Təvaf, Ümrə Və Həccin İlk Təvafında Rəmlə (Tez-Tez) İlə
Yeriməyin Müstəhəb Olması
794. İbn Ömər demişdir: “Peyğəmbər birinci təvafı (Təvaful Qudum)
edərkən ilk üç dövrəni tez-tez yeriyərək, qalan dörd dövrəni isə (asta) yerişlə
başa çatdırardı. Səfa və Mərvəni səy etdikdə isə sel sularının axarından
55
qaça-
qaça keçərdi”. (Buxari 1644, 1617, Muslim 3107, 1261/230)
795. İbn Abbas demişdir: “Peyğəmbər əshabələri ilə birlikdə (Məkkəyə)
gəldikdə müşriklər: “Muhəmməd buraya gəlir, Yəsrib (Mədinə) qızdırması onları
55
Hazırkı gündə həmin yerə yaşıl işıqlardan nişanlar qoyulmuşdur ki, hacılar Səfa və Mərvəni səy edərkən o
yerdən qaça-qaça keçsinlər.
340
zəiflətmişdir.” Onda Peyğəmbər əshabələrinə (təvafın) ilk üç dövrəsində tez-
tez yeriməyi və iki künc (Yəmən künc ilə Qara daş arası) arasında (yavaş)
yeriməyi əmr etdi. Peyğəmbərin əshabələrə dövrələrin hamısında tez-tez
yeriməyi əmr etməsinə mane olan yalnız onlara qarşı şəfqətli olması idi.”
(Buxari 1602, 4256, Muslim 3118, 1266/240)
796. İbn Abbas deyir ki, Peyğəmbər Beyti, Səfa və Mərvanı müşriklərə öz
güclərini göstərmək üçün qaçaraq səy etdi”. (Buxari 1649, Muslim 3119,
1266/241)
Təvafda İki Küncə Toxunmağın Müstəhəb Olması, Digər
Künclərə İsə Toxunmağın Lazım Olmadığı
797. İbn Ömər demişdir: “Mən Peyğəmbərin bu iki küncə toxunduğunu
gördüyüm gündən bəri istər çətinlikdə, istərsə də rahatlıqda, onlara
toxunmağı heç vaxt tərk etmədim”. (Buxari 1606, Muslim 3123, 1268/245)
798. İbn Abbas , Əbi Şəasəndən rəvayət edir ki, siz Kəbəyə (əl sürtəkdən) nə
üçün qorxursuz? Muaviyə künclərə əl sürtürdü”. İbn Abbas deyir ki: “İki
küncdən başqa heç birinə əl sütrülmür (Yəmən küncü ilə Qara daş olan
küncə)”. Ravi: “Evin heç bir yeri tərk olunmur. İbn Zubeyr hamısına əl
sürtərdi”. (Buxari 1608, Muslim 3125, 1269/247)
Təvaf Zamanı Həcərul Əsvədi Öpməyin Müstəhəb Olması
341
799. Ömər qara daşın yanına gəlib onu öpdü və dedi: “Mən bilirəm ki, sən
(adi bir) daşsan – nə zərər, nə də xeyir verə bilərsən. Hərgah mən Peyğəmbərin
səni öpdüyünü görməsəydim, səni öpməzdim.” (Buxari 1597, Muslim 3126,
1270/248)
Dəvə Və Digər Şeylər Üzərində Təvaf Etməyin Və Dəvə
Üzərində Olan Kimsənin Həcərul Əsvədə Çəlik Və Ya
Bəznəri Şeylərlə Toxunmasının İcazəli Olması
800. İbn Abbas demişdir: “Peyğəmbər vida həccində dəvəsinin üstündə
təvaf etmiş və (Kəbənin qara daş yerləşən) küncünə əsa ilə toxunmuşdur.”
(Buxari 1607, Muslim 3132, 1272/253)
801. Ummu Sələmə
rəvayət edir ki, (həcc ziyarətində) mən xəstəliyimdən
Peyğəmbərə şikayət etdim. O da: “Dəvəyə minib camaatın arxasınca təvaf
et” dedi. Mən təvaf etdikdə Peyğəmbər Kəbənin yanında durub: “And olsun
dağa! And olsun yazılmış Kitaba!”. (ət-Tur). oxuyaraq namaz qılırdı. (Buxari
464, 1633, 4853, Muslim 3137, 1276/258)
Səfa Və Mərva Arasında Səy Etməyin Bir Rükun Olması Və
Həccin Yalnız Onunla Səhih Olacağının Bəyanı
342
802. Urvə deyər ki, Peyğəmbərin zövcəsi Aişədən
soruşdum. Mən
soruşduğum zaman yaşı kiçik bir gənc idim. Uca və Böyük olan Allahın bu
ayəsi barədə rəyin nədir?”. “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu
nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə,
bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin
ki, Allah şükrün əvəzini verəndir, Biləndir”. (əl-Bəqərə 158). Mən, Səfa və
Mərva arasında dolaşmayan bir kimsə üzərinə günah olacağını zənn etmirəm”
dedim. Aişə: “Xeyr, ayənin mənası əsla dediyin kimi deyildir. Əgər ayənin
mənası sənin dediyin kimi olsaydı ayə: “Səfa və Mərva arasında
dolaşmamaqda günah yoxdur” surətində olardı. Bu ayə Ənsar haqqında nazil
olmuşdur. Onlar İslamdan öncə Manat bütünə ibadət üçün təlbiyyə edirdilər.
Mənat bütü Qudeyd (adlanan) ərazidə yerləşirdi. Onlar Səfa və Mərva
arasında səy etməyi günah sayardılar. İslam dini gəldiyi zaman Ənsar bunu
Rəsulullaha söylədilər. Uca Allah: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu
nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə,
bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin
ki, Allah şükrün əvəzini verəndir, Biləndir”. (əl-Bəqərə 158) ayəsini nazil etdi.
(Buxari 1790, 4495, Muslim 3138, 1277/259)
803. Urva demişdir: “Mən Aişədən
Uca Allahın: “Həqiqətən, Səfa və
Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim müqəddəs Evi həcc və ya ümrə
343
niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...”.
(əl-Bəqərə 158). sözü haqqında soruşdum və “Allaha and olsun ki, Səfa və
Mərvəni təvaf etməyən kimsəyə günah yoxdur” dedim. Aişə: “Sənin dediyin
necə də pisdir, ey bacım oğlu! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı,
şübhəsiz ki, onları təvaf etməmək günah sayılmazdı. Lakin bu ayə Ənsar
barəsində nazil olmuşdur. Onlar İslam dinini qəbul etməmişdən əvvəl
tapındıqları Mənat adlı bütü ziyarət etmək məqsədilə Müşəlləl deyilən yerdən
yola düşərdilər. Hər kim Mənatı ziyarət etmək məqsədilə ora gələrdisə, Səfa və
Mərvəni təvaf etməyi özünə günah hesab edərdi. İslam dinini qəbul etdikdən
sonra onlar Peyğəmbərdən : “Ya Rəsulallah, biz cahiliyyət dövründə Səfa və
Mərvəni təvaf etməkdən sıxılardıq” deyə soruşdular və Uca Allah bu ayəni
nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...”.
Aişə: “Peyğəmbər Səfa və Mərvəni təvaf etməyi vacib buyurmuşdur. Odur
ki, heç kəs (ziyarət əsnasında) onu tərk edə bilməz”. Zuhri deyir ki: “Aişənin
bu hədisi AbdurRahman İbn Əbu Bəkrə xəbər verildi (bu barədə nə bildiyini
soruşdum). O: “Aişənin Cahiliyyət dövründə Səfa və Mərva arasında səyi
günah sayan bir zümrə olduğunu xəbər verməsi bir elmdir. Lakin mən bunu
eşitməmişəm. Mən elm əhli olan bir çox kimsələrdən eşitdim ki, onlar belə
deyirdilər: “Aişənin xəbər verdiyi Mənat üçün ehrama girməkdə olan bu
zümrədən başqa Ənsardan bir zümrədə vardı. Onların hamısı cahiliyyə
dövründə Səfa və Mərva arasında təvaf edirdilər. (İslama gəldikdən sonra)
Uca Allah: “Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə
çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər”. (əl-Həcc 29). Ayətilə Beyti
təvaf etməzi zikr edib, Səfa və Mərva arasınd səyi zikr etmədikdə onlar: “Ya
Rəsulullah! Biz ta qədimdən Səfa və Mərva arasında təvaf edirdik. Allah Beyti
təvaf əmrini endirdiyi halda, Səfa və Mərva arasında səyi zikr etmədi. Biz Səfa
və Mərva arasında səy etsək günah olurmu bizə?” deyə soruşduq. Uca Allah:
“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” ayəsini nazil
etdi. Əbu Bəkr İbn AbdurRəhman dedi: “Mənim bildiyimə görə bu ayə
cahiliyyət dövründə Səfa və Mərvə dağlarını təvaf etməyi günah hesab edən və
bir də o dövrdə bu dağları təvaf edib, lakin İslam dinini qəbul etdikdən sonra
Kəbəni təvaf etmək barəsində nazil olan ayəyə əsaslanaraq, bunu günah hesab
edən iki dəstəyə cavab olaraq nazil olmuşdur”. (Buxari 1643, Muslim 3140,
1277/261)
804. Asim İbn Suleyman xəbər verdi ki, mən Ənəs İbn Məlikə : “Sizlər Səfa
344
və Mərva arasında səy etməyi (cahiliyyə əməllərindən) görürdünüzmü?” deyə
soruşdum. Ənəs: “Bəli, çünki bu səylər Allah: “Həqiqətən, Səfa və Mərvə
Allahın qoyduğu nişanələrdəndir...” ayəsini nazil olana qədər Cahiliyyə
əlamətlərindən sayılırdı” dedi. (Buxari 1648, Muslim 3143, 1278/264)
Təlbiyyəni Bayram Günü Böyük Cəməraya Daş Atmağa
Başlayana Qədər Davam Etməyin Müstəhəb Olması
805. Usamə İbn Zeyd rəvayət edir ki, Ərfatdan döndükləri zaman
Rəsulullahın miniyinin tərkində oturmuşdum. Rəsulullah Müzdəlifənin
(iki dağ arsında olan) sol yola çatdıqda dəvəsini çökdürdü. (Dəvədən enib)
təbii ehtiyacını ödədikdən sonra gəldi. Mən dəstəmaz üçün su gətirdim.
Yüngül yuyunub dəstəmaz aldı. Mən: “Yə Rəsulullah! Namazı qılacaqsan”
dedim. Rəsulullah: “Namazı irəlidə” deyə buyurdu. Miniyinə minib
Müzdəlifəyə gəldik. Həmən (məğrib və işa) namazlarını qıldıq. Bir müddət
dincəldikdən sonra (bayram günün sabahı) Rəsuullah dəvəsinin arxasına
Fadlı mindirdi. Kureyb, Abdullah İbn Abbasdan , o da Fadl İbn Abbasdan
rəvayət etdi ki, Rəsulullah Əqabə cəməratına çatıb daş atana qədər
təlbiyyə gətirməkdə davam edirdi” dedi. (Buxari 1669, 1670, Muslim 3146,
1280/226)
Ərafə Günü Ərafətdən Minaya Gedərkən Təlbiyyə Və
Təkbir Etmək
345
806. Ənəsdən təlbiyə haqqında soruşdular ki: “Siz Peyğəmbərlə bir yerdə
ikən (bunu) necə edirdiniz?” O dedi: “Nə təlbiyə deyən adam, nə də təkbir
oxuyan adam qınanmazdı.” (Buxari 970, Muslim 3157, 1285/274)
Ərafətdən Müzdəlifəyə Getmək Və O Günü Məğrib Və İşa
Namazlarını Bir Yerdə Cəm Edərək Müzdəlifədə Qılmağın
Müstəhəb Olması
807. Usamə İbn Zeyd rəvayət edir ki, Peyğəmbər Ərəfatdan (Müzdəlifəyə)
döndü. Nəhayət, gəlib dağ yoluna çatdıqda (minikdən) yerə düşüb subaşına
çıxdı. Sonra dəstəmaz aldı, lakin onu xəfif etdi. Mən dedim: “Namaz
(qılacaqsanmı), ya Rəsulullah?”. Peyğəmbər: “Namaz sənin önündədir
(müzdəlifədə qılacağıq)” deyib (dəvəsinə) mindi. (Peyğəmbər) Müzdəlifəyə
gəlib çatdıqda dəvəsindən yerə düşüb kamil şəkildə dəstəmaz aldı. Sonra
namaz qılmaq üçün iqamə verildi və o, məğrib namazını qıldırdı. Sonra hər
kəs öz dəvəsini dayandığı yerdə dizi üstə çökdürdü. Sonra işa namazının
iqaməsi verildi və o, (camaata) namaz qıldırdı. (Peyğəmbər) bu iki namaz
arasında heç bir namaz qılmadı. (Buxari 139, Muslim 3159, 1280/276)
808. Usamədən soruşdular: “Vida həccində Peyğəmbər Ərəfatdan
(Müzdəlifəyə) gedərkən necə hərəkət edirdi?” O dedi: “(Peyğəmbər) aramla
hərəkət edərdi; yol açıq olduqda isə dəvəsini tez sürüb gedərdi.” (Buxari 1666,
Muslim 3166, 1286/283)
809. Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər Vida həcci zamanı
Müzdəlifədə məğrib və işa namazlarını birləşdirdi”.
(Buxari 1674, Muslim
3168, 1287/285)
346
810. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər yürüş şiddətli olduğu
zaman məğrib və işa namazlarını birləşdirdi”. (Buxari 1106, Muslim 1657,
73/44)
Müzdəlifədə Bayram Günü Sübh Namazını Daha Tez
Qılmağın (Vaxtı Girən Kimi) Və Fəcrin Doğduğunu
Dəqiqləşdirdikdən Sonra İşi Tezləşdirməyə Can Atmaq
811. Abdullah İbn Məsud rəvayət edir ki, mən Peyğəmbərin
(Müzdəlifədə) birləşdirdiyi iki namaz müstəsna heç bir namazı birləşdirdiyini
görmədim. Məğrib və İşa namazlarını birləşdirdi. Bir də sübh namazını
vaxtından öncə qıldı (yəni vaxı girən kimi)”. (Buxari 1682, Muslim 3176,
1289/292)
Gecənin Sonuna Yaxın İnsanlar Çıxmamışdan Öncə
Qadınlardan Və Başqalardan Olan Zəiflərin Müzdəlifədən
Minaya İlk Öncə Göndərməyin Müstəhəb Olması Və Digər
Həcilərin Sübh Namazını Qılıncaya Qədər Müzdəlifədə
Qalmalarının Müstəhəb Olması
347
812. Aişə
demişdir: “Biz (Ərəfatdan qayıdarkən) Müzdəlifədə dayandıq.
Səudə (Peyğəmbərin zövcələridən biri) astagəl qadın olduğundan, basırığa
düşməsin deyə (gecə ikən oradan çıxıb getmək üçün) Peyğəmbərdən izn
istədi, o da ona izn verdi. Səudə basırıq düşməmiş oradan çıxıb getdi. Biz isə
səhər açılanadək orada qaldıq. Sonra biz Peyğəmbərlə birlikdə (Minaya)
getdik. Əgər Səudə kimi mən də Peyğəmbərdən izn istəmiş olsaydım, bu
məni çox sevindirərdi.” (Buxari 1681, Muslim 3178, 1290/293)
813. Cəmaat Müzdəlifəyə toplandığı gecə Əsma Bint Əbu Bəkr
oraya gəlib
namaz qıldı. O, bir qədər namaz qıldıqdan sonra (köləlikdən azad etdiyi
Abdullahdan): “Oğlum, ay batdımı?” deyə soruşdu. (Abdullah dedi:) “Mən:
“Xeyr!”- deyə cavab verdim. Əsma
bir qədər də namaz qıldıqdan sonra
(yenə): “Ay batdımı?” deyə soruşdu. Mən: “Bəli!” deyə cavab verdim. Əsma:
“Yola düşün!” deyə buyurdu. Biz (Minaya) yollandıq. Nəhayət, o, gəlib böyük
sütuna daş atdıqdan sonra mənzilinə qayıdıb (orada) sübh namazını qıldı. Mən
ona dedim: “Xanım, deyəsən, biz (Minaya) çox tez gəlmişik?” O dedi: “Oğlum,
Peyğəmbər qadınlara izn vermişdir.” (Buxari 1679, Muslim 3182, 1291/297)
814. İbn Abbas rəvayət edir ki, mən Peyğəmbərin ailəsinin zəifləri
içərisində Müzdəlifə gecəsi (Minaya ilk) göndərdiyi kimsələrdən idim”.
(Buxari 1678, Muslim 3187, 1292/301)
815. İbn Ömər ailəsindən zəif kimsələri (Minaya) ilk olaraq göndərərdi.
Onlar gecə ikən Müzdəlifədə, Məşərul Həramın yanında dayanardılar. Uca və
Böyük olan Allahı zikr edər və dua edərdilər. Sonra imamın Minada
dayanmasından və hərəkət etməsindən əvvəl Minaya dönərdilər. Artıq
onlardan kimsə Minaya sübh namazı vaxtında, kimisi də bindan sonra çatırdı.
Ora gəldikləri zaman Əqabə cəmərasına daş atardılar. İbn Ömər rəvayət edir
348
ki, Peyğəmbər bu zəif kimsələrin belə etmələrinə rüxsət verərdi”. (Buxari
1676, Muslim 3190, 1295/304)
Əqabə Cəmərəsinə Daşı Atarkən Vadinin İçindən Atmaq,
Məkkə Solunda Qalmaqla Və Hər Daşı Atarkən Təkbir
Gətirmək
816. AbdurRəhman İbn Yezid demişdir: “Abdullah İbn Məsud daşları
sütunlara vadinin aşağı tərəfindən atdı. Mən dedim: “Ey əbu AbdurRəhman,
insanlar daşları (sütunlara) vadinin yuxarı tərəfindən atırlar.” (İbn Məsud) dedi:
“Özündən başqa məbud olmayan Allaha and olsun ki, bu “əl-Bəqərə” surəsinin
(Peyğəmbərə ) nazil olduğu yerdir (Özünə “əl-Bəqərə” surəsi nazil olan
kimsə də (daşları) bu cür atardı)” (Buxari 1747, Muslim 3194, 1296/307)
817. Aməş, Abdullah İbn Məsuddan rəvayət edir ki, eşitdim Həccac İbn
Yusuf minbər üzərində: “İçində əl-Bəqərə zikr olunan surə, içində Ali İmran
zikr olunan surə, içində ən-Nisə zikr olunan surə” deyirdi. (Bütün bunların
hansının daha doğru olduğunu öyrənmək) üçün İbrahim (ən-Nəhai) zikr
etdim. O, dedi: “Mənə Abdullah İbn Yəzid, o da İbn Məsudla bərabər Əqabə
cəmərəsinə daş atdı, sonra Vadinin içərisində olan ağacın altından yeddi dənə
daş götürərək hər birini təkbir gətirərək atdı. Sonra: “Ondan başqa heç bir İlah
olmayan Allaha and olsun ki, üzərinə əl-Bəqərə surəsi nazil olmuş adam
(Peyğəmbər ) burda dayanmışdır”. (Buxari 1750, Muslim 3196, 1296/309)
Saçı Qırxmaq, Qısaltmaq Və Qısaltmağın İcazəli Olması
349
819. İbn Ömər demişdir: “Peyğəmbər həcc ziyarətində başını (ülgüclə)
qırxdırdı.” (Buxari 1726, Muslim 3204, 1301/316)
820. İbn Ömər rəvayət edir ki, Peyğəmbər (vida həccində) dedi: “Allahım,
saçını qırxdıranlara rəhm et!” (Əshabələr): “Qısaldanlara da, ya Rəsulullah?”
deyə soruşdular. Dedi: “Allahım, saçını qırxdıranlara rəhm et!” Onlar:
“Qısaldanlara da, ya Rəsulullah?” deyə soruşdular. Dedi: “Qısaldanlara da
(rəhm et)!” (Buxari 1727, Muslim 3205, 1301/317)
Bayram Günü Sünnə Daş Atmaq, Qurban Kəsmək, Sonra
Başı Qırxmaq Və Başı Qırxdırarkən Sağ Tərəfdən Başlamaq
821. Ənəs rəvayət edir ki, Peyğəmbər başını qırxdırdıqda onun saçından
ilk götürən kimsə Əbu Təlhə olmuşdur. (Buxari 171, Muslim 3214, 1305/324)
Qurban Kəsmədən Saçını Qırxdıran Və Ya Daş Atmadan
Öncə Qurban Kəsənlər
822. Abdullah İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbər vida həccində,
ona sual verən insanlar olduğuna görə Mina vadisində dayandı. Bir nəfər onun
yanına gəlib: “Bilmədim, qurban kəsməzdən əvvəl başımı qırxdırdım” dedi.
350
(Peyğəmbər): “Eyib etməz, (get, indi) kəs!” deyə buyurdu. Başqa birisi gəlib:
“Bilmədim, (şeytana) daş atmazdan əvvəl qurban kəsdim” dedi. (Peyğəmbər):
“Eybi yoxdur, (get, indi) at!” deyə buyurdu. (Həmin gün) Peyğəmbərdən
(qurban kəsmək, baş qırxdırmaq, daş atmaq, təvaf etmək kimi həcc
ayinlərindən) önə keçirilmiş və ya təxirə salınmış hansı bir şey haqqında
soruşdularsa, o sadəcə: “Eybi yoxdur, (get, indi) elə” deyə buyurdu.” (Buxari
83, 124, 1736, Muslim 3216, 1306/327)
823. İbn Abbas rəvayət edir ki, Peyğəmbərdən (Vida Həccində Minada)
qurban kəsmək, saç qırxmaq, Cəmərata daş atmaq (bunların hansı birini) önə
keçirməkdə və ya geriyə salmaq barəsində soruşulduqda: “Fərq etməz” deyə
buyurdu. (Buxari 1734, Muslim 3224, 1307/334)
İfadə Təvafının Bayram Günü Müstəhəb Olması
824. AbdulƏziz İbn Rufey demişdir: “Mən Ənəs İbn Malikə sual verib
dedim: “Peyğəmbərin (etdiklərindən) xatırladığın bir şey barəsində mənə
xəbər ver. (De görək,) Peyğəmbər tərviyə günü zöhr və əsr namazlarını hara-
da qılmışdır?” Ənəs: “Minada” deyə cavab verdi. Mən soruşdum: “Bəs
(zülhiccənin on üçü Minadan) çıxdığı gün əsr namazını harada qılmışdır?”
Ənəs: “Əbtəhdə” deyə cavab verdi. Sonra da buyurdu: “Sən əmirlərinin etdiyi
kimi et.” (Buxari 1653, 1763, Muslim 3226, 1309/336)
Təşriq Günləri (Zül Hiccənin On Bir, On İki, On Üçüncü
Günü) Əl-Muhassab (Əl-Əbtah, Xeyf) Adlanan Yerə
Gəlmək Və Orada Namaz Qılmaq
351
825. Aişə əl-Muhassab Peygambərin (Mədinəyə çıxdığı zaman ziyarət
əsnasında) dayandığı (qonaqladığı yerdi. Yəni əl-Əbtahı (qəsd edərdi)”.
(Buxari 1765, Muslim 3231, 1311/340)
826. İbn Abbas demişdir: “Muhassab (həcc ziyarətinə aid Mina, Ərafat,
Muzdəlifə) bir ayin deyildir. Sadəcə olaraq Peyğəmbər (ziyarət əsnasında)
həmin yerdə dayanmışdır.” (Buxari 1766, Muslim 3232, 1312/341)
827. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər Qurban bayramı günü səhər
Minada ikən demişdir: “Sabah biz (inşallah) Bəni-Kinanə qəbiləsinin
məhəlləsində – kafir qalacaqlarına dair and içdikləri yerdə – olacağıq.”
Peyğəmbər Mühəssəb (deyilən yeri) qəsd edirdi. (Bir zaman həmin o yerdə)
qureyşlilərlə kinanəlilər and içmişdilər ki, Haşim və AbdulMuttəlib (va ya
Muttəlib) oğulları Peyğəmbəri onlara təhvil verməyincə onlarla nə nikah
bağlasınlar, nə də alver etsinlər (üç il davam etmişdir)” (Buxari 1590, Muslim
3235, 1314/344)
Dostları ilə paylaş: |