəstəmazının Pozulmamasına Dəlil 

 



 

212. Ənəs  demişdir: “(Bir dəfə) namaza iqamə verildi, Peyğəmbər  isə hələ 



də məscidin bir tərəfində kiminləsə gizli söhbət edirdi. O, namaz qılmaq üçün 

ayağa  qalxanda  (əshabələrdən)  bəziləri  artıq  yuxulamışdı.”  (Buxari  642, 

Muslim 376, 564, 859) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

106 



 



 

 

 

 



 

Namaz Kitabı 

 

 



 

 



 

 


 

 

107 



 

 

Azanın Başlanması 

 





 

213. İbn Ömər  rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra 

(əvvəl-əvvəl)  namaz  vaxtını  təqribi hesablayıb  bir  yerə  toplaşardılar. Çünki o 

vaxt  heç  kəs  (camaatı)  namaza  çağırmırdı.  Bir  gün  müsəlmanlar  bu  haqda 

söhbət açdılar və onların bəzisi dedi: “Xristianlar kimi zəng çalın.” Bəziləri də: 

“Yox,  yəhudilər  kimi  buynuzabənzər  bir  alətdən  istifadə  edin”  dedi.  Ömər: 

“Bəlkə  bir  adam  təyin  edəsiniz  (camaatı)  namaza  çağırsın?”.  Peyğəmbər:  “Ey 

Bilal, qalx, (camaatı) namaza çağır!” (Buxari 604, Muslim 377, 568, 863) 

 

 

 

Azanın İki-İki İqamənin Tək Olmasının Əmr Edilməsi 

 

 

214. Ənəs  rəvayət edir ki: “Atəş qalamağı və  zınqırov çalmağı zikr etdilər, 



Yəhudi  və  Xristianları  da  zikr  etdilər.  Bilala    Aznın  sözlərini  cüt  sayda 

İqamənin  sözlərini  tək  sayda  söyləməyi  əmr  olundu”.  (Buxari  603,  3457, 

Muslim 864, 867, 378/2)  

 



 

 

Müəzzinin Sözlərinin Eşidənə Onu Təkrarlaması Sonra 



Peyğəmbərə  Salavat Gətirməsi Və Onun Üçün Vəsilə 

İstəməsi 

 



 


 

 

108 



215.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Azanı 

eşidəndə  müəzzinin  dediklərini  təkrar  edin”.  (Buxari  611,  Muslim  383,  574, 

874) 

 

 



 

Azanın Fəziləti Və Şeytanın Onu Eşitdikdə Qaçması 

 



 

216.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Namaz  üçün 



azan  veriləndə  şeytan  bərkdən  yel  buraxaraq  qaçır  ki,  bu  çağırışı  eşitməsin, 

azan  qurtardıqda  isə  geri  qayıdır.  İqamə  veriləndə  yenə  dönüb  qaçır,  iqamə 

bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: 

“Filan  şeyi  və  filan  şeyi  yadına  sal”  deyərək  (namazı  qurtarana  qədər)  onun 

yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını 

(yadına sala) bilmir”. (Buxari 608, Muslim 389, 585, 885) 

 

 

 

Ehram Təkbirində, Rukuda Və Rukudan Qalxdıqda Əlləri 



Çiyinlərə Qədər Qaldırmağın Müstəhəb Olması, Səcdədən 

Qalxdıqda İsə Bunun Edilməməsi 

 

 



 

217. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  belə edərkən gördüm: 



“Namaza  durduğu  zaman  əllərini  çiyinlərinə  qədər  qaldırardı  (Yəni, 

Təkbirdə). Bu əməli həmçinin Rukuya getdikdə və Rukudan qalxdıqda da edər 

və Səmiallahu Limən Həmidəh – deyərdi. Lakin Səcdədə belə etməzdi (əllərini 

qaldırmazdı)”. (Buxari 736, Muslim 390, 587, 888) 

 


 

 

109 



 

218.  Əbu  Kiləbə  rəvayət  edir  ki,  Məlik  İbn  Huveyrisin  namaz  qıldığını 



gördüm. Təkbir gətirdi və əllərini qaldırdı. Ruku etmək istədiyi zaman (Təkbir 

üçün)  əllərini  qaldırdı.  Rukudan  başını  qaldırdıqda  əllərini  də  qaldırdı.  O, 

Peyğəmbərin  belə etdiyini söylədi”. (Buxari 737, Muslim 391, 588, 890) 

