Etiqaf Kitabı
309
Ramazanın Son On Günündə Etiqaf
727. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər Ramazanın son on
günündə etiqaf edərdi”. (Buxari 2025, Muslim 2838, 1171/2)
728. Peyğəmbərin zövcəsi Aişə
rəvayət etmişdir ki, Peyğəmbər vəfat
edənədək (hər) ramazan ayının son on gününü etikafda keçirərdi. Onun
vəfatından sonra onun zövcələri etikaf etməyə davam etdilər.” (Buxari 2026,
Muslim 2841, 1172/5)
Etiqaf Etmək İstəyən Kimsənin Etiqaf Yerinə Nə Zaman
Girəcəkdir
729. Aişə
rəvayət edir ki, Peyğəmbər Ramazanın son on günündə
etiqaf edərdi. Mən də onun üçün yundan bir çadır qurardım. Sübh namazını
qıldırır və bu çadıra girərdi. Bir dəfə Həfsə
də bir çadır qurmaq üçün
Aişədən
izn istədi. Aişə
də Həfsəyə
izn verdi. O, da bir çadır
qurdu. Zeynəb Binti Cəhş
bunu gördükdə o, da bir çadır qurdu.
Peyğəmbər bu çadırları gördüyü zaman: “Bu nə çadırladır?” deyə buyurdu.
Ona: “(Həfsə ilə Zeynəbin) çadırlarıdır” dedilər. Peyğəmbər: “Onlar bunu
xeyir və itaətmi sayırlar?” deyə buyurdu və (Ramazanda) etiqafı tərk etdi,
sonra da Şəvval ayında on gün etiqaf etdi”. (Buxari 2033, Muslim 2842, 1172/6)
310
Ramazanın Son On Günündə (İbadətə) Daha Çox Səyy
Göstərmək
730. Aişə
demişdir: “(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər
belbağını bərk-bərk bağlayardı (ibadətə hazırlıq görər) və gecələri həm özü
ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).”
(Buxari 2024, Muslim 2844, 1174/7).
311
Həcc Kitabı
312
Həcc Və Ümrə Üçün Ehrama Girən Kimsəyə Mübah Olan
Və Ya Olmayan Şeylərlə Ətir Sürtməyin Haram Olmasının
Bəyanı
731. İbn Ömər rəvayət edir ki, bir nəfər: “Yə Rəsulullah! Ehrama girən kimsə
libaslardan nə geyinir?” deyə soruşdu. Peyğəmbər: “Köynək, əmmamə, şalvar,
bornus (kapşonlu geyim), xuff geyinməz. Yalnız bir cüt ayaqqabı tapmayan bir
cüt xuff geyinsin və onları da topuqdan aşağı kəssin. Siz (ehramlılar) zəfəran
və ya Vars (sarı rəng) ilə boyanmış libas geyinməsin”. (Buxari 1542, Muslim
2848, 1177)
732. İbn Abbas rəvayət edir ki, Peyğəmbərin Ərafə günü xütbə verərkən
eşitdim: “Ehramda olan kimsə bir cüt ayaqqabı tapmazsa bir cüt xuff geyinsin,
əgər izar tapmazsa şalvar geyinsin”. (Buxari 1841, Muslim 2851, 1178/4)
733. Yələ İbn Ümeyyə Ömərə : “Peyğəmbərə vəhy nazil olarkən mənə
xəbər verərsən”– dedi. Peyğəmbər bir dəstə əshabəsi ilə Ciranədə (Məkkə ilə
Taif arasında yer adı) olarkən bir nəfər onun yanına gəlib soruşdu: “Ya
Rəsulullah, ümrə ziyarəti üçün niyyət edərkən ətirlənən adam barəsində nə
deyə bilərsən?”. Peyğəmbər bir müddət susdu. Sonra ona vəhy nazil oldu.
(Bu vaxt) Ömər Yələyə işarə etdi və Yələ (Peyğəmbərin yanına) gəldi.
