Al-lulu vəl-mərcan


Meyyidin Adından Verilən Sədəqənin Savabının Meyyidə



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

 

 

Meyyidin Adından Verilən Sədəqənin Savabının Meyyidə 



Çatması 

 

 



 

588. Aişə 

 rəvayət edir ki, bir nəfər Peyğəmbərdən  soruşdu: “Anam qəfil 



vəfat  etdi.  Güman  edirəm  ki,  əgər  o,  danışmağa  macal  tapsaydı,  (malından) 

sədəqə  verməyi  vəsiyyət  edərdi.  Əgər  mən  onun  əvəzinə  sədəqə  versəm, 

(bundan  ona)  savab  çatarmı?”.  Peyğəmbər:  “Bəli!”  deyə  cavab  verdi.  (Buxari 

1388, 2760, Muslim 2373, 4307, 4308, 1004/51) 

 

 

 


 

 

254 



Hər Növ Yaxşılığın Sədəqə Adlanmasının Bəyanı 

 

 



 

589. Əbu Musa   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər bir müsəlman 

sədəqə verməlidir.” (Əshabələr) soruşdular: “Ey Allahın peyğəmbəri! (Sədəqə 

verməyə bir şey) tapmasa necə?”. Peyğəmbər: “Öz əlləri ilə işləyib qazansın və 

(bu  qazancından) həm özü faydalansın,  həm  də (başqalarına) sədəqə  versin.” 

(Əshabələr) soruşdular: “(Bunu) edə bilməsə necə?”. Peyğəmbər: “Ehtiyacı olan 

çarəsiz  adama  kömək  etsin.”  (Əshabələr)  soruşdular:  “(Bunu  da)  edə  bilməsə 

necə?”. Peyğəmbər: “Yaxşı işlər görsün və şər  əməllərdən çəkinsin.  Həqiqətən 

də, bu onun üçün sədəqə olar.” (Buxari 1445, 6022, Muslim 2380, 1008/55) 

 

 



 

590. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İnsanların hər bir 

bədən  üzvü  üçün  günəşin  doğduğu  hər  bir  gündə  sədəqə  vardır:  İki  nəfər 

arasında  ədalətlə  hökm  vermək  bir  sədəqədir.  Kişini  miniyinə  mindirmək 

üçün  kömək  etmək  və  yaxud  da  onun  əşyalarını  miniyə  yükləmək  üçün 

kömək  etmək  bir  sədəqədir.  Gözəl  bir  söz  söyləmək  bir  sədəqədir.  Namaz 

qılmaq  üçün  (məscidə)  addımladığın  hər  bir  addım  bir  sədəqədir.  Yolda 

əziyyət verən bir şeyi götürmək də bir sədəqədir”. (Buxari 2989, Muslim 2382, 

1009/56)  

 

 

 

Allah Yolundan Malından Xərcləyən Və Xərcləməyən 

Barədə 

 

 



 

 

 

255 



591.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  səhər 

insanlar  yuxudan  oyandıqda,  yer  üzünə  iki  mələk  enir.  Onlardan  biri: 

“Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini 

ver!”  deyir.  Digəri  isə:  “Allahım,  xəsislik  edən  hər  kəsi  tələf  et!”–  deyir.” 

(Buxari 1442, Muslim 2383, 1010/57)  

 

 

 

Sədəqəni Qəbul Edilməsi Rədd Olunmamışdan Öncə 

Verilməsinə Rəğbətləndirmək  

 

 



 

592.  Harisə  İbn  Vəhb    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm:  “Sədəqə  verin!  Həqiqətən,  elə  bir  zaman  gələcək  ki,  adam  əlində 

olan  sədəqə  ilə  gəzib-dolaşacaq,  amma  onu  verməyə  bir  adam  tapa 

bilməyəcək.  (Adam  tapıb  sədəqəni  ona  vermək  istədikdə  isə  həmin)  adam 

deyəcək:  “Dünən  gətirsəydin  götürərdim,  bu  gün  isə  mənim  buna  ehtiyacım 

yoxdur.” (Buxari 1411, Muslim 2384, 1011/58) 