 

 

 

Hər Əyilib Qalxdıqda Təkbirin İsbati, İstisna Olaraq 

Rukudan Qalxdıqda İsə Yalnız Səmiallahu Limən Həmidəh – 

Deyilməsi 

 

 



 

219.  İbn  Şihab, Əbi  Sələmədən  rəvayət  edir  ki,  Əbu  Hureyrə   onlara  namaz 



qıldırdıqda  hər  əyilib  durduqda  Təkbir  gətirərdi.  Namazı  bitirdikdən  sonra: 

“İçinizdə  namazı  Rəsulullahın  namazına  ən  çox  bənzəyən  mənəm”  dedi. 

(Buxari 785, Muslim 392, 590, 893) 

 

 



 

220. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  namaza durarkən “Allahu 



Əkbər” deyərdi. Habelə, rükuya gedərkən də “Allahu Əkbər” deyərdi. Rüku-

dan  qalxıb  belini  dikəldərkən  “Səmi  Allahu  limən  həmidəh”  deyər,  qalxıb 

dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyərdi. Sonra başını qaldırdıqda 

Allahu  Əkbər”  deyərdi.  Sonra  səcdə  etdikdə  “Allahu  Əkbər”  deyərdi, 

səcdədən  başını  qaldırdıqda  “Allahu  Əkbər”  deyərdi.  Sonra namazın  sonuna 

qədər bütün namazlarında  belə edərdi. İkinci rükəti bitirib oturduqdan sonra 

ayağa qalxmaq istədikdə “Allahu Əkbər” deyəb qalxrdı”. (Buxari 789, Muslim 

392, 591, 894) 

 


 

 

110 



 



221. İmran İbn Huseyn, Mutarrif İbn Abdullahdan rəvayət edir ki, Əli İbn Abu 

Talibin    arxasında  namaz  qıldım.  Mən  və  İmran  İbn  Huseyn,  O  səcdə 

edərkən,  səcdədən  başını  qaldırarkən  və  ikinci  rükətdən  qalxarkən  “Allahu 

Əkbər” deyərdi. Namazı bitirdikdən sonra İmran İbn Huseyn  əlimdən tutdu 

və:  “Bu  kimsə  mənə  Peyğəmbərin  namaz  qılmasını  xatırlatdı  və  ya  bizə 

Muhəmmədin  namazını qıldırdı” dedi. (Buxari 786, Muslim 393, 594, 899)  

 

 



Hər Rükətdə Fatihənin Oxunmasının Vacib Olması Və 

Əgər Fatihəni Gözəl Şəkildə Oxumağı Bacarmasa Və 

Öyrənmək İmkanı Olmasa Ona Asant Gələnin Oxunması 

 



 

222.  Ubadə  İbn  Samit    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “əl-Fatihəni 



oxumayanın namazı yoxdur!” (Buxari 756, Muslim 594, 394,900) 

 



 

223.  Əbu  Hureyra    demişdir:  “Hər  namazda  (Quran)  oxumaq  lazımdır. 



Peyğəmbər  (namazda Quran oxuduqda) nəyi bizə səslə oxumuşdursa, biz də 

onu  sizə  səslə  oxuyuruq  və  nəyi  bizə  səssiz  oxumuşdursa,  biz  də  onu  sizə 

səssiz  oxuyuruq.  (Namazda)  ancaq  “əl-Fatihə”  surəsini  oxusan,  bu  kifayət 

edər, əgər əlavə etsən, bu daha yaxşı olar.” (Buxari 772, Muslim 394, 600, 909) 

 

 

 



 

 

111 



224. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  məscidə daxil olduqda, bir 

nəfər də daxil oldu və namaza durdu. (Namazı bitirdikdən) sonr Peyğəmbərin 

 yanına gələrək ona salam verdi. Peyğəmbər   onun salamını qaytardıqdan 

sonra  buyurdu:  “Qayıd  namazını  qıl!  Çünki  sən  namaz  qılmadın”.  O,  kimsə 

namazı  yenidən  qıldıqdan  sonra  Peyğəmbərin    yanına  gələrək  ona  salam 

verdi.  Peyğəmbər    onun  salamını  qaytardıqdan  sonra  buyurdu:  “Qayıd 

namazını qıl! Çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrarlandı. Sonra o, 

kimsə  dedi:  “Səni  Haqq  ilə  göndərən  Allaha  and  olsun  ki,  mən  bundan 

başqasını  bacarmıram.  Məni  öyrət”.  Peyğəmbər:  “Namaza  durduğun  zaman 

Təkbir  gətir,  sonra  Qurandan  sənə  asant  olanı  oxu!  Sonra  ruku  et  və  rukuda 

rahat olana qədər dur, sonra (rukudan) başını qaldır və bütün əzalar öz yerini 

tutana  qədər  dur,  sonra  səcdə  et  və  səcdədə  rahat  olana  qədər  dur,  sonra 