Peyğəmbər (gündən qorunmaq üçün) başına örtük tutmuşdu. Yə'lə əyilib
313
Peyğəmbərə baxdıqda gördü ki, onun üzü qızarıb, özü də xoruldayır. Sonra o
ayıldı və: “Ümrə barəsində soruşan adam haradadır?” deyə soruşdu. Həmin
adamı Peyğəmbərin yanına gətirdilər. Peyğəmbər: “(Bədənindəki) ətri üç
dəfə yu, əynindəki cübbəni çıxart və həcc ziyarətində etdiklərini ümrə
ziyarətində də et!” (Buxari 1536, Muslim 2855, 1180/6)
Həcc Və Umrənin Miqatları (Ehrama Girmə Yeri Və
Zamanı)
734. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Mədinə əhalisi üçün Zul
Huleyfəni, Şam əhalisi üçün Cuhfəni, Nəcd əhaisi üçün Qarni Mənəzil, əmən
əhalisi üçün Yələmləmi (ehrama girmək) üçün miqat təyin etdi. Bu yerlər
adları söylənilən məmləkətlərin əhalisi və başqa məmləkətlərdən olub həcc və
ümrə etmək istəyən, yollarını bu miqatlara salan kimsələrin miqatıdır. Bu
miqatlardan başqa tərəfdən (gələnlər) üçün olduqları məkandır. Məkkə əhalisi
üçün Məkkədən ehrama girərlər”. (Buxari 1526, Muslim 2860, 1181/11)
735. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mədinə
əhalisi Zul Huleyfədən, Şam əhalisi Cuhfədən, Nəcd əhalisi Qarnidən ehram
(və təlbiyyə) edərlər”. İbn Ömər: “Yəmən əhalisi Yələmləmədən ehram və
(təlbiyyə) edərlər”. (Buxari 1525, Muslim 2862, 1182/13)
Təlbiyyənin Sifəti Və Vaxtı
314
736. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər belə təlbiyə gətirərdi:
“Ləbbeykəllahummə Ləbbeyk, Ləbbeykə Lə Şərikə Ləkə Ləbbeyk, Innəl-Həmdə
Vən-Ni'mətə, Ləkə Vəl-Mulk, Lə Şərikə Lək! - Hüzurundayam, Allahım
hüzurundayam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd
Sənədir, nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur!” (Buxari 1549,
Muslim 2868, 1184/19)
Mədinəlilər Üçün Zul Huleyfə Məscidi Yanında Ehrama
Girmələrinin Əmr Edilməsi
737. İbn Ömər demişdir: “Peyğəmbər ancaq Zul Huleyfə məscidindən
ehrama girərdi.” (Buxari 1541, Muslim 2873, 1186/23)
Təlbiyyəyə Heyvanın Qalxdığı Yerdən Başlamağın
Lazımlığı
738. Bir nəfər Abdullah İbn Ömərə belə dedi: “Mən gördüm ki, sən Kəbənin
yalnız iki yəmən küncünə (qara daşa və ondan solda yerləşən küncə)
toxunursan. Həmçinin, gördüm ki, sən aşılanmış dəridən tikilmiş səndəl
geyirsən. Habelə, gördüm ki, sən (libasını) sarı rəngə boyayırsan. Həm də
gördüm ki, sən Məkkədə olduqda camaat təzə ayın (zülhiccə ayının)
doğduğunu gördükdə təlbiyə deməyə başlayır, sən isə tərviyə günü (Zil Hiccənin
8) girmədikcə təlbiyə demirsən”. İbn Ömər: “Mən Peyğəmbərin qara daş və
315
yəmən küncündən başqa (Kəbənin digər künclərinə) toxunduğunu görmədim.
Aşılanmış dəridən tikilmiş səndələ gəlincə, mən Peyğəmbərin , (aşılandıqdan
sonra) üzərində tük qalmamış dəridən tikilmiş səndəl geydiyini və onları
ayağından çıxartmadan dəstəmaz aldığını gördüm. Elə buna görə mən də
səndəl geyməyi xoşlayıram. Sarı rəngə gəlincə, mən Peyğəmbərin (libasını)
sarı rəngə boyadığını gördüm. Elə buna görə mən də bu boyadan istifadə
etməyi xoşlayıram. Təlbiyəyə gəldikdə isə, mən Peyğəmbərin dəvəsi ayağa
qalxıb hərəkət etməyincə təlbiyə dediyini görmədim.” (Buxari 166, 5851,
Muslim 2875)
Ehramlının Ehrama Girərkən Ətirlənməsi
739. Peyğəmbərin zövcəsi Aişə
demişdir: “Peyğəmbər ehrama girməyə
hazırlaşarkən, habelə ehramdan çıxarkən təvaf etməmişdən qabaq mən ona
ətir vurardım.” (Buxari 1539, Muslim 2883, 1189/33)
740. Aişə
rəvayət edir ki, Peyğəmbər ehramda ikən, onun saç
ayrımındakı ətrin parıltısı indiyə qədər gözlərimin önündədir. (Buxari 271,
Muslim 2889, 1190/39)
741. Muhəmməd İbn Muntəşir deyir ki, Aişədən
soruşdum, o da mənə
İbn Ömərin sözünü zikr etdi: “Qoxu (ətir) sürtərək ehramlı olmağı
sevmirəm” dedi. Aişə: “Mən Rəsulullaha gözəl qoxu sütrdüm, sonra o
qadınlarını dolaşdı. Sonra da üzərində qoxu izi olarkən ehramlı oldu” dedi.