 

 



 

593.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanlara  elə  bir 

zaman gələcək ki, adam əlindəki qızıl sədəqəni vermək üçün gəzib-dolaşacaq, 

lakin  bunu  ondan  götürəcək  bir  adam  tapa  bilməyəcək.  Həmin  vaxt  kişilərin 

sayı  az,  qadınların  sayı  isə  çox  olduğundan  qırx  qadının  bir  kişinin  dalınca 

düşüb  onun  himayəsi  altına  girmək  istədiyini  görmək  olacaq.”  (Buxari  1414, 

Muslim 2385, 1012/59) 

 

 



 

594.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizin  var-

dövlətiniz çoxalıb başınızdan aşıb-daşmayınca Qiyamət qopmayacaq. İş o yerə 

gəlib  çatacaq  ki,  mal  sahibi  işini-gücünü  buraxıb  sədəqəsini  qəbul  edəcək 

adam  axtaracaq.  Haçandan-haçana  (belə  bir  adam  tapıb)  sədəqəni  ona  təklif 


 

 

256 



etdikdə,  həmin  adam:  “Ehtiyacım  yoxdur”  deyəcək.”  (Buxari  1412,  Muslim 

2387, 157/61) 

 

 

 

Halal Qazancdan Sədəqənin Qəbul Olması Və (Savabın) 



Artması 

 

 



 

595. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim halal (yolla 

qazandığı) maldan sədəqə verərsə – Allah ancaq halal olanı qəbul edir – Allah 

bu  sədəqəni  sağ  Əli  ilə  qəbul  edər,  sonra  da  onu  sahibi  üçün,  biriniz  öz 

dayçasını  bəsləyib  böyütdüyü  kimi,  dağ  boyda  olanadək  böyüdər.”  (Buxari 

1410, 7430, Muslim 2390, 1014/64)  

 

 

 

Yarım Xurma Və Ya Gözəl Bir Söz Olsa Da Belə Sədəqə 



Verməyə Rəğbətləndirmək Çünki O, Oddan Qorunmaq 

Üçün Bir Örtüdür 

 

 



596.  Adiyy  İbn  Hətim    rəvayət  edir  ki,  Peyğəmbər    atəşi  zikr  etdi,  ondan 

Allaha  sığındı  və  üzünü  döndərdi.  Sonra  yenə  atəşi  (Cəhənnəmi)  zikr  etdi, 

ondan  Allaha  sığındı  və  üzünün  döndərdi.  Ravi  Şöbə  deyir  ki:  “İki  dəfə 

dediyində  şübhəm  yoxdur,  lakin  üç  dəfə  deməsində  var”.  Peyğəmbər: 

“Xurmanın yarısı ilə də olsa özünüzü Cəhənnəm odundan qoruyun,  bunu da 

tapmayan  gözəl  sözlə  də  olsa  özünün  atəşdən  qorusun”.  (Buxari  6023,  6540, 

6563, Muslim 2396, 2397, 1016/68) 

 

 





 

 

257 



 

 

597. Adiyy İbn Hətim  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən elə 



bir kimsə olmayacaq ki, Allah onunla Qiyamət günü danışmasın. Elə bir halda 

ki, onunla Allah arsında heç bir tərcüməçi olmayacaqdır. Sonra o, kimsə baxar 

və  önündə  heç  bi  şey  görməz,  sonra  önünə  baxar  atəşdən  başqa  bir  şey 

görməz. Sizlərdən hər kim bir xurma yarısı ilə olsun atəşdən qorunmağa gücü 

çatırsa  bunu  etsin”.  Peyğəmbər    atəşi  zikr  etdi.  Atəşdən  özünüzü  qoruyun! 