(səcdədən qalxaraq iki səcdə arasında) rahat olana qədər dur, sonra səcdə et və 

rahat olana qədər dur, sonra namazın bütün rükətlərində belə et”. (Buxari 793, 

6251, 6667, Muslim 397, 602, 911)  

 

 

 

Bismilləhin Səslə Deyilməməsini Söyləyənlərin Dəlili 

 



 



225.  Ənəs    demişdir:  “Peyğəmbər  ,  Əbu  Bəkr  və  Ömər    namazı 

“Əlhəmdulillahi Rabbil Aləmin” kəlməsi ilə başlayardılar. (Buxari 743, Muslim 

606, 918) 

 

 

 

Namazda Təşəhhüd



 

 

 



 

 

112 



226.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  biz  Peyğəmbər    ilə  bərabər 

namaz  qılarkən:  “Qullarından  öncə  Allaha  salam  olsun,  Cəbrailə  və  Mikailə 

salam olsun, filankəsə salam olsun” deyərdik. (Bir dəfə) Peyğəmbər  namazı 

bitirdikdən  sonra  bizə  tərəf  üzünü  döndərib  buyurdu:  “Həqiqətən,  Salam 

Allahın Özüdür. Qoy sizlərdən biri namazda təşəhüddə oturduqda belə desin: 

Ət-Təhiyyətu  Lilləhi,  Vəs-Səlavatu  Vət-Tayyibat,  Əs-Səlamu  Aleykə 



Əyyuhən-Nəbiyyu Və Rahmətullahi Və Bərəkatuhu, Əs-Səlamu Aleynə Və Alə 

Ibadillahis-Salihin  -

 

Salamlar,  dualar  və  gözəl  şeylər  Allaha  məxsusdur.  Ey 



Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! 

Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, 

bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh quluna yetişər. (Sonra 

desin:) “Mən şahidlik edirəm ki,  Allahdan başqa ibadətə layiq  məbud yoxdur 

və  şahidlik  edirəm  ki,  Muhəmməd  Onun  qulu  və  elçisidir.  Sonra  istədiyi 

xeyirli sözləri söyləyə bilər (Yəni, dua etmək)” (Buxari 831, 6230, Muslim 402, 

609, 924) 

 



 

 

Təşəhhüdən Sonra Peyğəmbərə  Salavat Gətirmək 

 

 

227.  AbdurRahman  İbn  Əbi  Leylə  deyir  ki,  Kəb  İbn  Ucra    ilə  qarşılaşdım. 



Mənə dedi: “Peyğəmbərdən  eşitdiyim bir hədiyyəni sənə hədiyyə etməyimi 

istəyirsənmi?”.  Mən:  “Bəli,  mənə  hədiyyə  et!”  dedim.  Biz:  “Ya  Rəsulullah! 

Sizin Əhli Beytinizə slavat necə olmalıdır? Həqiqətən Aallah sizə necə salavat 

deməyi  bizə  öyrətmişdir”.  Peyğəmbər:  “Deyin  Allahummə  Salli  Alə 



Muhəmmədin  Və  Alə  Əli  Muhəmməd  Kəmə  Salleytə  Alə  İbrhimə  Və  Alə  Əli 

İbrahim  İnnəkə  Həmidun  Məcid,  Allahummə  Bərik  Alə  Muhəmmədin  Və  Alə 

Əli  Muhəmmədin  Kəmə  Bəraktə  Alə  İbrahimə  Və  Alə  Əli  İbrahim  İnnəkə 

Həmidun Məcid”. (Buxari 3370, 6357, Muslim 406, 614, 935) 

 



 


 

 

113 



228.  Əbu  Humeyd əs-Saidi    rəvayət  edir  ki,  (bir  dəfə) əshabələr soruşdular: 

“Ya  Rəsulullah,  salavatı  sənə  necə  gətirməliyik?”.  Peyğəmbər:  “Deyin: 