(Buxari 270, Muslim 2900, 2901, 1192/49)
316
Ehramlıya Ov Etməyin Haram Olması
742. Abdullah İbn Abbas rəvayət edir ki, Peyğəmbər Əbvada (və ya
Vəddanda)
50
olarkən Sab ibn Cəssamə əl-Leysi ona vəhşi bir eşşək hədiyyə
elədi. Peyğəmbər bu (hədiyyəni) onun özünə qaytardı. Peyğəmbər onun
üzündə kədər hissi olduğunu görəndə dedi: “Biz onu sənə ancaq ehramda
olduğumuza görə qaytardıq.” (Buxari 1825, Muslim 2902, 1193/50)
743. Əbu Qatadə rəvayət edir ki, Peyğəmbər ilə birlikdə Qahə adlanan
yerdə idik. Bizlərdən kimi ehramlı, kimi də ehramsız idi. Yoldaşlarımı
gördüm. Onlar bir-birilərinə nə isə göstərirdilər. Mən də baxdım. Vəhşi çöl
eşşəyini gördüm. Əbu Qatadənin qamçısı düşdü. Orada olanlar: Ov etmək
üçün bizlər sənə köməklik göstərə bilməyəcəyik. Çünki ehramlıyıq” dedilər.
Bu sözdən sonra qamçını götürdüm. Daş təpənin arxasından yaxınlaşıb çöl
eşşəyini vurub öldürdüm. Onu yoldaşlarıma gətirdim. Bəziləri: “Yeyin”
dedilər, Bəziləri də: “Yeməyin” dedilər. Bundan sonra mən Peyğəmbərin
yanına gəldim, önümüzdə oturmuşdu. (Ehramlı ikən bunu yeməyimiz
caizdirmi) deyə soruşdum. Peyğəmbər: “Yeyin, halaldır” deyə buyurdu.
(Buxari 1823, Muslim 2908, 1196/56)
50
Əbva Mədinənin cənub-qərbində, Məkkə yolunun üstündə yerləşən şəhərdir. Vəddan isə Əbvanın
yaxınlığındakı bir yerdir.
317
744. Əbu Qətadə demişdir: “Hudeybiyə ilində biz Peyğəmbərlə birlikdə
(Məkkəyə) yola düşdük. Bu əsnada əshabələr ihrama girdi, mən isə ihrama
girmədim. Bizə düşmənin Ğeyqədə (su quyusu) olduğunu xəbər verdilər və
biz onlara tərəf yollandıq. (Yolda) mənim dostlarım vəhşi eşşək görüb
gülüşdülər. Mən onu gördükdə atımı ona tərəf sürdüm və ona bir zərbə
endirib onu tutdum. Mən dostlarımı köməyə çağırdım, lakin onlar mənə
kömək etməkdən boyun qaçırdılar. Biz onun ətini (bişirib) yedikdən sonra mən
Peyğəmbərə çatmaq üçün (atımı tez sürüb) getdim. Biz camaatdan ayrı
düşəcəyimizdən ehtiyat edirdik. Mən atımı hərdən dördnala çapır, hərdən də
asta sürürdüm. Gecənin bir aləmində Bəni Ğifar qəbiləsindən olan bir nəfərə
rast gəldim və (ondan): “Peyğəmbəri harada qoyub gəlmisən?” deyə
soruşdum. O dedi: “Mən Təhində (su quyusu) ondan ayrıldım; o, günorta
dincəlmək üçün Suqyada (Məkkə ilə Mədinə arası kəndin adı) dayanmışdı. Mən
onun arxasınca gedib ona çatdım və dedim: “Ya Rəsulullah, əshabələrin sənə
salam söyləyir və Allahdan sənin üçün mərhəmət diləyirlər. Onlar düşmənlə
(qarşılaşıb) səndən ayrı düşəcəklərindən ehtiyat edirlər. Onları da gözlə.”
