Mədinənin Fəziləti, Onun Haqqında Peyğəmbərin Bərəkət
Duası, Orada Ov Etməyin, Ağacının Və Haramının
Hüdudunun Bəyanı
58
Bu adam bir zamanlar İslam dinini qəbul etmiş, sonra da Peyğəmbər onu ənsardan olan iki əshabə ilə birlikdə
zəkat yığmağa göndərmişdir. Lakin o, naxələflik edib əshabəni öldürmüş və dinindən dönərək küfrə qayıtmışdır.
Bundan əlavə onun oxuyan iki kənizi var imiş ki, bu kənizlər öz mahnıları ilə Peyğəmbəri ələ salırlarmış. Elə bu
səbəbdən də Peyğəmbər onu və onun kənizlərini öldürməyi əmr etmişdir.
365
863. Abdullah İbn Zeyd rəvayət edir ki, Peyğəmbər buyurdu: “İbrahim
Məkkəni müqəddəs yer elan etmiş və ora üçün dua etmişdir. İbrahimin
Məkkəni müqəddəs yer elan etdiyi kimi mən də Mədinəni müqəddəs yer elan
etdim və İbrahim Məkkə üçün dua etdiyi kimi mən də Mədinənin saası və
muddu üçün dua etdim.” (Buxari 2129, Muslim 3380, 1360/455)
864. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər Əbu Təlhəyə buyurdu:
“Oğlan uşaqlarından birini mənə xidmət etmək üçün seç. Əbu Təlhə məni
miniyinin tərkinə mindirərək yola çıxdıq. Hər dəfə Peyğəmbər miniyindən
enəndə mən ona xidmət edirdim. Onun bu duanı çox etdiyini eşitmişəm:
Allahummə İnniy Əuzu Bikə Minəl Həmmi Vəl Həzəni, Vəl Aczi Vəl Kəsəli, Vəl
Buxli Vəl Cubni, Və Daləid Deyni Və Ğaləbətir Ricali – Allahım! Üzüntü və
kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında
qalmaqdan və insanların (məni) sıxışdırmasından Sənə sığınıram!”. Mən ona
xidmət etməkdə davam edirdim, nəhayət Xeybərdən qayıtdıq. (Qənimətdən
düşən paydan) Səfiyyə Binti Huyyəni özüylə gətirdi. Onun üçün arxasında
əbadan və ya parçadan oturacaq düzəltdiyini gördüm. Sonra onu miniyinin
tərkinə mindirdi. Sahbə adlanan yerə çatanda süfrə üzərində xurmadan halva
düzəltdi. Sonra məni göndərdi, kişiləri dəvət etdim yeməyə və onlar da
yendilər. Onunla evləndiyi gün idi. Sonra Peyğəmbər Uhud dağını gördü və
buyurdu: “Bu bizi sevən və bizim də sevdiyimiz bir dağdır. Mədinəyə
yaxınlaşdıqda: “Ya Rəbbim! Mən Mədinənin bu dağ arasını İbrahim Məkkəni
haram etdiyi kimi haram edirəm. Ya Rəbbim! Mədinəlilərin Mudd və Saa (ölçü
vahidlərinə) bərəkət ver”. (Buxari 2893, 5424, 6363, Muslim 3387, 1365/462)
865. Asim deyir ki, Ənəs İbn Məlikdən soruşdum: “Rəsulullah Mədinəni
haram (bölgəsi) etmişdirmi?” deyə soruşdum. O: “Bəli, buradan buraya qədər
olan sahəsi haramdır. Bu hüdudlar arasında ağac kəsilməz, kim burada bir
bidət ortaya çıxararsa ona Allahın, mələklərin və bütün insanların lənəti olar!”.
366
Asim deyir ki, Mənə Musa İbn Ənəs dedi ki: “Və ya bir bidətçiyə sığınaccaq
verilsə”. (Buxari 7306, Muslim 3389, 1366/463)
866. Ənsə İbn Məlik rəvayət edir ki, Peyğəmbər Mədinə əhlini qəsd
edərək buyurdu: “Allahummə bərik ləhum fi mikyəlihim və bərik ləhum fi
saihim və muddihim – Allahım! Mədinə əhlinin tərəzisinə, Saa və Mudduna
bərəkət ver”. (Buxari 2130, 7331, Muslim 3391, 1368/465)
867. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahım, Məkkəyə nazil
etdiyin bərəkətin iki qatını Mədinəyə nazil et!” (Buxari 1885, Muslim 3392,
1369/466)
868. Əli İbn Əbu Talib bişirilmiş (gildən) bir minbər üzərində xütbə verdi.
