Məzinin Hökmü
175. Əli İbn Əbu Talib rəvayət edir ki, məndən tez-tez məzi axırdı. Utandı-
ğımdan Miqdadı Peyğəmbərin yanına göndərdim ki, (bunun hökmünü) on-
dan soruşsun. O, (bunun hökmünü) Peyğəmbərdən soruşduqda o: “(Belə
93
olduqda) dəstəmaz alsın!” deyə buyurdu. (Buxari 132, 178, Muslim 303, 456,
721)
Cunub Halında Yatmağın Caiz Olması Və Dəstəmaz Alıb
Yatmağın Müstəhəbliyi
176. Aişə demişdir: “Peyğəmbər cunub ikən yatmaq istədikdə, yatmazdan
əvvəl övrət hissəsini yuyar, sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz
alardı”. (Buxari 288, Muslim 305, 460, 725, 726)
177. Ömər İbn Xəttab Peyğəmbərdən: “Bizdən birimiz cunub olduğu halda
yata bilərmi?” deyə soruşdu. O dedi: “Bəli! Əgər sizdən biriniz cunub olduğu
halda dəstəmaz alsa, yata bilər.” (Buxari 287, Muslim 306, 462, 728)
178. İbn Ömər rəvayət edir ki, (bir dəfə) Ömər İbn Xəttab gecə cunub
olduğunu Peyğəmbərə xəbər verdi. Peyğəmbər ona belə buyurdu:
“Dəstəmaz al, cinsiyyət orqanını yu, sonra da (uzan) yat!” (Buxari 290, Muslim
306, 464, 730)
179. Ənəs demişdir: “Peyğəmbər bir gecədə bütün zövcələrini dolaşardı
(yaxınlıq edərdi). Bu zaman onun doqquz zövcəsi vardı”. (Buxari 284, 5215,
Muslim 708, 734)
94
Qadından Məni Çıxdığı Halda Qüsl Almağın Vacibliyi
180. Ummu Sələmə rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin yanına
gəlib dedi: “Ya Rəsulullah! Allah haqqı deməkdən həya etməz. Qadın
pollyusiya
31
halına düşdükdə qüsl etməlidirmi?” Peyğəmbər: “Bəli, əgər su
görübsə (məni axıdıbsa,) etməlidir!” Ummu Sələmə (utandığından) üzünü
yaşmaqla örtdü və: “Ya Rəsulullah! Heç qadın da pollyusiya halına düşə
bilərmi?” deyə soruşdu. Peyğəmbər: “Əlbəttə, (düşə bilər). Ay yazıq! Belə
olmasa, övladı ona necə oxşaya bilər?” (Buxari 130, Muslim 313, 471, 738)
Cənabət Qüslunun Vəsfi
181. Aişə rəvayət edir ki, Peyğəmbər cunub olduqdan sonra qüsl etdikdə
əvvəlcə əllərini yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz
alardı. Sonra barmaqlarını suyun içinə salar və onlarla saçlarının dibini
isladardı. Sonra əlləri ilə başına üç ovuc su tökər, sonra da bütün bədəninə su
əndərərdi. (Buxari 248, Muslim 316, 475, 744, 747)
182. Məymunə mənə belə rəvayət etmişdir: “Peyğəmbər cənabət
32
qüslünü alsın deyə mən ona su gətirdim. (Peyğəmbər) sağ əli ilə sol əlinin
üzərinə su tökərək əllərini yudu. Sonra cinsiyyət orqanının (sol əli ilə) yudu.
Sonra (sol əlini) torpağa sürtdü və onu yudu (müstəhəbdir). Sonra ağzını yudu
31
Pollyusiya – yuxuda ikən sperma axıtmaqdır.
32
Qadınla yaxınlıq etdikdən, habelə şəhvət nəticəsində məni ifraz etdikdən sonrakı hal.
95
və burnuna su çəkdi. Sonra üzünü yudu və başı üzərindən su axıtdı. Daha
sonra dayandığı yerdən (azacıq) kənara çəkildi və ayaqlarını yudu. Sonra mən
ona qətfə gətirdim, lakin o, qətfə ilə silinmədi”. (Buxari 259, Muslim 317, 472,
748)
183. Aişə rəvayət edir ki, Peyğəmbər cunub olduğu zaman qüsl etmək
istədikdə badya boyda bir qabda (su) gətizdirər, əli ilə (su) götürüb əvvəlcə
başının sağ tərəfini, sonra da sol tərəfini yuyardı. Sonra iki əli ilə (su götürüb)
başına tökərdi. (Buxari 258,Muslim 318, 478, 751)
Cənabət Qüslunda Suyu Qədərində Istifadə Etməyin
Müstəhəbliyi
184. Aişə rəvayət edir ki, mən Peyğəmbərlə birlikdə bir qabdan "fərəq"
deyilən bir qədəhdən su götürüb qüsl edərdik. (Buxari 250, Muslim 319, 479,
480, 752, 753)
185. Aişədən Peyğəmbərin qüslü barədə soruşdular. Aişə bir qab – təx-
minən bir saa (miqdarında su) gətizdirdi. Qüsl etdi və başına su əndərdi. (Bu
əsnada) bizimlə onun arasında pərdə tutulmuşdu. (Buxari 251, Muslim 320,
481, 754)
96
186. Ənəs rəvayət edir ki, Peyğəmbər bir saadan
33
beş mudda qədər su ilə
qüsl edər, bir mudla dəstəmaz alardı. (Buxari 201, Muslim 325, 490, 763)
Başin Üzərindən Və Digər Əzaların Üzərində Suyun Üç
Dəfə Axıdılmasının Müstəhəbliyi
187. Cubeyr İbn Mutim rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənə
gəldikdə isə, mən başıma üç dəfə su tökürəm” dedi və (bunu başa salmaq
üçün) iki əli ilə işarə etdi. (Buxari 254, Muslim 327, 494, 495, 766, 767)
188. Bir adam Cabir İbn Abdullahdan qüsl barəsində soruşdu. Cabir:
“Sənə bir saa (su) kifayət edər” deyə cavab verdi. (Oradakılardan) birisi:
“Mənə bəs eləmir” dedikdə Cabir: “Saçı sənin (saçından) daha gur, özü də
səndən daha xeyirli olan birisinə bəs edərdi” dedi, sonra əynində bir paltar
olduğu halda bizə imamlıq edib (namaz qıldırdı). (Buxari 252, Muslim 329,
496, 769)
Heyzdən Yuyunan Qadının Qan Gələn Yerlərə Misk
Sürməsinin Müstəhəb Olması
189. Aişə rəvayət edir ki, bir qadın Peyğəmbərdən heyzdən sonra yu-
yunması ba
ını (başa salıb)
33
Saa – ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da
yeddi yüz qrama bərabərdir. Səmərul-Müstətab 1/28.
97
buyurdu: “Müşkə batırılmış yun (və ya pambıq) parça götür və onunla
təmizlən.” (Qadın): “Necə təmizlənim?” deyə soruşdu. (Peyğəmbər): “Onunla
təmizlən” deyə buyurdu. (Qadın yenə): “Axı necə?” deyə soruşduqda o:
“Subhanəllah! Onunla təmizlən” deyə buyurdu. Mən o qadını özümə tərəf
çəkib: “Onunla qan ləkələri qalmış yerləri silib təmizlə” dedim. (Buxari 314,
Muslim 332, 449, 774)
İstiğasə Ondan Yuyunmaq Və Namazı Babı
190. Aişə rəvayət edir ki, Fatimə Bint Əbu Hubeyş Peyğəmbərin yanına
gəlib dedi: “Ya Rəsulullah! Məndən davamlı olaraq qan gəlir deyə mən heç cür
təmiz ola bilmirəm. (Bu səbəbdən) namazı buraxa bilərəmmi?” Peyğəmbər:
“Xeyr, bu heyz deyildir, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namazı
burax. Heyz (vaxtı) başa çatdıqda isə qüsl et, sonra namaz qıl”. Peyğəmbər:
“(Növbəti heyz) vaxtı gəlincəyə qədər hər bir namaz üçün dəstəmaz al.”
(Buxari 228, Muslim 333, 501, 783)
191. Peyğəmbərin zövcəsi Aişə demişdir: “(Peyğəmbərin baldızı, həm də
AbdurRəhman İbn Aufun həyat yoldaşı) Ummu Həbibə bint Cəhş yeddi il
istihazə gördü. O, bu haqda Peyğəmbərdən soruşdu. Peyğəmbər: “Bu
damardan gələn qanıdır və ona hər namaz üçün qüsl etməyi əmr etdi”. (Buxari
327, Muslim 334, 505, 786;)
Heyzli Qadına Namaz Xaric, Otucunun Qəzasınn Tutmağın
Vacibliyi
98
192. Aişədən rəvayət edilir ki, bir qadın (ondan): “Bizdən birimiz heyzdən
təmizləndikdən sonra (heyz vaxtı buraxdığı namazları) qılmalıdırmı?” deyə
soruşdu. Aişə: “Sən hərurilərdənsən?!
34
Biz Peyğəmbərin vaxtında heyz
olurduq, lakin o bizə (buraxdığımız namazları) qılmağı əmr etməzdi, yaxud
biz (o namazları) qılmazdıq.” (Buxari 321, Muslim 335, 506, 787)
Qüsl Alanın Paltar Və Ya Ona Bənzər Bir Şeylə Örtünməsi
193. Ummu Hani bint Əbu Talib rəvayət edir ki, Məkkənin fəthi ilində
mən Peyğəmbərin yanına getdim və onun qüsl etdiyini, Fatimənin də
(ona) pərdə tutduğunu gördüm. Mən Peyğəmbərə salam verdim. O: “Bu
(qadın) kimdir?” deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani” deyə
cavab verdim. Peyğəmbər: “Xoş gəlibsən, Ummu Hani!” dedi və qüsl edib
qurtardıqdan sonra tək bir örtüyə bürünüb səkkiz rükət namaz qıldı. Nama-
zını qılıb qurtardıqdan sonra mən dedim: “Ya Rəsulallah! Qardaşım himayəmə
götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir.” Peyğəmbər:
“Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey
Ummu Hani!”. Ummu Hani: “O vaxt səhər açılmışdı (Duha namazının vaxtı
idi).” (Buxari 357, 6158, Muslim 336, 509, 790, 1179, 1702)
Xəlvətdə Çılpaq Qüsl Almağın İcazəli Olması
34
Hərura – Kufə şəhərinin yaxınlığında yerləşən kənddir. Əli İbn Əbu Talibdən üz döndərib camaatdan
ayrılmış on iki min xəvaric də məhz bu kənddə toplaşmış və camaata qarşı çıxmışlar. Onlar belə hesab edirdilər
ki, heyzdən təmizlənmiş qadın heyz əsnasında buraxdığı namazlarını yenidən qılmalıdır.
99
194. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “İsrail oğulları
çılpaq olaraq, bir-birilərinə baxa-baxa çimirdilər. Musa isə təklikdə çimərdi.
(İsrail oğulları): “Musaya
bizimlə birlikdə çimməyə mane olan, ancaq onun
dəbə (Qrija xəstəliyi) olmasıdır” dedilər. Bir dəfə Musa
çimməyə getdi və
paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa:
“Paltarımı (qaytar), ey daş!” deyə-deyə daşın arxasınca qaçdı. Nəhayət, İsrail
oğulları Musanı
çılpaq gördülər və: “Allaha and olsun ki, Musada
heç bir
qüsur yox imiş” dedilər. Musa paltarını götürdü və daşı vurmağa başladı. Əbu
Hureyra dedi: “Vallahi, Musa
daşa altı yaxud yeddi zərbə vurmaqla daşı
tənbeh etdi.” (Buxari 278, Muslim 339, 513, 796, 4372, 6296)
Övrəti Örtməyə Diqqət Yetirmək
195. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər izarını
35
belinə
bağlayıb qureyşlilərlə birlikdə Kəbə (evinin yenidən tikilməsi) üçün daş
daşıdığı zaman əmisi Abbas ona dedi: “Ey qardaşoğlu! Bəlkə izarını açıb
çiyninə, (daşıdığın) daşların altına qoyasan.” (Cabir) dedi: “O, izarını açıb
çiyninə qoyan kimi özündən getdi və bundan sonra onu bir daha heç kim
izarsız görmədi.” (Buxari 364, Muslim 340, 515, 798)
Həqiqətən Su Sudandır
35
İzar – qurşaqdan aşağı bədən əzalarını örtmək üçün belə bağlanılan örtük.
100
196. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər ənsardan olan bir
nəfərə xəbər göndərib yanına çağırtdırdı. O adam gəldikdə (biz onun)
başından damcı-damcı su töküldüyünü (gördük). Peyğəmbər: “Deyəsən, səni
tələsdirdik?” deyə soruşdu. O: “Bəli!” deyə cavab verdikdə, Peyğəmbər
buyurdu: “Səni tələsdirsələr və ya yaxınlıq edib məni axıtmasan, dəstəmaz
almaq sənə yetər.” (Buxari 180, Muslim 345, 521, 804)
197. Ubey İbn Kəb demişdir: “Yə Rəsulullah! Zövcəsi ilə cinsi əlaqəyə girən,
sonra da məni ifraz etməyən kişinin hökmünü soruşdum. Peyğəmbər:
“Qadından ona bulaşmış şeyi yusun, sonra dəstəmaz alsın və namazını qılsın”.
(Buxari 293, Muslim 346, 522, 805)
198. Zeyd İbn Xalid rəvayət edir ki, mən Osman İbn Əffandan : “Necə
bilirsən, cinsi əlaqədə olub məni axıtmayan kəs nə etməlidir?” deyə soruşdum.
Osman: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət
üzvünü yumalıdır” deyə cavab verdi, sonra da: “Bunu Peyğəmbərdən
eşitdim” deyə əlavə etdi. (Buxari 179, 292, Muslim 347, 524, 807)
(Su Sudandır) Hədisinin Nəsx Olunması Və İki Sünnət
Olunmuşun Birləşməsi Zamanı Qüslun Vacib Olması
199. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Kişi) qadının
dörd əzası arasında oturub onunla cinsi əlaqəyə girərsə, (hər ikisinə) qüsl
etmək vacib olar.” (Buxari 291, Muslim 348, 525, 809)
101
Odda Bişən Şeylərə Görə Dəstəmazın Alınmasının Nəsx
Olunması
200. İbn Abbas demişdir: “Peyğəmbər (bişmiş) qoyunun kürəyindən
yemiş, sonra dəstəmaz almadan namaz qılmışdır”. (Buxari 207, Muslim 354,
531, 817)
201. Amr İbn Ümeyyə əd-Damri rəvayət edir ki, o, Peyğəmbərin (bişmiş)
qoyunun kürəyindən kəsib (yediyini) görmüşdür. O vaxt Peyğəmbər
namaza çağırıldıqda əlindəki bıçağı yerə atıb, dəstəmaz almadan namaz
qılmışdır. (Buxari 208, 5408, 5422, 5462, Muslim 355, 534, 820)
202. Meymunə rəvayət edir ki, Peyğəmbər onun evində (qoyunun) kü-
rəyindən yedikdən sonra dəstəmaz almadan namaz qıldı. (Buxari 210, Muslim
356, 535, 821)
203. İbn Abbas rəvayət edir ki, Peyğəmbər süd içdikdən sonra ağzını
yaxaladı və: “Bu, yağlıdır” dedi. (Buxari 211, 5609, Muslim 358, 537, 824)
Təharətin Yəqinliyini Bildikdən Sonra Onun Pozulmasına
Şəkk Edərsə Həmən Təharətlə Namaz Qılmağın Icazəli
Olmasının Dəlili
102
204. Abdullah İbn Zeyd əl-Ənsari rəvayət edir ki, bir nəfər namaz əsnasında
özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə xəbər verdikdə
Peyğəmbər buyurdu: “Bir səs eşitməyincə və ya bir iy duymayınca
namazdan çıxmasın!” (Buxari 137, 177, 2056, Muslim 361, 540, 830, 831)
Ölü Heyvanın Dərisinin Aşılandıqdan Sonra Təmiz Olması
205. İbn Abbas demişdir: “Peyğəmbər Meymunənin kənizinə sədəqə
olaraq verilmiş qoyunun öldüyünü görüb dedi: “Nə üçün bu qoyunun dərisini
(aşılayıb ondan) istifadə etmirsiniz?” Onlar: “Axı o, murdar olub!” dedilər.
Peyğəmbər: “Murdar olmuş heyvanın yalnız yeyilməsi haram edilmişdir.”
(Buxari 1492, 5531, Muslim 363, 542, 832, 833)
Təyəmmüm Babı
206. Peyğəmbərin zövcəsi Aişə rəvayət edir ki, biz Peyğəmbərlə
birlikdə səfərə çıxdıq. Nəhayət, Beyda və ya Zətul Ceyş deyilən yerə çatdıqda
boyunbağım qırılıb yerə düşdü. Peyğəmbər dayanıb onu axtarmağa başladı.
103
Onun yanında olanlar da dayanmağa məcbur oldular. Ətrafda su
olmadığından əshabələrdən bəziləri Əbu Bəkr əs-Siddiqin yanına gəlib
dedilər: “Aişənin nə etdiyini görürsənmi? Allahın elçisi və bu qədər camaat
ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su olmayan
yerdə dayanıblar.” Əbu Bəkr (mənim yanıma) gəldi. Bu vaxt Peyğəmbər
başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr: “Allahın elçisini və bu qədər
camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda
saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh
etdi. Bu vaxt Peyğəmbərin başı dizimin üstündə olduğuna görə mən tərpən-
mədim. Peyğəmbər ayıldıqda (paklanıb namaz qılmaq üçün) su tapmadı.
(Elə bu səbəbdən də) Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar da
təyəmmüm etdilər. Useyd İbn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin
ilk bərəkətiniz deyildir.” (Aişə) dedi: “Sonra üstündə oturduğum dəvəni
qaldırdıq və boyunbağını onun altından tapdıq.” (Buxari 334, 3672, 4607,
Muslim 367, 550, 842)
207. Şəqiq demişdir: “(Bir dəfə) mən Abdullah (İbn Məsud) və Əbu Musa əl-
Əşariy ilə birlikdə oturmuşdum. Əbu Musa (Abdullahdan): “De görək, əgər
adam cunub olsa və bir ay su tapa bilməsə, təyəmmüm etməyəcək və namazı
necə qılmalıdır?”– deyə soruşdu. Əbu Musa: “Bəs onda “əl-Maidə” surəsindəki
bu: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”. (əl-Maidə 6). ayəsini (nə
edək) necə izah edərsən?”. Abdullah: “Əgər insanlara bu ayəyə əsasən rüsxət
verilərsə, onlar suyun soyuq olduğunu gördükdə, onu qoyub torpaqla təyəm-
müm etməyə başlayacaqlar”. Aməş, Şəqiqdən: “Siz təyəmmümü su soyuq
olduğu üçünmü pis qarşıladız?”. O: “Bəli” dedi. Əbu Musa, Abdullaha dedi:
“Məgər sən Əmmarın Ömərə dediyi bu sözünü eşitməmisənmi? (O
demişdir ki,) Peyğəmbər məni bir iş dalınca göndərmişdi. (Səfər əsnasında)
mən cunub oldum və su tapa bilmədim. Bu səbəbdən də mən, heyvanın
ağnadığı kimi, yerdə o üzə-bu üzə çevrilib bədənimi torpağa sürtməyə
başladım. Sonra Peyğəmbərin yanına gəldim və bunu ona danışdım.
Peyğəmbər: “Sadəcə iki əlinlə belə etməyin sənə kifayət edərdi” dedi, sonra
əllərini bir kərə yerə vurdu və əlini silkələdi, sonra da sol əlinin ovcu ilə sağ
104
əlinin üstünü (sürtərək), sağ əlinin ovcu ilə sol əlinin üst tərəfinə və üzünə
məsh etdi”. Abdullah (ona etirazını bildirib) dedi: “Məgər sən Ömərin,
Əmmarın bu sözü ilə razılaşmadığını görmədinmi?!” (Buxari 347, Muslim 368,
542, 844)
208. Əmmar İbn Yasir Ömər İbn Xəttaba dedi: “Yadındadırmı? İkimiz
səfərdə idik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək
bədənimi torpağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə
xəbər verdikdə o: “Sənə belə etmək kifayət edərdi” deyib əllərini yerə
vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər
(əllərinə) sürtdü. (Buxari 338, Muslim 368, 553, 846)
209. Əbu Cuheym İbn Haris əl-Ənsari rəvayət edir ki, Peyğəmbər Bir-
Cəməldən (Mədinə yaxınlığında yer) gələrkən qarşısına çıxan bir nəfər ona
salam verdi, lakin Peyğəmbər onun salamını almadı. Nəhayət, divara
yaxınlaşdı, (əllərini divara vurub) üzünə və əllərinə sürtdükdən sonra o
kimsənin salamını aldı. (Buxari 337, Muslim 369, 544, 848)
Müsəlmanın Nəcis Olmamasının Dəlili
210. Əbu Hureyra rəvayət edir ki, bir gün o, cənabətli olduğu halda Mədi-
nənin küçələrindən birində Peyğəmbərlə rastlaşdı. Peyğəmbərdən
aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər: “Harada idin, ey Əbu
Hureyra?” deyə soruşdu. (Əbu Hureyra): “Cənabətli idim. Odur ki, təmiz
olmadığım halda sənin yanında oturmaq istəmədim” deyə cavab verdi.
105
Peyğəmbər: “Subhanəllah! Mömin murdar olmaz” dedi. (Buxari 283, 285,
Muslim 824, 850)
Ayaq Yoluna Daxil Olduqda Nə Deyilir
211. Ənəs rəvayət edir ki, Peyğəmbər ayaqyoluna girərkən belə deyərdi:
“Allahummə Inni Əuzu Bikə Minəl-Xubsi Vəl-Xəbais - Allahım, pislikdən və
pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!”. (Buxari 142, 6322,
Muslim 375, 563, 857)
Dostları ilə paylaş: |