Xəvaricləri Öldürməyə Təşviq
643. Əli demişdir: “Mən Peyğəmbərdən bir hədis rəvayət etsəm, bilin ki,
mənim üçün guruppultu ilə göydən yerə düşmək, Peyğəmbərin adından
yalan danışmaqdan daha yaxşıdır. Söhbət öz aramızda qalsın, bilin ki,
müharibə aldatmadır (hiylədir). Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən
xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keçdiyi kimi İslamdan
çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçməyəcəkdir. Odur ki,
onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldürən kimsələrə
Qiyamət günü bunun müqabilində mükafat veriləcəkdir.” (Buxari 3611, 5057,
4770, Muslim 2511, 1771, 1066/154)
Xəvariclər Məxluqatın (İnsanların Və Heyvanların) Ən
Pisidir
644. Yusa İbn Amr deyir ki, Səhl İbn Hənifə dedim: “Peyğəmbərdən
xəvariclər barədə nə isə eşitmisən?”. Belə dediyini eşitdim: “Əlini İraqa tərəf
uzadaraq o tərəfdən bir qövm çıxacaq Quran oxuyacaqlar lakin boğazlarından
aşağı keçməyəcəkdir. İsamdan ox yayından çıxdığı kimi çıxacaqlar”.(Buxari
6934, 6535, Muslim 2519, 1068/159)
279
Peyğəmbər Və Əhli Beytinə Bəni Həşim Və Bəni Muttalib
Zəkat Verilməsinin Haram Olması
645. Əbu Hureyra demişdir: “Məhsul yığımı zamanı Peyğəmbərə xurma
gətirərdilər. Bəziləri onu özü gətirər, bəziləri də (başqa birisi ilə) göndərərdi.
(Bu ta o vaxta qədər davam edərdi ki,) axırda onun yanında bir topa xurma
yığılardı. (Bir dəfə Peyğəmbərin nəvələri) Həsən və Hüseyn həmin
xurmalarla oynamağa başladılar. Onlardan biri xurmalardan birini götürüb
ağzına qoydu. Peyğəmbər ona baxıb xurmanı onun ağzından çıxartdı və
dedi: “Məgər bilmirsənmi ki, Muhəmməd ailəsi sədəqə yemir?!” (Buxari
1485, Muslim 2522, 1069/161)
646. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hərdən olur ki,
mən evə gəlib yatağımın üstünə düşmüş bir xurma görürəm və onu götürüb
yemək istəyirəm. Sonra o xurmanın sədəqə olduğundan ehtiyat edib onu kə-
nara qoyuram.” (Buxari 2432, Muslim 2525, 1779, 1070/162)
647. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər bir dəfə yerə düşmüş bir
xurma dənəsinə təsadüf etdi. Bu xurmanın sədəqə malından olmadığını
bilsəydim heç şübhəsiz ki, onu yeyərdim” deyə buyurdu. Həmməm, Əbu
Hureyrədən , o da Peyğəmbərdən rəvayət edir ki, “Hərdən olur ki, mən
evə gəlib yatağımın üstünə düşmüş bir xurma görürəm və onu götürüb yemək
istəyirəm. (Sonra o xurmanın sədəqə olduğundan ehtiyat edib onu kənara
qoyuram)”. (Buxari 2055, Muslim 2529, 1783, 1071/166)
280
Peyğəmbərə, Bəni Həşimə Bəni Muttalibə Hədiyyə
Verməyin Müstəhəb Olması, Baxmayaraq Hədiyyə Verən
Hədiyyəsini Sədəqə Yolu İlə Əldə Etsə Də Belə Və
Sədəqənin Sədəqə Verilənin Əlinə Keçdikdə Ondan
Sədəqə Vəsfinin İtməsinin Və Sədəqə Verilməsinin Haram
Olan Hər Bir Kəsə Halal Olmasının Bəyanı
648. Ənəs rəvayət edir ki, Bərirəyə
sədəqə olaraq verilmiş qoyun ətini
Peyğəmbərə gətirdilər. (Belə olduğu halda) Peyğəmbər: “Bu (ət) onun üçün
sədəqə, bizim üçün isə hədiyyədir.” (Buxari 1495, Muslim 3856, 2766, 1504/12)
649. Ummu Atiyyə əl-Ənsariyy
rəvayət edir ki, Peyğəmbər Aişənin
yanına daxil oldu və: “Yanınızda yeyiləsi bir şey varmı?” deyə buyurdu.