(Peyğəmbər onları) gözlədi. Mən: “Ya Rəsulullah, biz vəhşi eşşək ovlamışıq
və onun ətindən bizdə bir qədər qalıb” dedim. Əshabələr ihramda ikən
Peyğəmbər onlara: “Yeyin!” deyə buyurdu.” (Buxari 1821, Muslim 2911,
1196/59)
745. Əbu Qatadə rəvayət edir ki, Peyğəmbər həcc etmək üçün
(Mədinədən) çıxdı. Onunla bərabər səhabələr də yola çıxdılar. (Müşriklərdən
bir qrupun onlara hücum edəcəklərini Peyğəmbərə xəbər verdilər) Peyğəmbər
səhabələrdən, içərilərində Əbu Qatadənin də olduğu bir dəstəyə: “Sizlər
dəniz kənarı yolu tutun, İnşəallah görüşərik” deyə buyurdu. Onlar dəniz
kənarı yolunu tutdular. Peyğəmbərdən ayrıldıqları zaman Əbu Qatadə xaric
hamısı ehrama girdilər. Əbu Qatadə ehrama girmədi. Yol getdikləri zaman
yolda vəhşi çöl eşşəyi sürüsünə rast gəldilər. Əbu Qatadə onların üzərinə
hücum etdi və bir dişi eşşəyi vurub öldürdü. Hamı miniyindən endilər və
ətdən yedilər. Bu vaxt: “Bzlər ehramda olduğumuz halda ov ətindən yeyə
bilərikmi?” dedilər. Ətdən nə qalmışdısa özümüzlə götürdük. Rəsulullahın
318
yanına gəldiyimiz zaman: “Yə Rəsulullah! Bizlər ehramda idik. Əbu Qatda
isə ehrama girməmiş halda idi. Bir sürü çöl eşşəyi gördü. Onların üzərinə
hücum edib birini vurub öldürdü. Bizlər onun ətindən yedik və sonra da:
“Ehramlı olduğumuz halda ov ətindən yeyə bilərdikmi?” dedik. Ətdən artıq
qalanını daşıyıb gətirmişik. Peyğəmbər: “Sizlərdən kimsə Əbu Qatadəyə
eşşəyin üzərinə hücum etmək üçün əmr və ya işarə etmişdirmi?” deyə
soruşdu. Biz: “Xeyr” dedik. Rəsulullah: “Elə isə ov ətindən qalanı da yeyin”
deyə buyurdu. (Buxari 1824, Muslim 2912, 1196/60)
Ehramlı Və Ehramsızın Hillədə (Haramdan Kənarda) Və
Haramda Öldürməsi İcazəli Olan Heyvanlar
746. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Beş (növ) heyvan vardır
ki, bunlar ziyanvericidirlər və onları haram sayılan ərazidə öldürmək olar:
qarğa, çalağan, əqrəb, siçan və quduz it”. (Buxari 1829, Muslim 2929, 2930,
1199/76,77)
747. Həfsə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Beş növ heyvan
vardır ki, onları öldürən üzərində heç bir günah yoxdur: Qarğa, siçan, əqrəb,
ilan və köpək”. (Buxari 1828, Muslim 2931, 1199/78)
748. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Heyvanlardan beş növ vardır ki, onları öldürməkdə ehramlıya heç bir günah
yoxdur”. (Buxari 1826, Muslim 2929, 1199/76)
319
Ehramda Olana Başında Olan Xəstəlik Səbəbilə Başını
Qırxmasının İcazəli Olması, Başını Qırxdığı Üçün Fidyə
Verməsinin Vacib Olması Və Miqdarı
749. Kəb İbn Ucra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bəlkə sənə
başındakı həşaratlar əziyyət verir” deyə buyurdu. Kəb: “Bəli, Yə Rəsulullah!”
dedim. Peyğəmbər: “Başını qırx və üç gün oruc tut və ya altı kasıbı doydur və
ya bir qoyun kəs” deyə buyurdu. (Buxari 1814, Muslim 2934, 1201/80)
750. Abdullah İbn Məaql deyir ki, mən bu məscidin içində, yəni Kufə
Məscidində Kəb İbn Ucranın yanında oturdum və ondan: “Orucun fidyəsi”
ayəsini soruşdum. Peyğəmbərin yanına gətrildim. Bit o, qədər çox idi ki,
üzümə tökülürdü. Peyğəmbər: “Mən məşəqqətin səndə bu dərəcəyə çatdığını
heç düşünməzdim. Sən bir qoyun tapa bilərsənmi?” deyə buyurdu. Mən:
“Xeyr” dedim. Peyğəmbər: “Üç gün oruc tut və ya hər bir fəqirə yarım Saa
buğda düşmək üzərə altı fəqiri doyur və başını qırx” deyə buyurdu. Bu ayə
xüsusi olaraq mənim barəmdə nazil oldu, ümumən isə sizə aiddir” dedi.