Sonra  üzünü  döndərdi.  Atəşdən  özünüzü  qoruyun!  Sonra  üzünü  döndərdi. 

Bunu üç dəfə etdi. Hətta biz onun atəşə baxdığını zənn etdik. Sonra: “Xurmnın 

yarısı  ilə  də  olsa  özünüzü  atəşdən  qoruyun.  Bunu  da  tapmayan  kimsə  gözəl 

bir  sözlə özünü  atəşdən  qorusun”  deyə  buyurdu.  (Buxari  6539, Muslim  2395, 

1016/67) 

 

 

 

Muzdla Yük Daşıyıb Sədəqə Vermək Və Az Verən Kimsəni 



(Az Verdi Deyə) Alçaldılmasının Qadağan Edilməsi 

 

 



 

598.  Əbu  Məsud  (əl-Ənsari)    rəvayət  edir  ki,  sədəqə  verməklə  əmr 

olunduğumuz zaman bizlər ödənişlə belimizdə yük daşıyır (qazancdan sədəqə 

verərdik).  Əbu  Aql  bir  gün  yrım  saa  xurm  sədəqə  olaraq  gətirdi.  Başqa  bir 

insan  da  ondan  daha  çox  miqdarda  sədəqə  gətirdi.  Münafiqlər  bunu 

gördükdə: “Şübhəsiz ki, Allah zəngindir, bu birinci admın gətirdiyi sədəqəyə 

ehtiyacı  yoxdur.  Digəri  isə  gətirdiyi  çox  sədəqəni  yalnız  özünü  göstərmək 

üçün  etmişdir”  dedilər.  “Möminlərdən  könüllü  surətdə  sədəqə  verənlərə  və 



çətinliklə  tapdıqlarını  verənlərə  eyib  tutanları,  onları  məsxərəyə  qoyanları, 

Allah  məsxərəyə  qoyacaqdır.  Onları  ağrılı-acılı  bir  əzab  gözləyir”.  (ət-Tövbə 

79)”. (Buxari 1415, 4667, 4668, Mmuslim 2402, 1018/72) 

 

 

 


 

 

258 



Mənihənin (Geri Qaytarmaq Şərtilə Dəvəni İstifadə Üçün 

Sədəqə Vermək) Fəziləti 

 

 



 

599.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Südü  bol  olan 

deve  və  südü  bol  olan  qoyun  ne  gözəl  mənihə  (sədəqə)  və  hədiyyədir.  Bu 

heyvanlardan hər biri bir qab səhər, bir qab da axşam süd verər (Belə sağımlı 

heyvan ən gözəl sədəqədir)”. (Buxari 2629, 5608, Muslim 2404, 1019/73) 

 

 

 

Allah Yolunda Xərcləyənin Və Paxılın Misalı 

 

 



 

 

600.  Əbu  Hureyra    Peyğəmbərin   belə  dediyini  eşitmişdir:  “Xəsislə  əliaçıq 



adamın məsəli, əyninə, (bədəninin) sinədən körpücük sümüklərinə qədər olan 

hissəsini  örtən,  dəmir  cübbə  geymiş  iki  adamın  məsəlinə  bənzəyir.  Əliaçıq 

adama  gəlincə,  o,  (hər  dəfə  öz  malından)  xərclədikdə  (cübbəsi)  genişlənir, 

yaxud  böyüyür  və  (bu  genişlənmə)  cübbəsi  ta  onun  barmaqlarının  üstünü 

örtənə  qədər  və  ayaq  izlərini  silənədək

48

 (beləcə  böyüyüb  genişlənir).  Xəsislik 



edənə  gəldikdə  isə,  o,  (hər  dəfə  malından)  xərcləmək  istədikdə  (cübbənin) 

dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə  çalışsa da, cübbə 

genişlənmir  ki,  genişlənmir.”  Əbu  Hureyrə    deyir  ki,  Peyğəmbəri   

barmağıyla  yaxasına  doğru  işarə  edərkən  gördüm.  Əgər  sən  onun  cübbəsini 

genişlətməyə çalışsan o, genişlənməz”. (Buxari 1443, 2917,  5797, Muslim 2407, 

1021/77) 

 

 

 

                                                



48

 Burada cübbənin ətəyinin yerlə sürünməsi və sahibinin günahlarını ört-basdır etməsi nəzərdə tutulur. 