Aişə: “Xeyr, bir şeylər yoxdur. Yalnız sənin Nuseybəyə sədəqə olaraq
göndərmiş olduğun qoyundan bir parça ət vardır” dedi. Peyğəmbər: “O,
sədəqə öz yerinə çatmışdır” deyə buyurdu. (Buxari 1494, 2579, Muslim 2541,
1789, 1076/174)
Peyğəmbərin Hədiyyəni Qəbul Etməsi Və Sədəqəni
Götürməməsi
281
650. Əbu Hureyra rəvayət edir ki, (hər dəfə) Peyğəmbərə yemək
gətirildikdə o bunun hədiyyə, yoxsa sədəqə olduğunu soruşardı. “Sədəqədir”
desəydilər, o, əshabələrinə: “Yeyin!” deyər, özü isə yeməzdi. “Hədiyyədir”
desəydilər, əlini uzadıb əshabələri ilə birlikdə yeyərdi.” (Buxari 2576, Muslim
2542, 1789, 1077/175)
Sədəqə (Zəkatı) Gətirən Üçün Dua Etmək
651. Abdullah İbn Əbu Əufə demişdir: “Birisi Peyğəmbərə sədəqə
gətirəndə, (Peyğəmbər onun üçün dua edib) deyərdi: “Allahım, filankəsin
ailəsinə xeyir-dua ver!” Atam Peyğəmbərə sədəqə gətirdikdə, o buyurdu:
“Allahım, Əbu Əufənin ailəsinə xeyir-dua ver!” (Buxari 1497, 4166, 6332,
Muslim 2544, 1791, 1078/176)
282
Oruc Kitabı
283
Ramazan Ayının Fəziləti
652. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ramazan ayı
yetişdiyi zaman göyün qapıları açılır, Cəhənnəmin qapıları qapadılır və
şeytanlara zəncir vurulur.” (Buxari 1899, 3277, Muslim 2548, 1794, 1079/2)
Ayin Görsənməsilə Ramazan Orucunun Fərz Olması, Ayın
Görsənməsilə Bayramın Başlanması Və Ayın Əvvəlində Və
Ya Sonunda Hava Buludlu Olarsa Ramazan Ayının Otuz
Gün Olaraq Tamamlanması
653. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər Ramazan ayını zikr
etdi və buyurdu: “Hilalı görmədikcə oruc tutmayın, yenə də Hilalı görmədikcə
iftar etməyin. Əgər Hilal sizə qarşı buludla örtülərsə o zaman hesab aparın”.
(Buxari 1906, Muslim 2554, 1797, 1080/8)
654. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ay (Hilal) bu qədər,
bu qədərdi – yəni 30” deyə buyurdu. Sonra: “Bu qədər, bu qədərdi – yəni 29”
deyə buyurdu. Bu əl hərəkətləriylə bir dəfə 29, bir dəfə də 30 işarə etdi”.
(Buxari 5302, Muslim 2551, 2558, 2559, 1080/4)
284
655. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biz savadsız bir
ümmətik, nə yazmaq bilirik, nə də hesablamaq. Ay gah belə, gah da belə
(olur).” Yəni hərdən iyrimi doqquz, hərdən də otuz gün olur.” (Buxari 1913,
Muslim 2563, 1806, 1080/15)
656. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər və ya Əbul Qasim
buyurdu: “Ramazan hilalını gördüyünüz zaman oruc tutun. Şəvval hilalını
gördüyünüz zaman iftar edin (yəni Bayram). Əgər Hilal gizlənərsə bu zaman
Şaban ayının günlərini otuza tamamlayın”. (Buxari 1909, Muslim 2567, 2568,
1081/19)
Ramazan Ayına Bir Və İki Gün Öncə (Oruclu Olaraq) Daxil
Olmamaq
657. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən heç kəs
ramazandan bir gün və ya iki gün əvvəl oruc tutmasın. Fəqət, əvvəllər oruc
tutan adam həmişəki qaydada (birinci və dördüncü, hər ayın on 13,14,15 və s.)