Üzərində, qınından aslı bir səhifə olan qılıc vardı. Əli: “Vallahi bizim
yanımızda oxunan heç bir yazı yoxdur, yalnız Allahın kitabı və bir də bu
səhifədəki şeylər vardır və səhifəni açdı. İçində zəkata düşən dəvələrin yaşı ilə
Mədinənin Air dağından buraya qədər olan (sahəsi) haramdır. Kim Mədinənin
bu haram bölgəsində bir bidət edərsə Allahın, mələklərin və bütün insanların
lənəti onun üzərinə olar. Allah o, kimsədən heç bir şey qəbul etməz.
Müsəlmanların zimməti (əmanəti) birdir. O, əminlik müsəlmanlardan ən aşağı
fərdini belə əhatə edir. Hər kim bir müsəlmanın verdiyi əhdi pozarsa Allahın,
mələklərin və bütün insanların lənəti onun üzərinə olar. Allah o, kimsədən heç
bir şey qəbul etməz. Hər kim öz ağasından başqa, digər bir qövmün icazəsi
olmadan onları özlərinə ağa hesab edərsə Allahın, mələklərin və bütün
insanların lənəti onun üzərinə olar. Allah ondan heç bir şey qəbul etməz”.
(Buxari 7300, Muslim 3393, 1370/467)
367
869. Əbu Hureyrə rəvayət edir ki, mən Mədinədə ceyranları otlar halda
görmüş olsaydım onları qorxudub hürkütməzdim. Çünki Rəsulullah
buyurmuşdu: “(Mədinənin) iki qara daşlı sahəsi arası haramdır”. (Buxari 1873,
Muslim 3398, 1372/471)
Mədinədə Yaşamağa Və Çətinliyinə Qatlanmağa Təşviq
870. Aişə
rəvayət edir ki, Peyğəmbər (Mədinəyə gəldiyi zaman)
buyurdu: “Allahım! Məkkəni bizlərə sevdirdiyin kimi, Mədinəni də sevdir və
ya daha çox. Mədinənin humma (qızdırma) xəstəliyini Cuhfeye yönəlt.
Allahım! Mudd və Saa (ölçü vahidləri) bərəkət ver!”. (Buxari 6372, Muslim
3408, 1376/480)
Taun Və Dəccəlin Girməsindən Mədinənin Qorunması
871. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mədinənin
girəcəklərində (gözətçi) mələklər vardır. (Odur ki) ora nə taun, nə də dəccal
girə bilər”. (Buxari 1880, 7173, Muslim 3416, 1379/485)
Mədinənin Pis İnsanları Çölə Atması
368
872. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənə başqa
şəhərləri üstələyən bir şəhərə – Yəsrib adlanan yerə (hicrət etmək) əmr olundu.
Ora Mədinədir. Körük dəmirin pasını tökdüyü kimi, (Mədinə də pis) adamları
özündən kənar edir.” (Buxari 1871, Muslim 3419, 1382/488)
873. Cabir İbn Abdullah rəvayət edir ki, bir bədəvi Rəsulullaha İslam
üzərə beyət etdi. (Bir müddətdən sonra) bədəvi şiddətli xəsəliyə tutuldu.
Peyğəmbərin yanına gələrək dedi: “Ya Rəsulullah! Mənim beyətimi poz”.
Peyğəmbər bu təklifi qəbul etmədi. Sonra bədəvi yenə gəlib: “Ya Rəsulullah!
Mənim beyətimi poz” dedi. Peyğəmbər yenə qəbul etmədi. Sonra yenə də
gəlib: “Ya Rəsulullah! Beyətimi poz” dedi. Peyğəmbər üz döndərdi. Bundan
sonra bədəvi Mədinədən çıxıb getdi. Peyğəmbər: “Mədinə şəhəri ancaq
dəmirçi körügü kimidir, pisini atar, təmizini (yaxşısını) isə süzüb saxlayar”
deyə buyurdu. (Buxari 7211, 7322, Muslim 3421, 1383/489)
874. Zeyd İbn Sabit deyir ki: “Sizə nə oldu ki, münafiqlər barəsində iki
dəstəyə ayrıldınız?...”. (ən-Nisa 88) ayəsi haqqında deyir ki: “Peyğəmbərin
səhabələrindən bir dəstə Uhud döyüşündən geri döndülər. Səhabələr o, geri
dönən dəstə barədə iki firqəyə ayrıldılar. Birinci dəstə: “O, dönənləri öldürün”
dedilər, digər dəstə: “Xeyr, onları öldürməyin” dedilər. Buna görə də Allah:
“Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah
onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı
kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün
heç bir yol tapa bilməzsən”. (ən-Nisa 88). Peyğəmbər: “Mədinə Taybədir.