 

 

259 



Sədəqə Sahibinə Çatmasa Belə Verən Üçün Savabının 

Qazanması  

 

 



 

601. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir nəfər: “Mən 

mütləq sədəqə verəcəyəm” dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən) 

çıxdı  və  (özü  də  bilmədən)  onu  bir  oğruya  verdi.  Səhər  açıldıqda  insanlar: 

“Oğruya  sədəqə  verilmişdir”  deyə  danışmağa  başladılar.  Bu  adam:  “Allahım, 

həmd  Sənə  məxsusdur!  Mən  yenə  sədəqə  verəcəyəm”  dedi,  sonra  verəcəyi 

sədəqəni  götürüb  (evdən)  çıxdı  və  (bilmədən)  onu  zinakar  bir  qadına  verdi. 

Səhər  açıldıqda  insanlar:  “Bu  gecə  zinakar  qadına  sədəqə  verilmişdir”  deyə 

danışmağa  başladılar.  Adam:  “Allahım,  həmd  Sənə  məxsusdur!  (Verdiyim 

sədəqə)  zinakar  qadına  çatdı.  Mən  yenə  sədəqə  verəcəyəm”  dedi,  sonra 

sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər 

açıldıqda  insanlar:  “Varlıya  sədəqə  verilmişdir”  deyə  danışmağa  başladılar. 

Adam  dedi:  “Allahım,  həmd  Sənə  məxsusdur!  (Verdiyim  sədəqələr)  oğruya, 

zinakara  və  varlıya  qismət  oldu.”  Bundan  sonra  bir  nəfər  onun  yanına  gəlib 

dedi: “Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o, (bundan ibrət alsın) 

və  oğurluq  etməkdən  əl  çəksin.  Zinakar  qadına  gəldikdə  isə,  ola  bilsin  ki,  o, 

(ibrət  alıb)  zinakarlığına  son  qoysun.  O  ki  qaldı  varlı  adama,  ola  bilsin  ki,  o, 

(bundan)  ibrət  alsın  və  Allahın  ona  verdiyi  nemətlərdən  (Onun  yolunda) 

xərcləsin.” (Buxari 1421, 1355, Muslim 2409, 1022/78) 

 

 



 

Əmin Xəzinədar Və Ərinin Malından Açıq Aydın Və Ya 

Adəti Üzrə İzn Verəcəyini Bildiyi Halda Zərər Vermədən 

Sədəqə Verən Qadının Əcri 

 

 



 

 

 

260 



602. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Özünə əmr ediləni 

mükəmməl  şəkildə  –  könül  xoşluğu  ilə  yerinə  yetirib  (sədəqəni)  veriləcək 

adama  çatdıran,  (başqasının  malını) qoruyan  etibarlı  müsəlman sədəqə  verən 

iki  nəfərdən  biri  hesab  olunur  (sədəqəni  verən  adam  qədər  savab  qazanır).” 

(Buxari 1438, 2410, Muslim 2410, 1023/79) 

 

 



 

603. Aişə 

  rəvayət  edir  ki, Peyğəmbər   buyurdu:  “Qadın  (ailə  üzvlərinə) 



ziyan  vurmadan  evində  olan  yeməkdən  sədəqə  versə,  verdiyinin  savabını 

qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər 

savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz.” (Buxari 

1425, 2065, 2411, Muslim 2411, 1024/80) 

 

 

 



604.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qadın  ərinin 

razılığı  olmadıqca  (nfilə)  orucu  tutmaz”.  (Buxari  2417,  5192,  Muslim  2417, 

1026/84) 

 

 



 

605. Əbu  Hureyrə    rəvayət edir  ki,  Peyğəmbər    buyurdu:  “Qadının ərinin 

qazancından ərinin icazəsi olmadan infaq etməsi, əri üçün də yarı əcir vardır”. 