orucunu tuta bilər.” (Buxari 1914, Muslim 2570, 1082/21)
Ayin İyirmi Doqquz Gün Olması
285
658. Ummu Sələmə
rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bir ay ərzində
zövcələrinə yaxınlaşmayacağına dair and içdi. İyirmi doqquz gün keçdikdən
sonra səhər və ya axşam onların yanına gəldi. (Zövcələrindən biri) ona dedi:
“Axı sən and içmişdin ki, bir ay bizimlə yaxınlıq etməyəcəksən?!”. Peyğəmbər:
“Ay iyirmi doqquz gün olmuşdur.” (Buxari 1910, Muslim 2575, 1816, 1085/25)
Peyğəmbərin : “İki Bayram Ayı Naqis Olmaz” Sözünün
Mənası
659. Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki ay vardır ki,
bunlar naqis olmaz. Bu, bayram ayları – ramazan və zülhiccədir.” (Buxari 1912,
Muslim 2583, 2584, 1089/2)
Oruca Girişin Fəcrin Doğması İlə Hasil Olması, Fəcr
Doğuncaya Qədər Yemək Və S. Şeylər, Oruca, Namazın
Vaxtın Və S. Hökümlərin Aslı Olduğu Fəcrin Sifətinin
Bəyanı
660. Adiy İbn Hatim demişdir: “Ağ sap qara sapdan seçilənə qədər yeyin
için” ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yastığımın altına
qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bil-
mədim. Səhəri gün Peyğəmbərin yanına gəlib nə etdiyimi ona xəbər verdim.
Peyğəmbər (mənə) dedi: “Əslində, bu, gecənin qaranlığı və gündüzün
aydınlığıdır.” (Buxari 1916, Muslim 2585, 1090/33)
286
661. Səhl İbn Sad demişdir: “Ağ sap qara sapdan seçilənə qədər yeyin için”.
(əl-Bəqərə 187). ayəsi nazil olduqda – Minəl Fəcri – ləfzi enməmişdir. Bəzi
müsəlmanlar oruc tutmaq istədiklərində ayağına ağ ip və qara ip bağlamış və
bunların görülməsi görünənə qədər yeməkdən çəkindi. Bundan sonra Allah:
“Minəl Fəcri” ayəsini nazil etdikdən sonra səhabələr Allahın: “Ağ sap və qara
sapdan” gecə və gündüz qəsd edildiyini öyrəndilər”. (Buxari 1917, Muslim
2586, 1091/35)
662. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bilal azanı gecə
verir, İbn Ummu Maktumun azanını eşidənə kimi yeyin-için”. (Buxari 620,
7248, Muslim 2588, 2589, 1092/36)
663. Aişə
rəvayət edir ki, Bilal gecə ikən azan oxuyur. Peyğəmbər:
“Ummu Məktubun azan oxuyuncaya qədər yeyin və için. Çünki Ummu
Məktub sübh açılmadıqca azan oxumaz” deyə buyurdu. (Buxari 1919, Muslim
2590, 1092/38)
664. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bilalın
azan oxuması sizə səhur yeməyinizi yeməyə mane olmamalıdır. Çünki o, gecə
namazını qılanlarınızı xəbərdar etmək və yatanlarınızı oyatmaq üçün gecə
vaxtı azan verir. Bu isə dan yerinin sökülməsi və ya sübh namazının vaxtının