Mədinə, atəşin gümüşün pasını apardığı kimi pis insanları (çölə atar)”. (Buxari
4589, Muslim 3422, 1384/490)
369
Mədinəlilərə Pislik Etmək İstəyənlərə Allahın Əzab Etməsi
875. Səd rəvayət etmişdir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Mədinə əhlinə pislik etmək istəyən hər kəs, duz suda əridiyi kimi
əriyəcəkdir”. (Buxari 1877, Muslim 3427, 1387/494)
Şəhərlər Fəth Edildiyi Zaman Mədinədə Yaşamağa Təşviq
876. Sufyan İbn Əbu Zuheyr demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Yəmən fəth ediləcək və bəzi insanlar öz ailələrini və onlara itaət
edənləri götürüb ora köçəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir.
Kaş bilərdilər! Şam fəth ediləcək və bəzi insanlar öz ailələrini və onlara itaət
edənləri götürüb ora köçəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir.
Kaş bilərdilər! İraq fəth ediləcək və bəzi insanlar öz ailələrini və onlara itaət
edənləri götürüb ora köçəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir.
Kaş bilərdilər!”. (Buxari 1875, Muslim 3430, 3431, 1388/497)
Mədinə Əhlinin Onu Tərk Edəcələri Haqqında
370
877. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Mədinənin ən gözəl vaxtlarında (Qiyamətə yaxın) insanlar onu tərk edəcəklər. (O
zaman) orada yırtıcı heyvanlardan və quşlardan başqa bir kimsə qalmayacaq.
Mədinəyə ayaq basanların ən sonuncusu Muzeynə qəbiləsindən olan iki çoban
olacaq. Onlar öz qoyunlarını haylayaraq Mədinəyə gəlib onun boş qaldığını
görəcəklər. Nəhayət, onlar gəlib vida vadisinə çatdıqda üzüqoylu yerə yıxıla-
caqlar.” (Buxari 1874, Muslim 3433, 1389/499)
Qəbirlə Minbər Arasının Cənnət Baxçalarından Bir Baxça
Olması
878. Abdullah İbn Zeyd əl-Məzini rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Mənim evim ilə minbərim arası Cənnət baxçalarından bir baxçadır”. (Buxari
1195, 1196, 1888, 6588, 7335, Muslim 3434, 1390/500)
879. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim evim ilə
minbərim arası Cənnət baxçalarından bir baxçadır, minbərim isə hovuzun
üzərindədir”. (Buxari 1196, Muslim 3436, 1391/502)
Uhud Bizi Sevən Bir Dağdır, Biz Də Onu Sevirik
880. Əbu Humeyd əs-Səidi rəvayət edir ki, Peyğəmbər ilə Təbuk
döyüşündən qayıtdığımız zaman, Mədinəni yuxarı tərəfdən gördüyümüz
zaman buyurdu: “Bu Taybədir, bu da Uhuddur. Uhud bizi sevən və bizim
sevdiyimiz bir dağdır”. (Buxari 4422, Muslim 3437, 1392/503)
371
Məkkə Və Mədinə Məscidində Namaz Qılmağın Fəziləti
881. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim bu
məscidimdə qılınan (bir) namaz Məscidülhəram istisna olmaqla, digər
məscidlərdə qılınan min namazdan daha yaxşıdır”. (Buxari 1190, Muslim 3440,
1394/505)
Üç Məsciddən Başqa Heç Bir Yerə Səfər Edilməz
882. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç məsciddən
başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) –
MəscidülHəram, Peyğəmbərin məscidi və MəscidülƏqsadır.” (Buxari 1189,
Muslim 3450, 1397/511)
Quba Məscidi, Orada Qılınan Namaz Və Ziyarətin Fəziləti
883. İbn Ömər rəvayət edir ki, Peyğəmbər Quba məscidinə həm piyada,
həm də miniklə gedərdi. (Buxari 1194, Muslim 3457, 3459, 3460, 1399/519)
372
Nigah Kitabı
373
Nigah Kitabı
884. Əlqamə deyir ki, mən Abdullah İbn Məsud ilə birlikdə idim. Onunla
Minada Osman İbn Əffan ilə qarşılaşdıq. Ona: “Ey Əbu AbdurRahman!
Mənim sənə bir ehtiyacım var!” dedi. İkisi də kənara çəkildilər. Osman,
Abdullaha: “Ey Əbu AbdurRahman! Gəl səni gənc bir qadınla evləndirək,
bəlkə sənə keçmişində olanları xatırladar. Səni gənc bir qadınla
evləndirməyimizi istəyirsənmi?” dedi. Abdullah, Osmanın ona bu təklifinə
ehtiyacı olmadığına görə mənə işarə edərək: “Ey Əlqamə!” deyə çağırdı. Mən
də ona yaxınlaşdım. Bu vaxt Abdullah, Osmana bunları söyləyirdi: “Xəbərin
olsun, əgər sən bunları mənə dedinsə, bilki səndən əvvəl bizə Peyğəmbər
belə buyurmuşdur: “Ey cavanlar zümrəsi! Sizlərdən kimin evlənməyə gücü
yetirsə, evlənsin! Çünki evlilik gözü (haramdan) daha çox qoruyar və namusu
(iffətini) yaxşı hifz edər. Hər kim evlənməyə qadir deyilsə, oruc tutsun! Çünki
bu, onun şəhvətini söndürən bir şeydir”. (Buxari 5065, 5066, Muslim 3464,
1400/1)
885. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) üç nəfər Peyğəmbərin evinə
gəlib onun əhli-əyalından Peyğəmbərin ibadəti barəsində soruşdu. Bu haqda
onlara xəbər verildikdə onlar (etdikləri ibadətin) az olduğunu güman edib belə
dedilər: “Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün
keçmiş və gələcək xətalarını bağışlamışdır.” Onlardan birisi dedi: “Mən bütün
gecələri ibadət edəcəyəm, yatmayacağam.” O birisi dedi: “Mən il boyu oruc
tutacağam, (gündüzlər) yemək yeməyəcəyəm.” Üçüncüsü dedi: “Mən
qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm.” Peyğəmbər
374
(bunu eşidəndən sonra) onların yanına gəlib dedi: “Filan, filan sözləri sizmi
demisiniz?! Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla
belə mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz
qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə
olduğu halda mənim yolumdan çıxan kimsələr məndən deyildirlər.” (Buxari
5063, Muslim 3469, 1401/5)
886. Səd İbn Əbu Vəqqas demişdir: “Peyğəmbər Osman İbn Məzuna
evlənməkdən boyun qaçırmağı qadağan etdi. Əgər Peyğəmbər ona (bu işdə)
izn versəydi, biz özümüzü axtalayardıq.” (Buxari 5073, Muslim 3470, 3471,
1402/6)
Mutə Nigahı Və Əvvəl Bu Nigahın Mubah Olub Sonra
Nəsh Edilməsi, Təkrar Mübah Olub Sonra Nəsh Edilməsi
Və Qiyamət Gününə Qədər Haram Edilməsi
887. Abdullah (İbn Məsud) demişdir: “Biz Peyğəmbərlə birlikdə
döyüşlərdə iştirak edərkən yanımızda qadın olmurdu. (Bir dəfə) biz (ona)
dedik: “Özümüzü axtalayaqmı?” O bunu bizə qadağan etdi və bundan sonra
qadına (mehr olaraq) paltar (və ya başqa bir şey verib) onunla (müvəqqəti)
nikaha girməyə
59
rüsxət verdi, sonra da bu ayəni oxudu: “Ey iman gətirənlər!
Allhın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin...” (Buxari 4615,
Muslim 3476, 1404/2)
59
Siğə - müvəqqəti nikah. İslamaqədərki dövrdə bu nikah növü ərəblər arasında yayılmışdı. Lakin hədisdən
göründüyü kimi Peyğəmbər bunu haram buyurmuşdur.
375
888. Cabir İbn Abdullah və Sələmə İbn Əkva demişdir: “(Bir dəfə) biz
döyüşdə ikən Peyğəmbərin göndərdiyi adam bizim yanımıza gəlib dedi:
“Sizə müvəqqəti nikah bağlamağa izn verildi, odur ki, (hələlik) bunu edə
bilərsiniz.” (Buxari 5117, 5118, Muslim 3479, 1405/13)
889. Əli İbn Əbu Talib rəvayət etmişdir ki, Xeybər günü Peyğəmbər siğəni
və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur”. (Buxari 4216, Muslim 3497,
5116, 1407/29)
Bir Qadının Xalasını Və Ya Bibisini Bir Nigah Altında Cəm
Edərək Evlənməyin Haram Olması
890. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir qadınla onun
bibisi, bir qadınla onun xalası ilə birlikdə nigah olmaz”. (Buxari 5109, Muslim
3502, 1408/33)
Ehramda Olan Kimsənin Nigah Etməsinin Haram Olması
Və Nişanlanmasının Bəyənilməməsi
891. İbn Abbas rəvayət edir ki, Peyğəmbər ihramda ikən Meymunə ilə
evləndi. (Buxari 1837, Muslim 3517, 1410/46)
Nişanlı Qıza (Nişanlısı) İzin Vermədikcə Və Ya Onu Tərk
Etmədikcə Nişan Aparmağın Haram Olması
376
892. İbn Ömər demişdir: “Peyğəmbər birinizin qardaşının alveri üstündən
alver etməsini, habelə qardaşının nişan qoyduğu qıza, əvvəlki nişanlısı ondan
imtina edənədək və ya ona izn verənədək nişan aparmasını qadağan etmişdir.”
(Buxari 5142, Muslim 3520, 1412/49)
Şiğar
60
Nigahının Haram Və Batil Olması
893. İbn Ömər rəvayət etmişdir ki, Peyğəmbər şiğar (adlanan nikah növü-
nü) qadağan etmişdir.” (Buxari, 5112, Muslim 3530, 1415/57)
Nigahda Olan Şərtlərə Vəfalı Olmaq
894. Uqbə İbn Amir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yerinə
yetirəcəyiniz şərtlərin ən əhəmiyyətlisi, nikah müqaviləsində bağladığınız
şərtlərdir.” (Buxari 2721, Muslim 3537, 1418/43)
60
Şiğar - Bu, İslamaqədərki dövrdə Ərəbistanda yayılmış batil nikah növüdür. Bu nikahda iki kişi öz
qızlarını bir-birinə qoyduqları şərtə əsasən, mehrsiz ərə verirlər. Şərt isə belədir ki, onlardan biri digərinə:
“Mən sənə öz qızımı ərə verirəm, bir şərtlə ki, sən də mənə öz qızını verəsən” və ya “Mən sənə öz bacımı ərə
verirəm, bir şərtlə ki, sən də mənə öz bacını verəsən” və s. Bütün bunlar İslam dini gəldikdən sonra qadağan
edilmişdir
377
Nigahda Dul Qadından İzn Almaq – Sözlə, Bakirədən İsə -
Susmaqladır
895. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dul qadının
fikrini öyrənməyincə, habelə bakirə qızın iznini almayınca onları ərə vermək
olmaz.” (Əshabələr) dedilər: “Ya Rəsulullah, bakirə qızın izin verməsini necə
bilmək olar?” Peyğəmbər: “Onun susmağı ilə.” (Buxari 5136, Muslim 3538,
1419/64)
896. Aişə
rəvayət edir ki, mən: “Yə Rəsulullah! Qadınlardan nigah
etdikləri zaman izin almaları soruşulurmu?” deyə soruşdum. Peyğəmbər:
“Bəli” deyə buyurdu. Mən: “(Ya Rəsulullah!) evləndiyi kimsə haqqında utanar,
susar (söz bildirməz axı?)” dedim. Peyğəmbər: “Onun susması iznidir” deyə
buyurdu. (Buxari 6946, Muslim 3538, 1419/64)
Kiçik Bakirə Qızını Atasının Evləndirməsi
897. Aişə
demişdir: “Mən altı yaşımdan Peyğəmbərin deyiklisi
61
idim.
Biz Mədinəyə gəldikdə Bəni Haris İbn Xəzrəc qəbiləsində qonaq qaldıq. Bu
əsnada mən xəstələndim və mənim saçım tökülməyə başladı, lakin (sağaldıq-
dan sonra) saçlarım çoxalıb uzandı. (Bir dəfə) mən rəfiqələrimlə yelləncəkdə
yellənərkən anam Ummu Ruman gəlib məni çağırdı, mən də onun yanına
61
Deyikli: uşaqlıqdan adaxlanmış qız ya oğlan.
378
getdim. Məndən nə istədiyini bilmirdim. O, mənim əlimdən tutub apardı.
Nəhayət, gəlib evin qapısına çatdıq. Mən təngənəfəs olmuşdum. Elə ki mən
rahat nəfəs almağa başladım, anam bir az su götürüb üzümə və başıma çəkdi,
sonra məni evə daxil etdi. Mən o evdə ənsardan olan (bəzi) qadınları gördüm.
Onlar (məni görəndə) dedilər: “Xeyirli, bərəkətli və uğurlu olsun!” Sonra anam
məni onlara təhvil verdi, onlar da məni (toya) hazırladılar. Səhər Peyğəmbər
sakitcə mənim yanıma gəldi və qadınlar məni ona təhvil verdilər. O vaxt
mənim doqquz yaşım var idi.” (Buxari 3894, Muslim 3544, 3545, 1422/69)
Dostları ilə paylaş: |