(Buxari 4517, Muslim 2940, 1201/85)
Ehramlının Qan Aldırmasının İcazəli Olması
751. İbn Buheynə demişdir: “Peyğəmbər ihramda olduğu halda Ləhyi
Cəməldə (Məkkə ilə Mədinə arasında yer) ikən başının ortasından qan
aldırdı.” (Buxari 1836, 5698, Muslim 2943, 1203/88)
320
Ehramlı Kimsənin Bədənini Və Başını Yumasının Caiz
Olması
752. Abdullah İbn Huneyn rəvayət edir ki, Əbva deyilən yerdə Abdullah İbn
Abbasla, Misvar İbn Məxrəmə arasında fikir ayrılığı düşdü. İbn Abbas:
“İhramda olan adam başını yuya bilər” deyir, Misvar İbn Məxrəmə: “Yuya
bilməz” deyirdi. Onda İbn Abbas məni Əbu Əyyub əl-Ənsarinin yanına
göndərdi. Mən gedib onu iki sütun arasında paltarı pərdə tutub qüsl etdiyini
gördüm. Mən ona salam verdim və o: “Kimdir?” deyə soruşdu. Dedim:
“Mənəm – Abdullah İbn Huneyn. Abdullah İbn Abbas məni sənin yanına
göndərib ki, Peyğəmbərin ihramda ikən başını necə yuduğunu səndən
soruşum.” Onda Əbu Əyyub əli ilə paltardan tutub onu (o qədər) aşağı saldı
ki, mən onun başını gördüm. Sonra onun başına su tökən adama: “Tök” dedi.
Adam onun başına su tökdü və o, əllərini qabağa və dala apararaq başını yudu
və dedi: “Mən Peyğəmbərin belə etdiyini gördüm.” (Buxari 1840, Muslim
2946, 1205/91)
Ehramlı Bir Kimsənin Öldüyü Vaxt Ediləcək Əməllər
753. İbn Abbas demişdir: “Bir nəfər Ərəfatda ikən dəvəsinin üstündən yerə
yıxıldı və boynu sındı. Peyğəmbər buyurdu: “Onu su və sidr ilə yuyun və iki
parçaya bürüyün; ona ətir vurmayın, başını da örtməyin, çünki Qiyamət günü
o, təlbiyə deyə-deyə həşr olunacaq.” (Buxari 1265, 1851, Muslim 2953, 1206/98)
321
Ehramlının Xəstəlik Və Ona Bənzər Üzürlü Bir Səbəbdən
Dolayı Ehramdan Çıxmağın Şərt Qoşmasının İcazəli Olması
754. Aişə
demişdir: “Peyğəmbər Dubaə Bint Zubeyrin yanına gəlib ona
dedi: “Deyəsən, sən həccə getmək istəyirsən?”. Qadın: “Vallahi, mən özümü
çox pis hiss edirəm”. Peyğəmbər: “Sən həccini yerinə yetir və: “Allahım, Sən
məni harada dayandırsan, orada ihramdan çıxacağam!” deyərək şərt kəs. Bu
qadın Miqdad ibn Əsvədin arvadı idi.” (Buxari 5089, Muslim 2960, 1207/154)
Həccin Növlərinin Bəyanı, İfrad, Təməttu Və Qiran Həcci
Etməyin İcazəli Olması, Həcci Ümrə İlə Birlikdə Etmyin
İcazəli Olması Və Qiran Həcci Edənin Nə Zaman Ehramdan
Çıxacağı
755. Peyğəmbərin zövcəsi Aişə
rəvayət edir ki, Peyğəmbərlə bərabər
Vida həccinə çıxmışdıq. Ümrə niyyətiylə ehrama girdik. Sonra Peyğəmbər
buyurdu: “Kimin yanında heyvanı varsa həcc və ümrəyə niyyət edib ehrama
girsin. Sonra hər iksini (bitirməmiş) ehramdan çıxmasın. Məkkəyə çatdıqda
mən heyz oldum. Kəbəni, Səfa və Mərvanı təvaf etmədim. Bundan
Peyğəmbərə şikayət etdim. O: “Saçını aç, daran, ümrəni tərk et və həccə
niyyət et!” deyə buyurdu. Mən elə də etdim. Həcci bitirdikdən sonra
322
Peyğəmbər məni AbdurRahman İbn Əbu Bəkrlə birlikdə Tənim (ehrama
girmək üçün yer) adlanan yerə göndərdi. Ümrə etdim. Peyğəmbər: “Bu
ümrənin əvəzinədir”. Aişə: “Kim ümrəni niyyət etmişdirsə Kəbəni, Səfa və
Mərvanı təvaf edib ehramdan çıxdılar. Sonra minadan qayıdanda bir təvaf da
etdilər. Lakin kim həcc və ümrəyə niyyət etmişdirsə onlar yalnız bir təvaf
etdilər”. (Buxari 1556, Muslim 2968, 1211/111)
756. Aişə
rəvaayət edir ki, biz Vida həccində Peyğəmbərlə birlikdə
yola çıxdıq. Bizdən kimi ümrə niyyətliylə ehrama girmiş, kimi də həcc
niyyətiylə ehrma girmişdir. Nəhayət Məkkəyə gəldik. Peyğəmbər: “Ümrə
niyyətiylə ehrama girib qurban kəsməyən ehramdan çıxsın. Ümrə niyyətiylə
ehrama girib qurban kəsən ta qurbanını kəsmək surətiylə ehramdan çıxıncaya
qədər ehramdan çıxmasın. Həcc niyyətiylə ehrama girmiş olan isə həccini
tamamlasın” buyurdu. Aişə: “Mən heyz oldum və Ərafa gününə qədər heyzli
oldum. Mən isə sırf ümrə niyyətiylə ehrama girmişdim. Peyğmbər mənə
saçımı açmağı, daranmağı, həcc niyyətiylə ehrma girməyimi və ümrəni tərk
etməyimi əmr etdi. Mən də bunları etdim. Nəhayət həccimi yerinə yetirdikdə
Əbu Bəkrin oğlu AbdurRahmanı mənimlə göndərdi və mənə ümrənin
yerinə Tənim adlanan yerdən ümrə etməyimi əmr etdi”. (Buxari 319, Muslim
2969, 1211/112)
757. Aişə
rəvayət edir ki, biz həcc ziyarətini yerinə yetirmək məqsədilə
yola çıxdıq. (Nəhayət,) gəlib Sərifə (Məkkənin on bir kilometrliyində yerləşən
yerə) çatdıqda mən heyz oldum. Peyğəmbər mənim yanıma girib ağladığımı
gördü və: “Sənə nə olub? Yoxsa heyz olmusan?” deyə soruşdu. Mən: “Bəli!”
deyə cavab verdim. O dedi: “Bu, Allahın Adəm qızları üçün əzəldən müəyyən
etdiyi bir işdir. Buna görə də sən, hacıların yerinə yetirdiyi (həcc əməllərinin
hamısını) yerinə yetir. Yalnız Kəbəni təvaf etməkdən başqa.” Aişə:
323
“Peyğəmbər zövcələri adından bir inək qurban etdi” dedi. (Buxari 294, 5559,
Muslim 2976, 1211/119)
758. Aişə
rəvayət edir ki, bizlər həcc ayları içində və həcc haramları
(haram aylarda) həcc niyyətiylə ehrama girib təlbiyyə edərək (Mədinədən)
çıxdıq. Nəhayət Sərif adlanan yerə çatdıq. Peyğəmbər səhabələrinə: “Hər
kimin yanında qurbanı yoxdursa və həccini ümrəyə çevirmək istəyirsə belə də
etsin. Bərabərində qurbanı olan kimsəyə gəldikdə isə o, həccini ümrəyə
çevirməsin” deyə buyurdu. Peyğəmbərin yanında və səhabələrdən qüvvət
sahibi olan bir qrup kimsələrin yanlarında qurbanlıq heyvanlar vardı. Bunlar
üçün ümrə etmək (mümkün) olmadı. Mən heyz oldum. Peyğəmbər yanıma
daxil oldu. Mən (həcc əhkamlarını yerinə yetirə bilməyəcəyim deyə)
ağlayırdım. Peyğəmbər: “Səni ağladan nədir?” deyə buyurdu. Mən:
“Səhabələrinə söyləmiş olduğun sözləri mən eşitdim. Mən isə ümrədən
qaldım” dedim. Peyğəmbər: “Halın nədir?” dedi. Mən: “Namaz qılmıram”
dedim. Peyğəmbər: “Bu hal sənə zərər verməz. Sən də Adəm qıızlarından bir
qadınsan. Onların üzərinə yazılmış olan sənin də üzərinə yazılmışdır. Sən həcc
niyyətində ol! Umulur Allah səni ruziləndirər” deyə buyurdu. Aişə: “Artıq
mən Peyğəmbərin əmr etdiyi kimi həcc niyyətində idim. Nəhayət həcc
əməllərini bitirib Minadan dağıldığımız və Muhassəbdə qonaq olduğumuz
zaman Rəsulullah qardaşım AbdurRahmanı çağırdı və: “Bacını haramdan
çıxar, ümrə niyyətiylə ehrama girib təlbiyə etsin. Sonra ümrə təvafını
bitirdikdən sonra mən sizləri burada gözzləyirəm” deyə buyurdu. Biz
ümrəmizi bitirdikdən sonra gecə ikən ora gəldik. Rəsulullah: “Ümrənizi
bitirdinizmi?” deyə buyurdu. Mən: “Bəli” dedim. Bundan sonra Peyğəmbər
səhabələrinə də hərəkət etməi əmr etdi. Sübh namazından öncə Beyti də təvaf
edənlər hərəkətə başladılar. Peyğəmbər özü də Mədinəyə yola çıxdı”.
(Buxari 1788, Muslim 2980, 1211/123)
324
759. Aişə
demişdir: “Biz Peyğəmbərlə birlikdə həcc ziyarətinə yollandıq.
(Məkkəyə) gəlib çatdıqda Kəbəni təvaf etdik. Peyğəmbər özü ilə qurbanlıq
heyvan gətirməyənlərə ihramdan çıxmağı əmr etdi və onlar da ihramdan
çıxdılar. Onun zövcələri özləri ilə heyvan gətirməmişdilər deyə ihramdam
çıxdılar. Mən heyzli olduğum üçün Kəbəni təvaf etmədim. (Nəhayət,)
Muhassəbdə olduğumuz gecə mən dedim: “Ya Rəsulullah, camaat ümrə və
həcc ziyarətini yerinə yetirib (evlərinə) qayıdır, mən isə ancaq həcci yerinə
yetirmişəm.” Peyğəmbər: “Biz Məkkəyə gəldiyimiz gecədə sən təvaf
etmədinmi?” deyə soruşdu. Mən: “Xeyr!” dedim. O buyurdu: “Qardaşınla
birlikdə Tən'imə get və ümrə üçün ihrama gir. Sonra filan yerdə
görüşərik.”Səfiyyə dedi: “Mən elə güman edirdim ki, (heyzli olduğum üçün)
onları (yoldan) saxlayacağam.” Peyğəmbər: “Zavallı qadın! Məgər sən qurban
günü təvaf etməmisən?” O: “Etmişəm” dedi. Peyğəmbər: “Zərər yoxdur,
gedək!” (Buxari 1561, Muslim 2988, 1211/128)
760. AbdurRəhman İbn Əbu Bəkr rəvayət edir ki, Peyğəmbər ona Aişəni
tərkinə alıb (Tənimə) aparmağı, (Aişə niyyət edib ihrama girdikdən sonra)
ziyarət boyu onu müşayiət etməyi əmr etmişdir. (Buxari 1784, Muslim 2995,
1212/135)
761. Ata İbn Əbi Rəbah rəvayət edir ki, Cabir İbn Abdullahdan eşitdim: “Biz,
Peyğəmbərin səhabələri xalis olaraq, bərabərində ümrə olmayaraq həcc
325
niyyətiylə ehrama girdik. Ata dedi ki, Cabir dedi: “Peyğəmbər Zül
Hiccənin dördü sübh tezdən (Məkkəyə) gəldi. Biz də ora gəldikdə Peyğəmbər
bizlərə ehramdan çıxmağımızı əmr etdi və: “Ehramlarınızdan çıxın və
qadınlarınıza sahib olun” deyə buyurdu. Ata dedi ki, Cabir dedi: “Lakin
Peyğəmbər qadınlarla cinsi münasibət etmələri xüsusunda kəsin bir əmr
vermədi. Lakin qadınları ərləri üçün halal etdi. Bizimlə Ərafa günü arasında
ancaq beş gün qaldığı halda qadınlarımızla cinsi münasibət etməyimiz və
nəticədə zəkərlərimiz məni axıdaraq Ərafata çıxmağımızı əmr edir – deyə
söylədiyimiz Peyğəmbərə çatdı. Ata: Cabir işarə edər və əlini hərəkət
etdirərək belə göstərirdi” dedi. Peyğəmbər ayağa qalxaraq buyurdu: “Qəti
olaraq biliniz ki, mən sizin Allaha ən təqalı olanınız, ən sadiqiniz, ən
itaətkarınızam. Əgər yanımda qurbanım olmasaydı sizin ehramdan çıxdığınız
kimi mən də ehramdan çıxardım. Belə olacağını bilsəydim özümlə heyvan
gətirməzdim. Ona görə də ehramdan çıxın” deyə buyurdu. Bizlər də
ehramdan çıxıb Peyğəmbəri dinlədik və itaət etdik”. (Buxari 7367, Muslim
3002, 1216/141)
762. Cabir rəvayət edir ki, Peyğəmbər Əliyə ehramı üzərində qalmasını
əmr etdi. Cabir: “Əli İbn Əbu Talib Yəmən qənimətinin beşdə birini təslim
almaq vəzifəsilə gəldi”. “Peyğəmbər: “Ya Əli, nə niyyətlə ehrama girmisən?”
deyə buyurdu. Əli: “Peyğəmbərin ehrama girdiyi kimi ehrama girmişəm”
dedi. Peyğəmbər: “Ehramında qal və qurbanını kəs”. Sonra Əli Peyğəmbərə
də qurban hədiyyə etdi (qurbanını gətirdi)”. (Buxari 4352, Muslim 3002,
1216/114)
763. Cabir rəvayət edir ki, Peyğəmbər və səhabələri həcc niyyətiylə
326
ehrama girib təlbiyyə etdilər. Ehrama girdikləri zaman Peyğəmbər ilə
Təlhədən başqa heç kəsin qurbanlıı yox idi. Bir də Yəməndən gələn Əlinin
yanında qurbanlı vardı. Əli: “Mən Rəsulullahın ehrama girdiyi kimi ehrama
girib təlbiyə etdim” dedi. (Məkkəyə gəldikləri zaman) Peyğəmbər
səhabələrinə (Ehrama girərkən niyyət etdikləri həcci) ümrəyə şevirmələrinə,
Kəbəni təvaf etmələrinə sonra saçlarını qısaldaraq ehramdan çıxmalarına izn
verdi. Yalnız yanlarında qurbanlıq olan kimsələrə ehramdan çıxmamalarını
əmr etdi. (həcci ümrəyə çevirən səhabələr) Biz cinsiyyət üzvlərimizdən məni
axar halda Minaya gedəcəyik (bunlar isə ehrmlı qalacaqlar)” dedilər.
Səhabələrin bu sözü Peyəmbərə çatdı: “Həcc aylarında ümərinin icazəli
olduğunu indi bildiyim kimi ehrama girərkən də bilmiş olsaydım qurbanlıq
götürməzdim. Yanımda urbanlıq olmasaydı mən də sizin kimi ehramdan
çıxardım” deyə buyurdu. Aişə
də heyz oldu. Aişə
bu halında
həccin bütün əhkamlarını yerinə yetirdi, yalnız Beyti təvaf etməkdən başqa.
Ravi: “Təmizləndikdən sonra təvaf etdi və: “Yə Rəsulullah! Sizlər bir həcc və
bir ümrə ilə gedəcəksiniz, mən isə bir həcc ilə” dedim. Peyğəmbər Əbu
Bəkrin oğlu AbdurRahmana: “Aişə
ilə bərabər Tənimə qədər
çıxmasını əmr et! Beləcə Aişə
həcdən sonra Zil Hiccə ayının içində bir
ümrə də etdi. Suraka İbn Məlik İbn Cuşum , Peyğəmbər ilə Aqabə
Cəmərasına daş atarkən qarşılaşdı. Ya Rəsulullah! (Həcc aylarında ümrə
etmək) yalnız sizlərəmi aiddir?” dedi. Peyğəmər: “Xeyr, (yalnız bizlərə deyil)
Qiyamətə qədər (bütün hacılara)” deyə buyurdu. (Buxari 1785, Muslim 3002,
1216/141)
Dostları ilə paylaş: |