başlanması demək deyildir.” (Bunu deyəndən sonra) o, barmaqlarını yuxarı
qaldırıb aşağı endirərək işarə etdi. (Buxari 621, Muslim 2593, 1093/39)
287
Səhur Yeməyinin Fəziləti, Təkidlə Müstəhəb Oluşu Və
Səhuru Gecikdirib, İftarı İsə Tezləşdirməyin Müstəhəb
Oluşu
665. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Səhur
yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” (Buxari 1923, Muslim 2603,
1095/45)
666. Ənəs rəvayət edir ki, Zeyd İbn Sabit ona Peyğəmbərlə birlikdə
səhur yeməyini yediklərini, sonra da namaz qılmağa durduqlarını xəbər
vermişdir. Ənəs: “Mən ondan soruşdum: “Səhurla namaz arasında nə qədər
(vaxt) var idi?” O dedi: “(Bu vaxt ərzində) əlli və ya altmış ayə oxumaq
olardı.” (Buxari 575, Muslim 2606, 1097/47)
667. Səhl İbn Səd rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlar
oruclarını erkən açacaqları müddət ərzində xeyir içində olacaqlar.” (Buxari
1957, Muslim 2608, 1098/48)
Orucun Sona Çatması Və Gündüzün Çıxma Vaxtının
Bəyanı
668. Ömər İbn Xəttab rəvayət edir ki, Peyğəmbər buyurdu: “Gecə bu
tərəfdən (Şərq) gəldiyi zaman, gündüz də bu tərəfdən (qərbdən) getdiyi
zaman, günəş də batdığı zaman oruclu orucunu pozmuşdur (iftar vaxtıdır)”.
288
(Buxari 1954, Muslim 2612, 1100/51)
669. İbn Əbu Əufə demişdir: “Biz Peyğəmbərlə birlikdə səfərdə olarkən o,
bir adama: “Düş, mənim üçün sıyıq hazırla!” deyə buyurdu. Adam dedi: “Ya
Rəsulullah, gün (hələ batmayıb axı).” Peyğəmbər (bir də) buyurdu: “Düş,
mənim üçün sıyıq hazırla!” Adam (yenə) dedi: “Ya Rəsulullah, gün (hələ
batmayıb axı).” Peyğəmbər (yenə) buyurdu ki: “Düş, mənim üçün sıyıq
hazırla!” Onda həmin adam (miniyindən) enib onun üçün sıyıq hazırladı.
(Peyğəmbər) sıyıqdan içdikdən sonra əlini (şərqə tərəf) uzadıb dedi: “Gecənin
bu istiqamətdən gəldiyini gördüyünüz zaman, (bilin ki,) artıq oruc tutan adam
orucunu açmalıdır.” (Buxari 1941, 5397, Muslim 2613, 2614, 1101/52)
Visal Orucunun Qadağan Edilməsi
670. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər Visal orucunu
qadağan etdi. Səhabələr: “Sən bir-birinə birləşdirərək oruc tutursan? (Yəni,
Peyğəmbər iftar etməzdi)” dedilər. Peyğəmbər: “Mən sizin kimi deyiləm.
Çünki mən yedizdirilir və içizdirilirəm” deyə buyurdu. (Buxari 1962, Muslim
2618, 2619, 1102/55)
671. Əbu Hureyra demişdir: “Peyğəmbər (iftar etmədən) dalbadal oruc
tutmağı qadağan etdi. Müsəlmanlardan biri ona dedi: “Axı sən özün dalbadal
oruc tutursan, ya Rəsulullah?!”. Peyğəmbər: “Hansınız mənim kimi ola bilər?!
Gecələr yeməyi və içməyi mənə Rəbbim verir”. (Bəziləri) dalbadal oruc
tutacaqlarına israr etdikdə Peyğəmbər onlarla birlikdə iki gün dalbadal oruc
289
tutdu, sonra onlar (şəvvalın) hilalını gördülər. Peyğəmbər: “Əgər hilal gec
görünsəydi, mən sizə əlavə oruc tutmağı vadar edəcəkdim.” Belə etmək
istəyirdi ki, inadkarlıq etdiklərinə görə onları cəzalandırsın.” (Buxari 1965,
Muslim 2621, 1103/57)
672. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Gecələr yeməyi
və içməyi mənə Rəbbim verir. Siz isə gücünüz çatan işləri görün!” (Buxari
1966, Muslim 2622, 1103/58)
673. Ənəs rəvayət edir ki, Peyğəmbər Ramazan ayının sonlarında (arada
iftar) etmədən oruclarını bir-birinə birləşdirdi. Buna baxaraq bəzi müsəlmanlar
da oruclarını bir-birinə (arada iftar) etmədən birləşdirdilər. Onların bu oruc
tutmaları Peyğəmbərə çatdı. "Əgər ay mənim üçün uzadılsaydı orucmu elə
uzadardım ki, həddi aşanlar bir də dərinə getməyi tərk edərdilər. Mən sizin
kimi deyiləm. Çünki Rəbbim məni yedizdirir və içizdirir” deyə buyurdu.
(Buxari 7241, Muslim 2625, 2626, 1104/60)
674. Aişə
rəvayət edir ki, Peyğəmbər (ümmətinə) Visal – rəhmət -
orucunu (bir-birinə birləşdirərək tutmağı) qadağan etdi. Səhabələr: “Sən bir-
birinə birləşdirərək oruc tutursan? (Yəni, Peyğəmbər iftar etməzdi)” dedilər.
Peyğəmbər: “Mən sizin kimi deyiləm. Çünki Rəbbim məni yedizdirir və
içizdirir” deyə buyurdu. (Buxari 1964, Muslim 2627, 1105/61)
Oruclu İkən Öpməyin, Şəhvətini Hərəkətə Gətirməyən
Kimsələrə Haram Olmadığının Bəyanı
290
675. Aişə
rəvayət edir ki, Peyğəmbər oruclu ikən bəzi zövcələrini
öpərdi” demiş – sonra da gülərdi. (Buxari 1928, Muslim 2628, 1106/62)
676. Aişə
demişdir: “Peyğəmbər orucluqda (zövcələrini) qucaqlayıb
öpərdi. (Təbii ki, nəfsini) saxlamaqda ən möhkəm iradəsi olanınız o idi.”
(Buxari 1927, Muslim 2633, 1106/66)
Cünub Olduğu Halda Üzərinə Fəcr (Sübhün) Girməsini
(Görən) Kimsənin Orucunun Səhih Olması
677. Aişə
və Ummu Sələmə
rəvayət edir ki, Peyğəmbər (ailəsi ilə
yaxınlıq etdikdən sonra) dan yeri söküləndə cunub ikən yuxudan oyanıb qüsl
edər və orucunu tutardı.” (Buxari 1925, 1926, Muslim 2646, 1109/76)
Oruclunun Ramazan Günündə Cinsi Əlaqədə Olmasının
Haram Edilməsi, Bu Səbəblə Böyük Kəffarə Verməsinin
Vacibiyyəti, Kəffarənin Kasıba Da Zənginə Də Vacib
Olması Və İmkan Tapana Qədər Boynunda Qalması
678. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərin yanına bir nəfər gələrək
dedi: “Qövmün ən axırıncı adamı Ramazan gündüzündə qadını ilə yaxınlıq
291
etdi”. Peyğəmbər: “Bir qulu azad etmək imkanı varmı?” deyə buyurdu. Adam:
“Xeyr” dedi. Peyğəmbər: “İki ay ardı ardına oruc tutmaq iqtidarındasanmı?”
deyə buyurdu. Adam: “Xeyr (gücüm çatmaz” dedi. Peyğəmbər: “altımış fəqiri
doydurmaq üçün bir şeylər varmı?” deyə buyurdu. Adam: “Xeyr” dedi. Bu
vaxt Peyğəmbər üçün bir qab (zənbil) dolu xurma gətirdilər. Peyğəmbər ona:
“Bu xurmanı öz adından kəffarə olaraq fəqirlərə yedirt” deyə buyurdu. Adam:
“Bizim ailədən daha möhtac olanımı? Bu ərazidə (bu iki daşlıq) arasında bizim
ailəmizdən daha möhtac bir ev tanımıram” dedi. Peyğəmbər: “Onda bunu öz
ailənə yedirt” deyə buyurdu. (Buxari 1937, Muslim 2651, 1111/81)
679. Aişə
rəvayət edir ki, bir kişi məsciddə Peyğəmbərin yanına gəldi
və belə dedi: “Yandım”. Peyğəmbər ondan: “Nə üçün?” deyə soruşdu. O:
“Qadınımla Ramazan ayında (günorta vaxtı) cinsi əlaqədə oldum!” deyə cavab
verdi. Peyğəmbər: “Sədəqə ver!” deyə buyurdu. Kişi: “Mənim sədəqə verməyə
bir şeyim yoxdur!” deyə cavab verdi. O kişiyə oturmağını əmr etdi. Sonra
eşşəyi sürən bir kişi gəldi. Yanında yemək vardı. Hədisi rəvayət edən
AbdurRahman: “Peyğəmbərə nə gətirdiyini bilmirəm” dedi. Peyğəmbər:
“Yandım deyən hanı?” deyə buyurdu. Adam: “Budur mən burdayam” dedi.
Peyğəmbər: “Götür bunu sədəqə ver” deyə buyurdu. Adam: “Məndəndə
kasıbına, ailəmin yeməyi belə yoxdur” dedi. Peyğəmbər: “Onda götür ye!”
deyə buyurdu. (Buxari 6822, Muslim 2657, 2659, 1112/85)
Səfəri İki Və Ya Üç Mərhələdən İbarət Olan Müsafirə
Günah Olmadığı Təqdirdə Orucunu Tutub Tutmamasının
İcazəli Olması, Oruçtan Bir Zərər Gəlmədən Tutmağa
İqtidarı Olan Kimsənin Oruc Tutmasının, Məşəqqət
Görəcək Kimsənin İsə Tutmamasının Əfzəl Olunduğunun
Bəyanı
292
680. İbn Abbas demişdir: “Peyğəmbər ramazan ayında Məkkəyə yola
düşdü və (müəyyən müddətədək) oruc tutdu. Nəhayət, Kədidə (Məkkənin
yaxınlığında olan yer adı) gəlib çatdıqda orucunu açdı və (onun yanında olan)
insanlar da oruclarını açdılar.” (Buxari 1944, Muslim 2660, 1113/88)
681. Cabir İbn Abdullah demişdir: “Peyğəmbər səfərdə ikən taqətdən
düşmüş bir kişinin ətrafına toplanmış əshabələri görüb (onlardan): “Nə baş
verib?” deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” deyə cavab verdilər. Pey-
ğəmbər: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir.” (Buxari 1946, Muslim 2668,
1115/92)
682. Ənəs İbn Malik demişdir: “Biz Peyğəmbərlə birlikdə səfərə çıxardıq
və (aramızda) oruc tutanlar tutmayanları, tutmayanlar da tutanları
qınamazdılar.” (Buxari 1947, Muslim 2676, 1118/98)
Səfərdə Orucunu Açan Kəsin Etdiyi Əməlinin Savabı
683. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) biz Peyğəmbərlə birlikdə (səfərə
çıxmışdıq). Əksəriyyətimiz əbalarını başlarına tutmaqla özlərini günün
istisindən qoruyurdu. Oruc tutanlara gəlincə, onlar heç bir iş görmürdülər.
Oruc tutmayanlara gəldikdə isə, onlar dəvələri sulayır və yemləyir, habelə
(oruc tutanlara) xidmət edir və yardım göstərirdilər. (Onların canfəşanlığını
görən) Peyğəmbər: “Bu gün savabın (hamısını) oruc tutmayanlar qazandı
(apardı)” (Buxari 2890, Muslim 2678, 2679, 1119/100)
Dostları ilə paylaş: |