(Buxari 2066, 5360, Muslim 2417, 1026/84) 

 

 

 

Sədəqə Və Yaxş İşləri Cəm Edən Haqda 

 

 

 



 

606. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim (malından) 

Allah  yolunda  iki  şey  xərcləsə,  onu  Cənnət  qapılarının  birindən  çağırıb:  “Ey 


 

 

261 



Allahın  qulu,  bu  bir  xeyirdir”  deyəcəklər.  Namaz  qılanlar  namaz qapısından, 

cihad  edənlər  cihad  qapısından,  oruc  tutanlar  Rəyyan  adlı  qapıdan,  sədəqə 

verənlər  də  sədəqə  qapısından  (Cənnətə)  çağırılacaqlar.”  (Bu  vaxt)  Əbu  Bəkr 

dedi: “Atam-anam sənə fəda olsun, ya Rəsulullah! Bu qapılardan çağırılanların 

heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan 

bir kimsə olacaqmı?” Peyğəmbər: “Bəli və mən ümid edirəm ki, sən onlardan 

olacaqsan.” (Buxari 1897, 1798, Muslim 2418, 1027/85) 

 

 



 

607.


 

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim iki şeyi 

Allah  yolunda  xərclərsə  Cənnətin  xəzinədarı,  hər  bir  qapının  xəzinədarı  onu 

çağıraraq:  “Ey  Filan,  bura  gəl!”  deyər.  Əbu  Bəkr:  “Ya  Rəsulullah!  Bu  hər  bir 

qapının xəzinədarının çağırmış olduğu kimsə olacaqmı?”. Peyğəmbər: “Bəli və 

mən  ümid  edirəm  ki,  sən  onlardan  olacaqsan”  deyə  buyurdu.  (Buxari  2841, 

2420, 2686, Muslim 2420, 1027/86) 

 

 

 

Allah Yolunda Sərf Etməyin Və (Malı) Saymağın 

Bəyənilməməsi 

 

 



 

608.  Əsmə  Binti  Əbu  Bəkr 



rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



“(Allah  yolunda)  xərclə,  malını  sayıb  saxlama,  yoxsa  Allah  da  sənə  qarşı 

nemətlərini sayıb saxlayar. Malı qaba yığıb saxlama, sonra Allah da sənə qarşı 

ehsanını əsirgəyib saxlayar”. (Buxari 2425, 2591, Muslim 2423, 1029/89)  

 

 

 

Az Olsa Da Belə Sədəqə Verməyə Rəğbətləndirmək Və Bir 

Şeyi Az Sayıb Ondan (Sədəqə Verməkdən) İmtina 

Etməmək 

 

 



 

 

262 



 

609.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ey  müsəlman 

qadınlar!  Qoy  heç  bir  qadın  öz  qonşusuna  qoç  dırnağı  olsa  belə  (hədiyyə 

verməyi) ayıb hesab etməsin.” (Buxari 2566, 6017, Muslim 2426, 1711)  

 

 

 

Sədəqəni Gizli Verməyin Fəziləti 

 

 

 



610.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yeddi  qisim 

insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı 

bir  gündə  Öz  kölgəsi  altında  kölgələndirəcəkdir:  (bunlar)  ədalətli  rəhbər, 

Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı 

olan kişi,  bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda 

ayrılan  iki  nəfər,  gözəl  və  zadəgan  bir  qadın  tərəfindən  zinaya  çağırıldıqda: 

“mən Allahdan qorxuram!” deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən 

gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan 

kişi (və ya qadındır).” (Buxari 660, 2427, Muslim 1712, 2427) 

 

 

 