“Allahummə  Salli  Alə  Muhəmmədin  Və  Əzvacihi  Və  Zurriyyətihi,  Kəmə  Sal-

leytə Alə Ali Ibrahim, Və Barik Alə Muhəmmədin Və Əzvacihi Və Zurriyyətihi, 

Kəmə  Barəktə  Alə  Ali  Ibrahim.  İnnəkə  Həmidun  Məcid”  (Buxari  3369,  6360; 

Muslim 407, 615, 938) 

 

 

 

Təsmiy Təhmid və Təmin (Amin) 

 



 



229.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İmam 

Səmiallahu Limən Həmidəh” dediyi zaman, Deyin: “Allahummə Rabbənə Və 



Ləkəl  Həmd”.  Kimin  sözü  mələklərin  sözü  ilə  üst-üstə  düşərsə  keçmiş 

günahları bağışlanar”. (Buxari 796, 3228, Muslim 409, 617, 940)  

 





 

230.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz 

Amin”  deyəndə  göydəki  mələklər  də  ”Amin”  deyirlər,  əgər  bu  sözlər  eyni 

vaxtda  deyilərsə,  (“Amin”)  deyən  adamın  keçmiş  günahları  bağışlanar.” 

(Buxari 781, Muslim 410, 620, 944, 945) 

 

 



231.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İmam:  Ğeyril 

Məğdubi  Aleyhim  Vələddallin”  deyərsə,  siz  deyin:  “Amin”.  Kimi  sözü 

mələklərin sözü ilə üst-üstə düşərsə keçmiş günahları bağışlanar”. (Buxari 782, 

4475, Muslim 410, 621, 947)  

 

 

 


 

 

114 



İmamın Arxasında Olanların Namazı İmamla Birlikdə 

Tamamlamaları 

 

 



 

232.  Zuhri  deyir  ki,  Ənəs  İbn  Məlikin    belə  dediyini  eşitdim:  “Peyğəmbər 

atından  yıxıldı”.  Sufyan  deyir  ki:  “An  Fərasin  –  yerinə  -  Min  Fərasin”.  Sağ 

tərəfini yaraladı.  Bizlər xəstə ziyarəti etmək üçün yanına getdik. Namaz vaxtı 

gəldi.  Peyğəmbər  bizə  oturduğu  halda  namaz  qıldırdı.  Biz  də  oturduq”. 

Sufyan  bir  dəfə  də:  “Biz  də  oturaraq  qıldıq”  dedi.  Peyğəmbər  namazı 

bitirdikdən  sonra  buyurdu:  “İmam  yalnız  ona  tabe  olmaq  üçün  təyin 

edilmişdir. İmam təkbir gətirdikdə siz də təkbir gətirin, imam ruku etdikdə siz 

də  ruku  edin.  Rukudan  başını  qaldırdıqda siz  də  qaldırın,  Səmiallahu  Limən 

Həmidəh  dediyi  zman  siz  də  Rabbənə  Və  Ləkəl  Həmd  –  deyin.  Səcdə  etdiyi 

zaman siz də səcdə edin. (Buxari 734, 805, Muslim 411, 622, 948) 

 





 

233.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbər    xəstələndiyi  zaman  öz  evində 



oturmuş  vəziyyətdə  namazı  qıldı,  arxasındakı  camaat  isə  namazı  ayaq  üstə 

qıldı.  O,  onlara  (əli  ilə)  işarə  etdi  ki,  otursunlar.  Namazı  qılıb  qurtardıqdan 

sonra  buyurdu:  “İmam  ona  görə  təyin  olunmuşdur  ki,  (arxasında)  namaz 

qılanlar ona tabe olsunlar. O, rükuya gedəndə siz də rükuya gedin, o, (başını) 

qaldıranda, siz də (başınızı) qaldırın, o, oturmuş vəziyyətdə namaz qılarsa, siz 

də (namazı) oturmuş vəziyyətdə qılın”. (Buxari 688, Muslim 412, 623, 953) 

 

 

234. Əbu  Hureyra    rəvayət edir  ki, Peyğəmbər    buyurdu:  “İmam  ona görə 



təyin  olunmuşdur  ki,  (arxasında)  namaz  qılanlar  ona  tabe  olsunlar.  O,  təkbir 

etdikdə siz də təkbir edin, rükuya gedəndə siz də rükuya gedin, o,  Səmiallah 



Limən  Həmidəh  –  dedikdə,  siz  də:  Rabbənə  Və  Ləkəl  Həmd  –  deyin.  Səcdə 

 

 

115 



edərsə siz də səcdə edin. O, oturmuş vəziyyətdə namaz qılarsa, siz də (namazı) 

oturmuş vəziyyətdə qılın” (Buxari 689, 734, Muslim 414, 625, 957)  

 

 

 

Xəstəlik, Səfər Və S. Kimi Üzürlü Səbəblərə Görə İmamın 



Əvəzinə Başqasının İnsanlara Namaz Qıldırması Üçün 

Təyin Edilməsi 

 









 

235.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbərin    vəziyyəti  ağırlaşdığı  zaman 



soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər.” O 

dedi:  “Təknəyə  (taxta  qab)  mənim  üçün  su  tökün!”  Biz  onun  dediyini  yerinə 

yetirdik,  sonra  o  yuyundu  və  ayağa  qalxmaq  istədikdə  huşunu  itirdi. 

Peyğəmbər    ayıldıqdan  sonra  (yenə)  soruşdu:  “Camaat  namaz  qılıbmı?”  Biz 

dedik:  “Xeyr,  onlar  səni  gözləyirlər,  ya  Rəsulullah!”  O  (yenə)  dedi:  “Təknəyə 

mənim  üçün  su  tökün!”  O,  (təknəyə)  oturub  yuyunduqdan  sonra  ayağa 

qalxmaq  istədi,  amma  (yenə  də)  huşunu  itirdi,  ayıldıqdan  sonra  (yenə) 

soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ya 

Rəsulullah!”  O  (yenə)  dedi:  “Təknəyə  mənim  üçün  su  tökün!”  O,  (təknəyə) 

oturub  yuyunduqdan  sonra  ayağa  qalxmaq  istədi,  amma  (yenə  də)  huşunu 

itirdi,  ayıldıqdan  sonra  (yenə)  soruşdu:  “Camaat  namaz  qılıbmı?”  Biz  dedik: 

“Xeyr,  onlar  səni  gözləyirlər,  ya  Rəsulullah!”  Bu  əsnada  camaat  məsciddə 

oturub  Peyğəmbəri    gözləyirdi  ki,  onlara  axırıncı  (namazı)  –  işa  namazını 

qıldırsın.  Peyğəmbər    Əbu  Bəkrə    xəbər  göndərdi  ki,  camaata  namaz 

qıldırsın.  (Peyğəmbərin)  göndərdiyi  adam  onun  yanına  gəlib  dedi:  “Allahın 

elçisi  sənə əmr edir ki, camaata namaz qıldırasan.” Əbu Bəkr  ürəyiyumşaq 

adam idi deyə belə dedi: “Ey Ömər, camaata namazı sən qıldır!” Ömər isə ona: 


 

 

116 



“Sənin buna daha çox haqqın var” deyə (etiraz etdi). Beləliklə, həmin günlərdə 

camaata  namazı  Əbu  Bəkr  qıldırdı.  (Bir  neçə  gündən)  sonra  Peyğəmbərin   

halı  yaxşılaşdı  və  iki  nəfər  onun  (sağından  və  solundan)  qoluna  girib  zöhr 

namazını qılmaq üçün onu (məscidə) apardı. (Onun qoluna girən) iki nəfərdən 

biri  Abbas    idi.  (Peyğəmbər    məscidə  gəldikdə)  Əbu  Bəkr    (camaata) 

namaz  qıldırırdı.  Əbu  Bəkr    onu  görən  kimi  geriyə  çəkilmək  istədi,  lakin 

Peyğəmbər  əli ilə ona işarə etdi ki, geriyə çəkilmə. Peyğəmbər  (o iki nəfərə): 

“Məni  onun  yanında  otuzdurun!”  dedi  və  onu  Əbu  Bəkrin    yanında 

otuzdurdular. Bundan sonra Əbu Bəkr  Peyğəmbərə , camaat da Əbu Bəkrə 

tabe  olaraq  namaz  qıldı.  Peyğəmbər    (namazı)  oturmuş  vəziyyətdə  qıldı. 

(Buxari 687, Muslim 629, 963) 

 

 



236.  Aişə 

  demişdir:  “Peyğəmbərin    vəziyyəti  ağırlaşdığı  və  ağrıları 



şiddətləndiyi  zaman  o,  öz  zövcələrindən  xahiş  etdi  ki,  ona  mənim  evimdə 

baxsınlar və onlar da buna razılıq verdilər. Sonra Peyğəmbər bir tərəfində İbn 

Abbas,  digər  tərəfində  bir  kişi  olmaqla  iki  nəfərin  çiyinləri  arasında  ayaqları 

yerlə  sürünərək  (cəmaata)  çıxdı.  (Hədisin  Ravisi)  Ubeydullah  Aişənin 



söylədiklərini  İbn  Abbasa    danışdı.  İbn  Abbas:  “Aişənin  ismini 



söyləmədiyi  kişinin  kim olduğunu  bilirsənmi?” dedi.  Mən:  “Xeyr”  dedim.  O: 

“O, Əli İbn Abu Talib idi” dedi. (Buxari 665, 2588, Muslim 418, 630, 964, 965) 

 

 

237.  Aişə 





deyir  ki,  And  olsun  ki,  Əbu  Bəkrin    insnlara  imam  olub 

namaz  qıldırsın  əmri  xüsusunda  Rəsulullaha  çox  müraciət  etdim.  Məni 

Rəsulullaha    çox  müraciət  etməyə  sövq  edən  səbəb  bu  idi:  “Rəsulullahın 

yerinə keçən kimsəni insanların sevə biləcəyini qəbul heç düşünmürdü. Və elə 

düşünürdüm  ki,  Rəsulullahın  yerinə  keçən  kimsəni  insanlar  qəbul 

etməyəcəklər.  Buna görə  də  mən Rəsulullahın, Əbu  Bəkrin imamlıq  etməsinə 

dir əmrini israrla istəmişdim”. (Buxari 4445, Muslim 418, 632, 966) 

 



 

 

117 





 

238.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbər    ölümü  ilə  nəticələnən  xəstəliyə 



tutulduğu zaman namaz vaxtı yetişdikdən və azan verildikdən sonra buyurdu: 

“Əbu Bəkrə  deyin, camaata namaz qıldırsın!” Ona  dedilər ki: “Əbu Bəkr  

ürəyiyumşaq  adamdır,  əgər  sənin  yerinə  imamlıq  etsə,  (çox  ağladığı  üçün) 

camaata  namaz  qıldıra  bilməyəcək.”  Peyğəmbər    sözünü  təkrar  etdi, 

yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa 

gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə  deyin, camaata namaz qıldırsın!” 

Beləlilkə, Əbu Bəkr  (məscidə) gedib camaata namaz qıldırmağa başladı. Bu 

əsnada Peyğəmbərin  halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) 

qoluna  girib  onu  (məscidə)  apardı.  Mən  onun  xəstəliyi  üzündən  ayaqlarını 

yerlə  sürüdüyünü,  sanki,  indi  də  görürəm.  Əbu  Bəkr  (onun  gəldiyini  hiss 

etdikdə)  geriyə  çəkilmək  istədi,  lakin  Peyğəmbər    əli  ilə  ona  işarə  etdi  ki, 

yerində qal. Sonra onu (imamın durduğu yerə) apardılar və o, Əbu Bəkrin   

yanında  (yerə)  oturdu.  Peyğəmbər    namaz  qılmağa  başladı,  Əbu  Bəkr   

namazına  davam  etdi  və  camaat  da  Əbu  Bəkrə    tabe  olaraq  namaz  qıldı. 

(Buxari 664, 683, Muslim 418, 635, 970) 

 

 



239.  Aişə 



rəvayət  edir  ki,  Rəsulullahın  xəstəliyi  ağırlaşdığı  zaman  Bilal 



gəlib  namaz  vaxtını  bildirdi.  Peyğəmbər:  “Əbu  Bəkrə    insanlara  namaz 

qıldırmasını əmr edin” deyə buyurdu. Aişə: “Ya Rəsulullah! Əbu Bəkr  qəmli 

və hissiyatlı bir insandır. Heç şübhəsiz ki, o sənin məqamında durduğu zaman 

(ağladığı  üün)  insanlara  oxuya  bilməyəcəkdir.  Bu  işi  Ömərə    əmr  etsən” 

dedim.  Peyğəmbər:  “Əbu  Bəkrə    əmr  edin  insanlara  namaz  qıldırsın”  deyə 

buyurdu.  Mən  Həfsəyə 



də:  “Heç  şübhəsiz  ki,  Əbu  Bəkr  qəmli  bir 



kimsədir.  O,  sənin  məqamına  durduğu  zaman  qiraəti  insanlara  eşitdirə 

bilməyəcəkdir.  Ömərə    əmr  etsən”  dedi.  Peyğəmbər:  “Yusuf  Peyğəmbərin 



 

 

118 



sahibləri  siz  qadınlarsınız.  Əbu  Bəkrə    insanlara  namaz  qıldırmasını  əmr 

edin” deyə buyurdu. Əbu Bəkr  namaza durduğu zaman Peyğəmbər özündə 

bir  rahatlıq  hiss  etdi  və  qalxaraq  iki  adam  arasında  ayaqları  sürünə  sürünə 

məscidə  gətrildi.  Əbu  Bəkr    Onun  gəlişini  hiss  etdiyi  üçün  geriyə  çəkilmək 

istədi.  Peyğəmbər  ona  yerində  qalması  üçün  işarə  etdi.  Peyğəmbər  gələrək 

Əbu Bəkrin  solunda dayandı. Əbu Bəkr  ayaq üstə namaz qıldırdığı halda 

Rəsulullah  isə  oturaraq  namaz  qılırdı.  Əbu  Bəkr.  Rəsulullahın  namazına 

uyurdu,  insanlar  da  Əbu  Bəkrin  namazına  uyurdular”.  (Buxari  713,  Muslim 

418, 634, 968) 

 





 



240.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    vəfatına  səbəb  olan 

xəstəliyə  tutulduğu  zaman  (yatağa  düşdükdə)  camaata  namazı  Əbu  Bəkr   

qıldırırdı.  Nəhayət,  bazar  ertəsi  camaat  namaz  qılmaq  üçün  cərgəbəcərgə 

düzüldükdə  Peyğəmbər    (qaldığı)  hücrənin  pərdəsini  qaldırdı  və  ayaq  üstə 

dayanıb  bizə  baxmağa  başladı.  Onun  üzünün  (gözəlliyi),  sanki  Quran  kağızı 

idi.  Sonra  o  gülümsədi.  Biz  Peyğəmbəri    görəndə  sevincimizdən  az  qaldı  ki, 

namazdan  çıxaq.  Əbu  Bəkr    Peyğəmbərin    namaz  qılacağını  zənn  etdi  və 

dala  çəkilərək  arxasındakı  cərgəyə  keçdi.  Peyğəmbər    bizə  “Namazınızı 

tamamlayın” işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də vəfat etdi. 

(Buxari 680, Muslim 419, 636, 971) 

 

 

241.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    üç  gün  çıxmadı.  Namaza  iqamə 



olundu.  Əbu  Bəkr    irəli  keçib  namaza  durdu.  Peyğəmbər  əli  ilə  pərdəni 

qaldırdı. Peyğəmbərin üzü göründü. O, anda onun üzündən daha xoş bir şey 

görməmişdik.  Peyğəmbər,  Əbu  Bəkrə    irəli  keçsin  deyə  əli  ilə  işarə  etdi  və 

pərdəni endirdi. Ondan sonra vəfat edənə qədər gözəl üzünü bir daha görmək 

müyəssər olmadı”. (Buxari 681, Muslim 419, 637, 974) 

 


 

 

119 



 

242. Əbu Musa  rəvayət edir ki, Peyğəmbərin  xəstəliyə tutuldu və xəstəliyi 

şiddətləndi.  Peyğəmbər:  “Əbu  Bəkrə    əmr  edin  insanlara  namaz  qıldırsın” 

deyə  buyurdu.  Aişə:  “Əbu  Bəkr    qəlbi  yumşaq  bir  kimsədir,  sənin 

məqamında  durduğu  zaman  insanlara  namaz  qıldıra  bilməyəcəkdir”  dedim. 

Peyğəmbər: “Əbu Bəkrə  əmr edin insanlara namaz qıldırsın” deyə buyurdu. 

Aişə 



yenə sözlərini təkrar etdi. Peyğəmbər: “(Ey Aişə) Sən Əbu Bəkrə   



əmr  et  insanlara  namaz  qıldırsın.  Siz  qadınlar  Yusuf  Peyğəmbərin  sahibləri 

olan  qadınlarsınız”  deyə  buyurdu.  Əbu  Bəkrə    xəbər  verildi  və  o 

Peyğəmbərin  həyatında  ikən  insanlara  namaz  qıldırdı”.  (Buxari  678,  Muslim 

420, 638, 975)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin