Peyğəmbərin Meraca Qaldırılması Və Namazın Fərz
Edilməsi
52
102. Ənəs İbn Malik Əbu Zərdən belə rəvayət etmişdir ki, Peyğəmbər
buyurdu: “Mən Məkkədə ikən evimin damı aralandı və Cəbrail (yanıma)
endi. Köksümü yardıqdan sonra onun içini Zəm-zəm suyu ilə yudu. Sonra içi
hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və
onu bağladı. Sonra əlimdən tutub məni yerə ən yaxın olan göyə qaldırdı. Mən
yaxın göyə gəlib çatdıqda Cəbrail səmanın gözətçisinə: “Aç” dedi.
(Gözətçi): “Kimdir?” deyə soruşdu. O: “Cəbraildir!” dedi. (Gözətçi): “Yanında
kimsə varmı?” deyə soruşdu. Cəbrail: “Muhəmməd yanımdadır!” dedi.
(Gözətçi) soruşdu: “Ona (gəlsin deyə) xəbər göndərildimi?” Cəbrail: “Bəli!”
dedi. (Göy qapıları) açıldıqda biz yaxın göyün üstünə qalxdıq və orada
oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində (insanlardan ibarət)
toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O,
(məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlibdir!”.
Mən Cəbraildən: “Bu kimdir?” deyə soruşdum. Dedi: “Bu Adəmdir, onun
sağında və solunda olan toplumlar isə zürriyyətinin ruhlarıdır. Sağında
duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də)
sağına baxanda gülür, soluna baxanda ağlayır.” Sonra Cəbrail mənimlə
53
ikinci göyə qalxdı və onun gözətçisinə: “Aç” dedi. Bu gözətçi də ona əvvəlki
gözətçinin dediyini deyəndən sonra (qapını) açdı. Ənəs: “Əbu Zərr
Peyğəmbərin göylərdə Adəmi, İdrisi, Musanı, İsanı və İbrahimi – onların
hamısına Allahın salavatı olsun – gördüyünü söyləsə də, onların məqamları
barədə dəqiq bir söz demədi. Yalnız Adəmi aşağı göydə, İbrahimi də altıncı
göydə gördüyünü söylədi. Ənəs: “Cəbrail Peyğəmbərlə birlikdə İdrisin
yanına gəldikdə (İdris): “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş
gəlibdir!” dedi. Peyğəmbər: “Mən: “Bu kimdir?” deyə soruşdum. Cəbrail:
“İdrisdir” dedi. Sonra mən Musanın
yanına gəldim. (Musa): “Əməlisaleh
peyğəmbər və əməlisaleh qardaş xoş gəlibdir!” dedi. Mən: “Bu kimdir?” deyə
soruşdum. Cəbrail: “Musadır” dedi. Sonra mən İsanın
yanına gəldim. İsa:
“Əməlisaleh qardaş və əməlisaleh peyğəmbər xoş gəlibdir!” dedi. Mən: “Bu
kimdir?” deyə soruşdum. Cəbrail: “İsadır” dedi. Sonra mən İbrahimin
yanına gəldim. İbrahim: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş
gəlibdir!” dedi. Mən: “Bu kimdir?” deyə soruşdum. Cəbrail: “İbrahim
”
dedi.” (Ravi: İbn Şihab) İbn Abbasdan və Əbu Həbbə əl-Ənsaridən
rəvayət edir ki, Peyğəmbər demişdir: “Sonra (Cəbrail) mənimlə elə bir
yüksəkliyə qalxdı ki, mən qələmlərin xışıltısını
20
eşitdim”. Ənəs İbn Malik
rəvayət edir ki, Peyğəmbər demişdir: “Allah mənim ümmətimə əlli vaxt
namaz qılmağı vacib buyurdu. Mən geri qayıdarkən Musanın
yanına gəlib
çatdıqda, o: “Allah sənin ümmətinə nəyi əmr etdi?” deyə soruşdu. Dedim:
“Əlli vaxt namaz qılmağı vacib buyurdu”. Musa: “Rəbbinin yanına qayıt (və
Ondan bu hökmü yüngülləşdirməyi xahiş et). Çünki sənin ümmətin bunun
öhdəsindən gələ bilməyəcək.” Mən yenidən (Ona) müraciət etdim və O (bu)
sayı bir qədər azaltdı. Sonra Musanın
yanına qayıdıb: “O, (bu) sayı bir qədər
azaltdı” dedim. Musa: “Yenə Rəbbinə müraciət et. Çünki sənin ümmətin
bunun öhdəsindən gələ bilməyəcək.” Mən yenidən (Ona) müraciət etdim və O,
(bu) sayı bir qədər də azaltdı. Sonra Musanın
yanına qayıtdım. O dedi:
“Yenə Rəbbinə müraciət et. Çünki sənin ümmətin bunun öhdəsindən gələ
bilməyəcək.” Mən yenidən (Allaha) müraciət etdim, O isə: “Onlar (sayca)
beşdir, (savab baxımından isə) əllidir, çünki Mənim sözüm dəyişməzdir” deyə
buyurdu və mən Musanın
yanına qayıtdım. O: “Yenə Rəbbinə müraciət et!”
dedi. Lakin mən: “Rəbbimdən utanıram” dedim. Sonra (Cəbrail) məni son
həddəki Sidr ağacının yanına apardı. Onun rəngləri vəsfəgəlməzdir. Sonra
məni Cənnətə daxil etdilər. Orada mən incilər düzülmüş boyunbağılar, habelə
(Cənnət) torpağının müşk olduğunu gördüm.” (Buxari 349, 3342; Muslim 237,
433)
20
Burada xışıltı deyildikdə Allahın buyruqlarını yazan mələklərin qələmlərinin xışıltısı qəsd edilir.
54
103. Malik İbn Səsə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir dəfə mən
Kəbənin yanında (Hətimdə
21
) yarıoyaq-yarıyuxulu ikən bir nəfərin: “Üç
kişidən biri, iki kişinin arasında (olanı götürün)”
22
dediyini eşitdim. Elə bu vaxt
onlar mənim yanıma gəldilər və məni götürüb apardılar. (Orada) yanıma içində
Zəmzəm suyu olan qızıldan bir ləyən gətirdilər. Sonra köksümü buradan bura
kimi yardılar. (Qətadə dedi: Yanımdakı adama: “O, nəyi qəsd edirdi?” dedim.
Dedi: “qarnının alt nahiyəsini”) Sonra qəlbimi çıxardıb Zəmzəm suyu ilə
yudular və onu yerinə qoydular. Sonra qəlbimə iman və hikmət dolduruldu.
Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli
bir heyvan gətirdilər. Onun adı Buraq idi. O, addımını gözünün gördüyü son
nöqtəyə qoyurdu. Məni ona mindirdilər. Sonra biz yolumuza davam etdik.
Nəhayət, dünya səmasına gəlib çatdıqda Cəbrail qapının açılmasını xahiş
etdi. (Gözətçi): “Kimdir o?” deyə soruşdu. O: “Cəbraildir!” dedi. (Gözətçi):
21
Bu, Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Bu
yer Hicr və ya Hətim adlanır. Diqqət edin! İmam Buxari “Səhih” əsərində “Yaradılışın başlanğıcı kitabında”
nəql etdiyi hədisdə: “Mən Kəbənin yanında ikən...”, Zuhrinin Ənəsdən , onun da Əbu Zərdən rəvayət
etdiyi hədisdə: “Mən Məkkədə ikən evimin tavanı açıldı...” deyilir, habelə Vaqidinin gətirdiyi rəvayətlərdə
Peyğəmbərin Əbu Talibin evindən, Təbəraninin rəvayətində isə onun Ummu Haninin evindən meraca
getdiyi xəbər verilir. Bu rəvayətləri cəm edib demək olar ki: “Həmin vaxt Peyğəmbər Ummu Haninin
evində imiş. Ummu Haninin evi isə Əbu Talibin həyətində yerləşirmiş. Sonra evin tavanı açılmış və Cəbrail
gəlib Peyğəmbəri Kəbənin yanına aparmışdır. O, Kəbənin yanında uzanıb yarıoyaq-yarıyuxulu ikən
mələk onu məscidin qapısının yanına gətirmiş və Buraqa mindirmişdir”. “Fəth əl-Bari” 11/216.
22
Burada “Üç kişi” deyildikdə Peyğəmbər , Həmzə və Cəfər nəzərdə tutulur. Həmin vaxt Peyğəmbər
onların arasında uzanmışdı.
55
“Yanındakı kimdir?” deyə soruşdu. O: “Muhəmməddir!” dedi. (Gözətçi): “Onu
çağırıblarmı?” deyə soruşdu. Cəbrail: “Bəli!” dedi. (Gözətçi) qapını bizim
üzümüzə açdı və dedi: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Biz
(içəri keçib) Adəmin yanına gəldik...”. Ravi bu hədisi nəql etmiş və
demişdir: “O, ikinci səmada İsa və Yəhyaya üçüncü səmada Yusufa, dördüncü
səmada İdrisə və beşinci səmada Haruna rast gəldi”. Peyğəmbər davam
edib dedi: “Sonra biz yolumuza davam etdik və nəhayət, gəlib altıncı səmaya
çatdıq. Mən Musanın yanına gəldim və ona salam verdim. O (mənim
salamımı aldıqdan sonra) dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və
əməlisaleh peyğəmbər!” Mən onun yanından keçib getdikdə, o ağladı. Ondan:
“Niyə ağlayırsan?” deyə soruşdular. Dedi: “Ey Rəbbim! Məndən sonra
göndərdiyin bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı,
mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq”. Sonra
biz yolumuza davam etdik və nəhayət, gəlib yeddinci səmaya çatdıq. Orada
mən İbrahimin
yanına gəldim”. Bu hədisdə ravi belə demişdir: “Peyğəmbər
xəbər vermişdir ki, orada o, (son həddəki) Sidr ağacının dibindən çıxan dörd
çay görmüşdür. Bu çaylardan ikisi üstdən, ikisi də altdan axırdı. Mən
soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?” Dedi. “Altdakı çaylar Cənnətdən axır
(Seyhan və Ceyhan) Üstdəki çaylar isə Nil və Furat çaylarıdır”. Sonra mənə
Beytul Məmuru göstərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu
Beytul Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan
çıxdıqdan sonra bir daha ora qayıtmırlar. Sonra mənə iki qab gətirdilər, birində
şərab, digərində isə süd var idi. Onları mənə uzatdılar və mən südü seçdim.
Onda mənə: “Sən (fitrətinə) uyğun seçim etdin. Allah sənə (xeyir) nəsib etdi.
Ümmətin də fitrət üzərində olacaq” deyildi. Bundan sonra mənə gündəlik
olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu”. Sonra ravi hədisi axıra kimi
rəvayət etdi. (Buxari 3207, Muslim 238, 434)
104. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən isra gecəsində
Musanı
gördüm. Qarabuğdayı, hündürboylu və qıvrımsaçlı bir adam idi,
lap Şənuə qəbiləsinin kişiləri kimi. (Məryəm oğlu) İsanı
da gördüm.
Ortaboylu, alyanaq, ağbəniz və nazik saçlı bir adam idi. Həmçinin
Cəhənnəmin gözətçisi Maliki və Allahın mənə göstərdiyi əlamətlərə uyğun
şəkildə dəccalı gördüm. “Elə isə sən onunla görüşəcəyinə şübhə etmə”. (əs-
Səcdə 23). (Buxari 3239, Muslim 239, 240, 436, 437)
56
105. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Musa
gəlincə, mən
sanki onun bu vadiyə
23
endiyi zaman təlbiyə gətirdiyini görürəm.” (Buxari
1555, 5913, Muslim 243, 440)
106. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən İsra
gecəsində Musanı
gördüm. (Peyğəmbər onu belə vəsf etdi;) Baxdım ki,
Musa
(Yəmənin) Şənuə qəbiləsinin kişiləri kimi qarabuğdayı, hündürboylu,
dolubədənli, düzsaçlı bir adamdır. İsaya
gördüm. (Peyğəmbər onu vəsf
edib dedi;) İsa
ortaboylu, sanki hamamdan çıxmış adam kimi qırmızıyanaq
idi. (İbrahimı
gördüm). Övladları içində ona ən çox oxşayanı mənəm. Sonra
mənə iki qab gətirdilər; birində süd, digərində isə şərab var idi. Mənə dedilər:
“Hansını istəyirsənsə, iç (götür)”. Mən südü götürüb içdim. Onda mənə: “Sən
fitrətə hidayət olundun, (yaxud fitrətinə uyğun seçim etdin). Əgər şərabı
seçsəydin, ümmətin azğınlığa düşərdi”. (Buxari 3394, 3437, 4709, 5576, Muslim
245, 442, 3751, 5358)
Məsih Dəccəlin Və Məryam Oğlu İsanın Zikri
107. Abdullah İbn Ömər deyir ki: “Bir gün Peyğəmbər camaat arasında
Məsih Dəccalı yad edib dedi: “Uca və böyük olan Allah tək göz (kor) deyildir.
Məsih Dəccalın isə sağ gözü kordur. Onun gözü sanki üzüm salxımından
çıxmış iri üzüm dənəsi kimidir”. (Buxari 3439, 7407, Muslim 444, 5218, 7546)
23
Burada Məkkədən bir mil aralıda yerləşən Əzrəq vadisi nəzərdə tutulur.
57
108. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyudu: “Mən keçən gecə
Kəbənin yanında yatarkən yuxuda qarayanız bir adam gördüm. (Bu adam)
qarayanız adamların ən gözəli idi. Saçları kürəyinin arasına düşürdü, həm də
daranmış idi, başından da su damırdı. Özü də əllərini iki kişinin çiyninə
qoymuş halda Kəbəni təvaf edirdi. Mən soruşdum: “Bu kimdir?”. Dedilər:
“Bu, Məryəm oğlu Məsihdir!” Sonra mən onun arxasında buruqsaç və sağ gö-
zü kor olan, özü də İbn Qatana (Xuzaə qəbiləsindən olmuş və hələ İslam
gəlməmişdən əvvəl vəfat etmişdir) bənzəyən birisini gördüm. Adam əllərini bir
kişinin çiyninə qoymuş halda Kəbəni təvaf edirdi. Mən soruşdum: “Bu
kimdir?” Dedilər: “Məsihid Dəccaldır!” (Buxari 3440, Muslim 246, 248, 443,
445)
109. Cabir İbn Abdullah rəvayət etmişdir ki, o, Peyğəmbərin belə dediyini
eşitmişdir: “Qureyşlilər (gecə səfərim haqqında dediklərimi) təkzib etdikdə
mən (gedib) Hicrədə durdum. (Bu vaxt) Allah Beytul Məqdisi mənə göstərdi
və mən ona baxaraq onun əlamətlərini onlara bildirdim.” (Buxari 3886, 4710,
Muslim 249, 446)
Sıdratul Muntəhanın Zikri
110. Zirr İbn Hubeyşdən Allahın bu ayəsi barəsində soruşduq: “O, iki yay
uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil
edəcəyini vəhy etdi”. (ən-Nəcm 9-10). Abdullah İbn Məsud Uca Allahın:
ayəsini təfsir edib demişdir: “Peyğəmbər Cəbraili gördü. Onun altı yüz
qanadı var idi.” (Buxari 3232, 4856, Muslim 434, 452)
58
Allahın Bu Sözünün: Və Peyğəmbərin İsra Gecəsində
Allahı Görməsi
111. Məsruq rəvayət edir ki, Aişədən soruşdum: “Ey (möminlərin) Anası!
Muhəmməd Rəbbini gördümü?”. Aişə: “Söylədiyin sözlərdən tüklərim ürpəşdi,
üç şey vardır ki, hər kim bunlardan birini dilinə gətirsə, Allaha böyük iftira
yaxmış (yalan danışmış) olar” dedi. Dedi: “Hər kim Muhəmmədin öz Rəbbini
gördüyünü iddia etsə, yalan danışmışdır”. Sonra: “Gözlər Onu dərk etmir. O
isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır”. (əl-Ənam 103).
deyə buyurduğunu, habelə Onun: “Allah insanla ancaq vəhylə və ya pərdə
arxasından danışır, yaxud bir elçi göndərir və o da (Allahın) izini ilə Onun
istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir”. (əş-Şura 51). deyə
buyurduğunu eşitməmisən?” Aişə: “Hər kim sabah nə baş verəcəyini xəbər
verməyə qadir olduğunu iddia etsə, yalan danışmışdır. Allah buyurur: “Heç
kəs sabah nə qazanacağını bilə bilməz...”. (Loğman 34). Aişə: “Hər kim
Rəsulullahın Allahın Kitabından bir şey gizlətdiyini iddia etsə, yalan
danışmışdır. Allah buyurur: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et!
(Belə) etməsən, Onun risalətini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə
yetirmiş olmazsan...”. (əl-Maidə 67). Aişə: “Lakin Cəbrail iki dəfə öz surətində
görmüşdür”. (Buxari 4855, Muslim 259, 457)
112. Aişə demişdir: “Kim iddia etsə ki, Muhəmməd Rəbbini görmüşdür, o,
böyük günah işlətmiş olar. Lakin o, Cəbraili öz surətində və xilqətində, bütün
üfüqü tutmuş vəziyyətdə görmüşdür” (Buxari 3234, Muslim 260, 460)
59
Möminlərin Axirətdə Rəbblərini Görməsinin İsbatı
113. Abdullah İbn Qeys rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki cənnət
vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar gümüşdəndir. Digər
iki cənnət də vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar
qızıldandır. Əzəmət pərdəsindən başqa heç bir şey Ədn cənnətində olan
kimsələrə Rəbbinin Üzünü görməyə mane olmayacaq.” (Buxari 4878, 7444,
Muslim 265, 466)
Allahı Görməyin Yollarının Bilinməsi
60
114. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın
elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər) dedi: “Məgər
siz buludla örtülməmiş on dörd gecəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?”
Onlar: “Xeyr, ey Allahın elçisi!” deyə cavab verdilər. (Peyğəmbər) dedi:
“Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?” Onlar:
“Xeyr!” dedilər. Peyğəmbər: “Rəbbinizi də beləcə görəcəksiniz. Qiyamət günü
insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə ibadət edirdisə,
qoy onun ardınca getsin!” Beləliklə, onlardan kimisi günəşin, kimisi ayın,
kimisi də tağutların ardınca gedəcək. Axırda bu ümmət, içində olan
münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: “Mən
sizin Rəbbinizəm!” Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: “Rəbbimiz
gələnədək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu
tanıyacağıq.” Sonra Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbini-
zəm!” Onlar (Onu tanıyacaq və): “Sən bizim Rəbbimizsən!” deyəcəklər.
(Bundan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü (Sırat)
qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən
olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə
deyəcəklər: “Allahım, xilas et, xilas et!” Cəhənnəmdə sadan (tikanlı bitki)
tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmüsünüzmü?”
(Əshabələr): “Bəli” dedilər. (Peyğəmbər) buyurdu: “Bu qarmaqlar sadan
tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük
olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə
görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq.
Nəhayət Allah Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək
istədiyi zaman mələklərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr
edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (oradan)
çıxaracaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı
haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının
vücudunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və
onlar sümüklərinə qədər yanmış halda oddan çıxacaqlar. Bundan sonra
onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib
yetişdiyi kimi diriləcəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini
bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam
Cəhənnəmdən çıxıb Cənnətə girən kimsələrin axırıncısı olacaq. Onun üzü
Cəhənnəmə tərəf olacaq və o deyəcək: “Ey Rəbbim, mənim üzümü oddan
döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yax-
61
mışdır!”. Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey
istəyəcəksənmi?” (Bu adam): “Sənin izzətinə and olsun ki, yox” deyəcək və
Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan
döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, (Cənnətin)
gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: “Ey
Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır.” Allah ona deyəcək: “Məgər sən
and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?” O
deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!”
Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” O
(yenə): “Sənin izzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm”
deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin
qapısına yaxınlaşdıracaq. Cənnətin qapısına çatdıqda onun gözəlliyini,
içindəki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da
deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah deyəcək: “Vay sənin
halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib
söz verməmişdin ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?” O
deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!”
Belə olduqda Qüdrətli və Böyük Allah güləcək, sonra ona Cənnətə daxil
olmağa izn verəcək və deyəcək: “(Nə diləyirsən,) dilə!” O adam o qədər
diləyəcək ki, axırda (heç bir) diləyi qalmayacaq və Qüdrətli və Böyük Allah
deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəbbi ona (onun istəklərini)
xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Sənə
bu istədiklərin və bir o qədəri də (verilmişdir).” Əbu Səid əl-Xudri Əbu
Hureyraya demişdir: “Peyğəmbər demişdir ki, Allah buyuracaq: “Sənə bu
istədiklərin, üstəlik onun on misli (verilmişdir).” Əbu Hureyra da (ona belə)
cavab vermişdir: “Mən Peyğəmbərin: “Sənə bu istədiklərin və bir o qədəri də
(verilmişdir)” dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri: “Mən isə onun:
“Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir)” dediyini eşitmişəm.
(Buxari 806, 6573, 7437, Muslim 267, 469)
62
115. Əbu Səid əl-Xudri rəvayət etmişdir ki, Peyğəmbərin (dövründə bir
dəstə adam): “Ya Rəsulullah! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?”
Peyğəmbər: “Bəli! Yanında bulud olmayan açıq bir havada günəşi və ayı
görməkdə (basabas salıb) çətinlik çəkirsinizmi?”. Onlar: «Xeyr, Ya Rəsulallah».
O: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı da görməkdə
heç bir əziyyət çəkməyəcəksiniz» deyə buyurdu. Qiyamət günü yetişdiyi za-
man carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ar-
dınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş
daşlara ibadət edən, Allahdan qeyrisinə ibadət edən hər bir kəs ibadət etdiyi
məbudunun ardyca düşər. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah,
yaxud günahkar adamlar – habelə Kitab əhlindən (öz peyğəmbərlərinə) sadiq
olmuş kimsələr qalacaqdır. Sonra Cəhənnəm gətrilir. Cəhənnəm onlara ilğım
kimi göstərilir. (O vaxt) yəhudilər çağırılacaq və onlardan soruşulacaq ki: “Siz
nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət
edirdik”
24
Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də
övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər:
“Susamışıq, ey Rəbbimiz, bizə su ver.” Onda onlara (Cəhənnəm) göstəriləcək
(və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər,
alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə
düşəcəklər. Sonra Nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə
24
“Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur” dedilər. Bu
onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin!
Gör necə də haqdan döndərilirlər!”. (ət-Tovbə 30).
63
ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik.”
Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad
götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?” deyə soruşulacaq. Onlar:
“Susamışıq, ey Rəbbimiz, bizə su ver” deyə cavab verəcəklər. Onda onlara
(Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?”
Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini
tapdayaraq Cəhənnəmə düşəcəklər. Nəhayət, ancaq Allaha ibadət edən
kimsələr – xeyirxah, yaxud günahkar adamlar qaldıqda Onlara: “Nə
gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!”
Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan
ayrıldıq, əsla onlarla birlikdə olmadıq. Bir carçının səsləyərək: “Hər bir ümmət
nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” dediyini eşitdik. Biz ibadət
etdiyimiz Rəbbimizi gözləyirik!”
25
(Aləmlərin Rəbbi olan Allah onların yanına
Onu tanımadıqları ən yaxın bir surətdə
26
gələcək və belə buyuracaq: “Mən
sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” (və iki, yaxud üç dəfə):
“Biz heç nəyi Allaha şərik qoşmuruq!” deyəcəklər. Hətta bəziləri (imtahanın
çətinliyi üzündən həqiqətdən) üz döndərmək istəyəcək). Meydanda olan
möminlərə Cabbar olan Allah onlara ilk dəfə gördükləri surətdən başqa bir
surətdə gələcəkdir. Mən sizin Rəbbinizəm! Deyəcəkdir. Onlar: “Sən bizim
Rəbbimizsən!” deyəcəklər
27
. Artıq Onunla Peyğəmbərlərdən başqası danışmaz.
O buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində
Onu tanıya biləsiniz?” Onlar: “Bəli! Səəq” deyə cavab verəcəklər. Bu vaxt Ayaq
açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah
ona səcdə etməyə izin verməsin. Həmçinin (insanlardan) göstəriş və ya
riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa
sümüyünü bir bütöv sümük etməsin. (Beləsi hər dəfə səcdə etmək istədikdə,
(əksinə,) qafası üstə düşəcək). Bundan sonra Cəhənnəmin üzərində körpü
qurulacaq. Onlar: “Yə Rəsulullah! Nə körpüdür elə?” Dedi: “Sürüşkən və
25
O möminlər dünyada ikən Allaha itaət edir, onun buyuruqlarını yerinə yetirir və qadağan etdiyi şeylərdən
çəkinirdilər, üstəlik qohum-əqrəbalarından, habelə digər yaxın adamlarından Allaha asi olan kimsələri
sevmirdilər, onlara ehtiyacları olsa da belə, onlara yaxınlıq vermirdilər. Uca Allah Quranda onları belə vəsf
edir: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə
düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah
onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından
çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar
da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır” (əl-
Mucadilə 22).
26
Yəni Allahın isim və sifətlərinə dair Quran və Sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun
surətdə gələcək.
27
Bu hədislərdən güman edilə bilər ki, münafiqlər də möminlərlə bərabər Uca Allahı görəcəklər. Lakin bu
fikir batil və əsassız bir fikirdir. Peyğəmbərin : “Axırda bu ümmət, içində olan münafiqlərilə birlikdə
qalacaqdır” sözü münafiqlərin Allahı görəcəklərinə dəlalət etmir. Əksinə, Quran və Sünnədə varid olmuş
dəlillərə əsasən, möminlərdən başqa heç kəs Allahı görməyəcəkdir.
64
hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar
Nəcddə bitən, (üstü) tikanla (dolu), sadan deyilən bir bitkiyə (bənzəyir).
Möminlərdən – (kimisi) bir göz qırpımında, (kimisi) şimşək tək, (kimisi) külək
kimi, (kimisi) quş kimi, (kimisi də) ən bərk qaçan cins at və ya dəvə kimi
(sürətlə həmin körpünün üstündən) keçəcək. (Kimisi) sağ-salamat qurtulacaq.
Kimisi (tikanlara ilişib) didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri
də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas
olduqları zaman – canım Əlində olan Allaha and olsun ki – sizlərdən heç
kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması, Qiyamət
günü möminlərdən Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması
qədər şiddətli ola bilməz. Onlar: “Ey Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər
oruc tutar, namaz qılar və başqa yaxşı işlər yerinə yetirərdilər”– deyəcəklər.
Onda Allah buyuracaq: “Gedin, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi
(oradan) çıxarın! Allah onların surətlərini yandırmağı Cəhənnəm oduna haram
etmişdir”. Beləliklə, onlar, ayağının yarısına qədər, habelə dizinə qədər atəşə
giriftar olmuş bir çox insanları (oradan) çıxaracaqlar. Allah buyuracaq: “Geri
dönün, qəlbində yarım dinar ağırlığında iman olan bir kimsə tapsanız, onu da
(oradan) çıxarın!”. Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra
deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi orada bu-
raxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan
bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan)
çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam
qoymadıq”. Əbu Səid: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, (bu
ayəni) oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun
gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük
mükafat verər”. (ən-Nisa 40). Bundan sonra İzzətli və Qüdrətli Allah:
“Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər.
(Şəfaət etməyən bircə rəhmlilərin Rəhmlisi qaldı” deyə buyuracaq. Sonra da
heç vaxt yaxşılıq etməmiş), (odda) yanıb kömürə dönmüş bir toplumu
ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat
çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib
yetişdiyi kimi diriləcəklər. Məgər (o, yabanı toxumların) istər daşın, istərsə
də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş (şüaları) altında
qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. (Səhabələrdən bəziləri)
dedilər: “Ya Rəsulullah! Sən sanki səhrada çobanlıq etmisən”. (Peyğəmbər
davam edib) dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda,
özləri də mirvari tək gözəl görkəmdə (Həyat çayından) çıxaraq Cənnətə
girəcəklər. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli,
nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda,
65
Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kimsələr bunlardır!” (Sonra
Allah (onlara) belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü hər nə
varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə
vermədiyin nemətləri bizə verdin!”. Allah buyuracaq: “Sizə bundan da üstün
olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola
bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç
vaxt qəzəbim tutmayacaq)”. (Buxari 7439, Muslim 269, 472)
Dostları ilə paylaş: |