Ən Əfsəl Sədəqə Sağlam İkən Verilən Sədəqədir 

 

 



 

611.  Əbu  Hureyra    demişdir:  “Bir  nəfər  Peyğəmbərin    yanına  gəlib  dedi: 

“Ya  Rəsulullah,  savabı  ən  böyük  olan  sədəqə  hansıdır?”.  Peyğəmbər:  “Bu, 

sənin  sağlam  və  xəsis  olduğun,  kasıb  olmaqdan  ehtiyat  etdiyin  və  varla-

nacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, 

canın  boğazına  yetişən  vaxta,  özün  də  “filankəsə  bu  qədər,  filankəsə  də  bu 

qədər  (verin)”  (deyə  vəsiyyət  edəcəyin  günə)  saxlama.  (Çünki)  həmin  vaxt 


 

 

263 



(mal-dövlətin)  başqalarına  (miras) qalacaq.”  (Buxari  1419,  Muslim  1714,  2429, 

2430, 1032/93) 

 

 

 

Yüksək Əlin Alçaq Əldən Daha Xeyirli Olmasının Bəyanı, 



Yüksək Əl Allah Yolunda Sərf Edən Alçaq Əl İsə Alandır 

 

 



 

612. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  minbərdə ikən sədəqə 

vermək,  iffətli  olmaq  və  dilənmək  haqqında  belə  demişdir:  “Yüksək  əl  alçaq 

əldən  daha  xeyirlidir.  Yüksək  əl  (sədəqə)  verən  əldir;  alçaq  əl  isə  dilənən 

əldir.” (Buxari 1429, Muslim 1715, 1716, 2432, 1033/94) 

 

 



 

613.  Həkim  İbn  Hizam    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Verən  əl 

alan əldən daha xeyirlidir. Baxmağın vacib olan kimsələrdən başla. Ən xeyirli 

sədəqə, zəngin ikən verilən (sədəqədir). İffətli olmaq istəyəni Allah iffətli edər. 

(İnsanlara)  möhtac  olmaq  istəməyən  kimsəni  Allah  heç  kəsə  möhtac  etməz.” 

(Buxari 1427, Muslim 2433) 

 

 

 



 

 

614.  Həkim İbn  Hizam    demişdir:  “Mən Peyğəmbərdən   (bir şey)  istədim, 



mənə (istədiyimi) verdi. Sonra yenə istədim, yenə verdi. Bir daha istədim, yenə 

verdi.  Sonra  dedi:  “Ey  Həkim!  Həqiqətən,  bu  (dünya)  malı  şirin  meyvəyə 

bənzəyir.  Kim  onu  hərislik  göstərmədən  götürərsə,  bu  onun  üçün  bərəkətli 

olar.  Kim  də  onu  acgözlüklə  alarsa,  onun  bərəkətini  görməz.  (Beləsi,)  yemək 



 

 

264 



yeyən,  lakin  doymayan  kimsəyə  bənzəyir.  (Həqiqətən,)  uca  əl,  alçaq  əldən 

daha xeyirlidir.”  Həkim  demişdir:  “Mən  dedim: “Ey  Allahın  elçisi!  Səni  haqq 

ilə göndərən Allaha and olsun ki, mən dünyadan köçənədək, səndən sonra bir 

də  kimsədən  bir  şey  götürməyəcəyəm.”Əbu  Bəkr  (öz  xilafəti  dövründə) 

Həkimi  yanına  çağırıb  (qənimətdən)  ona  pay  verdikdə,  o,  bunu  ondan  qəbul 

etməkdən imtina  edərdi.  Ömər    də  (öz  xilafəti dövründə) onu  bu  məqsədlə 

öz  yanına çağırmış,  o isə ondan nə  isə qəbul etməkdən imtina  etmişdi.  Onda 

Ömər demişdir: “Ey müsəlmanlar, şahid olun ki, mən Həkimə bu qənimətdən 

onun  haqqını  verirəm,  lakin  o,  bunu  götürməkdən  imtina  edir.”Həkim 

Peyğəmbərdən  sonra, vəfat edənədək heç kəsdən heç nə götürmədi.” (Buxari 

1472, 2750, 3143, Muslim 1717, 2434, 1035/96) 

 

 

 

Dilənməyin Qadağan Olması 

 

 



 

615.  Müaviyə    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini  eşitdim: 

“Allah  kimə  xeyir  nəsib  etmək  istəsə,  ona  dini  başa  düşməyi  müyəssər  edər. 

Mən yalnız paylaşdırıram. Verən isə Allahdır. Bu ümmətin (bir qismi) Allahın 

əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq 

və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər.” (Buxari 

71, Muslim 1719, 1720, 5064, 1037/174)  

 

 

 

Gündəlik Keçinməyə Bir Şey Tapmayan Və Halına Yanıb 

Ona Sədəqə Verən Tapılmayan Haqda 

 

 



 

616. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İnsanlar arasında 

gəzib-dolaşıb  bir-iki  loxma  və  ya  bir-iki  xurma  ilə  kifayətlənən  adam  heç  də 

yoxsul deyil. Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı yoxdur, 



 

 

265 



vəziyyətinin  ağır  olduğunu  heç  kəsə  bildirmir  və  buna  görə  də  ona  sədəqə 

verilmir,  özü  də  insanlardan  heç  bir şey istəmir.”  (Buxari  1479,  1409, Muslim 

2440, 1722, 1039/101)  

 

 

 

İnsanlardan İstəməyin (Dilənməyin) Bəyənilməməsi 

 

 



 

617.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Birisi  o 

qədər dilənəcək ki, nəhayət, Qiyamət günü üzündə heç bir ət parçası olmadan 

(məhşərə) gələcək.” (Buxari 1474, Muslim 1725, 2445, 1040/104)  

 

 

618. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Sizdən birinizin 



səhər  tezdən  (meşəyə)  gedərək  belinə  odun  toplayaraq  (onu  satması)  və 

insanlara  əl  açmaması  onun  üçün  bir  kimsənin  yanına  gələrək  ondan  sədəqə 

istəməsindən  xeyirlidir.  Kim  bilir  ki,  o  istədiyi  kimsə  ona  verər,  yoxsa 

verməz”. (Buxari 2374, 2074, Muslim 2449, 1042/107) 

 

 

 

İstəmədən Və Göz Dikmədən Verilən Malın Götrülməsinin 



Mübah Olması 

 

 



 

619.  Ömər    demişdir:  “Peyğəmbər   (qənimətdən)  mənə  pay  verər,  mən  də 

(ona):  “Bunu  məndən  də  çox  ehtiyacı  olanlara  ver”  deyərdim.  (Bir  dəfə  o 

mənə)  dedi:  “Götür  bunu!  Əgər  sənin  canfəşanlığın  və  istəyin  olmadan  bu 

(dünya)  malı  sənə  verilərsə,  onu  götür.  Verilməsə,  onun  dalınca  düşmə.” 

(Buxari 1473, 7164, Muslim 1731, 2452, 1045/110) 



 

 

266 



 

 

Dünyaya Həris Olmaığn Bəyənilməməsi 

 

 

 



620. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Yaşlı  adamın  qəlbi  cavan  olaraq  hər  zaman  iki  şeylə  –  dünya  sevgisi  və 

arzularla dolu olur.” (Buxari 6420, 6057, Muslim 1734, 2457, 1046/114) 

 

 



 

621.  Ənəs    rəvayət  edir  ki,Peyğəmbər    buyurdu:  “Adəm  oğlu  böyüdükcə 

onunla  bərabər  iki  şeydə  böyüyür:  “Mal  sevgisi  və  uzun  ömür  sürmək 

(arzusi)”. (Buxari 6421, Muslim 1736, 2458, 2459, 1046/114) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin